Month: August 2020

  • Prezident Dövlət Agentliyinə vəsait ayırdı

    Prezident İlham Əliyev Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 2,65 milyon (iki milyon altı yüz əlli min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

    Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir.

  • Bakıda böyük soyğun: Evdən bir milyon manatlıq qızıl oğurlandı

    Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə avqustun 4-də rayon ərazisindəki mənzillərin birindən seyfi kəsməklə içərisində olan 1.000.000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlanması barədə müraciət daxil olub.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

    Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin tanışı, Bakı şəhər sakini T.Rəhimli qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

    Ətrafında aparılmış tədbirlərlə onun qeyd edilən qızıl-zinət əşyalarını 75.000 ABŞ dollarına Göyçay rayon sakini Ə.Salmanova satması müəyyən edilib.

    Davam etdirilən tədbirlərlə Ə.Salmanov da polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

  • Parlamentin iclasında Tovuz döyüşlərində şəhid olan hərbçilər bir dəqiqəlik sükutla yad edildi

    Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası keçirilir.

    Oxu.Az-ın xəbərinə görə, spiker Sahibə Qafarova iyulun 12-dən etibarən Ermənistanın Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində təxribatları zamanı şəhid olan hərbçilərimizin ruhunu bir dəqiqəlik sükutla yad etməyi təklif edib.

    Onun təklifi qəbul olunub.

    Qeyd edək ki, Tovuz döyüşlərində Azərbaycanın 12 hərbçisi şəhid olub.

  • Azərbaycanlı dənizçilər Livan hökuməti tərəfindən təxliyyə edildi – RƏSMİ

    Livanın paytaxtı Beyrutdakı limanda ammonium-nitrat saxlanılan anbarda baş vermiş və 100-dən çox şəxsin həlak olmasına, minlərlə insanın yaralanmasına səbəb olmuş partlayışlarda xəsarət alanlar arasında azərbaycanlılar yoxdur.

    Bu barədə AZƏRTAC-a ölkəmizin Livandakı səfiri Ağasəlim Şükürov məlumat verib.

    O əlavə edib ki, səfirliyin insidentin baş verdiyi yerdən aralıda yerləşən binası da zərər görməyib.

    Bundan başqa, Beyrut limanında gəmidə olan 10 nəfər azərbaycanlı dənizçi də Livan hökuməti tərəfindən təxliyyə edilib və onlar da heç bir xəsarət almayıb.

  • Ezamiyyələr icaze.e-gov.az portalından alınacaq – RƏSMİ

    Koronavirusa yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında tətbiq olunacaq.

    Elektron Hökumətin İnkişafı Mərkəzindən verilən məlumata görə, bu müddətdə həmin şəhər və rayonlarda giriş-çıxış əvvəlki qaydada tənzimlənəcək.

    Nazirlər Kabinetinin müvafiq qərarı ilə fəaliyyətinə icazə verilmiş sahələrdə çalışan əməkdaşların ezamiyyələrinin 5 avqust tarixindən icaze.e-gov.az portalına əlavə olunması imkanı yaradılıb.

    Bunun üçün qurumun möhür səlahiyyətli şəxsi icaze.e-gov.az portalında “İcazələr” bölməsinə daxil olur. Açılmış bölmədə “Əməliyyatlar” sütunundan “ezamiyyə et” düyməsinə klik edərək müvafiq məlumatlar doldurulur və təsdiq edilir.

    Əgər əməkdaşın indiyədək sistemdə icazəsi olubsa, bu zaman “İcazələr” bölməsinə daxil olaraq, “Aktivləşdir” düyməsinə klik etmək, sistemə indiyədək daxil edilməyən əməkdaş üçün isə “Yeni” düyməsinə klik edərək, öncə əməkdaşa icazə əldə etmək lazımdır.

    Vətəndaşlar yaranan suallarla əlaqədar “ASAN xidmət”in 9108 Çağrı Mərkəzinə müraciət edə bilərlər.

  • Bələdiyyə başçıları cərimə edildi – Sumqayıt və Novxanıda

    Sumqayıt və Abşeronda məişət tullantılarının qalaqlanması faktları aşkar olunub. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, iyulun 31-də Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində keçirilmiş növbəti belə tədbirlər zamanı Novxanı bağlar massivində və kəndi ərazisində, həmçinin Novxanı bağlar massivində yerləşən “Araz” supermarketin ərazisində məişət tullantılarının qalaqlanması faktları aşkar olunub.

    İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə qeyd olunan marketin direktoru E.Əhmədov, Novxanı bələdiyyəsinin sədri Ş.Tağıyev və Sumqayıt bələdiyyəsinin sədri S.Əsədov barəsində protokollar tərtib edilib.

    E.Əhmədov 8.000, Ş.Tağıyev və S.Əsədov isə hər biri 3.000 manat məbləğində cərimələniblər.

    Bu istiqamətdə tədbirlər davam etdirilir.

  • Beyrutdakı partlayışda yaralanlar arasında Türkiyə vətəndaşları da var

    Beyrutda baş verən partlayışda iki Türkiyə vətəndaşı yaralanıb.

    APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter” səhifəsində yazıb.

    Nazir qeyd edib ki, yüngül xəsarət alan Türkiyə vətəndaşlarının vəziyyəti hazırda normaldır.

    Qeyd edək ki, bu gün saat 19:00 radələrində Livanın Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında, Beyrut limanı ərazisində güçlü partlayış olub. Partlayış nəticəsində azı 30 nəfər ölüb, yüzlərlə insan yaralanıb.

  • Arıqlamağa kömək edən səhər yeməkləri məlum olub

    Mütəxəssislər səhər yeməyi üçün xüsusi batonlar, müsli və mağaza şirələrindən yayınmağı tövsiyə edir. Belə ki, onların tərkibində yüksək miqdar şəkər və digər gərəksiz elementlər mövcuddur.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, diyetoloqlar arıqlamaq üçün yararlı olan səhər yeməyi menyusunu açıqlayıblar.

    Bunların arasında ən faydalısı toyuq yumurtasıdır. Yumurta özündə faydalı zülallar daşıyır, əzələ kütləsini böyütməyə kömək edir. Həmçinin onlar vitamin və sinir sisteminə yardımçı olan xolindən ibarətdir.

    Ekspertlər yumurtaları suda qaynatmağı tövsiyə edir. Diyetoloqların sözlərinə görə, onları həmçinin digər məhsullarla, məsələn, avokado və tam buğda çörəyi ilə yemək faydalıdır. Alimlər bildirirlər ki, bu cür yemək insanı uzun müddətli tox saxlayır.

  • В результате взрыва в Бейруте погибли 30 человек, около 2,5 тысячи ранены – ВИДЕО – ОБНОВЛЕНО-3

    Жертвами взрыва в порту Бейрута, который произошел во вторник, стали 30 человек, около 2,5 тысячи пострадали.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом сообщил вечером ливанскому телеканалу министр здравоохранения страны Хамад Хассан.

    “В результате взрыва погибли 30 человек, около 2,5 тысячи получили ранения”, – сказал министр.

    Мощный взрыв произошел в районе порта Бейрута во вторник вечером. По данным губернатора города, пострадала половина зданий города, а больницы переполнены из-за большого количества пострадавших. Глава службы общей безопасности страны генерал Аббас Ибрагим заявил, что по предварительным данным, сдетонировали взрывчатые вещества, долгое время хранившиеся в порту. В МВД заявили, что точную причину взрыва еще только предстоит выяснить.

    ***

    Мощный взрыв произошел в районе порта Бейрута в Ливане, передают “Известия”.

    Сначала в порту произошел небольшой хлопок, вскоре после этого появился белый и черный дым, затем последовал более мощный взрыв, вверх поднялся столб красного дыма.

    В ближайших домах, а также в домах в нескольких километрах от эпицентра выбило окна.

  • Beyrutda baş verən partlayışda ölüm sayı yenidən artıb – VİDEO – YENİLƏNİB-4

    Livanda baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 50 nəfəri keçib.

    APA xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı “Twitter” vasitəsilə məlumat yayıb. Məlumata görə, 2750 nəfər də xəsarət alıb.

    “Al Jazeera” telekanalı isə bildirir ki, ölkənin Səhiyyə naziri Hamad Hassan azı 40 nəfərin öldüyünü, azı 2500 nəfərin də yaralandığını təsdiqləyib. Nazirin sözlərinə görə, ölənlərin arasında tibb işçiləri və həkimlər də var. O, ölü və yaralı sayının artacağını istisna etməyib.

    ***

    Livanın paytaxtı Beyrutda baş vermiş partlayışda ölənlərin sayı 30 nəfərə çatıb.

    Bu barədə “Al Haddath” telekanlı ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər yayıb.

    Bildirilib ki, hadisə nəticəsində üç minə yaxın insan da yaralanıb.

    Livanın “Al-Kataib” partiyasının baş katibi Nizar Nacaryan Beyrutda baş vermiş partlayış nəticəsində ölüb.

    Bir qədər əvvəl telekanal Nacaryanın ağır yaralandığını və huşsuz vəziyyətdə olduğunu bildirmişdi.

    Qeyd edək ki, Livanın baş naziri Hassan Diyab baş vermiş güclü partlayışla əlaqədar çərşənbə günü matəm elan edib.

    ***

    Beyrutdakı şiddətli partlayışda ən az 10 nəfər həlak olub.

    Bu barədə “Reuters” xəbər yayıb.

    Bildirilib ki, hadisə nəticəsində yüzlərlə insan yaralanıb. Onlarla ev, bina, avtomobil zərər görüb.

    Ölənlərin sayının artacağı istisna olunmur.

    ***

    Livanın paytaxtı Beyrutda liman yaxınlığında dəhşətli partlayış olub.

    TASS xəbər verir ki, partlayış Beyrut limanının 12-ci blokunda baş verib.

    “Al Mayadeen” kanalı isə xəbər yayıb ki, partlayış pirotexniki vasitələr saxlanılan anbarda olub.

    Partlayışın o qədər güclü olub ki, onun təsirindən hətta bir neçə kilometrdəki evlərə də ziyan dəyib.

    Sözügedən partlama anının görüntülərini təqdim edirik.