Month: August 2020

  • Бакинский метрополитен не будет работать до 31 августа

    Бакинский метрополитен не будет работать до 31 августа.

    Как сообщает АПА, это отражено в постановлении Кабинета Министров “О дополнительных мерах по ужесточению особого карантинного режима”.

  • Zidan dünyanın ən yaxşı baş məşqçisi seçildi

    Fransanın “L Equipe” nəşri hazırkı məqamda dünyanın ən yaxşı baş məşqçisini seçib.

    Median.Az xəbər verir ki, Fransa qəzeti bu ada İspaniya “Real Madrid”inə başçılıq edən Zinəddin Zidanı layiq görüb.

    Fransalı mütəxəssisi İngiltərənin “Liverpul” klubunun almaniyalı baş məşqçisi Yurgen Klopp izləyir. İlk “3-lüy”ü isə “Mançester Siti”nin sükanı arxasında olan Xosep Qvardiola tamamlayır.

    Qeyd edək ki, “Real Madrid” 2019/2020 mövsümündə Zinəddin Zidanın rəhbərliyi altında La Liqanın qalibi olub. “Kral klubu” UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda isə evdə “Mançester Siti”yə 1:2 hesabı ilə uduzub. (report.az)

  • Число заболевших COVID-19 в мире превысило 18 миллионов

    Число случаев заражения коронавирусом во всем мире выросло за сутки на 219 тысяч и превысило 18 миллионов, свыше 691 тысячи человек скончались, следует из данных Всемирной организации здравоохранения (ВОЗ), передает Report.

    По данным организации, количество заражений во всем мире достигло 18 142 718, скончались 691 013 пациентов с коронавирусом.

    За последние сутки в мире выявили 219 862 новых случая заражения COVID-19 и 4278 летальных исходов.

    Всемирная организация здравоохранения 11 марта объявила вспышку новой коронавирусной инфекции COVID-19 пандемией.

  • ÜST: Dünyada koronavirusa yoluxanların sayı 18 milyonu ötdü

    Son sutkada dünyada koronavirusa 219 min insan yoluxub.

    “Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

    Təşkilatın məlumatına görə, bununla da dünyada koronavirusa yoluxanların ümumi sayı 18 milyonu ötüb.

    Qeyd edilir ki, pandemiya ərzində dünyada ümumilikdə 691 min insan koronavirusdan ölüb.

    ÜST-ün məlumatına görə, dünyada COVID-19-a ümumilikdə 18 142 718 insan yoluxub, 691 013 nəfər təhlükəli infeksiyadan ölüb.

    Son sutkada dünyada daha koronavirusa 219 862 yoluxma qeydə alınıb, COVID-19-dan 4 278 ölüm aşkarlanıb.

  • Tovuzda azyaşlını avtomobil vurdu

    Tovuzda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

    APA-nın yerli bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

    2009-cu il təvəllüdlü Əli Ayvazov yolu keçmək istəyən zaman onu “VAZ 2107” markalı minik maşını vurub. Xəsarət alan azyaşlı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Стали известны правила въезда-выезда в связи со служебной необходимостью в регионы с ужесточенным карантином

    Стали известны правила въезда-выезда в связи со служебной необходимостью на территории городов Баку, Сумгайыта, Гянджи, Евлаха, Масаллы, Джалилабада, Мингячевира и Абшеронского, Бардинского, Сальянского, Хачмазского, Геранбойского, Гейгельского районов.

    Как сообщает АПА, это отражено в постановлении Кабинета министров “О дополнительных мерах по ужесточению особого карантинного режима”.

    Согласно решению, получить доступ в города и районы, где вводится особый ужесточенный режим карантина, на основании служебных удостоверений смогут следующие лица:

    – сотрудники Администрации президента Азербайджанской Республики, Управления делами президента Азербайджанской Республики, Специальной медицинской службы Азербайджанской Республики, Аппарата Кабинета Министров Азербайджанской Республики и Управления делами Кабинета Министров Азербайджанской Республики при наличии командировочных листов;

    – депутаты Милли Меджлиса Азербайджанской Республики и сотрудники Аппарата Милли Меджлиса при наличии командировочных листов;

    – руководители центральных и местных органов исполнительной власти и их заместители при наличии командировочных листов;

    – руководители юридических лиц, принадлежащих государству, в том числе публичных юридических лиц, созданных от имени государства, и их заместители при наличии командировочных листов;

    – сотрудники правоохранительных, судебных и военных органов, адвокаты при наличии командировочных листов;

    – сотрудники дипломатических представительств и международных организаций, аккредитованных в Азербайджанской Республике, и их местный персонал (на основании аккредитационных карт, выданных Министерством иностранных дел Азербайджанской Республики).

  • Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb

    Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 29 cinayətin üstü “isti izlər”lə açılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.

  • Həbib Nurməhəmmədov növbəti rəqibini necə udacağını açıqladı

    Rusiyalı UFC döyüşçüsü Həbib Nurməhəmmədov amerikalı Castin Qetjinin məşqinin görüntülərinə münasibət bildirib.

    Həmin görüntüləri sosial şəbəkədə şərhçi Co Roqan paylaşıb.

    “O, təkcə boks qarşılaşmasına hazır olmalı deyildi, çünki mən nə Dastinəm, nə də Toni… Mən onu ən dərin okeana aparıb boğacağam”, – deyə H.Nurməhəmmədov bildirib. (oxu.az)

  • Türkiyədə COVID-19-a yoluxanların ümumi sayı 234,9 minə çatır

    Türkiyədə son sutkada koronavirusa daha 1 083 yoluxub.

    Median.Az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

    Nazir qeyd edib ki, bununla COVID-19-a yoluxanların ümumi sayı 234 934 nəfərə çatıb.

    Son sutka ərzində ölkədə koronavirusdan 18 nəfər ölüb. Beləliklə, Türkiyədə pandemiya qurbanlarının ümumi sayı 5 765 nəfərə yüksəlib. Eyni zamanda ötən gün ərzində 994 pasiyent sağalıb. Hazırda koronavirusdan sağalanların ümumi sayı 218 491 nəfərə çatıb.

  • Dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evlərinin nümunəvi nizamnaməsi açıqlanıb

    Dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinin nümunəvi nizamnaməsi təsdiq olunub.

    APA-nın məlumatına görə, bu Nümunəvi Nizamnamə dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinin fəaliyyətini tənzimləmək üçün onların nizamnamələrinin hazırlanması və dövlət qeydiyyatından keçirilməsi məqsədini nəzərdə tutur.

    – Bu Nümunəvi Nizamnamə hər bir uşaq evi üçün fərdi nizamnamənin hazırlanmasında əsas hesab olunur.

    – Uşaq evi valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3 yaşından 18 yaşınadək uşaqlara sosial xidmət göstərən publik hüquqi şəxsdir.

    – Bu Nümunəvi Nizamnamənin 1.5-ci bəndi (Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin (dövlət adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla) tabeliyində uşaq evini Nazirlər Kabineti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi digər hallar istisna olmaqla, dövlət adından icra hakimiyyəti orqanının (dövlət adından yaradılan publik hüquqi şəxsin) tabeliyində uşaq evini Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla həmin icra hakimiyyəti orqanı (dövlət adından yaradılan publik hüquqi şəxs) yaradır.

    – Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin (dövlət adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla) tabeliyində uşaq evini Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaradır.

    – Bələdiyyə adından uşaq evini müvafiq bələdiyyə yaradır.

    – Uşaq evinin müstəqil balansı, istifadəsində olan dövlət və ya bələdiyyə tərəfindən verilmiş əmlakı, bank hesabı, üzərində tabe olduğu dövlət orqanının (qurumunun) və ya bələdiyyənin adı, həmçinin öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

    – Uşaq evi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, “Publik hüquqi şəxslər haqqında”, “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, bu Nümunəvi Nizamnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarını və sərəncamlarını, digər normativ hüquqi aktları, tabe olduğu dövlət orqanının (qurumunun) əmr və sərəncamlarını, yaxud bələdiyyənin qərarını və öz nizamnaməsini rəhbər tutur.

    – Uşaq evi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusu əldə edir. Uşaq evinin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. 1.10. Uşaq evi öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən, dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

    – Qanuna uyğun olaraq, uşaq evinin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Uşaq evi məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

    – Uşaq evində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.

    – Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 138-ci maddəsinə əsasən tam dövlət himayəsində olmaqla uşaq evinə yerləşdirilən uşaqlara qəyyum (himayəçi) təyin edilmir. Bu vəzifə həmin müəssisələrin rəhbərliyinə həvalə edilir. Uşaqların müvəqqəti olaraq uşaq evinə yerləşdirilməsi qəyyumların (himayəçilərin) hüquq və vəzifələrini məhdudlaşdırmır.

    – Uşaq evinin sosial xidmət sahəsində beynəlxalq əlaqələri “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

    – Uşaq evi öz fəaliyyəti barədə ictimaiyyəti “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məlumatlandırır.

    – Uşaq evinin nizamnaməsində onun növünü göstərən adı və yerləşdiyi ünvan göstərilir.

    Eyni zamanda bu nizamnamə ilə uşaq evinin fəaliyyət istiqamətləri də müəyyənləşib.

    – Növündən asılı olaraq valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların həyat səviyyəsini ağırlaşdıran, sosialpsixoloji vəziyyətini çətinləşdirən, cəmiyyətdən təcrid olunmasına gətirib 5 çıxaran halların qarşısının alınmasını, çətin həyat şəraiti yarandıqda ehtiyacı olan uşaqlara sosial xidmətin göstərilməsini təmin edən uşaq evlərinin fəaliyyət istiqamətləri aşağıdakılardır:

    – məktəbəqədər yaşlı uşaqlar üçün – məktəbəqədər təhsilin dövlət standartlarına uyğun olaraq məktəbəqədər yaşlı uşaqların təlimtərbiyəsinin, əqli, fiziki, mənəvi inkişafının və ümumi təhsilə hazırlığının həyata keçirilməsi;

    – məktəbyaşlı uşaqlar üçün (məktəbi bitirən 18 yaşınadək uşaqlar da daxil olmaqla) – müvafiq təhsil müəssisələrində ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrində təhsil alınmasının təmin edilməsi və sonrakı pillələrdə təhsilin davam etdirilməsinə kömək göstərilməsi, təhsilalanlara zəruri bilik, bacarıq və vərdişlərin aşılanması, onların həyata və əmək fəaliyyətinə hazırlanmasına kömək tədbirlərinin həyata keçirilməsi;

    – məktəbəqədər və məktəbyaşlı uşaqlar üçün qarışıq tipli – bu Nümunəvi Nizamnamənin 2.1.1-ci və 2.1.2-ci yarımbəndlərində göstərilən tədbirlərin həyata keçirilməsi.

    Eyni zamanda bu nizamnə uşaq evinin vəzifələri və hüquqlarını da müəyyən edir.

    Nizamnamədə uşaq evinin nizamnamə fondu, əmlakı və maliyyə-təsərrüfat fəaliyyəti də göstərilməlidir.

    – Uşaq evinin nizamnamə fondunun məbləği (məbləğ göstərilməklə) manatdır.

    – Uşaq evinin əmlakı nizamnamə fondundan, ona təsisçinin verdiyi digər əmlakdan, habelə dövlət büdcəsindən və ya bələdiyyə büdcəsindən ayrılan vəsaitdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

    – Uşaq evininin balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətləri “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

    – Uşaq evi öz əmlakından yalnız nizamnaməsi ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir.

    – Uşaq evi əmlakı üzərində sahiblik və istifadə hüquqlarını məqsədlərinə uyğun olaraq sərbəst, sərəncam vermək hüququnu isə tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə ilə razılaşdırmaqla həyata keçirir. Uşaq evi qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra uşaq evinin, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin fəaliyyətindən əldə edilmiş vəsait üzərində sərəncam vermək hüququna malikdir.

    – Uşaq evi tabe olduğu dövlət orqanının (qurumunun) və ya 11 bələdiyyənin razılığı ilə təsərrüfat cəmiyyətləri yaradır və ya onlarda iştirak edir, habelə idarə, filial və nümayəndəliklər yaradır.

    – Uşaq evi mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. Uşaq evinin əmlakının idarə olunması ilə bağlı fəaliyyətinə nəzarəti tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə, həmçinin nizamnaməsi ilə müəyyən edilmiş qaydada uşaq evinin idarəetmə orqanları həyata keçirirlər.

    Uşaq evinin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi, uşaq evinin yenidən təşkili və ləğv edilməsi qaydaları da məlum olub.