Month: August 2020

  • Fəttah Heydərovun dəfn ediləcəyi yer açıqlandı – YENİLƏNİB + VİDEO

    Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, parlamentin Hesablayıcı Komissiyasının sədri Fəttah Heydərovun nəşinin dəfn olunacağı məkan açıqlanıb.

    Mərhum Birinci Fəxri xiyabanda dəfn olunacaq.

    * * * * *

    Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat, Parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərov vəfat edib.

    BakuPost-un məlumatına görə, o, bu gün səhərə yaxın həyata gözlərini yumub.

    Qeyd edək ki, F.Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun atasıdır.

  • ВС Армении продолжают нарушать режим прекращения огня

    Подразделения вооруженных сил Армении, используя крупнокалиберные пулеметы, в течение суток 30 раз нарушили режим прекращения огня в различных направлениях фронта.

    Об этом 4 августа сообщает пресс-служба Минобороны Азербайджана.

    С позиций в селах Айгепар, Мосесгех и Чинари Бердского района и на безымянных высотах в Чамбаракском районе Армении подверглись обстрелу расположения азербайджанской армии в селах Алибейли, Агдам, Коханеби, Асрик Джырдахан Товузского района и в селе Заманлы Гедабейского района.

    Оборонное ведомство отмечает, что обстрел также велся с позиций близ оккупированных сел Юсифджанлы, Мерзили – Агдамского, Карвенд, Горадиз – Физулинского, Нюзгяр и Мехдили – Джебраильского районов, а также с безымянных высот в Геранбойском, Агдамском и Ходжавендском районах.

  • Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.

    Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

    Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi və Əsrik Cırdaxan kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

    İşğal altında olan Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qərvənd, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

  • Koronavirusla bağlı son STATİSTİKA

    Dünyada 18 446 498 nəfərdə koronavirus aşkarlanıb.

    Virusdan 697 217 xəstə ölüb, 11 677 199 nəfər sağalıb.

    Dünyada koronavirusun ən çox yayıldığı ölkələr ABŞ (4 862 174 nəfər), Braziliya (2 751 665 nəfər) və Hindistandır (1 856 754 nəfər).

    Sərhəd qonşularımızdan Rusiya 856 264 yoluxma sayı ilə siyahıda dördüncüdür.

    İranda 312 035, Türkiyədə 233 851, Ermənistanda 39 102, Gürcüstanda 1 179 nəfərdə koronavirus qeydə alınıb.

    Azərbaycanda koronavirusa yoluxan 32 684 nəfərdən 468-i ölüb, 27 760-ı sağalıb.

  • В Газахском районе мужчина убил свою жену

    В селе Гаймаглы Газахского района совершено убийство.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, местный житель Аяз Османлы (1971 г.р.) выстрелил в свою 43-летнюю супругу Марал из охотничьего ружья.

    Женщина скончалась по дороге в больницу.

    А.Османлы задержан в качестве подозреваемого.

    Предполагается, что мужчина выстрелил по неосторожности.

    По данному факту возбуждено уголовное дело, проводится расследование.

  • Azərbaycanda dəhşətli qətl: Kişi arvadını güllələyib öldürdü – YENİLƏNİB + TƏFƏRRÜAT/VİDEO

    Qazax rayonunda baş verən qətlin bəzi detalları üzə çıxıb.

    Qətl 16 kalibrli təklülə tüfənglə törədilib.

    Belə ki, 1971-ci il təvəllüdlü Osmanlı Ayaz 1973-cü il təvəllüdlü arvadı Osmanlı Maral Baba qızını güllələyib.

    Cütlüyün üç azyaşlı övladı var.

    Cinayəti törədən ər saxlanılıb.

    İlkin məlumata görə, kişi cinayəti ehtiyatsızlıqdan törətdiyini deyib.

    Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

    * * * * *

    Qazax rayonunda qətl hadisəsi baş verib.

    APA-nın məlumatına görə, hadisə rayonun Qaymaqlı kəndində qeydə alınıb.

    Osmanlı Ayaz həyat yoldaşı, 43 yaşlı Osmanlı Maral Baba qızını güləlləyib.

    Qadın xəstəxanaya aparılarkən yolda ölüb.

    Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

    Hadisənin başvermə səbəbləri araşdırılır.

  • Bakıda 38 yaşlı kişi bıçaqlandı

    Bakıda bıçaqlanma hadisəsi baş verib.

    Report-un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

    Belə ki, 1982-ci il təvəllüdlü Sadıqov Rəşad Aydın oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarın ətrafının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

  • Samur-Abşeron kanalında 1 nəfər boğulub

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Samur-Abşeron kanalının Bakı şəhəri, Sabunçu rayonu ərazisindən keçən hissəsindən 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitinin çıxarılması üçün müraciət daxil olub.

    FHN-dən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri meyiti aidiyyəti üzrə təhvil veriblər.

  • Bakıda yol polisini söyən sürücü həbs edildi – FOTO

    Saatlı rayonunda anadan olmuş Abbasov Elmir İsrail oğlu yol polisinə müqavimət göstərdiyi üçün həbs edilib.

    Avtosfer.az xəbər verir ki, o, idarə etdiyi 99-BL-611 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobil ilə “Koroğlu” metrostansiyasının yaxınlığında əks istiqamətdə hərəkət edib.

    Bu zaman o, yol polisləri tərəfindən saxlanılıb. Araşdırma zamanı məlum olub ki, sürücü karantin qaydalarını da pozub. Ona inzibati protokol tərtib olunan zaman yol polisi ilə mübahisə edib və onlara müqavimət göstərərək polisin qanuni tələblərinə tabe olmayıb. Eyni zamanda nalayiq ifadələr işlədib.

    Sürücü 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən bölməyə aparılıb. Barəsində toplanmış materiallar aidiyyəti üzrə Nizami rayon məhkəməsinə təqdim olunub.

    Məhkəmənin qərarı ilə sürücü 20 gün müddətində inzibati qaydada həbs olunub. Ona, həmçinin, karantin qaydalarını pozduğuna görə də protokol tərtib edilib.


  • Sadəcə bu qidalarla immunitetinizi gücləndirə, xəstəliklərə qalib gələ bilərsiniz

    Sadəcə təbii qidalar qəbul edərək xəstəliklərdən qorunmaq və immun sistemini qüvvətləndirmək mümkündür.

    Median.Az xəbər verir ki, yeganə şərt insanın öz orqanizmini tanıması və hansı qidaya nə qədər ehtiyac duyduğunu bilməsidir.

    Mütəxəssislər hər qidadan yetərli miqdarda və ölçülü formada yeyilməsini məsləhət görür. Bunun səbəbi hər qidanın fərqli dəyərlərə sahib olması və orqanizmin bütün qidalara olan ehtiyacıdır.

    Ürək-damar sağlamlığını qoruyan qidalar:

    – Nar

    – Çiy badam, qoz, fındıq və bu kimi çərəzlər

    – Yulaf

    – Pomidor, qırmızı bibər, qırmızı kələm, kök

    – İspanaq, brokkoli, portağal, limon, naringi, banan

    – Zeytun yağı

    – Gündə 1 fincan yaşıl çay, qəhvə

    Bağırsağın sağlamlığını qoruyan qidalar:

    – Noxud, lobya, mərci

    – Qatıq, pendir, turşu, kefir

    – Çiy badam

    – İspanaq, brokkoli

    – Balıq

    – Alma, banan

    Ağciyəri qoruyan qidalar:

    – Qara üzüm

    – Sarıkök

    – Çərəz

    – Sarımsaq

    – Kələm

    – Brokkoli

    – Balqabaq

    – Kivi

    – Portağal

    – Çuğundur

    – Zəncəfil

    Dərini qoruyan qidalar:

    – Yaşıl çay

    – Brokkoli, ispanaq, avokado və yaşıl yarpaqlı tərəvəzlər

    – Limon, portağal

    – Fındıq, badam

    – Zeytun yağı

    – Balıq

    – Qara şokolad

    – Yumurta, qatıq

    Sümüklərin inkişafını təmin edən qidalar:

    – Süd, pendir, qatıq

    – Balıq

    – Noxud

    – Fıstıq, qoz, badam

    – Kələm, brokkoli

    – Yumurta

    – Lobya, mərci

    – Göbələk

    – Qırmızı ət. (publika.az)