Month: August 2020

  • 2021-ci ildə Bakıda Premyer Liqa yarışı olacaq – RƏSMİ

    Ümumdünya Karate Federasiyası (WKF) 2021-ci ilin ilkin təqvim planına Bakıya yarış saldığını təsdiqləyib.

    Oxu.Az-ın xəbərinə görə, gələn il keçiriləcək beş Premyer Liqa yarışından (bu il bu yarışın sayı altı idi – red.) biri – ikincisi Bakıda baş tutacaq. Bu yarış 12-14 mart tarixlərində təşkil olunacaq.

    Digər Premyer Liqa yarışları Lissabon (19-21 fevral), Rabat (9-11 aprel), Daşkənd (3-5 sentyabr) və Moskvada (1-3 oktyabr) keçiriləcək. Bunlardan Mərakeş və Rusiyadakı yarışlar istisna olmaqla, Premyer Liqa bu ölkələrdə ilk dəfə baş tutacaq.

    Lakin Bakıdakı yarış Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalı qazandırmayacaq. Belə ki, Rabatdakı Premyer Liqa, İsveçin Yöteborq şəhərindəki Avropa çempionatı (12-16 may) və Fransanın paytaxtı Parisdəki Təsnifat turniri (11-13 iyun) lisenziya xalı qazandıran yarışlar olacaq.

    Qeyd edək ki, Azərbaycanda ilk dəfə karate üzrə Premyer Liqa yarışı keçiriləcəyini Oxu.Az məlumat vermişdi. Bildirmişdik ki, BƏƏ-nin Dubay şəhərində 2021-ci ildə dünya çempionatı keçiriləcəyindən, fevralda bu ölkədəki Premyer Liqa yarışı Bakıya veriləcək. Azərbaycanda ənənəvi olaraq keçirilən “Baku Open Karate” yarışı isə gələn Premyer Liqa ilə təşkil olunacaq.

  • Azərbaycanda sabiq yüksək vəzifəli şəxs öldü: Sabah yubileyi olacaqdı – FOTO

    Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi, general-leytenat Firudin Nəbiyev dünyasını dəyişib.

    Qafqazinfo xəbər verir ki, F.Nəbiyev Türkiyədə vəfat edib.

    Firudin Hilal oğlu Nəbiyev 4 avqust 1960-cı ildə anadan olub. 2006-cı ildə ona general-mayor hərbi rütbəsi verilib. 2012-2018-ci illərdə Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsində işləyib. 2012-ci ildə ona III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.

    F.Nəbiyevin sabah 60 yaşı olacaqdı.

  • Pandemiya dövründə xarici ölkə təcrübələrindən Azərbaycanda niyə istifadə olunmur? – VİDEO

    Müxtəlif təhlillər və müqayisələr onu göstərir ki, dünya ilə Azərbaycan arasında pandemiyaya yanaşma fərqlidir. O cümlədən ölkənin biznes və iqtisadi mühitində də… İqtisadiyyatın müxtəlif sahələri sərt karantin rejiminin tətbiqi ilə məhdudlaşdırılır.

    İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyevin sözlərinə görə, pandemiya şəraitində çalışmaq üçün bu gün müxtəlif biznes sahəsi üzrə təlimat və standartlar yoxdur. Amma inkişaf etmiş ölkələrin bir çoxunda biznesin fəaliyyətinin davam etməsini formalaşdırırlar. Heç bir sahə fəaliyyətindən dayanmaq məcburiyyətində qalmır.

    Mart ayından həm də ölkənin təhsil sistemi də dayanaraq distant təhsil formasının tətbiqinə başlanılıb. Amma istənilən nəticə əldə olunmayıb. Təbii ki, bir çox ölkələr kimi Azərbaycan da bu prosesə hazırlıqsız yaxalanıb.

    Yeni dərs ilindən ümumtəhsil müəssisələrinin fəaliyyətinin bərpası gündəmdədir. Bəzi xarici ölkələrdə pandemiya dövrünün çərçivələrinə uyğun tədris icra olunur. Təhsil ekpertlərinin fikrincə, bu ölkələrin təcrübəsindən yararlanaraq, təhsil müəsissələri öz fəaliyyətini davam etdirə bilər.

    Fəaliyyəti məhdudlaşdırılan digər sahə isə vətəndaşların tez-tez müraciət etdiyi ictimai nəqliyyatdır. Bu sahədə də xarici ölkələrin təcrübəsindən yararlanmaqda fayda var.

    Nazirlər Kabineti yanında operativ qərargahın qərarları isə hələ də sərt mövqeyini saxlamaqda davam edir. Avqust ayında bir çox məhdudiyyətlərin aradan götürüləcəyini gözləyən vətəndaşlar yenə də sərt karantin rejiminin bəzi qaydaları ilə üz-üzə qalıblar. Yenə həftəsonu ictimai nəqliyyat işləməyəcək, ticarət mərkəzləri və “Mall”lar isə yenə də qapalı qalacaq. Təhsil sistemindəki müzakirələr hələ də davam edir. Yeni tədris ilinə isə çox qısa zaman qalıb.

    Ətraflı Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjetdə:

  • Gəncədə ər arvadını bıçaqladı

    Gəncədə bıçaqlanma hadisəsi baş verib.

    APA-nın məlumatına görə, hadisə şəhərdə yerləşən Xalça Kombinatının yataqxanasında qeydə alınıb.

    1964-cü il təvəllüdlü İbrahimova Zərəfşan Eldar qızı üç bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadın əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

    İlkin məlumata görə, qadın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb.

    Faktla bağlı araşdırma aparılır.

  • В Мингячевире оштрафовали граждан, не носивших медмаски

    Сотрудники отдела полиции города Мингячевир провели рейд в отношении лиц, не использующих медицинские маски в закрытых помещениях, а также в общественном транспорте.

    Как сообщили Report в шекинской региональной группе пресс-службы МВД, в ходе рейда сотрудники полиции задержали пассажиров внутригородских маршрутных автобусов, которые не использовали индивидуальные средства защиты. Задержанным разъяснили правила карантинного режима и выписали штраф в соответствии с Кодексом административных проступков.

    Затем рейд продолжился в магазинах. Полицейские выявили продавцов и покупателей, не носящих медицинские маски. В отношении нарушителей были приняты меры в соответствии с законом.

  • COVID-19-la mübarizə qripə yoluxmanı da azaldıb – TƏBİB

    “Hazırda geniş müzakirə olunan məsələ payız-qış mövsümünə hazırlıqdır”.

    Median.Az bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

    O bildirib ki, hər il payız, qış mövsümündə mövsümi qrip və başqa kəskin respirator xəstəliklərinin artımı gözlənildiyi kimi bu il də istisna deyil:

    “Bu artım COVID-19 pandemiyası fonunda hansı nəticələrə gətirib çıxara bilər? Hazırda bu məsələ geniş müzakirə olunur. Əgər biz koronavirusla mübarizədə qəbul olunmuş profilaktik tədbirlərə riayət edəriksə, bu bizi bütün başqa respirator xəstəliklərdən də qoruyar”.
    O bildirib ki, bu gün dünyada COVİD-19-la mübarizədə geniş tədbirlər görülən ölkələrdə hətta qrip və digər respirator xəstəliklərin sayında da azalma hiss olunur: “Biz yenə də maskadan istifadə etməli, gigiyena qaydalarına əməl etməliyik”.//sputnik.az

  • В Азербайджане подготовлена инструкция о правилах пользования пляжами – ВИДЕО

    Подготовлена видеоинструкция о правилах пользования пляжными участками.

    Как передает АПА, об этом сообщили в “ASAN xidmət”.

    В видеоинструкции гражданам, пользующимся пляжем, рекомендуется соблюдать ряд правил в период карантинного режима, введенного в нашей стране в связи с пандемией коронавируса.

  • Əlvida, kağız, əlvida, növbə: Rusiya elektron vizaya keçir

    Vladivostok, Uzaq Şərq Federal Dairəsi, Kalininqrad vilayəti, Sankt-Peterburq və Leninqrad vilayətlərinə səfərlər üçün 53 ölkənin vətəndaşlarına elektron vizaların verilməsi üzrə pilot layihənin ardından Rusiya ölkənin istənilən bölgəsinə səfər etmək hüququ verən qısamüddətli elektron vizaların alınması imkanını yaradıb.

    Ötən cümə günü Rusiya Prezidenti Vladimir Putin Rusiyaya qısamüddətli səfər üçün 60 günlük müddəti olan universal vahid elektron vizanın tətbiqi barədə federal qanunu imzalayıb. Diplomatik, xidməti, adi, tranzit və müvəqqəti yaşamaq hüququ olan şəxsin vizası ilə yanaşı, bu viza da müstəqil kateqoriyaya malik olacaq.

    Bu zaman səfərin müddəti 16 gündən çox olmamalıdır. Ancaq Rusiya Turoperatorları Assosiasiyasından (ATOR) Sputnik agentliyinə bildirdilər ki, statistikaya görə, əcnəbilərin Rusiyaya səfəri orta hesabla bir həftə təşkil edir, ona görə də ölkəyə qısa müddət ərzində gəlmək üçün həmin vizanın vaxtı bəs edəcək.

    Rusiyaya giriş maksimal dərəcədə sadələşdirilib: 113 ölkənin vətəndaşları yararlanacaqlar

    Yeni viza üçün 2021-ci il yanvarın 1-dən müraciət etmək mümkün olacaq. Rusiya XİN-dən bildiriblər ki, Uzaq Şərq Federal Dairəsi, Kalininqrad vilayəti, Sankt-Peterburq və Leninqrad vilayətinə elektron vizalarla eksperiment zamanı onlar bir problemin şahidi olublar: ərizəni dolduranlar çox zaman səhvlər edirlər və bu da onlara viza almaqda imtina edilməsinə əsas yaradır. Yeni vizalarla bağlı eyni problem yaşanmasın deyə saytı təkmilləşdirərək sadələşdiriblər.

    Hansı ölkənin vətəndaşlarının yenilikdən istifadə edəcəkləri hələlik dəqiq məlum deyil. “Xarici ölkələrin siyahısını Rusiya Federasiyası hökuməti ayrıca təsdiq edəcək”, – Dövlət Dumasının Fiziki tərbiyə, idman, turizm və gənclərlə iş komətəsinin üzvü Natalya Kuvşinova Sputnik-ə deyib.

    “Güman edirəm ki, qısamüddətli elektron viza üçün tələbat böyük olacaq. Yenilik Rusiyada gəlmə turizminin inkişafına yönəldilib, çünki hazırda məhz daxili və gəlmə turizmi prioritetdir. Hesab edirəm ki, bu, əcnəbi vətəndaşlara digər səyahət ölkələri ilə yanaşı, Rusiya Federasiyasını da seçməyə imkan verən bir mexanizmdir”, – Dövlət Dumasının üzvü deyib.
    Ehtimal ki, elektron vizadan faydalanacaq ölkələrin siyahısında pilot layihədən yararlanan 53 dövlətin sakinləri də olacaqlar. Bunlar arasında Avropa İttifaqı ölkələri, Çin, Yaponiya, Türkiyə, Hindistan vardı. Ancaq ABŞ, Kanada və Böyük Britaniya həmin siyahıda deyildi. Və mümkündür ki, qısamüddətli elektron vizanı onlar bundan sonra da ala bilməyəcəklər. XİN-dən qeyd ediblər ki, ayrı-ayrı regionlar üçün elektron vizaların pulsuz olduğu eksperimental layihədən fərqli olaraq, yeni viza 2021-ci ilin yanvarından pullu olacaq. Qiyməti isə, güman ki, 50 ABŞ dollarından baha olmayacaq.

    “Gələn il yeni elektron vizanın bu gün qüvvədə olanlara nisbətdə nə qədər populyar olduğuna baxacağıq”, – Dövlət Dumasının deputatı Natalya Kuvşinova qeyd edib.

    RF-ə elektron viza almaq hüququ olan 53 ölkənin vətəndaşları ilə yanaşı, daha 60 ölkənin sakinlərinin ikitərəfli beynəlxalq razılaşmalar əsasında Rusiyaya vizasız giriş imkanı var. Beləliklə, XİN-dən qeyd ediblər ki, 2021-ci ildən Rusiyaya kağız vizanın alınmasını tələb etməyən maksimum liberal giriş rejimi əhali sayı ümumilikdə bəşəriyyətin yarısını – təxminən dörd milyard insanı əhatə edən xarici ölkələrin vətəndaşlarına şamil ediləcək.

    Turist axını minimum 30% artacaq

    “Ölkəyə girişin bu cür əhəmiyyətli dərəcədə sadələşdirilməsini gəlmə turizmi illərdir xəyal edirdi. Əsas odur ki, doğrudan da elektron vizanı almaq asan olsun”, deyə ATOR-un icraçı direktoru Mayya Lomidze yeniliyi şərh edib.

    Onun fikrincə, qısamüddətli elektron viza, hətta ən pessimist proqnozlar da nəzərə alınarsa, turist axınını minimum 30% artıracaq. Ona görə Lomidze əmindir ki, yeniliyin ancaq müsbət tərəfləri olacaq, “mənfi tərəfi isə ancaq bir ola bilər – o da əgər sadələşmə deyildiyi kimi gerçək sadələşmə olmasa”.

    Öz növbəsində ATOR-un vitse-prezidenti Aleksandr Kurnosov hesab edir ki, hökumətin bu qərarı turist axınını 40 və ya 50%, hətta bundan da çox artıra bilər, “çünki vizaları ləğv edən və ya alınmasını xeyli sadələşdirən ölkələrin təcrübəsi göstərir ki, effekt daha böyük ola bilər”.

    “Bu qərarın qəbul edilməsi, özü də turizm bazarı üçün belə bir çətin dövrdə gündəmə gəlməsi özü çox pozitiv hadisədir”, – o qeyd edib.

    Aleksandr Kurnosov viza rejiminin bundan sonra da liberallaşdırılacağına – “vizanın etibarlı olduğu indiki iki aydan yarım il və ya bir il müddətinə uzadılacağına, yaxud da günlərin sayının 16-dan 30-a qaldırılacağına” ümid edir.

    ATOR-un vitse-prezidenti həmçinin elektron vizanın şamil ediləcəyi ölkələrin sayının artırılacağına da ümidlidir, “çünki Rusiyaya xeyli sayda turist göndərən ölkələrin, məsələn, ABŞ və Böyük Britaniyanın, adlraı siyahıya daxil olmayıb”.

    “Bu, yaxşı olardı. Amma aydındır ki, bu məsələdə hər şey siyasi vəziyyətdən asılıdır”, – Aleksandr Kurnosov yekunlaşdırıb.

  • Bakıda mənzildən oğurluq edən qadın yaxalandı

    Yasamal rayonu ərazisindəki evlərin birindən pul, qızıl-zinət əşyaları və sənədlər oğurlamaqda şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş G.Abdullayeva Rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, araşdırmalar zamanı onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 180-ci (soyğunçuluq) maddələri ilə axtarışda olması da müəyyənləşdirilib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Gürcüstandan daha 281 nəfər Azərbaycana təxliyə olunacaq

    Sabah Gürcüstandan 281 nəfərin Azərbaycana təxliyəsi təşkil olunacaq.

    Bu barədə “Report”un yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

    Həmin şəxslərin 123-ü Azərbaycan, 151-i Gürcüstan, 5-i Rusiya, biri Türkiyə, digəri isə Ukrayna vətəndaşıdır.

    Bu gün onlar Tbilisidə xüsusi laboratoriyada koronavirusla bağlı test olunublar. Nəticələrin sabah səhər açıqlanacağı gözlənilir.

    COVID-19 aşkarlanmayan şəxslər sabah səfirliyin təşkilatçılığı ilə 5 avtobuslarla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılacaq.

    Səfirlikdən qeyd olunub ki, Gürcüstan vətəndaşlarının Azərbaycana növbəti təxliyəsi sentyabrın 8-nə nəzərdə tutulub.