Month: August 2020

  • Prezidentin köməkçisindən karantinin yumşaldılmasının səbəbləri ilə bağlı AÇIQLAMA

    “Əldə etdiyimiz müsbət nəticələr sərtləşdirilmiş karantin rejiminin tətbiq olunması və vətəndaşların qaydalara əməl etməsinə görədir”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

    O qeyd edib ki, virus bizimlə yaşayır:

    “Dünya ölkələrinin təcrübəsi də onu göstərir ki, yumşalmaya getdiyi təqdirdə yenidən virusun alovlanması baş verməkdədir. Cənub-Şərqi Asiya ölkələrində artıq üçüncü yoluxma halları baş verir. Avropa İttifaqı ölkələrində yenidən sərhədlərin bağlanması kimi tendensiyalar göz qarşısındadır”.

  • Karantin qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən restoran aşkarlandı – VİDEO

    Abşeron rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən və müştərilərə yerində xidmət göstərən kafe aşkar olunub.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Xırdalan şəhərində keçirilən tədbir zamanı şəhər sakini Zakir Məmmədovun işlətdiyi restoranda müştərilərə yerində xidmət göstərildiyi məlum olub.

    Obyektə baxış zamanı oranın sahibi və daha səkkiz nəfər müştəri xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılaraq Polis İdarəsinə gətiriliblər. Araşdırma zamanı məlum olub ki, orada olan müştərilərin hamısı saxlanılan şəxslərdən biri olan Niyaməddin Babayevin ad gününü keçirmək üçün kafeyə toplaşıblar.

    Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştəriləri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib edilib. Onların törətdikləri qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanan materiallar Abşeron Rayon Məhkəməsinə göndərilib.

  • В Азербайджане обсуждается последняя ситуация с COVID-19 – ПРЯМОЙ ЭФИР

    Оперативный штаб при Кабинете министров проводит 3 августа очередной брифинг для представителей СМИ.

    В пресс-конференции принимают участие помощник Президента Азербайджана, завотделом Администрации главы государства по вопросам внешней политики Хикмет Гаджиев, завотделом Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB) Ягут Гараева, глава аппарата ИВ города Баку Эльгин Габибуллаев и председатель Госагентства по оказанию услуг гражданам и социальным инновациям при Президенте (ASAN Хidmət) Ульви Мехдиев.

  • Azərbaycanda koronavirus və karantin rejimi ilə bağlı son vəziyyət açıqlanır – CANLI YAYIM

    Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir.

    Brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısı Aparatının rəhbəri Elgin Həbibullayev və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri Ülvi Mehdiyev iştirak edir.

    Konfransda ölkədə elan olunan sərt karantin rejimi ilə bağlı məlumat verilir.

  • Azərbaycanda 241 nəfər koronavirusa yoluxdu, 647 nəfər sağaldı

    Azərbaycanda koronavirus infeksiyasına yeni 241 yoluxma faktı qeydə alınıb, 647 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

  • Azərbaycanda karantin müddətində toylarla bağlı QƏRAR

    31 avqust tarixinədək Azərbaycanda toy məclislərinin təşkilinə qoyulan qadağa davam edəcək.

    Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahın qərarında deyilir.

    Bildirilib ki, tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən, bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili qadağandır.

  • İri ticarət mərkəzləri və “Mall”ların fəaliyyəti bərpa edilməyəcək – RƏSMİ

    Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonun nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzləri və “Mall”ların fəaliyyətinə qoyulmuş məhdudiyyətlər qüvvədədir.

    Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb:

    Nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzləri və “Mall”ların fəaliyyəti;

    İctimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;

    Muzey və sərgi zallarının fəaliyyəti;

    Bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyəti (imtahan, müsabiqə, müsahibələr və müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu istisna olmaqla);

    Açıq havada idman yarışlarının və oyunları da daxil olmaqla bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması.

  • Çimərliklərin istifadəsinə icazə verildi – RƏSMİ

    Avqustun 5-dən çimərliklərin istifadəsinə icazə veriləcək.

    Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    Bildirilir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə icazə verilir.

  • В Азербайджане вновь смягчается карантинный режим – ОФИЦИАЛЬНО

    В результате ужесточения с 21 июня 2020 года мер по предотвращению широкого распространения коронавирусной инфекции нового типа (COVID-19) наблюдается стабилизация санитарно-эпидемиологической ситуации.

    Благодаря превентивным мерам и соблюдению гражданами действующих правил удалось добиться снижения числа зараженных вирусом. В соответствии с текущей санитарно-эпидемиологической ситуацией было принято решение о применении некоторых смягчений в городах и районах, где действует жесткий карантинный режим.

    Информацию об этом распространил оперативный штаб при Кабинете министров Азербайджана.

    – с 06:00 5 августа 2020 года в городах и районах, где действует ужесточенный особый карантинный режим, отменяются SMS-разрешения, служебные удостоверения, система регистрации посредством портала icaze.gov.az, необходимые для покидания места жительства или пребывания;

    – по всей стране разрешается пользование пляжами в рамках правил, установленных Министерством экологии и природных ресурсов, МЧС и ИВ города Баку в соответствии с требованиями карантинного режима.

  • Azərbaycanda karantin rejimi yenidən yumşaldılır: SMS icazə ləğv edilir – RƏSMİ

    Yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə 21 iyun 2020-ci il tarixindən etibarən tətbiq olunan sərtləşdirilmiş tədbirlər nəticəsində sanitar-epidemioloji vəziyyətdə stabilləşmə müşahidə edilir.

    Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    Preventiv tədbirlər və vətəndaşların mövcud qaydalara əməl etməsi nəticəsində virusa yoluxanların sayında azalmaya nail olunub. Hazırkı sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi yumşalmaların tətbiqinə qərar verilib.

    • 2020-ci il 5 avqust saat 06:00-dan etibarən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsi ilə tərk etmək sistemi ləğv olunur.

    • Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə icazə verilir.

    COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi aşağıdakı şəhər və rayonlarda tətbiq olunacaq:

    • Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları.

    Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda aşağıdakı məhdudiyyətlər qüvvədədir:

    • həftəsonları qeyd olunan tarixlərdə bütün ictimai nəqliyyatın hərəkəti:

    8 avqust saat 00:00-dan 10 avqust saat 06:00-dək;

    15 avqust saat 00:00-dan 17 avqust saat 06:00-dək;

    22 avqust saat 00:00-dan 24 avqust saat 06:00-dək;

    29 avqust saat 00:00-dan 31 avqust saat 06:00-dək;

    • nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzləri və «Mall»ların fəaliyyəti;

    • ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;

    • muzey və sərgi zallarının fəaliyyəti;

    • bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyəti (imtahan, müsabiqə, müsahibələr və müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu istisna olmaqla);

    • açıq havada idman yarışlarının və oyunları da daxil olmaqla bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması;

    Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli Qərarı ilə fəaliyyətinə icazə verilən və qadağan edilən iş və xidmət sahələrinə dair qaydalar qüvvədə qalır.

    2020-ci il 31 avqust saat 00:00-dək ölkə üzrə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində aşağıdakı məhdudiyyətlər qüvvədədir:

    • ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması; (xüsusi və çarter reysləri istisna olmaqla)

    • xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması; (Naxçıvan Muxtar Respublikası istisna olmaqla)

    • ASAN Xidmət və “DOST” xidmət mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması;

    • tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması;

    • iri ticarət mərkəzlərinin və “Mall”arın nəzdində olan uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyətinin dayandırılması;

    • əyləncə məkanları, o cümlədən uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin dayandırılması;

    • idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla);

    • mədəniyyət obyektləri, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması;

    • dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunması;

    • toy məclislərinin təşkilinin qadağan olunması;

    • bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyəti (imtahan, müsabiqə, müsahibələr və müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu istisna olmaqla);

    • ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 5 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması

    • bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması;

    • ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması;

    • tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətinin qadağan edilməsi;

    • massaj və hamam xidmətlərinin göstərilməsi;

    Virusa yoluxanların sayının azaldılması, özünüzü və yaxınlarınızı virusa yoluxmadan maksimum qorumaq üçün mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə, tibbi-profilaktik qaydalara riayət etməyə, ictimai yerlərdə 5 nəfərdən artıq qruplarda cəmləşməməyə, sosial məsafəni saxlamağa, qoruyucu maskalardan istifadəyə çağırırıq.