Month: August 2020

  • Kaskadyorların yarışında maşını insanların üstünə sürdü – VİDEO

    Yarış iştirakçısı kaskadyorların şousunda maşını insanların üstünə sürüb.

    REN TV-nin məlumatına görə, hadisə Rusiyanın paytaxtında baş verib.

    Qəza anı tamaşaçılar tərəfindən qeydə alınıb.

    Kadrlarda görünür ki, işçilər toqquşan avtomobilləri ayrımağa çalışırlar. Bu zaman kaskadyorlardan biri başqa maşınla onlara tərəfə gəlir. O, avtomobillərdən birini vurur və texniki personalın üzərinə hərəkət edir.

    Hadisə nəticəsində yaralanan işçilərə yerində tibbi yardım göstərilib.

  • Sabah Azərbaycanda şimşək çaxacaq, leysan yağacaq, dolu düşəcək

    Avqustun 4-də gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.

    Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 27-30, Bakıda gecə 21-23, gündüz 27-29 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

    Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24,Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

    Sabah Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 19-22, gündüz 29-34, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.

    Avqustun 4-də gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Zaqatalaya leysan yağdı: Şəhər və kəndlər susuz qaldı

    Leysan yağışları Zaqatalada bir sıra fəsadlar törədib. Belə ki, güclü yağışlardan sonra Zaqatalanın mərkəzində və iki kəndində içməli su problemi ortaya çıxıb.

    Bu barədə Oxu.Az-a “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı məlumat verib.

    Onun sözlərinə görə, problemin aradan qaldırılması üçün işlər görülür:

    “Hazırda Zaqatalada leysan yağışların yağması səbəbindən Tala çayında lillənmə baş verib. Bu səbəbdən də rayonun Yuxarı Tala və Aşağı Tala kəndlərində, eləcə də, Zaqatala şəhərinin özündə içməli su ilə təminatda problem yaranıb”.

  • Началась регистрация абитуриентов для участия во втором экзамене по азербайджанскому языку

    Объявлена регистрация для участия во втором экзамене по азербайджанскому языку для абитуриентов, поступающих на специальности вузов и ссузов с русским языком обучения.

    Как сообщили в ГЭЦ, абитуриенты, не участвовавшие в экзаменах в июне-июле, или получившие неудовлетворительную оценку, могут принять участие во втором экзамене, пройдя регистрацию до 23:59 14 августа.

    Абитуриенты также должны перечислить на счет личного кабинета 10 манатов для регистрации.

    Дата экзамена будет объявлена позже.

  • DİM abituriyentlərə müraciət etdi

    Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını rus dilində verən abituriyentlər üçün ikinci Azərbaycan dili (dövlət dili kimi) imtahanına qeydiyyat elan olunub.

    Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən, lakin iyun-iyul aylarında keçirilən birinci Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər 14 avqust saat 23:59-dək qeydiyyatdan keçməklə (ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyənlər üçün qeydiyyat linki, 9 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyənlər üçün qeydiyyat linki) ikinci “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.

    Abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (10 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər.

    “Azərbaycan dili” (dövlət dili kimi) fənni üzrə ikinci imtahanın tarixi elan ediləcək.

    Xatırladaq ki, bu ilin iyun-iyul ayları ərzində keçirilən birinci Azərbaycan dili imtahanlarında iştirak edən, lakin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə qatılmayan cari ilin 9-cu və 11-ci sinif şagirdləri ikinci imtahanda iştirak etmirlər.

    Onların birinci imtahandan topladıqları bal yekun attestasiya sənədinə yazılacaq. Ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə qatılmayan və imtahanda iştirak etməyən şagirdlər üçün isə sentyabr ayında yenidən imtahan təşkil olunacaq.

  • Babazənan dağlarında min bir dərdin dərmanı olan bulaqlar baxımsız qalıb – VİDEO

    Bura Babazənan dağlarıdır. İnsan sağlamlığı üçün olduqca faydalı isti suları, bulaqları var.

    Əsrlərdir ki, dağın ətəklərində bu isti sular, bulaqlar qaynayaraq üzə çıxır, insanlar bunlardan yetərincə faydalanırlar. Şəfa tapmaq üçün bura təkcə yerli sakinlər, ətraf bölgələrdən deyil, hətta bir sıra xarici ölkələrdən gələnlər olur.

    Baku TV xəbər verir ki, müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlar üç-dörd gün vanna qəbul etdikdən sonra isti suların müalicəvi əhəmiyyətini hiss edirlər.

    Radikulit, revmatizm, xüsusilə də qadınlarda ginekoloji xəstəlikləri müalicə etmək üçün həmin isti sular əvəzsizdir.

    Bulaqdakı hidrogen-sulfid qazı dəri xəstəlikləri ilə yanaşı, şişxassəli xəstəlikləri törədən ağır metalları belə bədəndən çıxarır. İsti suların baxımsız qalması isə şəfa tapmaq üçün bura üz tutanları daha çox narahat edir.

    Mütəxəssislər hesab edir ki, sözügedən ərazidə turizmi inkişaf etdirmək üçün potensial imkanlar var.

  • UFC döyüşçüsü yarışda qondarma rejimin “bayrağını” qaldırdı, XİN hərəkətə keçdi – FOTO

    UFC yarışında erməni əsilli döyüşçünün Azərbaycanın işğal olunmuş ərazilərində işğalçı Ermənistan tərəfindən yaradılmış qanunsuz rejimin qondarma “bayrağının” qaldırılması ilə bağlı Azərbaycanın Los-Anceles şəhərindəki Baş Konsulluğu tərəfindən UFC prezidenti Dana Vayta etiraz məktubu göndərilib.

    Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bildirib.

    Məktubda qanunsuz qurumun Ermənistanın hərbi təcavüzünün nəticəsindən başqa bir şey olmadığı qeyd olunub.

    ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünə dəstəyinə dair birmənalı mövqeyi UFC rəhbərliyinin diqqətinə çatdırılıb.

    UFC qaydalarına istinadən yalnız beynəlxalq tanınmış dövlətlərin bayraqlarının nümayiş etdirilməsinə icazə verildiyi qeyd olunaraq, yarışı siyasiləşdirmək cəhdlərinə görə erməni əsilli döyüşçüyə qarşı müvafiq nizam-intizam tədbirlərinin həyata keçirilməsi və gələcəkdə bu kimi halların təkrarlanmaması tələb edilib”, – deyə L.Abdullayeva əlavə edib.

  • 688 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edildi – RƏSMİ

    Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 2 avqust 2020-ci il saat 00:00-dan 3 avqust 2020-ci il saat 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 429 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 65 nəfər olmaqla, ümumilikdə 688 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

    Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 90-ı rayon, 115-i paytaxt istiqamətinə olmaqla 205, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 35-i rayon, 75-i paytaxt istiqamətinə olmaqla 110, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 50-si rayon, 55-i paytaxt istiqamətinə olmaqla 105 avtomobil geri qaytarılıb, ümumilikdə 420 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

  • Deputatlar avqustun 5-də plenar iclasa toplanır

    Avqustun 5-də Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçiriləcək.

    Bu barədə Oxu.Az-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Qeyd edək ki, iclasda 2020-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq.

    İclasda “İşsizlikdən sığorta haqqında”, “Məşğulluq haqqında” qanunlara, İnzibati Xətalar Məcəlləsinə, İşsizlikdən sığorta fondunun, Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsinə dəyişikliklər birinci oxunuşda təqdim ediləcək.

  • Fazil Məmmədovun kürəkəni 3,3 milyona bina alıb – FOTO

    Keçmiş Vergilər naziri Fazil Məmmədovun kürəkəni Əbdül Əliyev İngiltərənin Nottinqem şəhərinin mərkəzində 1.5 milyon funt sterlinq dəyərində binanı satın alıb.

    Median.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.

    Qeyd olunur ki, Nottinqem şəhərinin NG1 6JB, Long Row küçəsindəki 50, 51 və 52 saylı ünvanı əhatə edən əmlak bu ilin yanvar ayında “NovaLoca” əmlak agentliyi vasitəsilə satışa təqdim edilib.

    Binanın ümumi sahəsi 1791 kvadrat metrdir. Ticarət obyektlərindən ibarət alt mərtəbəsinin sahəsi isə 475 kvadratmetrdir və 2021-ci ilin mart ayınadək qüvvədə olan illik icarəsi 90 min funt sterlinq təşkil edir.

    İyulun 10-da Əbdül Əliyev binanı satın almaq barədə razılaşıb. İyulun 20-də isə keçmiş nazirin kürəkəninə məxsus “NOAP PROPERTIES LIMITED” şirkəti Dartforddakı “The Bridging Group Limited” maliyyə şirkəti ilə müqavilə bağlayaraq satınalmanı reallaşdırıb. “NOAP PROPERTIES LIMITED” 2019-cu il iyunun 27-də Əbdül Əliyevin təsisçiliyi ilə Londonda qeydiyyatdan keçib.

    Əbdül Əliyevin atası Namiq Əliyev Vergilər naziri Fazil Məmmədovun müavini olub.