Month: August 2020

  • Yayda uşaqların qidalanmasına diqqət: Bunlar mədə-bağırsaq pozuntusu yarada bilər

    Yayda uşaqlarda mədə-bağırsaq pozuntularına da geniş rast gəlinir. Çox zaman qida zəhərlənmələrindən, eləcə də infeksiyalardan qaynaqlanan bu pozuntular ağır fəsadlara da yol açır. Uşaqları bu problemlərdən necə qorumaq olar?

    Median.Az “Erkən Uşaqlıq Dövründə İnkişaf” layihəsinin (UNICEF-in və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin birgə icra etdiyi layihə) bununla bağlı tövsiyələrini təqdim edir:

    Süd məhsulları ilə ehtiyatlı olmaq vacibdir. Yayda uşaq qidasına aid olan südlü məhsullarda-sıyıq və ya dondurmalarda, kremli şirniyyatlarda bakterial floranın sayı çox sürətlə artır, toksiki maddələr əmələ gəlir. Süd məhsullarını qış aylarında soyuducudan kənarda 3-4 saat saxlamaq mümkündürsə, yayda bir saatdan artıq saxlamaq mümkün deyil. Qidanın tərkibindəki bakteriyalar sürətlə inkişaf edərək toksiki xarakter alır.

    Xarab qidanı qəbul etdikdən 1-2 saat sonra mədəyə böyuk miqdarda mikrob daxil olaraq qızdırma, titrəmə və qusmaya səbəb olur. Vaxtında uşaqlara düzgün yardım göstərilmədikdə isə bu, mədə-bağırsaq pozuntusu, sinir sisteminin sıradan çıxması və hətta qıcolma ilə nəticələnə bilər.

    Analara məsləhət görülür ki, yemək hazırlayarkən onun keyfiyyətinə və temperaturuna, sanitar-gigiyenik qaydalara fikir vermək lazımdır. Yemək hazırlamamışdan öncə əllər yuyulmalıdır, əks halda dizenteriya xəstəliyinə yoluxma təhlükəsi ola bilər.
    Mədə-bağırsaq pozuntusu ən çox 3 yaşlı uşaqlarda olur. Qida rasionuna fikir vermədən bir neçə çeşiddə olan qidanı ardıcıl yeyəndədə həm uşağın, həm də böyüklərin səhhətində problemlər yaranır.
    Qeyd olunub ki, havanın hərarəti nəzərə alınmalıdır. Uşaqlar temperatura çox həssas, isti və soyuğa dözümsüz olurlar. Yayda ana isti havaya arxayın olaraq uşağa soyuq qida verir. Külək, qəfil hava axını nazik geyinmiş, ya da qalın geyinib tərləmiş uşağa pis təsir edir. İstidə uşaqlar küçədə oynadıqdan sonra evə qaçaraq dərhal soyuq su içməyə tələsir. Belə hallarda valideynlər xüsusilə diqqətli olmalıdırlar.
    Daha sonra qeyd olunub ki, yayda uşaqları su vannasına öyrətmək yaxşıdır. Bu, immuniteti artırır, dərini təmizləyir, qan dövranını yaxşılaşdırır. İmkan olduqda uşaqlar hər gün çimməlidirlər. Uşaqları kölgədə olmaq şərtilə açıq havada gəzdirmək də faydalıdır.

  • МО: Армия Азербайджана способна нанести удар по избранным военным объектам в глубине обороны противника

    Армия Азербайджана способна нанести удар по избранным военным объектам в глубине обороны противника и сделает это при необходимости.

    Об этом говорится в заявлении, распространенном Министерством обороны Азербайджана в связи с очередной ложью армянских чиновников.

    «Информация о том, что якобы в результате минометно-ракетно-артиллерийских ударов азербайджанской армии нанесен ущерб гражданской инфраструктуре Армении на $300 000 – это не что иное, как попытка правительства Армении свалить на Азербайджан свою несостоятельность отремонтировать и восстановить некогда разрушенные вследствие техногенных катастроф или устаревания частные жилые дома, детские сады, водопроводы и газопроводы, заводы, предприятия, словом, находящуюся и без того в плачевном состоянии гражданскую инфраструктуру приграничных армянских населенных пунктов.

    Создается некий парадокс. Во время июльских боев в Товузском направлении государственной границы Министерство обороны Армении не раз утверждало, что в ходе боевых действий армянская сторона, «достойно» защищаясь, не понесла существенных потерь и предотвратила возможные разрушения, которые могли бы быть нанесены населенным пунктам и инфраструктуре Армении. Однако, не прошло и двух недель как председатель Следственного Комитета Армении Гайк Григорян начал бить тревогу о масштабном уроне, нанесенном Тавушской области.

    Как видно, заявление одного армянского чиновника полностью противоречит заявлению другого чиновника. Это свидетельствует о том, что даже официальная информация, распространяемая армянской стороной, основана на лжи и клевете.

    В очередной раз заявляем, что в отличие от противника, подразделения Азербайджанской Армии никогда не берут на прицел и не обстреливают гражданское население, населенные пункты, жилые дома, гражданские объекты. Азербайджанские военнослужащие никогда не воюют с гражданским населением. Все претензии и обвинения армянской стороны являются необоснованными. Все это очередная неудачная попытка вызвать сострадание и привлечь на себя внимание мировой общественности и международных организаций.

    Что же касается необоснованных обвинений Следственного Комитета Армении в связи с якобы использованием азербайджанской стороной тяжелых огнеметных систем ТОС-1 и реактивных систем залпового огня «Град» во время боевых действий на армяно-азербайджанской границе, то однозначно отмечаем, что в ходе этих боев азербайджанская армия не применяла вышеуказанное оружие. Азербайджанская Армия намерена использовать это оружие и другое более современное вооружение исключительно для уничтожения точным огнем избранных военных объектов, военной инфраструктуры, а также живой военной силы на больших площадях в глубине обороны противника. Однако, известно, что такие объекты пока не были взяты нами на прицел и не были уничтожены. Если, как утверждает армянская сторона, азербайджанская армия использовала бы это оружие, то масштабы разрушений и нанесенного ущерба были бы во много раз больше. Напротив, в ходе этих боев в результате интенсивного артиллерийского обстрела противником позиции наших подразделений, а также населенных пунктов и гражданских объектов 14 июля погиб 76-летний мирный житель села Агдам Товузского района Азиз Азизов. В то же время был нанесен урон гражданскому населению, государственной и частной собственности, а также объектам инфраструктуры, и в настоящее время оцениваются масштабы нанесенного ущерба.

    Подразделения азербайджанской армии лишь предпринимали адекватные ответные меры исключительно в соответствии с мощью и разрушительной силой боевых средств, примененных противником. Если у армянской стороны есть какие-либо доказательства относительно применения тяжелых огнеметных систем ТОС-1 и реактивных систем залпового огня «Град», то пусть их предоставит.

    Категорически отвергаем эту информацию и заявляем, что эта – очередная ложь. Армения, как всегда, и на этот раз, распространяя подобную дезинформацию, пытается обмануть международное сообщество», – говорится в заявлении.

  • Bir gündə 53 nəfərin koronavirusa yoluxduğu məhəllədə son vəziyyət – VİDEOREPORTAJ

    Yevlaxda aprelin son günlərindən qaraçıların yaşadığı küçələrdə virusa yoluxma halları qeydə alınmağa başlayıb. İlk günlərdə hətta ailələrdə yoluxanların sayı 10-15 nəfərə çatıb. Həmin küçə sakinlərinin qaydalara məhəl qoymaması orda may ayında vəziyyəti daha da gərginləşdirib. İyunun ortalarından isə “Qaraçılar” məhəlləsində qabaqlayıcı tədbirlər nəticəsində vəziyyət stabilləşib.

    Yevlax Gigiyena və Epidemologiya Mərkəzindən bildirilib ki, qaraçıların yaşadıqları ərazi tez-tez dezinfeksiya edilib, həmin küçələrə giriş-çıxış bağlanıb. Hətta onların şəhərə çıxıb, xəstəliyi yaymaması üçün səyyar bankomatlar quraşdırılıb, çörək və digər ərzaq mağazaları, apteklər açılıb. Bu tədbirlərdə isə öz nəticəsini verib, artıq “Qaraçılar” məhəlləsində virusa yoluxma qeydə alınmır. Polis postları da ərazidən yığışdırılıb.

    Onu da qeyd edək ki, rayonda ümumi yoluxma faizi də aşağı düşüb. Bir sözlə qaydalara əməl olunması nəticəsiz qalmayıb.

    Xatırladaq ki, may ayında həmin məhəllədə bir gündə 53 nəfər koronavirusa yoluxmuşdu.

    Ətraflı Baku TV-nin hazırladığı videoreportajda:

  • Bakıda qurban payı üstündə qarşıdurma: Bir neçə nəfər ayaq altında qaldı – VİDEO

    Bakıda bayram münasibətilə yardımın paylanılması zamanı sıxlıq və qarşıdurma yaranıb.

    Bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.

    Hadisə Xəzər rayonu Şüvəlan qəsəbəsində baş verib.

    Qarşıdurma zamanı bir neçə nəfər ayaq altına yıxılıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Gəncədə qaz partlayıb, bir nəfər yanıq xəsarəti alıb

    Gəncə sakini yanıq xəsarətləri alıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.

    1956-cı il təvəllüdlü Kərimov Vidadi Rəşid oğlu bədəninin 2-3 dərəcəli yanıq diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

    Məlumata görə, 64 yaşlı kişi yaşadığı evin vanna otağında qazı yandıran zaman partlayış olub.

    Hadisənin başvermə səbəbləri araşdırılır.

  • Daha 42 Azərbaycan vətəndaşı Qazaxıstandan Vətənə yola salındı

    COVID-19 pandemiyası dövründə xaricdəki Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi davam etdirilir. Azərbaycan hökuməti koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi səbəbindən sərhədlərin bağlanmasına görə müvəqqəti olaraq (xidməti və şəxsi səfərlərlə əlaqədar) Qazaxıstanda qalmış daha 42 vətəndaşı ölkəmizə təxliyyə edib.

    Azərbaycanın Aktaudakı baş konsuluğundan AZƏRTAC-a verilən məlumata əsasən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Merkuri” bərə gəmisi ilə yola salınan vətəndaşların hamısı COVID-19 testindən keçiblər.

    Ümumilikdə bu günə qədər baş konsulluq vasitəsilə Aktau limanından gəmi ilə 107 nəfər Vətənə göndərilib. Azərbaycana təxliyyə olunmağı gözləyən vətəndaşların baş konsulluqda qeydiyyatı davam etdirilir.

  • Uzun müddət xəstəlikdən əziyyət çəkən şəxs intihar etdi

    Cəlilabad rayonunda intihar hadisəsi baş verib.

    Report-un məlumatına görə, hadisə Cəlilabad şəhərinin Həməşəra küçəsində yerləşən evlərdən birində qeydə alınıb.

    Həmin küçənin sakini, 1960-cı il təvəllüdlü Ehtiram Bəşirov özünü yaşadığı evdə asaraq intihar edib. İlkin məlumata görə, intihar səbəb onun, uzun müddətdi xəstəlikdən əziyyət çəkməsidir.

    Qeyd edək ki, o, əvvəl də intihara cəhd edib.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • Bakıda avtomobil 13 yaşlı qızı vurdu

    Bakıda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

    Report-un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

    Minik avtomobili yolu keçən 2007-ci il təvəllüdlü Bəkirova Gülcamal Timur qızını vurub. Müxtəlif bədən xəsarətləri alan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı G.Bəkirovaya sağ qamış sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda mədən ərazisini zəbt edən maklerlər mühafizəçilərə hücum etdilər – FOTO

    Qurban bayramı ilə əlaqədar qeyri-iş günü olmasını fürsət bilən bir qrup şəxs neft sənayesinə məxsus torpaqları zəbt edərək, qanunsuz tikinti işləri aparmağa cəhd edib.

    Report xəbər verir ki, belə faktlara xüsusilə Bayıl – 20-ci yaşayış sahəsində tez-tez rast gəlinir.

    İyulun 31-i “Bibiheybətneft” Neft Qaz Çıxarma İdarəsinin (NQÇİ) 3 saylı mədən ərazisində 3 366 saylı işlək neft quyusunun təqribən 40 metrliyində maklerlər Arif və Ruslan Zeynalovların tikintiyə hazırlıq işləri gördüyü mühafizəçilər tərəfindən aşkarlanıb. Onlara neft quyusuna minimum 300 metr məsafədə şəxsi tikinti işlərinin aparılmasının qanunla qadağan edildiyi izah olunub. Lakin onlar xəbərdarlıqlara məhəl qoymayaraq, bu gün də (01.08.2020) oğurladıqları torpaq sahəsində tikinti işlərini davam etdiriblər.

    Mühafizəçilər tikintinin qarşısını almağa çalışarkən Arif və Ruslan Zeynalovlar onlara qarşı təhqiredici sözlər, nalayiq ifadələr işlədiblər. Maklerlərin ətrafına topladığı şəxslər də öz vəzifəsini icra edən “Etalon Security” MMC-nin əməkdaşlarına hücum ediblər. Yaranan qarşıdurma nəticəsində mühafizəçi Mətin Məmmədov zədələr alıb və uniforması cırılıb. Mühafizə komandasının rəis müavini Azər Osmanov isə ciddi xəsarət alıb, səhhəti pisləşdiyi üçün təcili tibbi yardım çağırılıb. Aldığı xəsarətlərə görə Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə məlumat verilib və ekspertizaya müraciət olunub.

    Araşdırmalar onu göstərir ki, Bayıl – 20-ci yaşayış sahəsində mədən ərazilərini zəbt edən qruplaşmaya özünü “Sizin media” qəzetinin təsisiçisi kimi təqdim edən, jurnalist adı altında maklerliklə məşğul olan Rövşən Şirəliyev dayanır. Onun qanunsuz əməlləri haqqında mətbuatda geniş araşdırmalar dərc olunub.

    Elə Arif və Ruslan Zeynalovlar da Rövşən Şirəliyevin dəstəsinin üzvləridir. Belə ki, Ruslan Zeynalov da “Sizin media” qəzetinin vəsiqəsini daşıyır.

    Qeyd edək ki, “Bibiheybətneft” NQÇİ-nin 3 saylı mədən ərazisində qanunsuz, özbaşına tikinti işləri baş alıb gedir. Artıq bu ərazilər mədən sahəsini yox, yaşayış massivini xatırladır. Ərazidəki acınacaqlı vəziyyətin dəfələrlə ictimailəşdirilməsinə, mühafizəçilərin bütün cəhdlərinə baxmayaraq qanunsuz tikintinin qarşısını almaq mümkün olmur. Doğrudanmı hüquq mühafizə orqanları 3-5 dələduzun öhdəsindən gələ bilmir?





  • Sumqayıtda sərxoş kişi qardaşını və onun oğlunu xəstəxanalıq etdi

    Sumqayıtda sərxoş şəxs qardaşını bıçaqlayıb, qardaşı oğluna isə xəsarət yetirib.

    APA-nın məlumatına görə, hadisə şəhərin Corat qəsəbəsində qeydə alınıb. Eyni həyətdə yaşayan qardaşlar arasında yaranan mübahisə qanla nəticələnib. Belə ki, sərxoş vəziyyətdə olan 50 yaşlı Nəcəf Şirinov qardaşı, 1957-ci il təvəllüdlü Zakir Şirinova bıçaqla hücum edərək əvvəlcə sağ qoluna, sonra isə sinə nahiyəsinə xəsarət yetirib. Daha sonra o, bıçağın tiyəsi ilə qardaşı oğlunun göz nahiyəsinə zərbə endirib.

    Xəsarət alan ata və oğlu xəstəxanaya yerləşdirilib. Vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.

    N. Şirinov polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.