Month: August 2020

  • ВС Армении нарушили режим прекращения огня 35 раз за сутки

    Подразделения вооруженных сил Армении, используя крупнокалиберные пулеметы и снайперские винтовки, в течение суток 35 раз нарушили режим прекращения огня в различных направлениях фронта.

    Об этом 3 августа сообщает пресс-служба Минобороны Азербайджана.

    С позиций в селах Айгепар, Чинари, Айгедзор Бердского района и на безымянных высотах в Чамбаракском районе Армении подверглись обстрелу расположения азербайджанской армии в селах Алибейли, Агдам, Коханеби, Мунджуглу Товузского района, в селе Заманлы и на безымянных высотах в Гедабейском районе.

    Оборонное ведомство отмечает, что обстрел также велся с позиций близ оккупированных сел Чилябюрт – Тертерского, Юсифджанлы, Мерзили – Агдамского, Гараханбейли, Горадиз – Физулинского районов, а также с безымянных высот в Тертерском и Ходжавендском районах.

  • Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 35 dəfə pozub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ermənistan Respublikasının Berd rayonunun Ayqepar, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi və Muncuqlu kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

  • Число случаев заражения коронавирусом в мире превысило 18 миллионов

    Число инфицированных коронавирусом в мире достигло 18 236 407 человек.

    От коронавируса в мире скончались 692 817 человек, выздоровели – 11 446 278.
    Больше всего инфицированных в США (4 813 647), Бразилии (2 733 677) и Индии (1 805 838).

    В России (4-е место в мире) COVID-19 выявлен у 850 870 человек.

    В Азербайджане на сегодняшний день коронавирусом заразились 32 443 человека, 27 113 из которых вылечились, 462 – скончались.

  • Koronavirusla bağlı son STATİSTİKA

    Dünyada koronavirusa yoluxmuş adamların sayı 18 236 407 nəfərə çatıb.

    Virusdan 692 817 xəstə ölüb, 11 446 278 nəfər sağalıb.

    Koronavirusun ən çox yayıldığı üç ölkə ABŞ (4 813 647 nəfər), Braziliya (2 733 677 nəfər) və Hindistandır (1 805 838 nəfər).

    Ən çox ölümün müşahidə olunduğu dövlətlər ABŞ (158 365 nəfər), Braziliya (94 130 nəfər) və Meksikadır (47 746 nəfər).

    Azərbaycanın sərhəd qonşuları arasında koronavirusa ən çox yoluxma siyahıda dördüncü olan Rusiyada (850 870 nəfər), virusdan ölüm isə 10-cu yerdə qərarlaşan İrandadır (17 190 nəfər).

    Azərbaycanda bu vaxta qədər 32 443 nəfərdə koronavirus qeydə alınıb. Virusa yoluxanların 27 113-ü sağalıb, 462-si isə həyatını itirib.

  • В Азербайджане вооруженные наркоплантаторы открыли огонь по полицейским – ФОТО

    В результате проведенных сотрудниками Огузского РУП оперативных мероприятий задержаны подозреваемые в незаконном культивировании наркосодержащих растений и хранении огнестрельного оружия.

    Как сообщили в шекинской региональной группе пресс-службы МВД Азербайджана, жители села Ширванлы – ранее судимый Новруз Умарлы и Аяз Балакишиев были пойманы правоохранителями в момент работ по уходу за кустами конопли.

    Чтобы избежать ответственности, Н.Умарлы открыл огонь по полицейским. Благодаря профессионализму сотрудников правоохранительных органов он был обезврежен.

    Пытавшийся скрыться А.Балакишиев был задержан на территории села.

    В ходе осмотра места происшествия обнаружили и изъяли принадлежавшие Н.Умарлы пистолет Макарова, две обоймы с 15 патронами, прибор ночного видения, маску, перчатки и 165 кустов конопли.

    Был также проведен осмотр мест проживания задержанных лиц. Во дворе дома А.Балакишиева обнаружили и изъяли более 91 г марихуаны, а также обрез ТОЗ, а в доме Н.Умарлы – 37 г марихуаны.

    По данному факту возбуждено уголовное дело, расследование продолжается.




  • Azərbaycanda silahlı narkotacir polisə atəş açdı – FOTO

    Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyasında və qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

    Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şirvanlı kənd sakinləri – əvvəllər məhkum olunmuş, kriminal aləmə meyilli olan Novruz Umarlı və bibisi oğlu Ayaz Balakişiyev kəndin meşəlik ərazisində əvvəlcədən əkib-becərdikləri narkotik tərkibli çətənə kollarına qulluq edərkən “iş başında” yaxalanıblar.

    Ancaq N.Umarlı törətdiyi cinayət əməlindən yayınmaq üçün qanunsuz olaraq üzərində gəzdirdiyi tapançadan polis əməkdaşlarına atəş açıb. Şöbənin Cinayət Axtarış Bölməsi əməkdaşlarının çevikliyi və peşəkarlığı nəticəsində atəş açan Novruz Umarlı zərərsizləşdirilərək saxlanılıb.

    Oradan qaçmağa çalışan A.Balakişiyev də qısa müddət ərzində Şirvanlı kəndi ərazisində tutulub. Hadisənin baş verdiyi əraziyə baxış keçirilən zaman oradan N.Umarlıya məxsus “Makarov”markalı tapança, içərilərində 15 patron olan 2 sandıqça, gecəgörmə cihazı, maska, əlcək və qohumların birlikdə əkib-becərdikləri 165 ədəd çətənə kolu aşkar olunaraq maddi sübut kimi götürülüb.

    Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxslərin yaşadıqları ünvanlara da baxış keçirilib. A.Balakişiyevin evinin həyətyanı sahəsindən sellofan torbada 91 qramdan artıq qurudulmamış marixuana, eləcə də lüləsi və qundağı kəsilmiş “TOZ” markalı tüfəng, N.Umarlının kənd ərazisindəki evindən isə 37 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

    Faktlarla bağlı Oğuz RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər cinayət əməllərində iştiraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.




  • Güclü yağışlardan sonra çaylardakı vəziyyət açıqlandı

    Ötən gün ərzində yağan yağışlarla əlaqədar respublikanın əksər çaylarında sululuq artıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, keçən gün ərzində yağan yağışlarla əlaqədar respublikanın əksər çaylarında sululuq artıb, Böyük Qafqazın bəzi çaylarından isə qısamüddətli sel keçib.

    Belə ki, Kiçik Qafqaz çaylarında suyun səviyyəsi 9-11 sm, Böyük Qafqazın ərazisindən axan Vəlvələçayda 10 sm, Lənkəran-Astara bölgəsi çaylarında 2-5 sm, Qanıx çayında isə 12 sm artım müşahidə olunub.

  • AZAL вновь увеличивает число рейсов в Стамбул

    Национальный авиаперевозчик Азербайджана вновь увеличит число специальных рейсов между Баку и Стамбулом.

    С 6 августа число рейсов в Стамбул будет увеличено до 11 в неделю (сейчас авиасообщение между городами выполняется ежедневно). По вторникам, четвергам, субботам и воскресеньям AZAL будет выполнять рейсы в Стамбул дважды в день.

    Тарифы аналогичны ранее запланированным специальным рейсам.

    На рейсах AZAL Стамбул-Баку студенты вновь могут воспользоваться 30%-ной скидкой при покупке авиабилета. Для этого после оформления брони на сайте необходимо отправить сканированную копию иммиграционного документа и паспорта в колл-центр авиакомпании через форму обратной связи на сайте или посредством мессенджера WhatsApp. Подробная видеоинструкция по оформлению скидочного авиабилета представлена по ссылке: https://youtu.be/HylsY0m9cEM

    Согласно новым правилам, к полетам будут допускаться только пассажиры, прошедшие тестирование на коронавирус (COVID-19) и получившие негативный результат.

    Со списком лабораторий в Баку, аккредитованных Объединением по управлению медицинскими территориальными подразделениями (TƏBİB), можно ознакомиться на сайте: https://www.azal.az/ru/information/covid-clinics.

    Как сообщалось ранее, при вылете из Стамбула в аэропорту на стойке регистрации необходимо будет показать справку о негативном результате на COVID-19, предоставленную одной из клиник “Memorial Sağlık Grubu” или других клиник из списка на сайте министерства здравоохранения Турции: https://covid19bilgi.saglik.gov.tr/tr/covid-19-yetkilendirilmis-tani-laboratuvarlari-listesi.

    Пассажиры, возвращающиеся из других стран через Стамбул, могут предоставить справку о ПЦР-тестировании из лаборатории, сертифицированной министерством здравоохранения (или другим компетентным органом) этой страны, либо пройдя тестирование в одной из турецких клиник из списка, предоставленного выше.

    Во всех случаях результат теста должен быть получен в течение 48 часов до вылета рейса.

    В соответствии с решением Кабинета Министров Азербайджана все прибывшие этими рейсами в Баку пассажиры в течение двух недель должны будут находиться в самоизоляции. С этой целью во время полета они должны будут заполнить декларацию с указанием адреса проживания, где они смогут самоизолироваться. Разрешения, выдаваемые посредством SMS-8103 не будут распространяться на этих лиц.

    Напомним, что на выполняемых в период пандемии COVID-19 рейсах, будут применяться специальные правила как в аэропортах вылета и прилета, так и на борту воздушного судна. “Азербайджанскими Авиалиниями” была подготовлена видеоинструкция: https://youtu.be/AFFKE0yX0nE

  • AZAL Bakı ilə İstanbul arasında xüsusi reyslərin sayını yenidən artıracaq

    Azərbaycanın milli aviadaşıyıcısı Bakı ilə İstanbul arasında xüsusi reyslərin sayını yenidən artıracaq.

    AZAL-dan verilən məlumata görə, avqustun 6-dan etibarən İstanbul istiqamətində reyslərin sayı həftədə 11-dək artırılacaq (hazırda şəhərlər arasında uçuşlar hər gün həyata keçirilir).

    Həftənin çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günləri AZAL İstanbula gündə iki reys həyata keçirəcək.

    Tələbələr aviabilet alışı zamanı AZAL-ın reyslərində 30 faiz həcmində güzəştdən yenidən yararlana biləcəklər.

    Yeni qaydalara əsasən, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər buraxılacaq.

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş Bakıdakı laboratoriyaların siyahısı ilə aşağıda tanış ola bilərsiniz:

    https://www.azal.az/az/information/covid-clinics.

    Bütün hallarda testin nəticəsi reysdən əvvəl 48 saat ərzində alınmalıdır.

  • Azərbaycanda leysan yağıb, sel gəlib – FAKTİKİ HAVA

    Avqustun 3-də səhər saatlarına qədər ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, şimal-qərb küləyi güclənib.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, düşən yağıntının miqdarı Zaqatalada 36 mm, Şəki, Sarıbaşda (Qax) 33 mm, Kişçayda (Şəki) 32 mm, Tərtər, Qəbələdə 24 mm, Oğuzda 23 mm, İsmayıllıda 20 mm, Mingəçevirdə 19 mm, Şahdağda 18 mm, Ağdamda 14 mm, Balakəndə 10 mm, Göyçay, Qusarda 12 mm, Daşkəsən, Gədəbəy, Lerikdə 7 mm, Qrız, Tovuzda 6 mm, Quba, Naftalanda 5 mm, Şahbuz, Mərəzə, Bərdə, Astarada 4 mm, Ağdərə, Göygöl, Gəncə, Xaltan, Zərdabda 3 mm, Ağstafa, Altıağac, Şamaxı, Ceyrançöl, Lənkəran, Kürdəmir, Beyləqanda 2 mm, Sumqayıt, Bakı, Naxçıvan, Sədərək, Şəmkir, Sabirabad, Yardımlı, Şabranda 1 mm olub.

    Yağan leysan xarakterli yağış nəticəsində avqustun 3-ü saat 00:15 radələrində Kürmükçay-İlisu, 02:30 radələrində isə Girdimançay-Qaranohur məntəqələrindən sel keçib.

    Şimal-qərb küləyi arabir Şərurda 20 m/s, Bakıda və Abşeron yarımadasında Qum adasında 18 m/s, Pirallahıda 16 m/s, Neft Daşlarında 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,6 metrə çatıb.

    Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 28-31, aran rayonlarında 32-37, dağlıq rayonlarda 20-22, Naxçıvan MR-da 34-39 dərəcə isti olub.