Month: August 2020

  • Bakıda iki sərnişin avtobusu toqquşub, yaralılar var – FOTO

    Bakı şəhərinin Nərimanov rayonunda “İveco” markalı iki sərnişin avtobusu toqquşub.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtobuslardan birində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

    Qeyd edək ki, qəza nəticəsində yolda böyük tıxac yaranıb.

    Daha sonra yolda hərəkət birtərəfli bərpa olunub. Qəza etmiş avtomobillərin yoldan götürülməsi üçün evekuatorlar gətirilib.




  • “Bakı Metropoliteni”nin rəisi ilə bağlı İTTİHAM: Karantin pulları Londona gedir – FOTOFAKT

    “Maliyyə nazirliyinin açıqlamasına görə, pandemiyadan ziyan çəkən dövlət şirkətlərinə maliyyə dəstəyi çərçivəsində “Bakı Metropoliteni”nə 2 mln. 600 min manat ilkin maliyyə dəstəyi göstərilib. Metro işləmir, bəs pullar hara gedir?”

    Bu sualla jurnalist Cavanşir Həsənli öz sosial şəbəkə hesabında çıxış edib.

    C.Həsənli verdiyi suala elə özü də aydınlıq gətirməyə çalışıb: “Aşağıdakı sənədlər bu sualın cavabıdır. “Bakı Metropoliteni”nin rəisi Zaur Hüseynovun Londonda yaşayan 28 yaşlı oğlu Həbib Hüseynzadə ötən ay İngiltərədə böyük həcmdə yeni investisiya müqaviləsi imzalayıb. İyunun 29-da bununla bağlı razılaşma əldə olunub, iyulun 21-də müqavilənin tələblərinə uyğun olaraq ödəmə Britaniyanın Barclay’s Bank UK PLC bankı vasitəsilə icra olunub. 41 səhifəlik müqavilənin şərtləri əsasında vəsaitin həcmi və hansı məqsədlə köçürülməsinin detalları məxfi saxlanılır”.

    “Metropoliten rəisinin oğlu tikinti və daşınmaz əmlak biznesi ilə məşğul olur, indiyədək Callington yaxınlığında “Downgate”də böyük ərazini satın alaraq çoxsaylı evlər tikib, satışa çıxarıb”, – deyə jurnalist idda edib.
    //yenicag.az












  • Sərt karantin rejimi avqustun 5-də bitir? – RƏSMİ AÇIQLAMA

    Azərbaycanda hazırkı sərt karantin rejminin müddəti avqust ayının 5-də başa çatır.

    Hazırda hər kəsi maraqlandıran sual sərt karantin rejiminin uzadılıb-uzadılmamasıdır.

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Qazet.az-a açıqlamasında bildirib ki, hələ ki, sərt karantinin rejiminin uzadılması ilə bağlı rəsmi qərar yoxdur.

    Qeyd edək ki, yumşaldılma koronavirusa yoluxanların sayının kəskin azalacağı təqdirdə mümkün olacaqdır ki, hazırda da yoluxma sayı nisbətən azalıb. Göstəricilər onu deməyə əsas verir ki, Azərbaycanda sərt karantin rejimi yumşaldıla bilər.

  • Qaxda yük maşınını və buldozeri sel apardı – VİDEO

    Ötən gün axşam saatlarında Qax rayonuna, eləcə də, rayonun dağlıq ərazilərinə güclü yağış yağıb.

    Qafqazinfo-nun məlumatına görə, yağışın güclü olması rayonun ən böyük çaylarından biri olan Kürmük çayına sel gəlməsi ilə nəticələnib.

    Sel nəticəsində çay məcrasında bənd tikintisi işləri aparan təşkilata məxsus ZİL markalı avtomobil və bir ədəd ağır tonnajlı buldozeri sel aparıb. Hər iki texnika yararsız vəziyyətə düşüb.

  • Heydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırdı – FOTO

    Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları və müxtəlif ərzaq sovqatlarının verilməsi başa çatıb.

    AZƏRTAC xəbər ki, aksiya respublika üzrə 100 mindən çox aztəminatlı ailəni əhatə edib.

    Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri aztəminatlı ailələrin evlərinə baş çəkərək, onları bayram münasibətilə təbrik ediblər. Ailələrə ətlik cins heyvanların xüsusi ət kəsimi yerlərində kəsilərək ayrı-ayrılıqda qablaşdırılmış paylar və ərzaq sovqatları çatdırılıb.

    Qeyd edək ki, Mehriban Əliyevanın tapşırığı ilə bundan əvvəlki dövrlərdə də müxtəlif bayramlar, əlamətdar günlər münasibətilə həssas əhali qrupları, aztəminatlı ailələrlə bağlı minlərlə ailəni əhatə edən dəstək layihələri həyata keçirilib.

    Bu cür aksiyalarda məqsəd xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial dəstək göstərmək, müxtəlif bayram və əlamətdar günləri onlarla birlikdə qeyd etməkdir.





  • Bakıda özəl klinika xərçəng xəstəsinə sətəlcəm diaqnozu qoyub

    “Atamı 15-20 iyun arası yəni 1 həftə “HB Güvən Klinikası”na yerləşdirdik. İlk və son çıxış vaxtının vəziyyətinə baxın. Onu doktor Vasif İsmayılın tövsiyəsi ilə “HB Güvən Klinikası”na apardıq. Atama səhv diaqnoz qoyaraq həyatını məhv elədilər. 2700 manat pul ödəməyimi istədilər. Ödədim. 15 iyunda “sətəlcəm” deyə guya “müalicə” edib daha da ağırlaşdırdılar. Dedik bəlkə onkomarkerlər də verilsin? Dedilər yox lazım deyil”.
    Bizimyol.info xəbər verir ki,bu məlumatı sosial şəbəkə hesabında jurnalist Zamiq Məmmədli paylaşıb. Onun iddiasına görə, Qarabağ əlili olan atasına yanlış verilən dərmanlar mədə qanamasına səbəb olduqdan sonra xəstəxana onu müalicə etmək istəməyib.

    “HB Güvən”də yazılan ağır dərmanlar (təxmini 200 AZN da HB həkimi Nazxanım Qasımovanın yazdığı dərmanlara ödəmişdik) mədəsindəki yarları deşib qanaxma vermişdi. Artıq ağzından qan gəlirdi… “HB Güvən Klinikası”nın yazdığı müalicəni dayandırdıq. Həkimi dedi ki, mənlik deyil… 20 iyunda atamı “HB Güvən Klinikası”ndan çıxardıq. Xəstəxanadan çıxanda onun metastaz vermiş onkoloji mədə xəstəsi olduğunu Onkoloji instituta apararaq müəyyən etdik.

    Atam 26 iyulda vəfat etdi.

    1-ci qrup Qarabağ əlili idi. “HB Güvən”dən heç olmasa üzürxahlıq istədim, həkimi Nazxanım Qasımova adlı biri idi, Mansur adlı baş həkimə, Rəşad Zeynalov adlı direktorlarına dəfələrlə yazdım, ya cavab gəlmədi ya da dedilər ki, get hara istiyirsən şikayət elə. Hazırda məhkəməyə iddia ərizəsini hazırlayıram. Ora xəstəxana deyil, qəssabxanadır!

    Həmin o klinikada 1 həftə ərzində sadəcə ağrıkəsicilər, (nədənsə revmotestlər??), sidiyin-qanın ümumi analizini dəfələrlə götürüb damarını deşik deşik etmişdilər. Adicə natrium-xlorid sistemi qoşaraq ödədiyim depoziti silməklə məşğul olublar… Mən soruşdum kii, 2700 manata nə edilib? Niyə bu ağırlaşdı? Cavab verən olmadı. Sonra özümüz xərçəngdən şübhələnib atamı Onkologiyaya apardıq. Məlum oldu ki, atamda ağırlaşmış onurğa-mədə xərçəngi var… “HB Güvən Klinikası” isə pul qazanmaq üçün atama “sətəlcəm” deyib 1 həftə boyunca pul yemək üçün sadəcə işkəncə veriblər”,- deyə jurnalist bildirib.

    HB Güvən Klinikası ilə əlaqə saxlamaq cəhdimiz boşa çıxdı.Məsələni araşdırmağa davam edəcəyik və qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

  • Момент спасения водителя автобуса после ДТП – ОБНОВЛЕНО + ВИДЕО

    В Баку в результате столкновения двух пассажирских автобусов водитель оказался в беспомощном состоянии из-за деформации транспортного средства.

    * * * *

    В Наримановском районе Баку столкнулись два пассажирских автобуса Iveco.

    Как сообщили в Министерстве по чрезвычайным ситуациям Азербайджана, информация об этом поступила на горячую линию “112”.

    Прибывшие на место происшествия спасатели извлекли из деформированного транспортного средства водителя, который находился в тяжелом состоянии.

  • Bakıda qəzaya uğramış maşından sürücünün xilas edilməsi anları – YENİLƏNİB + VİDEO

    Bakıda iki sərnişin avtobusunun toqquşması nəticəsində sürücü deformasiyaya uğramış maşında sıxılmış vəziyyətdə qalıb.

    Qeyd edək ki, Bakı şəhərinin Nərimanov rayonunda “İveco” markalı iki sərnişin avtobusu toqquşub.

    * * * *

    Bakıda iki sərnişin avtobusu toqquşub.

    Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Bakı şəhərinin Nərimanov rayonunda “İveco” markalı iki sərnişin avtobusu toqquşub.

    Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtobuslardan birində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

  • В Баку 61-летняя женщина пострадала в аварии

    В Наримановском районе Баку в результате столкновения двух автомобилей получила травмы Рена Балашзаде (1959 г.р.).

    Как сообщает Report, пострадавшую госпитализировали в Городскую клиническую больницу №3.

    По данному факту ведется расследование.

  • Bakıda qəza: 61 yaşlı qadın xəsarət aldı

    Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Report-un məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

    Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1959-cu il təvəllüdlü Balaşzadə Rəna Əliquşad qızı xəsarət alıb.

    Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.