Month: August 2020

  • Bakıda yataqxana binasında yanğın – YENİLƏNİB + FOTO

    Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası Bakıda məcburi köçkünlərin yaşadığı yataqxanada qeydə alınan yanğınla bağlı açıqlama yayıb.

    Qurumdan Oxu.Az-a verilən məlumata görə, hadisə yerinə iki təcili yardım briqadası yollanıb.

    Bildirilib ki, hadisə nəticəsində bir nəfərə yerində yardım edilib.

    * * * * *

    Bakının Yasamal rayonunda – Şərifzadə küçəsində yanğın baş verib.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə məcburi köçkünlərin yaşadığı yataqxana binasında qeydə alınıb.

    Bildirilib ki, yanğında bir nəfər başından xəsarət alıb. Əraziyə gələn təcili tibbi yardım briqadası tərəfindən ona ilkin tibbi yardım göstərilib.

    Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva Oxu.Az-a açıqlamasında faktı təsdiq edib.

    O bildirib ki, yanğın artıq söndürülüb:

    “Paytaxtın Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yanğınla bağlı nazirliyin “112” qaynar xəttinə çağırış daxil olub. Əraziyə dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin əməkdaşları göndərilib.

    Yanğın yataqxana binasında deyil, onun yanında yerləşən 70 kvadrat metr sahəsi olan köməkçi tikilidə qeydə alınıb. Orada yaşayan məcburi köçkünlər təxliyyə edilib.

    Yanğın əməkdaşlarımız tərəfindən söndürülüb, yanğının yataqxana binasına keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb”.




  • Rusiyada tədris ilində yeni qayda

    Rusiyada yeni tədris ilində zəng çalınmayacaq.

    TASS bununla bağlı Rusiya Təhsil Nazirliyinin İdarəetmə və Nəzarət Departamentinin direktoru Tamara Romanovanın açıqlamasına istinadla xəbər yayır.

    Onun sözlərinə görə, koronavirusla əlaqədar təhlükəsizlik qaydalarına əməl etmək məqsədilə hər sinifin öz cədvəli olacaq:

    “Məktəbdə dərslər, yeməkxanada qidalanma üçün fərdi başlanğıc və bitmə vaxtları tətbiq ediləcək. Hər sinifin öz dəyişiklikləri olacaq, yəni ümumi zəng ləğv ediləcək, binalara əlavə girişlər açılacaq. Mümkünsə sinif üçün ayrıca bir kabinet təşkil etməyə çalışacağıq, ancaq hər bölgədə özünəməxsus üsullar var”.

    Qeyd edək ki, avqustun 26-da Rusiyada prezidentinin hökumət üzvləri ilə görüşündə ölkənin Təhsil naziri Sergey Kravtsov Rusiyadakı bütün məktəb, uşaq bağçası və kolleclərin yeni tədris ilinin başlamasına hazır olduğunu bildirib.

  • Дорожная полиция обратилась к водителям, пытающимся выехать из Баку в районы

    Главное управление Государственной дорожной полиции МВД Азербайджана обратилось к водителям, пытающимся выехать из Баку в районы.

    Как сообщили АПА в управлении, в связи с введением жесткого карантинного режима в Баку, Джалилабаде, Гяндже, Масаллы, Мингячевире, Сумгайыте, Евлахе, Абшеронском, Бардинском, Хачмазском, Геранбойском, Гейгельском, и Сальянском районах въезд и выезд с указанных административных территорий осуществляется только по соответствующим командировочным листам и на основании данных, внесенных в портал icaze.e-gov.az.

    Однако в последнее время наблюдается массовый выезд в выходные дни лиц, в частности проживающих и работающих в Баку, Сумгайыте и Абшеронском районе, в ряд регионов республики.

    В обращении также отмечается, что с целью предотвращения злоупотреблений предоставленным разрешением, главное управление еще раз доводит до сведения участников движения, что работники сфер, которые не функционируют в выходные дни, несмотря на наличие разрешения, не будут пропущены через посты.

  • Yol Polisindən rayonlara getmək istəyənlərə XƏBƏRDARLIQ – VİDEO

    Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Salyan rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar həmin inzibati ərazilərə giriş-çıxış yalnız müvafiq ezamiyyə vərəqələri və ya “icaze.e-gov.az” portalına daxil edilmiş məlumatlar əsasında həyata keçirildiyindən son vaxtlar, xüsusilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayan və işləyən şəxslərin kütləvi şəkildə məhz həftəsonu respublikanın ayrı-ayrı bölgələrinə ezamiyyətə getmələri müşahidə olunur.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

    Verilən icazədən sui-istifadə hallarının qarşısının alınması məqsədilə DİN Baş DYP İdarəsi bir daha hərəkət iştirakçılarının nəzərinə çatdırır ki, həftənin şənbə və bazar günləri fəaliyyət göstərməyən xidmət sahələrində çalışan işçilərə müvafiq ezamiyyə vərəqələrinin verilməsinə və ya “icaze.e-gov.az” portalına bu haqda məlumatların daxil edilməsinə baxmayaraq, həmin şəxslər ezam olunduqları ərazilərə həftəsonu gedəcəkləri təqdirdə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilmiş inzibati ərazilərin sərhədlərində yerləşən xüsusi karantin postlarından buraxılmayacaqlar.

  • В Азербайджане произошло землетрясение

    В Джалилабадском районе Азербайджана произошло землетрясение.

    Подземный толчок магнитудой 3,5 был зафиксирован 28 августа в 11:05 в восьми км от сейсмостанции “Джалилабад”, сообщили в Республиканском центре сейсмологической службы Национальной академии наук республики.

    Очаг землетрясения залегал на глубине 28 км.

  • Azərbaycanda zəlzələ oldu

    Cəlilabad rayonunda zəlzələ olub.

    Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, saat 11:05-də Cəlilabad stansiyasından 8 km cənubda, Cəlilabad rayonunda zəlzələ qeydə alınıb.

    Zəlzələnin maqnitudası 3.5, dərinliyi 28 km olub.

    Zəlzələ episentrdə 3 bala qədər hiss edilib.

  • Ramiz Mehdiyevin nəvəsinin toyuna qatıldığı iddia edilən deputatla bağlı RƏSMİ AÇIQLAMA

    AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev öz ərizəsi ilə Bakı Dövlət Universitetinin (BDU) Psixologiya kafedrasının müdiri vəzifəsindən azad edilib.

    Bu barədə Oxu.Az-a BDU-nun mətbuat katibi Günel Orucəliyeva məlumat verib.

    O bildirib ki, bu məsələ bir neçə ay bundan öncə baş verib:

    “Parlament seçkilərindən sonra professor Bəxtiyar Əliyev Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin sədri təyin olunduqdan sonra qanunvericiliyə uyğun olaraq öz ərizəsi ilə kafedra müdiri vəzifəsindən azad olunub.

    Bununla belə, professor Bəxtiyar Əliyev BDU ilə sıx əməkdaşlıq edir. O, BDU-nun Elmi Şurasının üzvüdür”.

    Xatırladaq ki, bəzi saytlarda Bəxtiyar Əliyevin də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyi və bu səbəbdən onun BDU-da kafedra müdiri vəzifəsindən azad edildiyi yazılıb. O isə açıqlamasında yazılanların həqiqətəuyğun olmadığını bildirib.

  • “MilliÖN” terminallarında “Azercell” mobil operatorunun xidməti ləğv edilib? – AÇIQLAMA

    “MilliÖN” terminallarından “Azercell” mobil operatorunun xidmətləri götürülüb.

    Artıq bir neçə gündür ki, “MilliÖN” terminallarından istifadə edən şəxslər bu barədə sosial şəbəkələrdə paylaşım edərək, “Azercell” mobil operatorunun xidmətlərinin ləğv edilməsinin səbəbini öyrənmək istəyirlər.

    Məsələ ilə bağlı “MilliÖN” şəbəkəsinin İctimaiyyətlə Əlaqələr və Müştəri Xidmətləri İdarəsinin rəhbəri Ülviyyə Əfəndiyeva Oxu.Az-a açıqlama verib.

    O bildirib ki, “Azercell” mobil operatorunun xidmətlərinin ödənişlərinin “MilliÖN” terminallarında olmamasının səbəbi tərəflər arasında davam edən danışıqlardır:

    “Aparılan danışıqlar zamanı rəhbərlərin qarşılıqlı razılığı əldə olunacağı təqdirdə xidmətlər “MilliÖN” şəbəkəsində bərpa ediləcək. Onu da qeyd edim ki, regionlarda “MilliÖN” terminallarının bu istiqamət üzrə ən çox yayılan ödəmə vasitəsi olduğunu nəzərə alaraq, vətəndaşlar tərəfindən xidmətin bərpası ilə bağlı çoxsaylı müraciətlər daxil olur. Hər bir müraciət qeydə alınır”.

  • Онлайн-олимпиада: сборная Азербайджана по шахматам начинает борьбу в 1/4 финала

    Сборная Азербайджана по шахматам сегодня, 28 августа, проведет очередную встречу в рамках онлайн-олимпиады, сообщается на сайте Международной шахматной федерации (FIDE).

    В 1/4 финала наша сборная померится силами с командой Польши (20:00 по бакинскому времени – ред.).

    Также на этом этапе турнира пройдут встречи США-Украина, Россия-Венгрия, Индия-Армения.

    В случае выхода в полуфинал азербайджанские гроссмейстеры сыграют с победителем пары Индия-Армения.

  • Olimpiada həyəcanı: Millimiz 1/4 finalda mübarizəyə başlayır

    Onlayn şahmat üzrə Olimpiadada millimiz bu gün növbəti görüşünə çıxacaq.

    FIDE-nin saytı xəbər verir ki, millimiz bu gün 1/4 finalda Bakı vaxtı ilə saat 20:00-da Polşa komandası ilə qarşılaşacaq.

    Polşa dünən Bolqarıstan millisinə 1/8 finalda qalib gələrək (3,5:2,5 və 4:2) Azərbaycana rəqib olub.

    1/4 final mərhələsində ABŞ – Ukrayna, Rusiya – Macarıstan, Hindistan – Ermənistan görüşləri keçiriləcək. Yığmamız yarımfinala adlayacağı halda, Hindistan – Ermənistan cütünün qalibi ilə qarşılaşacaq.

    Qeyd edək ki, bu mərhələdə altı xana üzrə hər şahmatçı rəqibi ilə iki dəfə qarşılaşacaq.