Month: August 2020

  • Mərdəkan-Zuğulba yolundakı piyada körpüsü yaxın günlərdə istifadəyə veriləcək – FOTO

    Mərdəkan-Zuğulba yolunda olan piyada keçidi yaxın günlərdə vətəndaşların istifadəsinə veriləcək.

    Bunu Trend-in sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

    Onun sözlərinə görə, hazırda keçiddə son tamamlanma işləri aparılır:

    “Buzovna-Bilgəh avtomobil yolunda avtonəqliyyatın intensiv hərəkətini və yol boyu yaşayan sakinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə Mərdəkan-Zuğulba yolunda (köhnə “Mərdəkan Broyler” ASC-nin yaxınlığı) yerüstü piyada keçidinin tikintisi nəzərdə tutulub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mütəxəssisləri yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə əraziyə baxış keçiriblər, ən optimal sahə seçilərək yerüstü piyada keçidinin tikintisinə başlayıblar.

    Piyada keçidinin ümumi uzunluğu panduslarla birlikdə 180 metr təşkil edir. Keçiddə yaşlı adamların, əlillərin, uşaq arabalarının tam rahat hərəkətini təmin etmək üçün müasir, beynəlxalq standartlara uyğun, 80 maillikli piyada pandusları quraşdırılıb. Keçid üç dayaqlıdır. Orta hissə uzunluğu 52 metr, eni 4,5 metr olan torşəkilli metal konstruksiyadan ibarətdir. Müasir işıqlandırma sistemi quraşdırılıb. Keçiddə həmçinin daimi qulluq edəcək personal üçün xidməti otaqlar da inşa edilib”.

  • В Азербайджане в действующих в период пандемии отелях проводятся мониторинги

    В отелях Азербайджана начаты проверки в рамках борьбы с COVID-19.

    Об этом говорится в сообщении Госагентства по туризму.

    Отмечается, что мониторинги проводятся в соответствии с решением Кабмина согласно утвержденным правилам по организации деятельности гостиниц в Азербайджанской Республике в период коронавирусной пандемии (COVID-19).

    В работе мониторингов, наряду с представителями Государственного агентства по туризму, принимают участие сотрудники соответствующих госструктур и местных органов исполнительной власти.

    С этой целью в каждой из гостиниц, расположенных в Баку и регионах, было назначено ответственное лицо, проведены предварительные тренинги.

    Гостиницам, соблюдающим требования, со стороны Госагентства по туризму будет присвоен санитарно-гигиенический знак SAHMAN.

  • Azərbaycanda hotellərdə koronavirusla bağlı monitorinqlərə başlanıldı – RƏSMİ

    Nazirlər Kabinetinin 8 avqust 2020-ci il tarixli, 287 nömrəli “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə qərarına əsasən, bu qaydaların tələblərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə avqustun 24-dən etibarən ölkə üzrə monitorinqlərə start verilib.

    Bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

    Monitorinqlərdə qurumun nümayəndələri ilə yanaşı, aidiyyəti dövlət qurumlarının və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları da iştirak edir.

    Bu məqsədlə artıq Bakıda və regionlarda yerləşən mehmanxanalarda hər bir hotel üzrə məsul şəxs təyin edilib və həmin şəxslərə əvvəlcədən təlimlər keçirilib.

    COVID-19-la mübarizə çərçivəsində işçilərinin və qonaqların sağlamlığının qorunması məqsədilə hotellərdə monitorinq aparan şəxslər üçün də xüsusi təlimlər təşkil olunub.

    Qeyd olunan qaydaların tələblərinə riayət edən mehmanxanalar Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən “SAHMAN” – sanitariya və gigiyena nişanı ilə təmin ediləcək.

  • Россиянка заявила в полицию на сбежавшего после загса мужа-азербайджанца

    51-летняя петербурженка обратилась к полицейским, чтобы они нашли ее мужа, который сбежал от нее после свадебной церемонии в загсе.

    По информации телеканала “78”, новоиспеченный муж, уже сидя в такси после церемонии, сослался, что забыл свой паспорт, и выбежал из машины. После этого мужчина скрылся.

    Жительница Петербурга объяснила правоохранителям, что хочет найти его, чтобы развестись.

    По данным kp.ru, он гражданин Азербайджана. Пара была знакома два месяца. В день свадьбы женщина предложила заехать к нотариусу и заключить брачный контракт. С этого момента супруг стал нервным и необщительным. У приезжего также не было разрешения на временное проживание.

  • Rusiyada azərbaycanlı bəy gəlini toy mərasimində qoyub qaçdı

    Rusiyanın Sankt-Peterburq şəhər sakini toy mərasimindən sonra qaçan ərini tapmaq üçün polisə müraciət edib.

    Mk.ru xəbər verir ki, qəribə hadisə 51 yaşlı gəlinin başına gəlib.

    Belə ki, bəy toy mərasimindən sonra pasportunun evdə qaldığını bəhanə edib və maşına minərək oradan qaçıb.

    Bundan sonra ondan xəbər alınmayıb.

    Sankt-Peterburq sakini hüquq-mühafizə orqanlarına onu boşanmaq üçün tapmaq istədiyini bildirib.

    Qeyd edilir ki, cütlük toydan iki ay əvvəl tanış olublar. Toy günü qadın azərbaycanlı nişanlısına notariusa gedərək, nikah kəsdirməyi təklif edib. Bundan sonra kişi əsəbi olub və danışmayıb.

    Həmin şəxsin Rusiyada qalmaq icazəsinin olmadığı da bildirilir.

  • 161 köçkün ailəsinə yeni yaşayış sahəsi niyə verilməyib? – Komitədən açıqlama

    Avqustun 26-da paytaxtın Yasamal rayonu ərazisində bir qrup şəxs Tbilisi prospektində, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin inzibati binasının qarşısında yola çıxaraq avtomobillərin hərəkətini dayandırmağa cəhd göstərib. İctimai asayişin pozulmasına yönələn cəhdin qarşısı ərazidə xidmət edən polis əməkdaşları tərəfindən dərhal alınıb.

    Dövlət Komitəsindən verilən məlumata görə, həmin şəxslər Yasamal rayonu ərazisindəki yataqxanalarda məskunlaşan, lakin mövcud qaydalar əsasında, yeni yaşayış sahəsinə köçürülməsi mümkün olmayan məcburi köçkünlərdir.

    Qeyd edək ki, paytaxtın Qaradağ rayonu ərazisində bu il mayın 28-də istifadəyə verilən “Qobu Park-3” yaşayış kompleksində Yasamal rayonu ərazisindəki yataqxanalarda müvəqqəti məskunlaşan məcburi köçkün ailələrinin yerləşdirilməsinə başlanılıb. Köçürülmə işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilən “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” əsasında aparılır.

    Köçürülməyə hazırlıq zamanı Dövlət Komitəsinin müvafiq komissiyasının İşçi qrupu yataqxanalarda müvəqqəti qeydiyyatda olan və faktiki yaşayan hər bir məcburi köçkünə dair məlumatları araşdıraraq yeni yaşayış sahəsi ilə təmin ediləcək məcburi köçkün ailələri müəyyənləşdirib.

    Araşdırmalar nəticəsində bəzi məcburi köçkünlərə müvafiq qərarla təsdiqlənmiş qaydalarda təsbit olunan səbəblərdən yeni yaşayış sahəsinin verilməsinin mümkünsüzlüyü aşkar olunub.

    Belə ki, Yasamal rayonu ərazisində yerləşən, Azərbaycan Texniki Universitetinin 1, 2, 3, 4, 5, 6 saylı tələbə yataqxanalarında, yataqxana kompleksinin həyətində, eləcə də, Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1, 2, 4, 5 saylı tələbə yataqxanalarında, sanatoriya binasında, yataqxana kompleksinin həyətində, buradakı yarımçıq tikilidə 1340 ailənin müvəqqəti məskunlaşdığı qeydə alınıb və müvafiq qaydada siyahılaşdırılıb. Bunlardan 1133 məcburi köçkün ailəsi “Qobu Park-3” yaşayış kompleksində müvəqqəti yaşayış sahəsinə – yeni mənzillərə köçürülüb. Mövcud qaydalar əsas götürülərək, aşağıda göstərilən səbəblərdən 161 ailəyə yeni yaşayış sahəsi verilməyib:

    – Füzuli rayonunun işğaldan azad edilən kəndlərinin sakinləri olduqlarına görə – 24 ailəyə;

    – müxtəlif vaxtlarda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən ev və ya mənzil aldıqlarına görə – 76 ailəyə;

    – məcburi köçkün statusu olmadığına görə – 13 ailəyə;

    – məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə etdiklərinə görə – 24 ailəyə;

    – Yasamal rayonunda müvəqqəti və kommunal qeydiyyatı olmadığına, ölkə xaricində olduğuna və məcburi köçkün qadının yerli sakinlə ailə qurması faktına görə – 24 ailəyə;

    Yataqxanada faktiki yaşayan 46 ailə mövcud qaydalara uyğun olmayan iddialar irəli sürərək, onlara təklif olunan yeni müvəqqəti yaşayış sahəsinə köçməkdən imtina edib.

    Avqustun 26-da Dövlət Komitəsinin qarşısına yığışaraq, ictimai asayişi pozmağa cəhd göstərən və ictimai davranış qaydalarına zidd hərəkətlər nümayiş etdirən şəxslərdən bəzisi haqqında məlumatları təqdim edirik.

    Hüseynova Nargilə Mürsəl qızı – Füzuli rayonundan məcburi köçkündür. 2008-ci ildə həmin rayonun ərazisində məcburi köçkünlər üçün salınan qəsəbədə valideynləri ilə birlikdə müvəqqəti yaşayış sahəsi ilə – evlə təmin edilib.

    Kazımova Nəsibə Kamil qızı – məcburi köçkün statusu yoxdur. Məcburi köçkün olan həyat yoldaşı ilə birlikdə Ağdam rayonu ərazisində 2006-cı ildə salınmış qəsəbədə müvəqqəti yaşayış sahəsi ilə – evlə təmin olunub.

    Aslanova Rübabə Şöhrət qızı – valideynləri ilə birlikdə ailə tərkibində Ağdam rayonu ərazisində 2014-cü ildə məcburi köçkünlər üçün salınmış qəsəbədə müvəqqəti yaşayış sahəsi ilə – evlə təmin olunub.

    Niftəliyeva Leyla Mübariz qızı – Cəbrayıl rayonundan məcburi köçkündür. Həyat yoldaşının valideynləri ilə birlikdə ailə tərkibində 2003-cü ildə Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə müvəqqəti yaşayış sahəsi ilə – evlə təmin olunub.

    Məstəliyeva Ceyhunə Səməd qızı – Cəbrayıl rayonundan məcburi köçkündür. Bakı şəhərinin Yasamal rayonunda hazırda köçürülmə obyekti olan yataqxanada faktiki olaraq yaşamır.

    Musayeva Gülnarə Umud qızı – məcburi köçkün kimi qeydiyyatda olduğu Füzuli rayonunda ona məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondundan ev təklif edilib. Razılaşmayıb.

    Haqqında məlumat verdiyimiz şəxsləri və bu qəbildən olan 30-a yaxın məcburi köçkünü Dövlət Komitəsinin sədri Rövşən Rzayev, karantin rejiminin qaydalarına uyğun olaraq, qoruyucu vasitələrdən istifadə etmək və sosial məsafə gözləmək şərti ilə açıq havada fərdi qaydada qəbul edərək dinləyib, onların hər birinə yeni yaşayış sahələrinin verilməsi qaydaları bir daha ətraflı şəkildə izah olunub. Bundan əvvəl də həmin şəxslər Dövlət Komitəsi sədr müavinləri, aparat rəhbəri tərəfindən dəfələrlə qəbul ediliblər. Hər dəfə də “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” onlara ətraflı şəkildə izah olunub.

    Bir daha xatırladırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na əsasən, aşağıdakı hallarda məcburi köçkünlərə yeni yaşayış sahəsi verilmir:

    – müvəqqəti yaşayış sahəsinin verilməsi zamanı köçürülmə obyektində qeydiyyatda olub, lakin orada faktiki yaşamayan məcburi köçkünlər;

    – məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlər və onların ailə üzvləri (şəhid ailələri istisna olunmaqla);

    – digər şəhər və rayonlarda müvəqqəti məskunlaşan, lakin məskunlaşma obyektində yaşayan məcburi köçkünlərin köçürüləcəyindən istifadə edərək son üç ildə həmin obyektdə yerləşib yaşayanlar;

    – artıq yaşayış sahəsi əldə etmək niyyəti ilə köçürülmə ərəfəsində saxta nikaha girən və ya nikahı pozulan ailələr;

    – əvvəllər həmin köçürülmə obyektində yaşamış, sonradan başqa yerdə yaşayan şəxslə nikaha daxil olan və boşanaraq geri qayıtmış məcburi köçkünlərə ayrıca yaşayış sahəsi verilmir.

    Təəssüf doğuran hallardan biri budur ki, bəzi media qurumları məcburi köçkünlərin haqsız tələblərini heç bir araşdırma aparmadan xüsusi canfəşanlıqla ictimailəşdirirlər, bununla da vətəndaşlarda dövlət orqanının və onun əməkdaşlarının fəaliyyətinə şübhə və inamsızlıq yaratmaq kimi hüquqa zidd əməllərə yol verirlər.

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlərlə bağlı vətəndaşların və medianın hər bir müraciətini cavablandırmağa, istənilən məsələyə aydınlıq gətirməyə hazırdır.

    Unutmayaq ki, Azərbaycan dövləti və onun başçısı məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioriteti elan edib, bu kateqoriyadan olan vətəndaşların mənzil məişət şəraitinin yaxşılaşdırılması üçün məqsədyönlü ardıcıl tədbirlər həyata keçirilir.

  • На первой платной автомагистрали Азербайджана устанавливаются турникеты

    Ускорено строительство автомобильной дороги Баку-Губа-госграница России (М-1), которая является частью международного транспортного коридора Север-Юг, сообщили в пятницу в ответ на запрос Trend в Государственном агентстве автомобильных дорог.

    Это первая платная автомагистраль страны: “Строительные работы на 30-километровом участке дороги между поселками Яшма и Гилязи Хызинского района подходят к концу.

    Строительные работы на 58-километровом участке между селом Гяндоб Шабранского района и поселком Самур Гусарского района (граница с Россией) завершатся до конца этого года. Новая дорога протяженностью 150 км с 45-го километра автодороги Баку-Губа-госграница России (М-1) строится в соответствии с технической категорией 1b.

    Ширина каждой проезжей полосы четырехполосной дороги составит 3 м 75 см, ширина разделительной полосы – 5 метров. Строительство дороги планируется завершить во второй половине 2021 года”.

    В Агентстве также сообщили, что на участке новой магистрали ведутся работы по установке турникетов. По каждому направлению движения на 52-м километре (Яшма) и 171-м километре (пересечение с дорогой Гусар-Худат) будут функционировать четыре контрольно-пропускные полосы. Одна из них будет обеспечивать скоростной проезд автомобилей, вторая – проезд в обычном скоростном режиме.

    Кроме того, одна полоса будет запасной, которая предусмотрена для проезда крупнотоннажных транспортных средств. На новую автомагистраль можно будет въехать с дорожных развязок четырех больших населенных пунктов, расположенных на 73, 103, 132 и 154-м километре автомагистрали. Это населенный пункт Гилязи, Сиязаньский и Шабранский районы, а также территория, пересекающаяся в автодорогой Губа-Хачмаз.

    На данных участках по каждому направлению движения будут функционировать две контрольно-пропускные полосы.

    Оплата за каждый километр будет разниться для грузовых и легковых автомобилей. Этот вопрос обсуждается с надлежащими структурами. Скорость движения на автомагистрали будет составлять 120 км/ч.

  • Azərbaycanda istifadəyə veriləcək ilk pullu yolda turniketlərin quraşdırılmasına başlandı

    “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi sürətləndirilib.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə bildirilib ki, sözügedən yol ölkədə ilk ödənişli avtomagistral olacaq:

    “Artıq yolun Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 kilometrlik hissəsində tikinti işləri bitmək üzrədir. Şabran rayonunun Gəndob kəndi və Qusar rayonunun Samur qəsəbəsi (Rusiya sərhədi) arasında yerləşən 58 kilometrlik hissəsində isə tikinti işləri bu ilin sonunadək bitəcək.

    M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, “Yaşma bağları” yaşayış məntəqəsindən başlayan və 150 kilometr uzunluğunda olan yeni yol 1b texniki dərəcəyə uyğun olaraq inşa edilir. Dörd hərəkət zolaqlı olacaq yolun hər bir zolağının və çiyinlərin eni 3.75 metr, ayırıcı zolağın eni beş metr olmaqla yol yatağının eni 27.5 metr təşkil edəcək.

    Yolun tikinti işlərinin 2021-ci ilin ikinci yarısında yekunlaşdırılması planlaşdırılır.

    Layihənin və I hissənin başlanğıcı mövcud M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometr olmaqla, yeni yolun yeddi kilometrlik hissəsi beton yol üzrə layihələndirildiyindən mövcud sement-beton örtüyü, köhnə asfalt frezlənib, yararsız material qazılıb çıxarılıb, daha keyfiyyətli material ilə tökmə işləri yerinə yetirilib, qruntun zəif olduğu yerlərdə qaya dolğu işləri icra edilib.

    Yeni layihələndirilən yolun I hissəsi üzrə (0-30 kilometr) hamarlayıcı lay, əsas lay və asfalt-beton örtüyün iki layı tikilib”.

    Məlumatda bildirilir ki, yeni magistralın tikintisi yekunlaşan hissəsi üzrə hazırda ödəniş məntəqələrinin qurulması istiqamətində addımlar atılır. Ümumilikdə hər bir hərəkət istiqaməti üzrə magistralın 52-ci kilometrliyində (Yaşma) 171-ci kilometrliyində (Qusar-Xudat yolu ilə kəsişmə) dörd nəzarət-buraxılış zolağı fəaliyyət göstərəcək.

    Onlardan biri avtonəqliyyat vasitələrinin sürətli, ikisi adi qaydada keçidi təmin edəcək. Digəri isə ehtiyat keçidi olacaq və ölçüsü normadan böyük olan nəqliyyat vasitələrinin keçməsi üçün istifadə olunacaq.

    Bundan başqa yeni avtomagistrala yolun 73, 103, 132 və 154-cü kilometrliyində yerləşən dörd iri yaşayış məntəqəsindən yol qovşaqları vasitəsi ilə daxil olmaq mümkün olacaq. Bu, Giləzi yaşayış məntəqəsi, Siyəzən və Şabran rayonları, həmçinin Quba-Xaçmaz avtomobil yolu ilə kəsişən ərazidir. Sözügedən ərazilərdə isə hər bir hərəkət istiqaməti üzrə iki nəzarət buraxılış zolağı fəaliyyət göstərəcək.

    Yeni magistral avtomobil yolundan istifadə üçün ödənişin hər kilometr üzrə yük və minik avtomobillərinə görə fərqli məbləğdə olması nəzərdə tutulub. Hazırda ödəniş məbləğinin müəyyən edilməsi istiqamətində aidiyyəti qurumlarla məsləhətləşmələr aparılır.

    Ümumilikdə yeni inşa edilən 150 kilometrlik yol boyu 39 qovşaq və yol ötürücü körpünün, 15 hidravlik və kanal körpüsünün, 41 kəndlərarası düzbucaqlı yeraltı keçidin, 514 müxtəlif diametrlərdə dairəvi beton suötürücünün və ehtiyat boruların, 43 düzbucaqlı suötürücü boruların, 20 avtomobil və mal-qara keçidinin tikintisi, həmçinin müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi nəzərdə tutulub. Bu çərçivədə işlər bitmək üzrədir.

    Yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə körpü və birləşmələrin, alt keçid, suötürücü boruların, işıqlandırma işlərinin, ayırıcı zolaqda beton bardyurların quraşdırılması, ekoloji və ətraf mühitin qorunması tədbirlərinin görülməsi və yolun hər iki tərəfdən çəpərlənməsi (təhkim zolağının eni 72,5 metr olmaqla) nəzərdə tutulur. Magistral yolda sürət həddi 120 km/saat olacaq.

  • Goranboyda çayxana karantinə rəğmən işləyirmiş – FOTO

    Goranboy rayonunda karantin rejimi qaydalarını pozan çayxana aşkarlanıb.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

    Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları Xınalı kəndi ərazisində gizli şəkildə fəaliyyət göstərən çayxana aşkarlayıb.

    Obyekt sahibi Məhəbbət Həsənov və müştərilər Teymur Həsənov, Vaqif Verdiyev, Sadiq Verdiyev və Rizvan Əmirahov saxlanılaraq, RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

    Qeyd etmək lazımdır ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının mütəmadi olaraq keçirdikləri reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan 823 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə edilib, 11 nəfər barəsində rayon məhkəməsinin qərarı ilə inzibati həbs seçilib.

    Bundan başqa, RPŞ əməkdaşlarının sayıq xidməti nəticəsində bir toy, iki nişan, bir ad günü və bir yas mərasimi başlamadan qarşısı alınıb, rayon ərazisində xüsusi karantin rejimi tətbiq olunmasına baxmayaraq, xidmət göstərmək istəyən 18 iaşə obyekti aşkarlanaraq fəaliyyəti dayandırılıb.

  • Дважды женатый мужчина похитил 17-летнюю девушку? – КОММЕНТАРИЙ МВД

    МВД прокомментировало распространенную в соцсетях информацию о похищении в Бардинском районе Азербайджана 17-летней девушки.

    В ответ на запрос Oxu.Az в пресс-службе министерства сообщили, что по данному факту начато расследование.

    “29 марта 2020 года Э.Х. обратился с заявлением в Бардинский РУП о похищении своей дочери. На основании его обращения сотрудники РУП начали соответствующее расследование, в ходе которого дочь жалобщика заявила, что она по собственному желанию сбежала с неким Нурланом, так как семья девушки хотела насильно выдать ее замуж за человека, которого она не любит”, – отметили в МВД.

    Напомним, согласно распространенной в соцсетях информации, готовившаяся к поступлению в вуз 17-летняя девушка была похищена неизвестным человеком, который уже дважды был женат. Также утверждалось, что отец хочет вернуть свою дочь, но ее ему не отдают.