Month: August 2020

  • Ombudsman Aparatının məlumatı

    Bəzi kütləvi informasiya vasitələrində Ombudsmanın və onun Regional Mərkəzlərinin fəaliyyətinin dondurulması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılmışdır.

    Nəzərinizə çatdırmaq istərdik ki, Ombudsman Səbinə Əliyeva Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanunu ilə ona verilmiş sələhiyyətlər çərçivəsində öz fəaliyyətini davam etdirməkdədir.

    Gündəlik olaraq Müvəkkilin ünvanına daxil olan müraciətlər icraata götürülərək qanuna müvafiq surətdə araşdırılır, sorğular göndərilir, onlayn maarifləndirmə tədbirləri və görüşlər həyata keçirilir.

  • В работе Twitter произошел сбой

    Сбой в работе сети микроблогов Twitter наблюдается в пятницу в ряде стран. Это следует из данных сервиса Downdetector, отслеживающего популярные интернет-ресурсы, пишет ТАСС.

    Наиболее активно о неполадках сообщают в США (сбои фиксируются практически во всех штатах), Мексике, Перу, Великобритании, Франции, Германии, Нидерландах, Польше и России.

    По информации сервиса, большая часть пользователей (64%) жалуется на сбои в работе сайта. Еще 26% испытывают проблемы с приложением для iPhone и iPad, 9% – с работой приложения для Android.

  • “Twitter”in işində nasazlıqlar yaranıb

    “Twitter”in işində nasazlıqlar yaranıb.

    Bu barədə “Downdetector” xidməti xəbər yayıb.

    Bildirilir ki, istifadəçilərin 64 faizi saytda, 26 faizi isə “iPhone” və “iPad” üçün tətbiqdə, 9 faizi “Android” üçün tətbiqdə problemlərlə qarşılaşıb.

    Nasazlıqlar ən çox ABŞ-da (problemlər, demək olar ki, bütün ştatlarda qeydə alınır), Meksika, Peru, Böyük Britaniya, Fransa, Almaniya, Niderland və Polşada müşahidə olunur.

  • Bakı metrosu fəaliyyətini bərpa edir? – AÇIQLAMA

    “Bakı Metropoliteni” fəaliyyətə tam hazır vəziyyətdədir.

    Bu barədə Oxu.Az-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

    O bildirib ki, dünən və bu gün metronun açılacağı tarixlə bağlı heç bir məlumat verilməyib:

    “Metroda infrastruktur hazır vəziyyətdə saxlanılır. Biz də fəaliyyətə başlamaq üçün qərar gözləyirik. Yaxın zamanda metronun fəaliyyəti bərpa olunarsa, qurum olaraq sərnişinlərimizin xidmətində olacağıq”.

  • ВС Армении нарушили режим прекращения огня 54 раза за сутки – ВИДЕО

    Подразделения вооруженных сил Армении, используя крупнокалиберные пулеметы и снайперские винтовки, в течение суток 54 раза нарушили режим прекращения огня в различных направлениях фронта.

    Об этом 28 августа сообщает пресс-служба Минобороны Азербайджана.

    С позиций в селах Айгепар, Мосесгех и Чинари Бердского района, на безымянных высотах в Чамбаракском и Ехегнадзорском районах Армении подверглись обстрелу расположения азербайджанской армии в селах Алибейли, Агдам и Коханеби Товузского района, в селах Гаравелилер, Геяли, на безымянных высотах Гедабейского района и в селе Гюннут Шарурского района Нахчыванской Автономной Республики.

    Оборонное ведомство отмечает, что обстрел велся и с позиций близ оккупированных сел Гейарх – Тертерского, Тагыбейли, Новрузлу, Юсифджанлы – Агдамского, Куропаткино – Ходжавендского, Гараханбейли, Ашагы Сейидахмедли, Горган, Горадиз – Физулинского, Нюзгяр – Джебраильского районов, а также с безымянных высот в Тертерском, Агдамском и Ходжавендском районах.

  • Ermənilər Tovuz və Naxçıvanı atəşə tutdu: İriçaplı pulemyotlar və snayper tüfənglər işə düşdü – VİDEO

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 54 dəfə pozub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər, Göyəli kəndlərində və adsız yüksəkliklərdə, Yeğeqnadzor rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Tağıbəyli, Novruzlu, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

  • Bakıda yol polisinə ittiham: “Tıxac yaranır, polislər istirahət edir” – VİDEO

    Xətai rayonu ərazisində sürücülər yollarda yaranan tıxacdan şikayət edir.

    Bu barədə videogörüntülər sosial şəbəkədə paylaşılıb. Görüntüdə Afiyəddin Cəlilov və Yusif Səfərov küçələrinin kəsişməsində işıqforun “yaşıl” işığı göstərməsinə baxmayaraq sürücülər hərəkət edə bilmədiklərini deyirlər.

    Paylaşım edən şəxs qeyd edib ki, ərazidə olan inspektor yolda yaranan tıxacı aradan qaldıra bilmədiklərini deyib:

    “Cavanşir körpüsünün qarşısı hər gün bu vəziyyətdədir. Yol ayrıcında tıxac yaranır, yol bizim olsa da hərəkət edə bilmirik. Ərazidə iki YPX inspektoru olsa da nəqliyyatın hərəkətinə baxan yoxdur. İnspektora müraciət edirəm ki, buranı tənzimləsin, deyir necə tənzimləyim? 25 gündür ki işıqforun problemi barədə məlumat vermişəm, məktub yazmışam. Amma nəticə yoxdur”

    Həmin görüntüləri təqdim edirik:

  • Dünyada koronavirusdan sağalanların sayı 17 milyonu keçdi – STATİSTİKA

    По данным на утро 28 августа, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 24 628 607.

    За весь период пандемии скончались 835 637 человек, выздоровели – 17 094 634.

    Больше всего инфицированных в США (6 046 634). На втором месте – Бразилия (3 764 493), третьем – Индия (3 387 500). В первую пятерку также входят Россия (975 576) и Перу (621 997).

    По числу жертв инфекции лидируют Соединенные Штаты – 184 796, вылечились 3 347 940 человек.

    Иран с 367 796 заболевшими занимает 12-е место, Турция (263 998) – 17-е.

    В Армении коронавирусом заразились 43 270 человек, в Грузии – 1447.

    Среди соседних стран наиболее высокая смертность от COVID-19 зафиксирована в Иране – 21 137 летальных исходов.

    На сегодня в Азербайджане подтверждены 35 844 случая инфицирования коронавирусом, 33 364 человека вылечились, 524 – скончались.

  • Dünyada koronavirusdan sağalanların sayı 17 milyonu keçdi – STATİSTİKA

    Dünyada 24 628 607 nəfərdə koronavirus aşkar edilib.

    Virusdan 835 637 xəstə ölüb, 17 094 634 nəfər sağalıb.

    Koronavirusun ən çox yayıldığı ölkələr ABŞ (6 046 634 nəfər), Braziliya (3 764 493 nəfər) və Hindistandır (3 387 500 nəfər).

    Ölüm hallarının ən çox müşahidə edildiyi üç ölkə ABŞ (184 796 nəfər), Braziliya (118 726 nəfər) və Meksikadır (62 594 nəfər).

    Rusiyada 975 576, İranda 367 796, Türkiyədə 263 998, Ermənistanda 43 270, Gürcüstanda 1 447 nəfərdə koronavirus qeydə alınıb.

    Azərbaycanda koronavirusa yoluxan 35 844 nəfərin 524-ü ölüb, 33 364-ü sağalıb.

  • Bakıda bir nəfər özünü binadan atmaq istədi

    Bakı şəhərinin Sabunçu rayonunda bir nəfər çoxmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

    Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.