Month: August 2020

  • Дневной сон оказался смертельно опасным

    Дневной сон продолжительностью час и более может быть смертельно опасен. К такому выводу пришли китайские ученые Медицинского университета в Гуанчжоу. Об этом сообщается в пресс-релизе на MedicalXpress, передает Lenta.Ru.

    Исследователи обобщили имеющиеся данные для оценки взаимосвязи между дремотой и риском смерти от сердечно-сосудистых заболеваний. В анализ был включен 313 651 участник из более чем 20 научных работ. При этом около 39% участников часто дремали.

    Оказалось, что длительный дневной сон (более 60 минут) был связан с повышенным на 30% риском смерти от всех причин и на 34% большей вероятностью сердечно-сосудистых заболеваний. Когда принимался во внимание ночной сон, длительный дневной сон был связан с повышенным риском смерти только у тех, кто спал более шести часов в сутки.

    В целом сон днем любой продолжительности связан с повышением риска смерти на 19%. Связь более выражена у женщин, у которых вероятность смерти после дневного сна была на 22% выше, чем у тех, кто не спал, и у участников старшего возраста, у которых риск увеличился на 17% во время сна. При этом короткий сон продолжительностью менее 60 минут не был опасен для здоровья и мог улучшить состояние сердечно-сосудистой системы у тех, кто плохо спит ночью.

  • Bir saatdan çox davam edən günorta yuxusu ölümcül təhlükəlidir

    Bir saat və daha çox müddət davam edən günorta yuxusu ölümcül təhlükəli ola bilər.

    Lenta.ru xəbər verir ki, Çinin Gansu Tibb Universitetinin alimləri bu qənaətə gəlib.

    Tədqiqatlar zamanı məlum olub ki, 60 dəqiqədən çox çəkən günorta yuxusu müxtəlif xəstəliklərdən ölüm riskini 30 faiz, ürək-damar xəstəliklərindən qaynaqlanan ölüm riskinin 34 faiz yüksəldir.

    Bir saatdan çox çəkən günorta yuxusu qadınlar üçün daha təhlükəli hesab edilir.

    Eyni zamanda, günorta 60 dəqiqədən az davam edən qısa yuxu sağlamlıq üçün təhlükəli deyil və gecə yaxşı yata bilməyən insanların ürək-damar sisteminin vəziyyətini yaxşılaşdıra bilər.

  • Girov götürülmüş Malinin eks-prezidenti sərbəst buraxılandan sonra istefa verdi

    Hərbi çevriliş zamanı qiyamçılar tərəfindən girov götürülən Malinin eks-prezidenti İbrahim Bubakar Keyta sərbəst buraxılıb.

    “Jeune Afrique” agentliyi bu barədə prezidentin ailəsinə istinadən məlumat yayıb.

    Xatırladaq ki, avqustun 18-də Malidə qiyam qaldıran hərbçilər bəzi nazirləri və yüksək rütbəli zabitləri həbs ediblər.

    Bir gün sonra Mali prezidenti İbrahim Bubakar Keyta tutduğu vəzifədən istefa verdiyini və parlamenti buraxdığını elan edib.

  • İnsanlar niyə itkin düşür? – VİDEO

    Sosial şəbəkələrdə, televiziyada, ətraf aləmdə tez-tez evindən çıxaraq itkin düşən və uzun müddət bir daha geri qayıtmayan insanlar haqqında məlumatlar eşidirik.

    Dövlət statistika komitəsinin verdiyi məlumata görə, təkcə ötən il 904 nəfər itkin düşüb və onlardan 756-sı hüquq-mühafizə orqanlarının köməyi ilə tapılıb. Bəs görəsən insanları öz doğma evlərini tərk etməyə vadar edən nədir?

    Bu sualın cavabı bizə çox maraqlı gəldiyi üçün məsələni araşdırmağa çalışdıq. Baş polis idarəsinin sözçüsü Elşad Hacıyevin Baku.tv-yə verdiyi məlumata görə, insanların evlərindən çıxıb getmə səbəbləri araşdırılarkən məlum olur ki, böyük əksəriyyət ailə-məişət zəmnində problemlərə tab gətirə bilmədikləri üçün bu əmələ əl atırlar:

    “Bu insanların itkin düşmə səbəbləri müxtəlifdir. Kimsə ailədə yaranan narazılığı demədən evi tərk edir və məlumat vermədən ölkə xaricinə çıxır. Xəbərsiz ikin düşmələrlə bağlı ümumi vəziyyət stabildir. Yalnız müraciətlər bəzən gec verilir. İnsanlar gözləyirlər iki-üç gün keçsin. Belə halda polis dərhal məlumatlandırılmalıdır”.

    Mövzunun psixoloji tərəfini araşdırdıq. Məsələnin kökünün nədən başladığını çözməyə çalışdıq. Psixoloq Arzu Müzəffərin sözlərinə görə, problemin bünövrəsində insanın uşaqlıqda yaşadıqları dayanır. Əsas problem valideynin övladına qarşı düzgün davranış nümayiş etdirə bilməməsidir. Valideyn ya uşağına hədsiz sevgi göstərir, ya da onu bu hissdən tamamilə məhrum edir.

    Problemlər həmişə var və onların həlli yollarını axtarmaq lazımdır. Ailə üzvlərini tərk etmək çıxış yolu deyil. Belə məqamda psixoloji əziyyət çəkən insana qarşı ailə üzvləri həssaslıqla yanaşmalıdır.

  • İsrafilov da Azərbaycana gəlməkdən imtina etdi

    İspaniyanın “Albasete” klubunda çıxış edən Eddi İsrafilov Azərbaycan milli komandasının təlim-məşq toplanışında iştirak edə bilməyəcək.

    AFFA-nın saytı xəbər verir ki, futbolçu millimizin baş məşqçisi Canni De Byaziyə müraciət edərək bildirib ki, hazırda İspaniyada koronavirus (COVID-19) pandemiyası ilə bağlı vəziyyət gərgin olduğu üçün ölkəni tərk etdikdən sonra geri qayıdarkən minimum iki dəfə müvafiq test verilməlidir, testlərin cavabının alınması isə qısamüddətli deyil.

    Testlərin cavabını gözlədiyi müddətdə futbolçunun məşq etməsinə icazə verilməyəcək.

    Eddi İsrafilovun qeyd olunan problemlə üzləşməməsi üçün Canni De Byazi onun millinin təlim-məşq toplanışında və UEFA Millətlər Liqası çərçivəsində Lüksemburq və Kipr millilərinə qarşı oyunlarda iştirak etməməsinə razılıq verib.

    Qeyd edək ki, daha əvvəl millimizin Almaniyada oynayan futbolçusu Dmitri Nəzərov eyni səbəbdən Azərbaycana gəlmək istəməmişdi.

  • В Уджаре малолетний мальчик упал с пятого этажа

    В Уджарском районе малолетний ребенок упал с пятого этажа.

    Как передает АПА, инцидент произошел около 22:00 в жилом здании вынужденных переселенцев.

    Трехлетний Фархан Гадимов, гостивший в доме своего дяди, упал с пятого этажа здания и получил травмы различной степени тяжести. Ребенок был госпитализирован в Уджарскую центральную районную больницу.

    Из-за тяжелого состояния мальчика затем направили в Гейчайскую центральную районную больницу.

    По данному факту проводится расследование.

  • Ucarda azyaşlı beşinci mərtəbədən yıxılıb həyatını itirdi- VİDEO

    Ucar rayonunda azyaşlı binadan yıxılıb.

    Baku TV-nin məlumatına görə, hadisə məcburi köçkünlərin məskunlaşdığı yaşayış binasında baş verib.

    Əmisi evinə qonaq gedən və nəzarətsiz qalan üç yaşlı Fərhan Qədimli beşinci mərtəbədən yıxılaraq müxtəlif növ bədən xəsarətləri ilə ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına gətirilib.

    Vəziyyəti ağır olduğundan oradan Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

    F.Qədimovun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Ağstafada torpaq sürüşməsi ciddi təhlükəyə çevrilib – VİDEO

    Ağstafa rayonunun Köçəskər kəndində real təhlükə yaşanır. Acı Dərə adlanan ərazidə torpaq sürüşməsi gedir. Nəticədə dərin çatlar və yarğanlar əmələ gəlib. Vəziyyət o həddə çatıb ki, artıq 15 ev uçmaq təhlükəsi ilə üz-üzə qalıb.

    Sakinlər bildirir ki, evlərinə rahat şəkildə gedib-gələ bilmirlər. Gün ərzində bu təhlükəli ərazidən uşaqlı-böyüklü bütün kənd sakinləri istifadə etmək məcburiyyətindədir. Hətta zaman-zaman dərin çuxura düşənlər də olub. Ərazidən qaz və elektrik xətlərinin keçməsi isə problemi daha da ağırlaşdırır.

    Təhlükənin böyüməsinin başlıca səbəblərindən biri torpaq qatının altından qrunt sularının keçməsidir. Məhz ərazidən axan qrunt suları torpaq sürüşməsinə gətirib çıxarıb.

    Vətəndaşlardan fərqli olaraq, aidiyyəti qurumlar problemin qısa zamanda həll olunacağını bildirir. Ağstafa rayon İcra Hakimiyyətinin rəsmisi Şükran Hacıyevin sözlərinə görə, aidiyyəti qurumlara məlumatlar verilib, sürüşmənin qarşısını almaq üçün yaxın vaxtlarda işlər başlayacaq.

  • Sabah Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ EDİLDİ

    Sabah saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

    Bu barədə paytaxtın kommunal strukturlarından məlumat verilib.

    Bildirilib ki, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

  • Mayk Pens rəsmən namizəd oldu

    Mayk Pens noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizəd kimi iştirakına rəsmi şəkildə razılıq verib.

    Median.Az
    publika.az-a istinadən xəbər verir ki, bu barədə Mayk Pens Merilənd ştatının Baltimor şəhərində çıxışında deyib.

    “Prezident Trampın mənə göstərdiyi etimada minnətdarlıq hissi, Respublikaçılar Partiyasının dəstəyi və Tanrının lütfü ilə ABŞ-ın vitse-prezidenti vəzifəsinə namizədliyimi irəli sürməyiniz barədə qərarınızı təvazökarlıqla qəbul edirəm”, – deyə o bildirib.

    Mayk Pens ölkəsinin hazırda sınaqlardan keçdiyini qeyd edib.

    “2020-ci ildə amerikalılar çox sınaqdan keçdilər. Ancaq xoşbəxtlikdən çətin zamanlarda bizə dəstək olmaq əzmində olan enerjili, qərarlı Prezidentimiz var”, – deyə Mayk Pens əlavə edib.