Month: August 2020

  • Yasamalda motosiklet avtomobilə çırpıldı, xəsarət alan var

    Bakıda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

    Belə ki, 1987-ci il təvəllüdlü Məmmədov Anar Mirzəməmməd oğlu idarə etdiyi motosikletlə avtomobilə çırpılıb. Nəticədə o hadisə yerində bədən xəsarətləri alıb.

    Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • В Баку автомобиль сбил и тяжело ранил подростка

    В Сураханском районе столицы произошло дорожно-транспортное происшествие.

    Как передает Report, в поселке Говсан автомобиль сбил переходившего дорогу Алиева Эмина Азер оглу 2005 года рождения.

    Пострадавший был госпитализирован в автомобиле скорой помощи. Врачи диагностировали у него открытые переломы.

    По факту ведется расследование.

  • Bakıda 15 yaşlı yeniyetməni avtomobil vurdu, vəziyyəti ağırdır

    Bakıda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

    “Report” xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

    Belə ki, Hövsan qəsəbəsində 2005-ci il təvəllüdlü Əliyev Emin Azər oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol baldır sümüklərinin açıq qəlpəli sınıqları diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • DSX-nin Xüsusi Məktəbinə keçirilən imtahanın nəticələri açıqlandı

    Dövlət İmtahan Mərkəzi Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına və Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul olmaq üçün bu gün – avqustun 27-də keçirilən imtahanların nəticələrini elan edib.

    Mərkəzdən bildirilib ki, imtahanda iştirak edənlər aşağıdakı linklər vasitəsilə imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər:

    Feldşer ixtisasına qəbul imtahanının nəticələri;
    DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanının nəticələri.

    İştirakçılar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

    Feldşer ixtisasına qəbul imtahanında iştirakı nəzərdə tutulan 66 nəfərdən üç nəfər, DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanında isə iştirakı nəzərdə tutulan 1150 nəfərdən 61 nəfər imtahana gəlməyib.

    Qeyd edək ki, bu gün keçirilən digər iki imtahan – Azərbaycan dili (dövlət dili kimi) və Sabah qruplarına qəbul imtahanlarının nəticələri də yaxın iki gün ərzində elan olunacaq.

  • Кабмин утвердил размеры платы за услуги по государственным фитосанитарным услугам

    Кабинет министров Азербайджана принял постановление “Об утверждении размеров платы за услуги по фитосанитарным мерам и государственным фитосанитарным услугам”. 

    Согласно постановлению, с размерами платы за услуги по фитосанитарным мерам и государственным фитосанитарным услугам можно ознакомиться здесь.

  • Prezidentin köməkçisi şəhid ailələri, Qarabağ qaziləri və müharibə veteranları ilə görüşüb – FOTO

    Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev şəhid ailələri, Qarabağ qaziləri, müharibə veteranları, əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlərlə işləyən 74 QHT rəhbəri ilə onlayn görüş keçirib.

    Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin mətbuat xidməti məlumat yayıb.

    Görüşü giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi QHT-lərə dövlət dəstəyi konsepsiyasında şəhid ailələri, Qarabağ qaziləri, müharibə veteranları, əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlərlə işləyən QHT-lərə dövlət dəstəyi xüsusi prioritet təşkil edir. Şura fəaliyyəti dövründə bu kateqoriyadan olan təşkilatların layihələrinə davamlı olaraq maliyyə ayırıb və onların bu sahədə olan təşəbbüslərini daim dəstəkləyib:

    “Bu gün Prezidentin köməkçisi Hikmət Hacıyevin bu istiqamətdə çalışan QHT-lərlə ayrıca görüşü dövlətin bu sahəyə nə qədər böyük əhəmiyyət verdiyini bir daha sübut edir”.

    Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ilk olaraq ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda canını fəda edən bütün şəhidlərimizi yad edib və onlara Allahdan rəhmət diləyib. Hikmət Hacıyev şəhid ailələri, Qarabağ qaziləri, müharibə veteranları, əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlərin qayğılarının hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzində olduğunu və bu istiqamətdə çox böyük işlər görüldüyünü bildirib.

    Prezident İlham Əliyevin doğum günlərini şəhid ailələri ilə keçirdiyini deyən H.Hacıyev bunun Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan şəxslərin ruhuna və onların ailə üzvlərinə göstərilən yüksək ehtiramın nümunəsi olduğunu qeyd edib:

    “Cənab İlham Əliyev 2018-ci ildə yenidən Prezident seçildikdən sonra ilk fərmanı şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olmuşdur. Bu şəhidlərə verilən yüksək qiymət idi. Bu fərman əsasında 10 minə yaxın şəhid ailəsinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi nəzərdə tutulub. 8018 şəhid ailəsi və müharibədə əlil olmuş şəxs mənzillərlə təmin edilib, onlara 6900 avtomobil verilib. Dövlət cari ildə 1500 şəhid ailəsi və müharibədə əlil olmuş şəxsi mənzillərlə təmin edib və edəcək. Məcburi köçkünlərin məişət problemlərinin həllinə gəldikdə isə onu vurğulamaq istəyirəm ki, bu il ümumilikdə yeddi mindən çox məcburi köçkün ailəsi mənzillərlə təmin ediləcək”.

    Hikmət Hacıyev bildirib ki, Böyük Vətən Müharibəsi və Əfqanıstan müharibəsi veteranlarının mənzil və avtomobillərlə təmin edilməsi, sanatoriyalara göndərilməsi, onların müalicə olunması və s. kimi məsələlər də daim ölkə başçısının diqqət mərkəzindədir.

    Prezidentin köməkçisi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qeyd olunan kateqoriyadan olan insanların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində böyük işlər gördüyünü vurğulayıb. Aprel döyüşləri şəhidlərinin ailələrinə, həmin döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin, Tovuz döyüşlərində şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğıları da Mehriban Əliyevanın tapşırığına əsasən Fondun nəzarətinə götürülüb.

    Hikmət Hacıyev şəhid ailələrinin, Qarabağ qazilərinin, müharibə veteranlarının, əlilliyi olan şəxslərin, qaçqın və məcburi köçkünlərin hər zaman milli maraqlarımızı qətiyyətlə müdafiə etdiklərini və cənab Prezidentin həyata keçirdiyi siyasəti daima dəstəklədiklərini bildirərək onlara göstərdikləri dövlətçilik mövqeyinə görə təşəkkür edib.

    Prezidentin köməkçisi bugünkü görüşün xüsusi əhəmiyyətinə toxunaraq QHT rəhbərlərinin fəaliyyət göstərdiyi istiqamətlər üzrə fikir və təklifləri ilə yaxından tanış olmaq istədiyini bildirib.

    Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov, “Ehtiyatda olan Zabitlərin Konfederasiyası” İctimai Birliyinin sədri Məmmədhüseyn Sarıyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, “Qarabağ Azadlıq Təşkilatı” İctimai Birliyinin sədri Akif Nağı, Azərbaycan Qaçqınlar Cəmiyyəti İctimai Birliyinin sədri Əziz Ələkbərov, “Zəfər” şəhid ailələrinə dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı, Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli, Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri Rey Kərimoğlu, “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Cəfərova, “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Səmyar Abdullayev, Azərbaycan Çernobil Əlillər İttifaqının sədri Mirhəsən Həsənov, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, “Xankəndi” məcburi köçkünlərə dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva, Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov, “Dünya Azərbaycanlılarının Vətənpərvərlər” İctimai Birliyinin sədri Nəsimi Həsənov, “Qürur” şəhid ailələri xeyriyyə İctimai Birliyinin sədri Naibə Behbudova, “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri Radə Abbas, “20 Yanvar” İctimai Birliyinin sədri Sultan Əzimzadə, “İstedadlı Əlillər” İctimai Birliyi sədri Cavad Qasımov, “20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin olunması” İctimai Birliyinin sədri Maral Zamanova, “Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyinin sədri Almaz Zeynalova, Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı, Azərbaycan Vətən Müharibəsi Əlilləri Birliyinin sədri Firudin Məmmədov, “Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Dadaş Quliyev və “Veteran Tankçılar” İctimai Birliyinin sədri Hacıbala Əzimov çıxış edərək Prezident İlham Əliyevə onlara göstərdiyi diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. QHT rəhbərləri fəaliyyət göstərdikləri sahə ilə bağlı fikir və təkliflərini səsləndirərək Hikmət Hacıyevin iştirakı ilə keçirilən QHT-hökumət dialoqunu yüksək qiymətləndiriblər.

    Yekunda çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev görüşdə fəal iştirak edən və müxtəlif təkliflər səsləndirən QHT rəhbərlərinə təşəkkür edərək bildirdi ki, onların fikir və təklifləri diqqətlə araşdırılacaq və imkan daxilində nəzərə alınacaq.

    Bununla yanaşı, Prezidentin köməkçisi onu da xüsusi olaraq vurğulayıb ki, şəhid ailələri, Qarabağ qaziləri, müharibə veteranları, əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlərlə işləyən QHT-lər ölkəmizin milli maraqlarının qorunmasında, vətəndaş həmrəyliyinin və hərbi vətənpərvərliyin gücləndirilməsində, cəmiyyətin ümummilli maraqlar ətrafında birləşməsində, ölkəmizə qarşı yönələn təhdid və təxribatların qarşısının alınmasında və Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə effektiv şəkildə çatdırılmasında daha fəal olmalı və bu işdə bütün potensiallarını səfərbər etməlidirlər.

    Məlumat üçün qeyd edək ki, Prezidentin köməkçisi Hikmət Hacıyevin QHT-lərlə görüşü davam edəcək.

  • Alimlər koronavirusdan qorunmaq üçün sosial məsafə məsələsini tənqid etdilər

    Britaniyalı alimlər koronavirusdan qorunmaq üçün sosial məsafəyə riayət etmək barədə tövsiyələri kəskin tənqid ediblər.

    Bu barədə “Independent” xəbər yayıb.

    Onların sözlərinə görə, koronavirusun yayılmasının qarşısını almaq və qorunmaq üçün iki metr məsafə saxlamaq barədə tövsiyələr 1940-cı illərə aid köhnəlmiş elmi məlumatlara əsaslanır.

    Mütəxəssislər hesab edirlər ki, sosial məsafə barədə göstərişlər pandemiya tədbirlərinin mərkəzi elementi olmamalıdır və COVID-19 ilə mübarizə qaydalarını tərtib edərkən fərqli şərtlərə baxmaq lazımdır.

    “Viral hissəciklərin yayılmasına hava axını da daxil olmaqla bir çox amillər təsir edir”, – deyə alimlər bildiriblər.

    Onların sözlərinə görə, tövsiyələr üçün bir sıra faktorlar – fəaliyyət növü, şərtlər (açıq və ya qapalı məkan), ventilyasiya səviyyəsi, maska taxmaq, həmçinin kontakt müddəti, insanın infeksiyaya həssaslığı və ötürücünün virus yükü nəzərə alınmalıdır.

    Bütün bu məlumatlara əsasən pandemiyanın qarşısını almaq üçün kompleks yanaşma qurmaq olar.

    Alimlər daha çevik göstərişlərin normal həyata qayıtmağa imkan verə biləcəyini və ölkələrin iqtisadiyyatının bərpasına şərait yaradacağını vurğulayıblar.

  • “Neftçi” növbəti mərhələyə adladı, “Sumqayıt” üçün Avropa Liqası bitdi – YENİLƏNİB

    UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Neftçi” – “Şkupi” və “Sumqayıt” – “Şkendiya” görüşləri başa çatıb.

    “Neftçi” 2:1 qalib gələrək II təsnifat mərhələsinə vəsiqə qazanıb. “Sumqayıt” isə 0:2 uduzaraq avrokuboklarla vidalaşıb.

    ***

    88-ci dəqiqədə Emin Mahmudovun küncdən ötürməsindən sonra Anton Krivotsyuk başla qol vurub.

    Oyuna əlavə edilmiş dəqiqələrdə isə rəqib hesab arasındakı fərqi azaldıb: 2-1

    ***

    “Neftçi”nin belçikalı futbolçusu Sabir Buqrin 67-ci dəqiqədə hesabı açıb.

    70-ci dəqiqədə “Şkupi”nin futbolçusu Qudiabi Umar qırmızı vərəqə alıb.

    “Sumqayıt” isə “Şkendiya” qarşısında hələlik məğlub durumdadır (0-1).

    “Keşlə” “Laçi” qarşılaşmasında hesab açılmayıb

    Qeyd edək ki, hazırda matçlarda ikinci hissə oynanılır.

  • Потушен пожар на горном участке Хызы

    В результате пожара в горной местности у сел Гарабулаг и Дизавер Хызынского района сгорели сухая трава и кустарник на участке в 300 га.

    Как сообщили в МЧС, близлежащие лесополоса и фермы были защищены от огня.

    Пожар был потушен в 18:40.

    Отметим, что к работам по тушению пожара, проводимым в горной местности со сложным рельефом, были привлечены пожарные расчеты Государственной противопожарной службы МЧС, два вертолета авиационного отряда, сотрудники Управления лесного хозяйства Министерства экологии и природных ресурсов.

  • Hekayələr 30 gün qalacaq – İnstaqramda yenilik

    Yaxın vaxtlarda İnstaqram hekayələri üçün yalnız iPhone-larda istifadə olunacaq yeni funksiya təqdim ediləcək.

    Median.Az ted.az-a istinadən bildirir ki, yenilik vasitəsilə hekayələrin 24 saat sonra silinməməsi mümkün olacaq. Yenilik nəticəsində sosial şəbəkəyə “son silinənlər” bölməsi əlavə ediləcək. Bu bölmə vasitəsilə hekayəni önə çıxarmadan 30 gün saxlamaq mümkün olacaq.

    Yeni funksiyanı aktivləşdirmək üçün isə “ayarlar” bölməsinə daxil olmaq lazım gələcək.