Month: August 2020

  • Обсуждается дата начала проведения свадеб – ВИДЕО

    В последние дни граждане задаются одним вопросом – будет ли продлен карантинный режим на территории страны? Кроме того, многих интересует продолжат ли объекты обслуживания и общественного питания функционировать с сентября.

    Всемирная организация здравоохранения также больше не считает целесообразным применять карантинные меры. Учитывая экономические и социальные факторы, повторное введение строгого карантина в Азербайджане ни для кого не будет желанным.

    Есть еще один важный фактор, который заставляет задуматься – проведение свадебных мероприятий. Правда, недавние события показали, что некоторые, проявив нетерпение, нарушают правила и празднуют свадьбы, но не будем забывать, что есть и те, кто терпеливо ждет смягчения правил.

    Депутат Вугар Байрамов считает, что с ноября следует разрешить подобные мероприятия как в закрытых, так и в открытых помещениях.

    Кулинарные эксперты же считают, что если гражданам разрешат проводить свадьбы, то на подобных мероприятиях следует отказаться от некоторых блюд.

    Подробнее в видеосюжете Baku.Tv:

  • Xızıda dağlıq ərazidə baş verən yanğın söndürülüb

    Xızı rayonunun Qarabulaq və Dizəvər kəndləri yaxınlığında dağlıq ərazidə 300 ha sahədə quru ot və kol-kos yanıb.

    Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, yaxınlıqdakı meşə zolağı və fermalar yanğından mühafizə olunub.

    Yanğın saat 18:40-da söndürülüb.

    Qeyd edək ki, mürəkkəb relyefli dağlıq ərazidə aparılan yanğısöndürmə işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin iki ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları cəlb olunub.

  • Əcnəbilərə Azərbaycanda müvəqqəti yaşamaq icazəsinin verildiyi hallara dəyişiklik edilib

    Nazirlər Kabineti “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və ya daimi yaşamaq üçün icazənin, o cümlədən iş icazəsinin verilməsi (və ya müddətinin uzadılması) üçün ərizə-anket nümunələrinin təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.

    Dəyişiklik “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün ərizə-anket” barəsindədir.

    Dəyişikliyə əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verildiyi hallar artırılır. Bu hallara əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının peşə təhsili müəssisələrində təhsil aldığı hallar da daxil edilir.

  • В Хачмазе пропал мужчина – ФОТО

    Житель Хачмазского района Мухаммед Асадуллаев (1975 г.р.) пропал без вести.

    Как сообщила губинская региональная группа пресс-службы МВД, мужчина вышел из дома 18 июля и до сих пор не вернулся.

    Приметы М.Асадуллаева: рост – 168 см, глаза карие, худощавый.

    Узнавших пропавшего по фото или располагающих какой-либо информацией о нем просят позвонить в Call-центр МВД по короткому номеру “102” или в Хачмазское РУП по номеру (023) 325-53-56.

  • Nazirlər Kabineti dövlət fitosanitar xidmətlərinə görə xidmət haqqı məbləğini təsdiqləyib

    Nazirlər Kabineti ”Fitosanitar tədbirlərinə və dövlət fitosanitar xidmətlərinə görə xidmət haqqının məbləğlərinin təsdiq edilməsi haqqında” qərar qəbul edib.

    Qərara görə, fitosanitar tədbirlərinə və dövlət fitosanitar xidmətlərinə görə xidmət haqqının məbləğləri müəyyən edilib.

  • Azərbaycanda yol tikintisində fəhlə faciəvi şəkildə öldü

    Avqustun 27-ində Bakı-Rostov avtomobil yolunun 60-cı kilometrliyində bədbəxt hadisə baş verib.

    Bu barədə Xızı Rayon Prokurorluğu məlumat yayıb.

    Bildirilib ki, həmin yolda tikililərə betonvuran pompa ilə beton tökərkən borunun partlaması nəticəsində fəhlə işləyən 1967-ci il təvəllüdlü Sumqayıt şəhər sakini İlqar Bəylərov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri səbəbindən müalicə olunduğu xəstəxanada vəfat edib.

    Fakta görə Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

    Hadisə yeri prokuror-kriminalistin iştirakı ilə müayinə edilib, hadisənin şahidləri müəyyən edilərək dindirilib, o cümlədən digər təxirəsalınmaz tədbirlər həyata keçirilib.

    İş üzrə məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin edilib.
    Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

  • “Google”da təhlükəli boşluq aşkarlanıb

    Kompüter təhlükəsizliyi üzrə mütəxəssis A.Nikoçi “Google” servisində istifadəçi fayllarını gizlicə zərərli fayllarla əvəzləməyə imkan verən boşluq aşkarlayıb. O, bu barədə “The Hacker News” nəşrinə bildirərək potensial baxımdan kibercinayətlər üçün istifadə oluna biləcək prosesi nümayiş etdirib.

    Median.Az ictnews.az-a istinadən bildirir ki, səhv “Google Drive” “bulud” servisinin “Versiyaların idarə olunması” funksiyasında aşkarlanıb. O, potensial baxımdan qurbanlara – proqram istifadəçilərinə fişinq hücumlarının həyata keçirilməsi üçün istifadə oluna bilər. Hakerlər tərəfindən həqiqi sənədlər və ya fotoşəkillər onların təhlükəli versiyaları ilə dəyişdirilə bilər.

    A.Nikoçinin sözlərinə görə, “Versiyaların idarə olunması” adi halda köhnə faylı yeni versiya ilə yeniləməyə imkan versə də, əslində servis yeni fayl versiyasını istənilən genişlənmə ilə yükləyir. Haker bu şəkildə istənilən faylı zərərli variantla dəyişə bilər. Lakin ilk baxışdan o, orijinaldan fərqlənməyəcək və tam adi görünəcək.

    Mütəxəssis qeyd edib ki, “Google” fayl versiyasını dəyişməyə imkan verir, lakin bunun həmin tip fayl olduğunu və onun hansı genişlənməyə malik olduğunu yoxlamır. O, “Google” korporasiyasına problem barədə məlumat verdiyini, lakin müraciətə hələ ki cavab verilmədiyini vurğulayıb. A.Nikoçi iki videoçarxda boşluqdan istifadə prosesini tam nümayiş etdirib.

  • В Баку работница кондитерского магазина подозревается в краже

    Сотрудники седьмого отделения полиции Бинагадинского района Баку в результате оперативно-разыскных мероприятий по подозрению в краже задержали 24-летнюю А.Салахову.

    Как передает Report, женщина украла 770 манатов у арендатора кондитерского магазина Ш.Гусейнова.

    В ходе расследования было установлено, что женщина – работница данного объекта, а деньги она вытащила из кармана брюк потерпевшего в раздевалке.

  • Poqba COVID-19-a yoluxdu

    İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Pol Poqbada koronavirus aşkarlanıb.

    “Championat” xəbər verir ki, bu barədə Fransa yığmasının baş məşqçisi Didye Deşam mətbuat konfransında deyib.

    Qeyd olunur ki, P.Poqbanı Fransa millisində “Renn” klubunun 17 yaşlı yarımmüdafiəçisi Eduardo Kamavinqa əvəz edəcək.

  • “Neftçi” və “Şkupi”nin start heyətləri açıqlandı

    UEFA Avropa Liqasının I təsnifat mərhələsində bu gün keçiriləcək “Neftçi” – “Şkupi” (Şimali Makedoniya) oyunu üçün start heyətlər müəyyənləşib.

    Komandalar meydana aşağıdakı 11-liklərlə çıxacaqlar.

    “Neftçi”: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 5. Anton Krivotsyuk, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 24. Yusuf Laval, 28. Stiven Jozef – Monroz, 29. Sabir Buqrin, 36. Mamadu Kane, 91. Tallison Dias

    Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 6. Voislav Stankoviç, 10. Saman Nərimancahan, 19. Fəhmin Muradbəyli, 22. Mirabdulla Abbasov, 26. Ömər Buludov, 27. Fərid Yusifli

    “Şkupi”: 1. Kristian Naumoski, 3. Darko Qlişiç, 5. Diak Lamine, Besar 10. Iseni (k), 11. İlirid Ademi, 16. Besart Krivanyeva, 19. Omar Qudiabi, 20. Dembo Darbo, 21. Sabit Bilalli, 22. Filip Qliqorov, 33. Lima Da Silva Neto 

    Ehtiyat oyunçular: 12. Artan İlyazi, 4. Ardit İlyazi, 7. Yakub Berişa, 8. Fatyon Yusufi, 14. Alvarez Rodriges, 23. Ramin Alii, 30. Fırat Güllü

    Qeyd edək ki, oyun saat 20:00-da başlayacaq.