Month: August 2020

  • İcra başçısının birinci müavini cəzalandırıldı

    Bakı Şəhər İcra Hakimiyyəti Binəqədi rayonunun qəsəbələrinin sanitar vəziyyəti, əhalini narahat edən problemlər və məişət tullantılarının vaxtında daşınması məsələlərinin araşdırılması məqsədi ilə monitorinq keçirilib.

    Paytaxtın İcra Hakimiyyətinin məlumatına görə, BŞİH başçısı Eldar Əzizov rayondakı problemlərlə yerində tanış olub. Keçirilən yoxlama nəticəsində Binəqədi rayonunun Xocasən, Binəqədi və 28 May qəsəbələrində sanitar təmizlik sahəsində nöqsanların olduğu aşkarlanıb.

    Aşkar edilən çatışmazlıqlar yerində müzakirə edilərək Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanova, rayon təsərrüfatı şöbəsinin müdiri Azər Kərimova və Xocasən qəsəbəsi üzrə nümayəndəsi Əlikram Haqverdiyevə töhmət verilib, bir sıra məsul işçilərə xəbərdarlıqlar edilib və qısa müddət ərzində yol verilən nöqsanların aradan qaldırılması tapşırılıb.

    Eldar Əzizov bildirib ki, ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi nəticəsində bu gün şəhər kommunal strukturlarında maddi-texniki təminat baxımından heç bir problem yoxdur. Əsas məsələ insan faktoru və əldə olan imkanlardan düzgün istifadə etməkdir. Hər bir rəhbər işçi nöqsanlardan nəticə çıxarmalı, öz vəzifə borcunu məsuliyyətlə yerinə yetirməli və fəaliyyətini günün tələblərinə uyğun qurmalıdır.

    Qeyd olunub ki, rayon strukturlarının işçilərindən əlavə olaraq Xocasən qəsəbəsində sanitar təmizlik və abadlıq işlərinə 58 nəfər sosial işçi cəlb olunub. Bu sayda işçi ilə nəinki Xocasən, həm də qonşu qəsəbədə normal təmizlik yaratmaq olar. Ona görə də bu qədər işçinin nə ilə məşğul olması sual doğurur. Həmçinin qeyd edilib ki, rayonda bəzi hallarda problemləri həll etmək əvəzinə onların həllinin nə üçün mümkün olmamasını əsaslandırmaq vərdişi yaranıb.

    Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və digər şəhər strukturlarına Binəqədi rayonunda aparılan sanitar-təmizlik işlərində yaxından kömək edilməsi tapşırılıb.

    Bildirilib ki, paytaxtın qəsəbələrində sanitar vəziyyətlə bağlı araşdırmalar davam etdiriləcək.

  • Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı

    Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması istiqamətində mühüm işlər görülür.

    Lakin bəzi hallarda ayrı-ayrı şəxslər tərəfindən ətraf mühitin mühafizəsi qaydalarının pozulması halları müşahidə olunur və prokurorluq orqanları tərəfindən belə hallara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir.

    Göyçay Rayon Prokurorluğundan verilən məlumata görə, Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində bir ədəd “Eldar şamı” cinsindən olan ağacın köküstə kəsilərək, məhv edilməsi ilə bağlı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material üzrə Göyçay Rayon Prokurorluğunda araşdırma aparılıb.

    Aparılmış araşdırmalarla cari ilin fevral ayında Göyçay Şəhər Bələdiyyəsinin sədri Cavid Rəhimovun göstərişi ilə həmin ağacın məhv edilməsi və nəticədə, təbiətə 18 min manat məbləğində ziyanın dəyməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

    Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

  • Bakıda səkkiz fəndən “iki” alan şagirdlə bağlı RƏSMİ AÇIQLAMA – FOTO

    Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi M.Mehdiyev adına 280 saylı tam orta məktəbdən şikayət var.

    Bu barədə həmin məktəbdə oxuyan 2005-ci il təvəllüdlü Əlizadə Niyaz Eldəniz oğlunun valideyni sosial şəbəkədə paylaşım edib.

    Valideyn iddia edir ki, övladının oxuduğu məktəbin rəhbərliyi şagirdə attestat vermək üçün 1000 manat pul tələb edib.

    Tələb edilən pul verilmədiyi üçün şagirdin attestatına içərisində əsas fənlər olmaqla, səkkiz fəndən (Azərbaycan dili, Ədəbiyyat, Riyaziyyat, Xarici dil, Azərbaycan tarixi, Ümumi tarix, Fiziki tərbiyə, Təsviri incəsənət) “2” yazılıb.

    Məsələ ilə bağlı Bakı Şəhər üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Əlizadə Niyaz Eldəniz oğlunun valideyni tərəfindən irəli sürülən iddialar araşdırılıb:

    “Bakı şəhəri 280 nömrəli tam orta məktəbin 2019-2020-ci tədris ilində IX sinfi bitirən Əlizadə Niyaz Eldəniz oğlunun ümumi orta təhsil haqqında attestatındakı səkkiz fəndən (Azərbaycan dili, ədəbiyyat, rus dili, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fiziki tərbiyə, təsviri incəsənət) “2” (iki) qiymət alması ilə bağlı məsələ tərəfimizdən araşdırıldı.

    Araşdırma zamanı N.Əlizadənin 2019-2020-ci tədris ilində təhsil aldığı IX “B” sinfinin jurnalına baxış keçirildi. Məlum oldu ki, onun birinci yarımil üzrə yuxarıda qeyd edilən fənlərdən qiymətləri 2 (iki) olub, mövcud vəziyyətlə əlaqədar olaraq Təhsil Nazirliyinin 22.05.2020-ci il tarixli 02-14-441/13 və 02.06.2020-ci il tarixli 1741-01/06 nömrəli təlimatı məktublarına əsasən, həmin qiymətlər illik qiymətlər kimi yazılıb və qeyd edilən fənlərdən onun yekun attestata yazılacaq qiymətləri də “2” (iki) çıxıb”.


  • В Ширване очагами распространения коронавируса стали медучреждения

    Очагами распространения коронавируса (COVID-19) в Ширване стали медицинские учреждения.

    В связи с этим в город была направлена рабочая группа, которая выявила ряд недостатков в Центральной городской больнице и лечебно-диагностическом центре, сообщили в Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB).

    Принимаются соответствующие меры.

    С учетом последних рекомендаций ВОЗ и имеющегося опыта в борьбе с пандемией принято решение об изолировании не всего города, а только очагов инфекции.

    С целью проведения необходимых дезинфекционных мероприятий будет временно приостановлен прием пациентов в Центральной больнице и лечебно-диагностическом центре города Ширвана.

    При этом лечение находящихся в медучреждениях пациентов будет продолжено, а амбулаторные и стационарные услуги другим будут предоставляться в больницах ближайших районов.

  • Azərbaycanda tibbi müəssisəsində koronavirusa yoluxma artdı: Xəstə qəbulu dayandırıldı – RƏSMİ + VİDEO

    Son günlər Şirvan şəhərində koronavirusa yoluxma faktlarının intensivliyinin artmasının tibb müəssisələrindən qaynaqlandığı müəyyən edilib.

    TƏBİB-dən verilən məlumata görə, bu məqsədlə Şirvan şəhərinə monitorinq məqsədi ilə TƏBİB-in İşçi qrupu ezam olunub və bir sıra qüsurlar aşkarlanıb.

    Bu qüsurların aradan qaldırılması məqsədilə, Şirvan Şəhər Mərkəzi Xəstəxanası və Şirvan Şəhər Müalicə-Diaqnostika Mərkəzində bir sıra tədbirlər görülüb.

    Daha ciddi preventiv tədbirlərin görülməsi üçün ÜST-ün baş epidemioloqunun son tövsiyələri və indiyədək əldə olunmuş təcrübə nəzərə alınaraq, bütövlükdə şəhərin deyil, yoluxma mənbəyinin lokal qapanması barədə qərar qəbul edilib.

    Belə ki, əhali əvvəlcədən məlumatlandırılmaqla, zəruri izolyasiya və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi məqsədilə Şirvan Şəhər Mərkəzi Xəstəxanası, eləcə də, Şirvan Şəhər Müalicə-Diaqnostika Mərkəzinə xəstə qəbulu müvəqqəti olaraq dayandırılacaq.

    Bu zaman, xəstəxanada əvvəlcədən müalicə alan xəstələrin müalicəsi davam etdiriləcək, yeni müraciət edən xəstələrə ambulator və stasionar xidmətlərin göstərilməsi ətraf rayonların xəstəxanalarında təmin ediləcək.

    Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah ÜST-ün tövsiyələrini nəzərə alaraq, yoluxma intensivliyinin çox olduğu ərazilərdə yoluxma mənbəyinin lokal qapanma tədbirlərinə üstünlük verəcək.

  • МВД прокомментировало попытку группы женщин перекрыть дорогу в Баку

    МВД прокомментировало распространенные в Сети кадры, на которых группа женщин в Баку пытается перекрыть дорогу.

    Как сообщили Qafqazinfo в пресс-службе ведомства, 26 августа на одном из проспектов в Ясамальском районе группа женщин вышла на проезжую часть дороги.

    “Сотрудники полиции немедленно пресекли попытку блокирования движения. С женщинами была проведена профилактическая беседа”, – сказали в министерстве.

    Отметим, что женщины пытались перекрыть дорогу перед зданием Госкомитета по работе с беженцами и вынужденными переселенцами.

    По их словам, чиновники указанной структуры не рассматривают жалобы.

  • Bakıda qadınların yolu bağlamağa cəhd etməsi ilə bağlı AÇIQLAMA

    Bakıda bir qrup qadının yolu bağlamağa cəhd etməsi ilə bağlı yayılan görüntülər barədə rəsmi açıqlama verilib.

    DİN Mətbuat xidmətindən Qafqazinfo-ya verilən məlumata görə, avqustun 26-da Yasamal rayonu ərazisində hərəkətin intensiv olduğu prospektlərin birində bir qrup qadın avtomobil yoluna çıxaraq, təhlükəli vəziyyət yaradıblar:

    “Ərazidə xidmət edən polis əməkdaşları tərəfindən dərhal həmin cəhdin qarşısı alınıb. Onların ərazidən uzaqlaşdırılması təmin olunub. Qeyd olunan hərəkətlərə cəhd edən şəxslərlə profilaktik söhbətlər aparılmaqla, bu əməlin təhlükəli olması onların diqqətinə çatdırılıb”.

    Qeyd edək ki, qadınlar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qarşısındakı yolu bağlamağa cəhd ediblər. Onlar iddia edib ki, şikayətlərinə heç bir məmur baxmır.

  • Bakıda gözəllik salonundan 3800 manatlıq oğurluq edildi

    Bakıda gözəllik salonunda oğurluq olub.

    Report-un xəbərinə görə, hadisə avqustun 19-u gecə saatlarında paytaxtın Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən gözəllik salonlarının birində qeydə alınıb.

    Belə ki, naməlum şəxs qapının kilidini sındırmaq yolu ilə 3500 manat pul və 300 manat dəyərində mobil telefon oğurlayıb.

    Daha sonra gözəllik salonunun rəhbərliyi bu barədə polis əməkdaşlarına müraciət edib.

    Səbail Rayon Polis İdarəsində fakta görə başlanılan cinayət işi üzrə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Tamerlan Kuçiyev saxlanılıb.

  • Распространились новые кадры со свадьбы внучки Рамиза Мехтиева – ВИДЕО

    В Сети распространились новые кадры со свадьбы внучки экс-главы Администрации Президента Азербайджана, президента Академии наук Рамиза Мехтиева.

    На видео запечатлен танец омбудсмена республики Сабины Алиевой.

  • Ramiz Mehdiyevin nəvəsinin toyundan yeni görüntülər yayıldı – VİDEO

    AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin toyundan yeni görüntülər üzə çıxıb.

    Görüntülərdə Ombudsman Səbinə Əliyevanın rəqs etməsi yer alıb.

    Sözügedən kadrları təqdim edirik: