Month: August 2020

  • Азербайджанские клубы начинают борьбу в Лиге Европы – ПРЕВЬЮ

    Сегодня, 27 августа, в рамках первого квалификационного раунда Лиги Европы УЕФА пройдут 45 матчей, три из которых состоятся в Азербайджане.

    Так, борьбу в турнире начнут “Нефтчи”, “Кешля” и “Сумгайыт”.

    Лига Европы УЕФА

    I квалификационный раунд

    27 августа 2020 года

    20:00 “Нефтчи” – “Шкупи” (Северная Македония)

    Главный судья: Александр Голубев (Латвия)

    Баку. Bakcell Arena.

    20:00 “Сумгайыт” – “Шкендия” (Северная Македония)

    Главный судья: Арман Исмурадов (Казахстан)

    Сумгайыт. Kapital Bank Arena.

    21:00 “Кешля” – “Лачи” (Албания)

    Главный судья: Георгий Кикачеишвили (Грузия)

    Баку. ASK Arena.

  • Azərbaycan klubları Avropa Liqasında mübarizəyə başlayır – PREVYU

    Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində 45 oyun keçiriləcək.

    Bu görüşlərdən üçü Azərbaycanda baş tutacaq.

    Belə ki, komandalarımızdan gümüş mükafatçı “Neftçi”, bürünc medalçı “Keşlə” və ötən mövsümün dördüncüsü “Sumqayıt” avrokubok həyəcanına start verəcək. “Neftçi” və “Keşlə” paytaxtda, “Sumqayıt” isə gənclik şəhərində rəqiblərini qəbul edəcək.

    UEFA Avropa Liqası

    I təsnifat mərhələsi

    27 avqust

    20:00 “Neftçi” – “Şkupi” (Şimali Makedoniya)

    Baş hakim: Aleksandr Qolubev (Latviya)

    Bakı. “Bakcell Arena”.

    20:00 “Sumqayıt” – “Şkendiya” (Şimali Makedoniya)

    Baş hakim: Arman İsmuradov (Qazaxıstan)

    Sumqayıt. “Kapital Bank Arena”.

    21:00 “Keşlə” – “Laçi” (Albaniya)

    Baş hakim: Georgi Kikaçeişvili (Gürcüstan)

    Bakı. “ASK Arena”.

    Əslində, “Neftçi” və “Sumqayıt”ın rəqibləri Şimali Makedoniyanı təmsil etsələr də, faktiki olaraq etnik albanların klubları sayılır. Bu səbəbdən Azərbaycan komandalarının üç alban komandasına qarşı mübarizə aparacağını demək mümkündür.

  • Kosmetikadan istifadənin təhlükəli nəticələri açıqlandı

    Kosmetika demək olar ki, hər bir qızın həyatının ayrılmaz hissəsinə çevrilib. Bununla birlikdə, dərinin gözəlliyini təmin etmək üçün hazırlanmış vəsaitlərin bolluğu təhlükəli nəticələrə səbəb ola bilər.

    Bu barədə rusiyalı dermatoveneroloq, kosmetoloq Aleksey Edemski “Sputnik radiosu”na müsahibəsində deyib.

    Onun sözlərinə görə, 12-13 yaş arası müasir yeniyetmə qızlar dekorativ kosmetikadan istifadə etməyə və dərilərini aktiv şəkildə təmizləməyə başlayırlar. Dəriyə qarşı belə davamlı aqressiv davranma onu dözümsüz hala gətirir:

    “Dəridə tətbiq olunan kosmetik vasitələrin bolluğu dözümsüzlüyün inkişafına səbəb olur: dəri kosmetikaya qarşı dözümlülüyünü itirir və insanın təmasda olduğu hər hansı bir kosmetik məhsula reaksiya verməyə başlayır. Hətta dəri təmizlənməsinə də. Bu ciddi bir şərtdir, daimi qızartı, qaşınma, müxtəlif səpkilərlə nəticələnir”.

    O, qeyd edib ki, bu vəziyyətdə dərini müalicə etmək çox çətindir.

  • Tovuzda gənc oğlan kürəyindən bıçaqlandı

    Tovuz rayonunun Qovlar şəhərində bıçaqlanma hadisəsi olub.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, Tovuz rayon Kirən kənd sakini, 1994-cü il təvəllüdlü Elnur İsayev hələ ki, məlum olmayan səbəbdən sağ qolundan və kürəyindən bıçaqlanıb.

    O, tanışları tərəfindən Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb, vəziyyəti kafi qiymətləndirilir.

    Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı araşdırılır.

  • NBA-da pley-off oyunları təxirə salındı

    Milli Basketbol Liqası – NBA-nın 26 avqusta təyin olunmuş bütün oyunları təxirə salınıb.

    Bu barədə insayder Şems Çaraniya öz “Twitter” hesabında məlumat verib.

    O, qeyd edib ki, sözügedən tarixdə keçirilməli olan bütün pley-off qarşılaşmaları təxirə düşüb.

    Buna səbəb isə ABŞ-da afroamerikalılara qarşı zorakılığa etirazdır.

    Qeyd edək ki, ilk olaraq “Milluoki Baks” komandası “Orlando Mecik”lə oyunda meydana çıxmaqdan imtina etmişdi.

  • Daha bir millimizin futbolçusu Almaniyadan Azərbaycana gələ bilməyəcək

    Almaniyanın “Bohum” klubunda çıxış edən Barış Əkinciər 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-21) hazırlıq məqsədilə təşkil olunacaq təlim-məşq toplanışında iştirak edə bilməyəcək.

    AFFA-nın saytı xəbər verir ki, buna səbəb “Bohum” un altı üzvündə koronavirus (COVID-19) testinin pozitiv nəticələnməsidir.

    Bununla əlaqədar Bundesliqanın əsasnaməsinə və federal qanunlara uyğun olaraq, komandanın bütün məşqçi, futbolçu və inzibati heyəti üçün 14 günlük karantin rejimi tətbiq olunub.

    Qeyd edək ki, U-21 millimiz Avropa çempionatının seçmə mərhələsində sentyabrın 7-də Fransanı qəbul edəcək.

    Xatırladaq ki, daha əvvəl Almaniyada oynayan əsas millimizin futbolçusu Dmitri Nəzərov koronavirus səbəbindən Bakıya gəlməkdən imtina etmişdi.

  • Bakıda qızların gecə klubundan biabırçı canlı yayımı – Karantini pozdular və… – VİDEO

    Bakıda yerləşən gecə klublarının birində karantin rejiminin qaydalarını pozan şəxslərin videosu yayılıb.

    Median.Az Redaktor.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə canlı yayımlanan görüntülərdə bir qrup gəncin sosial məsafə və digər karantin qaydalarına məhəl qoymadan əyləndiyi görülür.

    Sözügedən görüntüləri təqdim edirik:

  • Masazırda iki avtomobil toqquşub, qadın yaralanıb

    Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

    Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1981-ci il təvəllüdlü Mahmudova Aynur Sadiq qızı xəsarət alıb.

    Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • В Агдаше автомобиль врезался в дерево: есть погибшие и раненые

    В Агдашском районе произошло тяжелое дорожно-транспортное происшествие (ДТП), повлекшее смерть трех человек.

    Как сообщает АПА, ДТП произошло на проспекте Гейдара Алиева города Агдаш.

    Житель села Котанарх Мамедов Сахавет Видади оглу 1987 года рождения, управляя легковым автомобилем марки “ВАЗ 2106”, на высокой скорости потерял управление и врезался в дерево.

    В результате аварии на месте происшествия погибли три пассажира – жители села Котанарх Алияров Насир Анвар оглу 1994 года рождения, Алияров Насиб Махмуд оглу 1998 года рождения и Гарибов Шамистан Бахлул оглу 1998 года рождения.

    Пьяный водитель, житель села Котанарх, Мамедов Сахавет Видади оглу 1987 года рождения и его односельчанин Исмаилов Селим Шаведдин оглу 1996 года рождения были доставлены в Гейчайскую центральную районную больницу с тяжелыми травмами.

  • Mingəçevir sakini ağacdan yıxılıb

    Mingəçevirdə 73 yaşlı kişi qoz ağacından yıxılıb.

    APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə “Şəfa” bağlar massivində qeydə alınıb.

    1947-ci il təvəllüdlü şəhər sakini Kərim Salahov fərdi təsərrüfatında qoz ağacından yıxılaraq müxtəlif bədən xəsarətləri alıb. Yaralı kişi xəstəxanaya yerləşdirilib.