Month: August 2020

  • Ali məktəblərə qabiliyyət imtahanları başladı

    Bu gündən ali məktəblərə qabiliyyət imtahanları başlayıb.

    Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ali təhsil müəssisələrinin 21 xüsusi qabiliyyət tələb edən ixtisasına qəbul üçün qabiliyyət imtahanları Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir.

    İmtahanlar Bakı və Naxçıvan şəhərlərində səkkiz binada keçiriləcək.

    Xüsusi qabiliyyət imtahanları Təsviri sənət, Musiqi sənəti, Teatr, kino və xoreoqrafiya sənəti və Memarlıq istiqamətləri üzrə keçiriləcək.

  • Xaçmazda kişi itkin düşdü – FOTO

    Xaçmazda 45 yaşlı kişi itkin düşüb.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

    Bildirilib ki, Xaçmaz rayon sakini, 1975-ci il təvəllüdlü Əsədullayev Məhəmməd Rufulla oğlu iyul ayının 18-i yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

    M.Əsədullayevin əlamətləri belədir: boyu 168 sm-dir, gözlərinin rəngi şabalıdıdır, arıq bədən quruluşludur.

    Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinə 023-325-53-56 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


  • Армяне обстреляли азербайджанские позиции из крупнокалиберных пулеметов

    Подразделения вооруженных сил Армении, используя крупнокалиберные пулеметы, в течение суток 29 раз нарушили режим прекращения огня в различных направлениях фронта.

    Об этом 27 августа сообщает пресс-служба Минобороны Азербайджана.

    С позиций в селах Айгепар, Мосесгех и Чинари Бердского района Армении подверглись обстрелу расположения азербайджанской армии в селах Алибейли и Агдам Товузского района.

    Оборонное ведомство отмечает, что обстрел велся и с позиций близ оккупированных сел Юсифджанлы, Мерзили – Агдамского, Ашагы Вейселли, Горган, Горадиз – Физулинского, Нюзгяр – Джебраильского районов, а также с безымянных высот в Тертерском и Агдамском районах.

  • Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 29 dəfə pozub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

    Ağdam rayonunun işğal altında olan Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

  • Bakıda şirniyyat mağazasının işçisi oğurluq etdi

    Bakıda şirniyyat mağazasında oğurluq hadisəsi baş verib.

    Report-un xəbərinə görə, hadisə iyulun 27-dən avqustun 25-dək müddət ərzində Binəqədi rayonu S.Məmmədova küçəsindəki şirniyyat mağazalarının birində qeydə alınıb.

    Belə ki, naməlum şəxs Ş.Hüseynovun icarə əsasında işlətdiyi mağazanın paltardəyişmə otağında şalvarının cibindən 770 manat pul oğurlayıb.

    Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən şirniyyat mağazasının işçisi, 1996-cı il təvəllüdlü A.Salahova saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • К каким последствиям приводит COVID-19 у детей? – ВИДЕООПРОС

    Наряду со взрослыми дети также заражаются коронавирусом. После выздоровления у них наблюдаются головные боли, кашель и нарушение работы пищеварительной системы.

    Врач-инфекционист Садраддин Атакишиев отмечает, что большинство детей переносят заболевание в легкой форме, но среди них есть и немало тяжелобольных.

    Отметим, что согласно статистике, дети составляют 5% от общего числа инфицированных COVID-19 в Азербайджане.

    Подробнее в сюжете Baku TV.

  • Uşaqlarda koronavirusa yoluxmadan sonra hansı fəsadlar qalır? – VİDEOSORĞU

    Böyüklərlə yanaşı, uşaqlarda da koronavirusa yoluxma halları müşahidə olunur. Onlar sağaldıqdan sonra bəzi fəsadlar isə qalır.

    Tibb işçilərinin sözlərinə görə, COVID-19-dan sonra uşaqlarda baş ağrıları və öskürək davam edir, həmçinin, həzm sistemi pozulur.

    Həkim-infeksionist Sədrəddin Atakişiyev deyir ki, onların əksəriyyətinin xəstəliyi daha rahat keçirdiyi təsdiqini tapıb. Amma xəstəliyi ağır keçirən uşaqlar da az deyil.

    Qeyd edək ki, Azərbaycanda uşaqlar arasında koronavirusa yoluxma beş faiz təşkil edir.

    Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

  • İmişlidə çayxana yandı

    İmişli rayonunda çayxanada yanğın baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, rayonun Mərzəlik kəndində ümumi sahəsi 130 kvadrat metr olan, çayxana kimi fəaliyyət göstərən ikimərtəbəli binanın ikinci mərtəbəsinin tavanı 65 kvadrat metr sahədə, yaxınlıqda ümumi sahəsi 9 kvadrat metr olan taxta konstruksiyalardan ibarət tikili və ümumi sahəsi 9 kvadrat metr olan digər tikilinin taxta atmaları yanıb.

    Qeyd olunub ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Обнародована последняя мировая статистика по коронавирусу

    По данным на утро 27 августа, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 24 335 741.

    За весь период пандемии скончались 829 676 человек, выздоровели – 16 874 717.

    Больше всего инфицированных в США (6 000 365). На втором месте – Бразилия (3 722 004), третьем – Индия (3 310 234). В первую пятерку также входят Россия (970 865) и ЮАР (615 701).

    По числу жертв инфекции лидируют Соединенные Штаты – 183 653, вылечился 3 313 861 человек.

    Иран с 365 606 заболевшими занимает 12-е место, Турция (262 507) – 18-е.

    В Армении коронавирусом заразились 43 067 человек, в Грузии – 1 436.

    Среди соседних стран наиболее высокая смертность от COVID-19 зафиксирована в Иране – 21 020 летальных исходов.

    На сегодня в Азербайджане подтверждены 35 707 случаев инфицирования коронавирусом, 33 281 человек вылечился, 522 – скончались.

  • Koronavirusla bağlı SON STATİSTİKA

    Dünyada 24 335 741 nəfərdə koronavirus aşkar edilib.

    Virusdan 829 676 xəstə ölüb, 16 874 717 nəfər sağalıb.

    Koronavirusun ən çox yayıldığı ölkələr ABŞ (6 000 365 nəfər), Braziliya (3 722 004 nəfər), Hindistandır (3 310 234 nəfər).

    Rusiyada 970 865, İranda 365 606, Türkiyədə 262 507, Ermənistanda 43 067, Gürcüstanda 1 436 nəfərdə koronavirus qeydə alınıb.

    Azərbaycanda koronavirusa yoluxan 35 707 nəfərin 522-si ölüb, 33 281-i sağalıb.