Month: August 2020

  • Şirvanda ticarət obyektlərində yanğın olub – FOTO

    Şirvan şəhərində ticarət obyektlərində yanğın baş verib.

    APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhəri, N.Nərimanov küçəsində yerləşən ərzaq mağazasının dam örtüyündə qısa qapanmadan yaranan yanğın tez bir zamanda ona bitişik aptek və məişət avadanlığı satılan mağazanın dam örtüyünə keçib.

    Yanğının söndürülməsinə FHN-in Şirvan Yanğından Mühafizə Xidmətinin avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın lokallaşdırılıb və digər obyektlərə yayılmasının qarşısı alınıb. Yanğın zamanı 70 kv/m ərazidə dam örtüyü yanıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Pandemiya dövründə Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri açıqlanıb

    2020-ci ilin yanvar-iyul aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 25,1 faiz azalaraq 2 milyard 217 milyon manat olub.

    Median.Az Trend-ə istinadən bildirir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 424,6 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 64,3 faizini təşkil edib.

    2020-ci ilin yanvar-iyul aylarında ictimai iaşə dövriyyəsi isə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 55,0 faiz azalaraq 259,7 milyon manat olub.

    Özəl sektorda ictimai iaşə dövriyyəsinin 60,6 faizi hüquqi şəxs statuslu müəssisələrin, 39,4 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 38,8 faiz azalaraq 159,0 milyon manat olub.

  • Найдены бактерии, способные путешествовать между планетами

    Японские ученые нашли экспериментальное подтверждение гипотезе панспермии, утверждающей, что простейшие формы жизни могут путешествовать между планетами и оставаться жизнеспособными, передает Report со ссылкой на Frontiers in Microbiology.

    В 2018 году доктор Акихико Ямагиши из токийского Университета фармакологии с коллегами с помощью аэростатов обнаружили присутствие бактерий Pharmacy в атмосфере на высоте 12 километров. Зная, что они образуют колонии и устойчивы к ультрафиолетовому излучению, ученые решили узнать, способны ли те к выживанию в космосе.

    В ходе эксперимента высушенные агрегаты бактерий были размещены на специальных панелях за бортом Международной космической станции. Причем агрегаты разной толщины на разные сроки – один, два и три года.

    По прошествии трех лет оказалось, что бактерии внутри агрегатов толще 0,5 миллиметров выжили в условиях космической радиации и вакуума. Наблюдения показали, что, хотя бактерии на поверхности агрегатов погибают, они образуют защитный слой, который способствует выживанию колонии. Анализ выживаемости за один, два и три года позволил утверждать, что колонии толщиной больше 0,5 мм способны выживать за бортом МКС в течение 15-45 лет.

    “Результаты показали, что радиоустойчивые бактерии Deinococcus могут выжить по пути от Земли к Марсу и обратно, который займет несколько месяцев про кратчайшей орбите”, — пояснил автор работы.

  • Fəzada yaşaya bilən bakteriyalar aşkar edilib

    Bəzi canlıların fəzada hərəkət edərək diri qalmalarını irəli sürən Panspermia nəzəriyyəsi təcrübə yolu ilə təsdiqlənib.

    Median.Az “Frontiers in Microbiology”yə istinadən xəbər verir ki, Yaponiyanın Tokio Farmakologiya və Həyat Elmləri Universitetində doktor Akihiko Yamaqişinin rəhbərliyi ilə tədqiqatçılar qrupu hələ 2018-ci ildə atmosferdə 12 km yüksəklikdə aşkarladıqları “Pharmacy” bakteriyalarının ultrabənövşəyi şualara dayanıqlı olduqlarını nəzərə alaraq fəzada da yaşaya bilib-bilmədiyini öyrənməyə qərar veriblər.

    Bu məqsədlə bakteriyaların müxtəlif qalınlığa malik təbəqə şəklindəki koloniyaları beynəlxalq fəza stansiyalarının bayır səthinə 1, 2 və 3 illik müddətə yerləşdirildi.

    Üç ildən sonra 0,5 mm-dən qalın təbəqələrdəki bakteriyaların fəza şəraitində həyatda qaldıqları məlum olub. Belə ki, təbəqənin üst qatındakı bakteriyaların məhv olaraq qalanlarını qoruyan xüsusi mühafizə qatı əmələ gətirdikləri məlum olub. Aparılan təhlillər 0,5 mm-dən qalın olan təbəqənin içərisində bakteriyaların fəza şəraitində belə 15-45 il ərzində yaşaya bildiyi qənaətinə gəlməyə əsas verib.

    “Tədqiqatın nəticələri radio şüalarına dayanıqlı “Deinococcus” bakteriyalarının yer kürəsindən Marsadək yolboyu, yəni bir neçə ay ərzində həyatda qala biləcəyini ortaya qoyub”, – araşdırmada qeyd olunur.

  • “Qarabağ” ilk hissəni öndə bitirdi – YENİLƏNİB

    UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” – “Şerif” oyununda ilk hissə başa çatıb.

    Komandamız ilk hissəni öndə başa vurub – 1:0.

    Uroş Matiç 22-ci dəqiqədə penalti zərbəsindən sonra fərqlənib.

    Çempionlar Liqası

    II təsnifat mərhələsi

    26 avqust

    “Qarabağ” (Azərbaycan) – “Şerif” (Moldova) – 1:0

    Qol: Matiç, 22

    * * * * *

    Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində hazırda davam edən “Qarabağ” – “Şerif” matçında qonaqlar azlıqda qalıblar.

    Oxu.Az xəbər verir ki, qarşılaşmanın 37-ci dəqiqəsində “Şerif”in hücumçusu Anatole Abanq Bədavi Hüseynova qarşı kobudluğa görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

    Oyunun ilk hissəsi davam edir və “Qarabağ” 1:0 hesabı ilə öndədir.

    * * * * *

    UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” – “Şerif” oyununda hesab açılıb.

    Oxu.Az xəbər verir ki, təmsilçimiz 22-ci dəqiqədə önə keçib.

    Belə ki, “Şerif”in müdafiəçilərinin matçın 21-ci dəqiqəsində cərimə meydançası daxilində Xayme Romeroya qarşı kobud oyunu penalti ilə nəticələnib.

    Uroş Matiç isə şansı əla dəyərləndirib.

    Çempionlar Liqası

    II təsnifat mərhələsi

    26 avqust

    “Qarabağ” (Azərbaycan) – “Şerif” (Moldova) – 1:0

    Qol: Matiç, 22

    * * * * *

    UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” – “Şerif” oyunu start götürüb.

    Oxu.Az-ın Tofiq Bəhramov adına Respublika Stadionunda olan müxbiri xəbər verir ki, görüşdə hesab açılmayıb.

    * * * * *

    Bu gün Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasında növbəti matçını keçirəcək.

    Oxu.Az xəbər verir ki, Ağdam təmsilçisi turnirin II təsnifat mərhələsində Moldovanın “Şerif” klubu ilə üz-üzə gələcək.

    Mövcud pandemiya şəraiti ilə əlaqədar bir matçdan ibarət olan və azarkeşsiz keçiriləcək duel Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

    Bundan əvvəlki mərhələdə “Qarabağ” Şimali Makedoniya “Sileks”i üzərində 4:0, “Şerif” isə Lüksemburq “Fola”sı ilə matçda 2:0 hesablı qələbə qazanmışdı.

    Qeyd edək ki, cütün qalibinin III təsnifat mərhələsindəki rəqibi avqustun 31-də keçiriləcək püşkatmada bəlli olacaq. Məğlub komandanın Avropa Liqasındakı rəqibi isə ertəsi gün müəyyənləşəcək.

    Çempionlar Liqası

    II təsnifat mərhələsi

    * * * * *

    20:00. “Qarabağ” (Azərbaycan) – “Şerif” (Moldova)

    “Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 81. Kevin Medina, 55. Bədavi Hüseynov, 77. Donald Gerye, 2. Qara Qarayev, 8. Uroş Matiç, 19. Filip Ozobiç, 9. Xayme Romero, 10. Abdullah Zubir, 11. Mahir Emreli

    Ehtiyat oyunçular: 12. Emil Balayev, 7. Kvabena Ovusu, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 29. Musa Qurbanlı, 44. Elvin Cəfərquliyev

    Baş məşqçi: Qurban Qurbanov

    “Şerif”: 1. Dumitru Seleadnik, 11. Andrey Peteleu, 15. Kristiano, 91. Usman Ndiaye, 70. Fatih Obilor, 55. Benedik Mioç, 3. Çarles Petro, 44. Andrey Lukiç, 18. Uilyam Parra Sinisterra, 77. Anatoli Abanq, 76. Qabriel Boban

    Ehtiyat oyunçular: 33. Sergey Peşenko, 7. Andrey Blizniçenko, 8. Maks Veloso, 10. Kastaneda Velez, 14. Sebastian Dahlstrom, 43. Riçard Qadze, 16. Keston Jülien

    Baş məşqçi: Zoran Zekiç

    Hakimlər: Mikola Balakin, Viktor Matyaş, Sergey Pristupa, Andrey Kovalenko (hamısı Ukrayna)

    Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

  • Мощнейший суперкомпьютер в мире назвал лучшие маски для защиты от COVID-19

    Самый мощный в мире суперкомпьютер — японский Fugaku — выяснил, что нетканые одноразовые медицинские маски лучше других защищают от коронавируса.

    Как передает Report, об этом сообщает The Guardian.

    Fugaku может выполнять более 415 квадриллионов операций в секунду. Ученые провели исследование трех видов масок: нетканых (одноразовых медицинских), хлопковых и масок из полиэстера.

    Суперкомпьютер проанализировал, какие из них задерживают больше микрочастиц, которые выбрасывает зараженный человек при кашле или чихании, и поставил нетканые на первое место.

    31 декабря 2019 года китайские власти заявили о вспышке пневмонии в городе Ухань. Возбудителем заболевания является новый тип коронавируса, которому присвоено официальное название COVID-2019.

    Всемирная организация здравоохранения (ВОЗ) объявила пандемию нового вида коронавируса в мире.

  • Koronavirusdan daha yaxşı qoruyan maskalar bəlli oldu

    Dünyanın ən sürətli superkompüteri olan Yaponiyanın “Fugaku” cihazı koronavirusdan ən yaxşı qorunmaq üçün birdəfəlik toxunmamış maskalar taxmağı tövsiyə edib.

    “Report” “The Quardian”a istinadən xəbər verir ki, kompüterin apardığı hesablamalar nəticəsində adıçəkilən maskaların xəstə tərəfindən öskürərkən, yaxud asqırarkən ifraz etdiyi mikro hissələri pambıq parça və digər maskalara nisbətən daha yaxşı saxladığı üzə çıxıb.

    Qeyd edək ki, 2014-cü ildən başlamış tədqiqatlar nəticəsində hazırlanaraq cari ilin iyun ayından istifadəyə verilən “Fugaku” superkompüteri saniyədə 415 kvadrilyondan artıq əməliyyat icra etmək iqtidarındadır.

  • İtaliya mətbuatı: “Azərbaycanın Birinci vitse-prezidenti, xalqa xidmət nümunəsi”

    İtaliyanın “Giornale Diplomatico” onlayn qəzetində “Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, xalqa xidmət nümunəsi” və “Agenzia Nova” xəbər agentliyinin saytında “Birinci vitse-prezidentin Azərbaycan-İtaliya əlaqələrinin gücləndirilməsinə vacib töhfəsi” adlı məqalələr dərc olunub.

    Azərbaycan Respublikasının İtaliyadakı səfirliyindən verilən məlumata görə, məqalələrdə qeyd olunur ki, Qafqazın “şahmat lövhəsində” yeri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın bu gün doğum günüdür. 1918-ci ildə qadınlara səs vermək hüququnu tanıyan bir ölkəni tərənnüm edən, böyük şəxsiyyət xanım Mehriban xanım Əliyeva 2005-ci ildən millət vəkili olmuş, UNESCO və ISESCO kimi təşkilatların xoşməramlı səfiridir. İdman aləmində gördüyü işlərə görə tanınır, 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidentidir və onun rəhbərlik etdiyi komitə tərəfindən Azərbaycanın paytaxtı Bakı şəhərində 2015-ci ildə ilk Avropa Oyunları və 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunları böyük uğurla təşkil edilmişdir.

    Habelə yazılarda bildirilir ki, Mehriban Əliyeva xalqın iradəsi və Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin xatirəsinə ehtiramın ifadəsi kimi təsis edilmiş Heydər Əliyev Fondunun prezidentidir. Fond yeni cəmiyyətin qurulmasında fəal iştirak edir və təhsil, səhiyyə, mədəniyyət, idman, elm, texnologiya, ətraf mühit , sosial və digər sahələrdə müxtəlif layihələr vasitəsi ilə ölkənin sosial və iqtisadi inkişafına töhfə verir. Fond, həmçinin Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində də fəal iş aparır. Bu xüsusda, çoxsaylı layihələri, mədəni və tarixi irsinin bərpası və qorunması, o cümlədən Müqəddəs Marçellinio və Müqəddəs Pietro katakombalarının və Romanın Kapitolini Muzeyinin Filosoflar zalının bərpası layihələri daxil olmaqla Azərbaycanın İtaliya və Müqəddəs Taxt-Tacla hazırkı yüksək səviyyəli münasibətlərinə böyük rol oynayır.

    Yazılarda vurğulanır ki, Azərbaycanın Birinci vitse-prezidenti İtaliya və Azərbaycan arasındakı strateji tərəfdaşlığın möhkəmləndirilməsinə də mühüm töhfələr vermişdir. 2018-ci ildə ilk rəsmi səfərini İtaliyaya həyata keçirərək İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və Senatın sədri xanım Maria Elisabetta Alberti Kasellati ilə görüşmüş, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə Senatda və Romanın Milli Müasir və Çağdaş İncəsənət Qalereyasında təşkil olunmuş tədbirlərdə iştirak etmişdir.

    Həmçinin qeyd olunur ki, xanım Mehriban Əliyeva 2018-ci ildə Azərbaycan və İtaliya arasındakı münasibətlərin inkişafına verdiyi töhfələrə görə İtaliya Respublikası Prezidenti tərəfindən İtaliya Respublikasının “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni ilə təltif edilmişdir. Onun eyni zamanda Azərbaycan və Müqəddəs Taxt-Tacla münasibətlərində də böyük rolu var, Taxt-Taca çoxsaylı səfərlər etmiş və 2020-ci ildə Papa Cəngavər Ordeninin ən ali dərəcəsi olan – IX Piy Ordeninin Böyük Xaçı ilə (Dama di Gran Croce dell’ordine Piano) təltif edilmişdir.

    Sözügedən yazılarla aşağıdakı keçidlərdə tanış ola bilərsiniz


    https://www.giornalediplomatico.it/Azerbaigian-Mehriban-Aliyeva-primo-vicepresidente-modello-di-impegno.htm

     
    https://www.agenzianova.com/a/5f463163be7850.18300980/3074533/2020-08-26/azerbaigian-italia-dalla-prima-vicepresidente-aliyeva-importante-contributo-al-rafforzamento-dei-rapporti
     
    https://www.agenzianova.com/a/5f467013875de3.29006946/3074534/2020-08-26/azerbaigian-italia-dalla-prima-vicepresidente-aliyeva-importante-contributo-al-rafforzamento-dei-rapporti-2

  • Pul alıb SOCAR-a işə düzəltmək vədi verən şəxslər yaxalanıb – FOTO

    Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təhlükəsizlik İdarəsi işə düzəltmək adı ilə vətəndaşları aldadıb onlardan pul almış Həsənov Elçin Əmir oğlunu və onunla əlbir olan “Azneft” İstehsalat Birliyində yardımçı fəhlə işləyən Yaşar Babayevi yaxalayıb.

    Bu barədə “Report”a Təhlükəsizlik İdarəsindən bildirilib.

    Məlumata görə, özünü SOCAR-ın Baş ofisinin əməkdaşı kimi qələmə verən E. Həsənov saxta vakansiya məlumatları əsasında müxtəlif şəxslərə, o cümlədən, Bağırov Nicat İdrak oğlu və Qarayev Elşən Tahir oğluna, onları şirkətin strukturlarında fəhlə kimi işə düzəltməyi təklif edib, bunun müqabilində həmin şəxslərin hər birindən 1 000 manat pul alıb.

    “Daha sonra aldatdığı şəxsləri SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamentinin işçisi olduğuna inandırmaq istəyən E. Həsənov onlarla birlikdə Departamentə gələrək inzibati binaya daxil olmağa çalışıb. Burada özünü polis əməkdaşı kimi təqdim edən E.Həsənovun şübhəli hərəkətləri mühafizəçilərin diqqətini cəlb edib və onlar bayırda onu gözləyən şəxslərlə söhbət edərək fırıldağın üstünü açıblar. E.Həsənov, N.Bağırov və E.Qarayev Nizami Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib. Beləliklə, SOCAR-ın Təhlükəsizlik İdarəsi əməkdaşlarının sayıqlığı nəticəsində bu qəbildən növbəti fırıldaqçılıq əməlinin qarşısı alınıb.

    SOCAR-da işə qəbulu mərkəzləşdirilmiş qaydada Baş ofisin İnsan Resursları Departamenti müsabiqə əsasında həyata keçirir. Vakansiyalar barədə məlumatlar şirkətin rəsmi veb-səhifəsində yerləşdirilir, elan edilən vakansiya şərtlərinə uyğun bilik və bacarığı olan, müsahibə zamanı bunu nümayiş etdirən şəxslər işə qəbul olunur. Bir daha vətəndaşlara müraciət edərək, SOCAR-da işə qəbul olunmaq üçün hər hansı vasitəçilər tapmağa ehtiyac olmadığını bildirir və onları belə fırıldaqçıların toruna düşməməyə çağırırıq”, – deyə məlumatda qeyd olunub.


  • Azərbaycanda əməkdaşların maaşlarını mənimsəyən sabiq məmura cinayət işi açıldı – RƏSMİ

    Gədəbəy rayonu, Çobankənd kənd orta məktəbinin sabiq direktoru Sahib Babayevin qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında Gədəbəy Rayon Prokurorluğunda araşdırma aparılıb.

    Gədəbəy Rayon Prokurorluğundan verilən məlumata görə, araşdırmalarla Sahib Babayevin 2017-2019-cu illər ərzində direktor işlədiyi məktəbin normal cari fəaliyyətinin təşkili və ona nəzarətin təmin olunması, fənlərə ayrılan saatların tədrisinə nəzarət, məktəbin fəaliyyəti ilə bağlı qərarların qəbul olunmasına bilavasitə rəhbərlik etmək səlahiyyətlərinə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və bir sıra müəllimlər üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, etibar edilmiş xeyli miqdarda özgə əmlakını talamaq üçün faktiki olaraq tədris edilməmiş məşğələ saatlarını ayrı-ayrı müəllimlərin adlarına tarifləşdirərək onların əməkhaqqı kartlarına köçürülmüş ümumilikdə 12 min 445 manat məbləğində pulu mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

    Həmçinin, Sahib Babayevin 17 iyul 2019-cu il tarixdə etibarnamə əsasında idarə etdiyi avtomobillə Gədəbəy – Novo Saratovka avtomobil yolu ilə Gədəbəy şəhəri istiqamətində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması nəticəsində əks tərəfdə hərəkətdə olan Nəriman Quliyevin idarə etdiyi avtomobilin hərəkət yoluna çıxmaqla toqquşması və nəticədə sürücü Nəriman Quliyevin ehtiyatsızlıqdan ölümünə səbəb olmasına şübhələr üçün əsaslar müəyyən edilib.

    Qeyd edilən faktlarla bağlı Gədəbəy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq istintaq olunub.

    Toplanmış sübutlara əsasən Sahib Babayevə Cinayət Məcəlləsinin həmin maddələri ilə yekun ittiham elan edilmiş, cinayət işi üzrə istintaq yekunlaşdırılmaqla baxılması üçün aidiyyəti üzrə Gədəbəy rayon məhkəməsinə göndərilib.