Month: August 2020

  • “Qarabağ” Çempionlar Liqasında III təsnifat mərhələsinə yüksəlib

    Bu gün Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok matçını keçirib.

    Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsində Moldovanın “Şerif” klubunu qəbul edib.

    Bir matçdan ibarət olan və azarkeşsiz keçirilən dueldə hesabı Qurban Qurbanovun yetirmələri açıb. Azərbaycan çempionu ilk yarının ortalarında Uroş Matiçin penalti zərbəsi ilə önə keçib. Az sonra qırmızı vərəqə alan qonaqlar azlıqda qalıblar.

    İkinci hissədə Mahir Emreli fərqi artırıb. Bu, hücumçunun cari mövsümün ümumilikdə 3-cü oyunundakı 4-cü qolu olub. 10 futbolçu ilə qalan Moldova çempionu bu qollardan birinin əvəzini çıxa bilsə də, “Qarabağ” qələbə hesabını qoruya bilib.

    Bununla da “Qarabağ” 2017/18 mövsümündə Çempionlar Liqasında, bir il sonra Avropa Liqasında olduğu kimi, yenə “Şerif”i mübarizədən kənarlaşdırıb. Ağdamlılar III təsnifat mərhələsinə yüksəlibsə, Tiraspol təmsilçisi Avropa Liqasına yollanıb.

    Qeyd edək ki, “Qarabağ”ın III təsnifat mərhələsindəki rəqibi avqustun 31-də, pley-offdakı mümkün rəqibi isə sentyabrın 1-də keçiriləcək püşkatmada bəlli olacaq.

    Çempionlar Liqası
    II təsnifat mərhələsi
    26 avqust
    20:00. “Qarabağ” (Azərbaycan) – “Şerif” (Moldova) – 2:1
    Qollar: Uroş Matiç, 22 (pen.); Mahir Emreli, 63 – Kastaneda Velez, 78
    Qırmızı vərəqə: Anatoli Abanq, 37

    “Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 77. Vild-Donald Gerye, 8. Uroş Matiç, 2. Qara Qarayev, 19. Filip Ozobiç, 9. Xayme Romero, 10. Abdullah Zubir, 11. Mahir Emreli
    Ehtiyat oyunçular: 12. Emil Balayev, 7. Kvabena Ovusu, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 29. Musa Qurbanlı, 44. Elvin Cəfərquliyev
    Baş məşqçi: Qurban Qurbanov

    “Şerif”: 1. Dumitru Seleadnik, 11. Andrey Peteleu, 15. Kristiano, 91. Usman Ndiaye, 70. Fatih Obilor, 55. Benedik Mioç, 3. Çarles Petro, 44. Andrey Lukiç, 18. Uilyam Parra Sinisterra, 77. Anatoli Abanq, 76. Qabriel Boban
    Ehtiyat oyunçular: 33. Sergey Peşenko, 7. Andrey Blizniçenko, 8. Maks Veloso, 10. Kastaneda Velez, 14. Sebastian Dahlstrom, 43. Riçard Qadze, 16. Keston Jülien
    Baş məşqçi: Zoran Zekiç

    Hakimlər: Mikola Balakin, Viktor Matyaş, Sergey Pristupa, Andrey Kovalenko (hamısı Ukrayna)
    Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

  • Поздравление от Лейлы Алиевой: Ты самый лучший и важный человек в моей жизни! – ФОТО

    Вице-президент Фонда Гейдара Алиева Лейла Алиева поздравила свою мать – Первого вице-президента Азербайджана Мехрибан Алиеву с днем рождения.

    Как сообщает Oxu.Az, соответствующей публикацией она поделилась на своей странице в Instagram.

    “С днем рождения, любимая мама! Ты самый лучший и самый важный человек в моей жизни! Дай Бог здоровья и счастья всем мамам! Благодарю всех за добрые слова и пожелания! “, – написала она.

  • Çin ABŞ-a xəbərdarlıq etdi

    Bu gün Çin son günlər gərginlik məkanına çevrilən Cənubi Çin dənizinə iki ədəd ballistik raket buraxaraq ABŞ-a xəbərdarlıq edib.

    “Report” SCMP-yə istinadən xəbər verir ki, bu barədə Çin ordusuna yaxın mənbə bildirib.

    Belə ki, həm quruda, həm də dənizdəki hədəfləri vura bilən bu raketlərdən DF-26B tiplisi ölkənin şimal-qərbindəki Çinqhay əyalətindən, DF-21D tiplisi isə əksinə, şərqdəki Jecianq əyalətindən buraxılıb və hər ikisi Hainan adası ilə Parasel adaları arasındakı bölgədə yanıb.

    Həmin raketlərdən birincisi, yəni DF-26 vaxtilə “soyuq müharibə”yə son qoymaq üçün ABŞ ilə Sovet İttifaqı arasında imzalanmış Uzaq Mənzilli Nüvə Silahları Müqaviləsinə uyğun olaraq qadağan edilib və 4 000 km mənzilə sahib olub həm nüvə, həm də adi başlıq daşımaq qabiliyyətindədir. 1 800 km-dək mənzilli DF-21 raketi isə dünyada ilk gəmi vuran ballistik raket olaraq tanınır.

    Qeyd edək ki, dünən Çin tərəfi hərbi təlimlər keçirdikləri adıçəkilən bölgəyə ABŞ-ın kəşfiyyat təyyarəsinin gəldiyini açıqlamışdı. Mənbənin dediyinə görə, iki raketin buraxılması Cənubi Çin dənizinə ABŞ hərbi təyyarə və raketlərin daxil olma ehtimalına qarşı ehtiyat tədbiridir.

    Honkonqda fəaliyyət göstərən hərbi ekspert Sonq Jonqpinq bildirib ki, ABŞ Çinin Tayvan və Cənubi Çin dənizindəki “aşağı xətti”ni yoxlamağa davam etdiyi üçün Çin tərəfi də buradakı gücünü dəf etməyin mümkünsüz olduğunu qarşı tərəfə nümayiş etdirməyə çalışır.

    Çin Müdafiə Nazirliyi məsələyə dair hər hansı açıqlama verməyib.

  • Gürcüstanda sentyabrın 15-də məktəblər açılacaq

    Gürcüstanda sentyabrın 15-də bütün məktəblər açılacaq.

    Bu barədə Gürcüstanın Baş Naziri Giorgi Qaxariya bildirib. Onun sözlərinə görə, ölkədə uşaq bağçalarının açılışı oktyabrın 1-nə nəzərdə tutulub.

    Bundan əlavə, Qaxariya qeyd edib ki, sentyabrın 15-dən muzeylər və teatrlar fəaliyyətini bərpa edəcək.//qaynarinfo

  • Avtomobil yuyan gənci elektrik cərəyanı vuraraq öldürdü

    Bərdə rayonunda bədbəxt hadisə baş verib.

    “Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Əhmədli kəndində qeydə alınıb.

    Kənd sakini, 1999-cu il təvəllüdlü Həsənov Niyaməddin Mübariz oğlu kənd ərazisində yerləşən avtoyuma məntəqəsində işləyərkən anidən onu elektrik cərəyanı vurub. N. Həsənov hadisə yerində dünyasını dəyişib.

    Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

    Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə aparılıb.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • Leyla Əliyevadan təbrik mesajı: “Sən mənim həyatımda ən yaxşı və ən vacib insansan!” – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “İnstagram” hesabında anası, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günü ilə bağlı paylaşım edib.

    Təbrikdə deyilir:

    “Ad günün mübarək, sevimli anam! Sən mənim həyatımda ən yaxşı və ən vacib insansan! Allah bütün analara cansağlığı və xoşbəxtlik bəxş etsin! Hamınıza xoş sözlərə və arzulara görə təşəkkür edirəm”.

  • “Qarabağ” 2-ci qolu “Şerif”in qapısından keçirdi

    UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçirilən “Qarabağ” – “Şerif” matçında hesab dəyişib.

    “Report”un məlumatına görə, 63-cü dəqiqədə Mahir Emreli Ağdam klubunun 2-ci qolunu vurub.

    Qeyd edək ki, hazırda hesab 2:0 Azərbaycan çempionunun xeyirinədir.

  • Şəkidə 4 yaşlı qızı mikroavtobus vuraraq öldürüb

    Şəkidə azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

    Qafil Məcidovun idarə etdiyi 17 saylı mikroavtobus 4 yaşlı Solmaz Alxasovanı vurub. Azyaşlı dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin 4 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Названа дата прибытия азербайджанской нефти для Беларуси в порт Одессы

    Танкер с азербайджанской нефтью объемом 94 000 тонн для Беларуси прибудет в порт Одессы 2-4 сентября.

    Как передает Report, об этом сообщили журналистам в среду в пресс-службе концерна “Белнефтехим”.

    “2-4 сентября танкер должен прибыть в порт Южный, нефть затем поступит на Мозырский НПЗ”, – указали в концерне.

  • Uşaq bağçaları və məktəblərdə tədris necə bərpa oluna bilər? – Ekspertdən TƏKLİF

    Orta məktəblərdə uşaqların yoluxma riski yüksək olduğuna görə dərslər həftədə bir neçə gün keçirilə bilər. Qalan günlərdə isə tədris onlayn rejimdə həyata keçirilməlidir.

    Bunu Trend-ə təhsil eksperti Elçin Süleymanov deyib.

    Onun sözlərinə görə, ibtidai siniflərdə uşaqların davranış qaydalarına uyğunlaşması problemi olduğundan tədrislə bağlı fərqli sxemlərin tətbiq edilməsi mümkündür.

    E.Süleymanov əlavə edib ki, əgər kütləvi yoluxma halları olarsa, məktəbin fəaliyyətinin müəyyən müddətə məhdudlaşdırılması da mümkün ola bilər:

    “Pandemiya ilə uğurlu mübarizə aparan və yoluxmanı lokallaşdırmağa müvəffəq olan ölkələrdə məktəblərin və bağçaların fəaliyyətinin bərpa olunduğunu deyən ekspert əlavə edib ki, bir çox ölkələrdə şagird və tələbələrin təhsil alması ilə bağlı normativlər müəyyən edilib. Bu normativlərə əsasən, otaqda oturan şagird və təhsilalanların sayı tənzimlənir. Rusiyada isə qapalı məkanlarda müəllim və şagirdlərin, tələbələrin tibbi maskadan istifadə etməsi məcburi olacaq”.

    E.Süleymanov hesab edir ki, Azərbaycanda həyata keçirilən preventiv tədbirlər nəticəsində koronavirus infeksiyasına yoluxma hallarının səviyyəsinin aşağı olması təhsil müəssisələrinin fəaliyyətinin müəyyən çərçivədə bərpasına şərait yaradır. Fəaliyyəti bərpa olunan müəssisələrdə sistemli şəkildə təhlükəsizlik qaydalarının tətbiqi və onların icrasına nəzarət istər uşaqların sağlamlığının təmin olunması, istərsə də virusin yayılmasına yol verməmək baxımından mühüm şərtdir.

    Uşaq bağçalarına gəldikdə isə E.Süleymanov qeyd edib ki, uşaqlar eyni yerdə qidalanıb, eyni otaqda yatdıqları üçün onların virusa yoluxma riski yüksəkdir. Onun fikrincə, bağçaların fəaliyyətinin bərpasına sanitar-epidemioloji vəziyyət nəzərə alınmaqla icazə verilməlidir. Yoluxmaların olmadığı və ya az olduğu zonalarda bağçaların fəaliyyətinə daha tez, yoluxma riskinin yüksək olduğu şəhər və rayonlarda isə zəruri göstəricilər əldə olunduqdan sonra və ya daha gec icazə verilə bilər:

    “Məktəbəhazırlıq qruplarında tədris həftədə bir neçə gün həyata keçirilə bilər. Məsələn, həftədə 6 və ya 8 saat tədris müəyyənləşdiriləcəyi təqdirdə həftədə 2 və ya 3 gün 2-3 saat olmaqla dərslərin keçirilməsi variantlardan biri kimi nəzərdən keçirilə bilər. Sıxlığa yol verilməməsi üçün yarımqrupların təşkil edilməsi də mümkündür”.

    E.Süleymanov hesab edir ki, ali və orta ixtisas təhsili müəssisələrində ənənəvi tədrisin tətbiqi bu sahədə arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Bu istiqamət üzrə məsafədən təhsil forması daha məqbuldur.