Month: August 2020

  • Из-за пандемии коронавируса появился новый модный тренд

    Защитные медицинские маски, украшенные цепочками, стали новым модным тредом из-за пандемии коронавируса, сообщает Metro.

    Речь идет о масках, к которым помимо резинок по бокам дополнительно крепятся длинные цепи. По словам модных экспертов, полученная конструкция напоминает очки с закрепленным к дужкам шнурком, который позволяет повесить аксессуар на шею.

    “Более того, это удобно, поскольку маска всегда находится рядом с вашим лицом: вам не нужно каждый раз перед входом в магазин искать ее в сумке”, — заключили они.

    Описанный аксессуар появился в ассортименте многих онлайн-шоурумов в Instagram, а также на страницах у блогеров. На фотографиях видно, что цепи для масок могут быть изготовлены как из драгоценных металлов, так и из пластмассовых бусин.

  • Paytaxtın adsız küçələri – VİDEO

    “Mən sizə gəlmək istəyirəm, hara gəlim? Cavab: Qardaş gəlirsən, Binə Donuzçuluq savxozuna, yolun sağ tərəfində təkər təmirindən içəri məhəlləyə girəndə böyük su çəni görəcəysən. Bax o su çəninin arxasındakı ev bizimdir, qırmızı qapısı olan”.

    Bəli, çox təəssüf ki, hər şeyin elektronlaşdığı, sadələşdiyi bir dövrdə yaşasaq da, xüsusən Bakı ətrafı qəsəbələrdəki sakinlər haqqında bunu demək mümkün deyil. Yaşadıqları yerin konkret ünvanının olmaması səbəbindən sakinlər sözün əsl mənasında əziyyət çəkirlər.

    Yəqin ki, hər birimiz bu mənzərə ilə azı bir dəfə qarşılaşmışıq. Deyilən yeri gedib tapmaq üçün aranı dağa daşıyırsan, dağı da arana. İndi siz həmin ünvanda yaşayanları bir fikirləşin. Sakinlərin şərti olaraq adlandırdığı “Çöllük”, “Birinci küçə”, “Əsas döngə”, “Daşlı məhəllə” kimi adlar isə sanki toponimi xatırladır.

    Məsələ ilə bağlı Əmlak Məsələləri dövlət xidmətindən Baku TV-yə bildirdilər ki, hər hansı küçəyə adın verilməsi onların səlahiyyətinə aid məsələ deyil. Qurum yalnız küçələrin adlarını qeyd olunan bildirişlərin vurulmasını təmin edir. Araşdırma zamanı məlum oldu ki, ünvansız küçələrə ad verilməsi Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətindədir.

    Ümidvarıq ki, illərdir ki, öz həllini gözləyən ünvansız küçələr məsələsi də tezliklə öz həllini tapacaq. Axı hər şeyi öz adı ilə çağıranda daha mənalı və hörmətli səslənir. Nəinki dalan, köndələn deyiləndə…

  • В Азербайджане дан старт новому диалогу между правительством и НПО – ФОТО

    Помощник президента Азербайджана – заведующий отделом по вопросам внешней политики Администрации президента Хикмет Гаджиев провел онлайн встречу с членами “Платформы общественных лидеров”, в которую входят руководители ряда активных неправительственных организаций страны.

    Как передает АПА, председатель Совета государственной поддержки неправительственных организаций при Президенте Азай Гулиев поблагодарил Хикмета Гаджиева за встречу с НПО и выразил уверенность в том, что эта инициатива станет началом нового качественного этапа в отношениях НПО-правительство и придаст импульс решению приоритетных для данного сектора вопросов.

    В свою очередь, Х.Гаджиев отметил, что Президент Ильхам Алиев придает особое значение деятельности НПО в нашем обществе и усилению механизмов общественного контроля.

    Он также подчеркнул активное участие сектора НПО в общественной жизни страны, отметил, что правительство заинтересовано в расширении диалога с и обсуждении вопросов, стоящих перед ними. Он коснулся важной роли институтов гражданского общества в устойчивом социально-экономическом развитии нашей страны, усилении патриотизма, защите наших национальных интересов, а также в других сферах, имеющих гуманитарное и общественное значение, подчеркнул необходимость повышения эффективности механизмов общественного контроля и его применения.

    Выступившие на встрече руководители НПО выразили признательность за новую инициативу диалога между правительством и сектором неправительственных организаций. Главы НПО озвучили свои идеи и предложения по укреплению общественного сектора и решению вопросов, стоящих на повестке дня данной сферы.

    Выступивший в конце встречи помощник президента Хикмет Гаджиев отметил, что озвученные НПО обоснованные мнения и предложения будут тщательно изучены и будут предприняты соответствующие шаги в направлении их решения.

    Отметим, что встреча помощника президента Хикмета Гаджиева с неправительственными организациями будет продолжена.

  • “Карабах” пробился в следующий квалификационный этап Лиги чемпионов – ФОТО

    26 августа в рамках второго квалификационного этапа Лиги чемпионов УЕФА состоялась встреча между Aгдамским “Карабахом” и Тираспольским “Шерифом” (Молдова).

    Матч завершился со счетом 2:1 в пользу “скакунов”. Голы за азербайджанский клуб забили Матич (22) и Махир Эмрели (63).

    Единственный гол “Шерифа” на 78-ой минуте забил Кастанеда.

  • Tovuz sakini kürək nahiyəsindən bıçaqlanıb

    Tovuzda bıçaqlanma hadisəsi baş verib.

    APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Kirən kəndində qeydə alınıb.

    Kənd sakini, 1994-cü il təvəllüdlü İsayev Elnur Cəmil oğlu kürək nahiyəsinin və qolunun bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

    Məlumata görə, 24 yaşlı gənc tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Qurban Qurbanov qələbəni şərh etdi

    “Qalib gəldik, futbolçuları təbrik edirəm. Son 8 gündə 2-ci oyunumuz idi. Amma sonadək gücümüz çatdı. Bizim üçün vacib oyun idi. Sönük matç kimi görünsə də, qol epizodlarımız çox oldu. İstifadə edə bilmədiyimiz üçün bir az əsəbilik var idi. İstənilən halda, növbəti mərhələyə vəsiqə qazandıq və ən azı, Avropa Liqasının pley-offunu təmin etdik”.

    “Report”un məlumatına görə, bunu Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda “Şerif”ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

    48 yaşlı mütəxəssis bildirib ki, rəqib belə hallarda daha aqressiv olur. Çünki itiriləsi bir şeyi olmur: “Son dəqiqələrdə 1-2 epizodları oldu. Ümumilikdə oyuna nəzarət bizdə idi. Onlar özləri də qırmızı vərəqə alacaqlarınəı gözləmirdilər. Futbolçulara ciddi yanaşmağı tapşırmışdım”.

    O, mövsümün sonunda komandanl tərk edən Miçel Madera ilə yeni transfer Uroş Matiçi müqayisə edib: “Miçelin vaxtında fərqli oyun göstəririrdik. İndi bir az daha geridən oynayırıq. Matiçdan daha çox şey gözləyirik. 4-5 ay futbol oynamayıb. Gələcəkdə daha yaxşı olacaq”.

    Qurbanov sıx qrafikin futbolçulara çətinlik yaradacağını söyləyib: “Onlar ən böyük yüklənməni oyunda alır. Bərpa üçün çox vaxt alır. Təkcə milli komanda deyil, ondan sonrakı qrafik də çox sıxdır. Bunu 3 gün öncə də müzakirə etdik. Əvvəlki illərdən daha çətin olacaq. Bu da futbolçularda nəinki yorğunluq, zədəyə də gətirib çıxara bilər. Futbolçular istirahıtlərinı fikir verməlidirlər. Deməzdim ki, bu vəziyyət onları uçuruma aparacaq”.

    Qurbanov rəqib komandanın baş məşqçisi Zoran Zekiçin mətbuat konfransında iştirak etmək istəməməsinə münasibət bildirib: “Məndə bir dəfə belə hal olub. Hətta stadiondan çıxıb geri qayıtmışam. “Qarabağ”da 3-cü vəı ya 4-cü oyunum idi. “Simurq”a uduzmuşduq. Azarkeşlər istefa qışqırmışdılar. Sonradan stadionba qayıdıb konfransda iştirak etdim”.

    Təcrübəli mütəxəssis deyib ki, növbəti oyunlarda daha yaxşı müdafiə xətti olacaq: “Bu səhvləri düzəltmək olar. Kevin və Bədavi nadir hallarda təkbətək mübarizələri uduzurlar. Bunlar yorğunluqdan irəli gələn şeylərdir. Meydanın vəziyyəti də onlara mane olurdu”.

  • Ev heyvanlarına sənəd nə üçün lazımdır? – VİDEO

    Son illər Bakıda evdə heyvan saxlayan insanların sayında xeyli artım nəzərə çarpır.

    Vətəndaşlarımız daha çox xarici cins it və pişiklərə üstünlük veririr. Saxladıqları heyvanların sənədlərini, yəni pasportlarını dövlət baytarlıq klinikalarından əldə edirlər.

    Sənəddə heyvanın sahibinin adı, soyadı, heyvanın öz adı, cinsi, doğum tarixi və sağlamlığına dair məlumatlar qeyd olunur. Amma bəzən sənədi olmayan heyvanlarla da rastlaşmaq mümkündür.

    Bəs, heyvan sahibi onu özü ilə xaricə aparakən nə tələb olunur? Bu zaman sənədlərdə hansı tələblər irəli sürülür? Bu haqda fikirlərə Respublikanın baş dövlət baytarlıq müfəttişi Baku.tv-yə verdiyi müsahibədə aydınlıq gətirib.

    Ətraflı videoda:

  • Hakimiyyətlə QHT-lər arasında yeni dialoq başladı – FOTO

    Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkənin bir çox fəal qeyri-hökumət təşkilatları rəhbərlərinin daxil olduğu “İctimai Liderlər Platforması”nın üzvləri ilə onlayn görüş keçirib.

    Görüşü giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Prezidentin köməkçisi Hikmət Hacıyevə QHT-lərlə görüşdüyünə görə təşəkkür edib və bu təşəbbüsün QHT-hökumət münasibətlərində yeni keyfiyyət mərhələsinin başlanğıcı olacağına və QHT sektoru üçün prioritet olan məsələlərin həllinə təkan verəcəyinə əminliyini ifadə edib.

    Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Prezident İlham Əliyevin cəmiyyətimizdə QHT-lərin fəaliyyətinə və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsinə xüsusi önəm verdiyini qeyd edib.

    H. Hacıyev QHT sektorunun ölkəmizin ictimai həyatında fəal iştirakını vurğulayıb, hökumətin QHT-lərlə dialoqun genişlənməsində və QHT-lərin diqqətində olan məsələlərin müzakirəsində maraqlı olduğunu bildirib. O, vətəndaş cəmiyyəti institutlarının ölkəmizin dayanıqlı sosial iqtisadi inkişafı, vətənpərvərliyin gücləndirilməsi, milli maraqlarımızın qorunması, həmçinin təhsil, humanitar və ictimai əhəmiyyət daşıyan digər sahələrdə mühüm roluna toxunub, dövlət başçısının qeyd etdiyi kimi, ictimai nəzarət mexanizmlərinin və onun tətbiqinin səmərəliliyinin artırılmasının zəruriliyini diqqətə çatdırıb.

    Görüşdə çıxış edən Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov, Müstəqil Hüquq Mərkəzinin sədri Aydın Kərimov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov, D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərova, Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri Səltənət Qocamanlı, “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli, “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov, “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri İsrayıl İsgəndərov, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhrəmanova, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənov, Multimediya Sistemləri İctimai Birliyinin sədri Osman Gündüz, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə, Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, 21-ci əsr Təhsil Mərkəzi İctimai Birliyinin sədri Etibar Əliyev, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli, “Azərbaycan Valideyn – Müəllim Assosiasiyası” İctimai Birliyinin sədri Şahin Rəcəbov, “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” İctimai Birliyinin sədri Səadət Bənənyarlı, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti İctimai Birliyinin sədri İlqar Orucov və Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərli hökumətlə QHT sektoru arasında başlanan yeni dialoq təşəbbüsünü təqdir etdiklərini bildirdilər.

    QHT sədrləri ictimai sektorun gücləndirilməsi və QHT-lərin gündəliyində olan məsələlərin həlli ilə bağlı fikir və təkliflərini səsləndirdilər.

    Görüşün sonunda çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev QHT-lər tərəfindən səsləndirilən əsaslandırılmış fikir və təkliflərin diqqətlə araşdırılacağını və onların həlli istiqamətində müvafiq addımların atılacagını bildirib.

    Məlumat üçün bildiririk ki, Prezidentin köməkçisi Hikmət Hacıyevin QHT-lərlə görüşü davam edəcək.

  • Cənub-Muğan kanalında suyun səviyyəsi artıb

    Cənub-Muğan kanalının Biləsuvar rayonundan keçən hissəsində suyun səviyyəsi artıb.

    Bu barədə “Report”un Muğan bürosuna yerli sakinlər məlumat verib. Onlar bildirib ki, yağan yağışlar kanalda suyun bir qədər artmasına səbəb olub.

    Qeyd edək ki, 3 aya yaxındır ki, Cənub-Muğan kanalında suyun azalması sakinlərin ciddi narahatlığına səbəb olmuşdu.

    Belə ki, kanalda suyun quruması rayonun daha çox İsmətli, Ağayrı, Nəsimi, Nərimankənd, Çaylı, Əsgərabad, Ağalıkənd, Amankənd, Ovçubərə, Yuxarı Cürəli və Təzəkənd kəndləri daxil olmaqla rayonun bütün ərazisini əhatə edirdi.

    Sakinlər içməli su, eyni zamanda kənd təsərrüfatında əkin və mal-qara üçün zəruri olan su ehtiyatlarını tapmaqda çətinlik çəkirdilər.

    Qeyd edək ki, Cənub-Muğan kanalı 1960-cı ildə istismara verilib. Onun uzunluğu 65 kilometrdir. Qidalanma mənbəyini Araz çayından götürən Cənub-Muğan kanalı Azərbaycanın üç rayonunda – İmişli, Biləsuvar və Cəlilabad rayonunda yerləşir.

  • Ağdaşda avtomobil ağaca çırpılıb, 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb

    Ağdaş rayonunda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağdaş şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

    Rayonun Kotanarx kənd sakini, 1987-ci il təvəllüdlü Məmmədov Səxavət Vidadi oğlu “VAZ 2106” markalı minik avtomobili ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq çinar ağacına çırpılıb. Qəza zamanı avtomobildə olan 3 sərnişin – Kotanarx kənd sakinləri, 1994-cü il təvəllüdlü Əliyarov Nəsir Ənvər oğlu, 1998-ci il təvəllüdlü Əliyarov Nəsib Mahmud oğlu və 1998-ci il təvəllüdlü Qəribov Şəmistan Bəhlul oğlu hadisə yerində dünyasını dəyişib. Sərxoş olan sürücü, Kotanarx kənd sakini, 1987-ci il təvəllüdlü Məmmədov Səxavət Vidadi oğlu və həmkəndlisi, 1996-cı il təvəllüdlü İsmayılov Səlim Şavəddin oğlu ağır bədən xəsarətləri aldığı üçün Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

    Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.