Month: August 2020

  • Bakının Nəsimi rayonunda qaz yoxdur – AÇIQLAMA

    Nəsimi rayonunun bir hissəsində qaz yoxdur.

    Bu barədə sakinlər tərəfindən Oxu.Az-ın redaksiyasına daxil olan müraciətdə qeyd olunub.

    Vətəndaşların sözlərinə görə, artıq bir neçə saatdır ki, təbii qazın verilişi dayandırılıb.

    Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin (İB) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov bildirib ki, sözügedən rayonun ərazisində bir neçə küçədə iş aparılır:

    “Nəsimi rayonunun “20 Yanvar” və “Asif Məhərrəmov” küçələrində qaz təchizatının dayandırılması ərazidə tikinti işləri aparan təşkilatın fəaliyyəti ilə bağlıdır. Həmin küçələrdə qaz xəttinin yerinin dəyişdirilməsi prosesi həyata keçirilir. Bu səbəbdən əhaliyə təbii qazın verilişi dayandırılıb.

    “Ceyhun Səlimov” küçəsində isə “Bakı Metropoliteni” QSC tərəfindən aparılan işlərlə əlaqədar olaraq qaz təchizatı təhlükəsizlik məqsədilə müvəqqəti dayandırılıb. Qeyd edilən hər üç küçədə aparılan işlərin bir neçə saat ərzində yekunlaşdırılması gözlənilir. İşlərin gedişatında heç bir problem yaranmazsa, yaxın saatlarda qaz təchizatı bərpa ediləcək”.

  • Lüksemburq 17 legionerlə Bakıya gələcək

    Lüksemburq yığmasının UEFA Millətlər Liqasında Azərbaycan və Monteneqro ilə keçirəcəyi oyunların heyəti açıqlanıb.

    AFFA-nın saytı xəbər verir ki, baş məşqçi Lük Holts C liqasının I qrupu çərçivəsində baş tutacaq ilk iki görüşdə ixtiyarında olacaq 23 futbolçunu müəyyənləşdirib. Bu futbolçulardan 17-si legioner karyerası yaşayır.

    Qapıçılar: Tim Kips (“Düdelanj”), Antoni Moris (“Union”, Belçika), Ralf Şon (“Vilts”);

    Müdafiəçilər: Dirk Karlson (“Karlsrue”, Almaniya), Lars Jerson (“Norköpinq”, İsveç), Tim Holl (“Jil Visente”, Portuqaliya), Laoren Yans (“Mets”, Fransa), Enes Mahmutoviç (“Lvov”, Ukrayna), Kevin Malqe (“Hesperinqen”), Vahid Selimoviç (OFİ, Yunanıstan);

    Yarımmüdafiəçilər: Leandro Bareyro, Florian Bonert (hər ikisi “Mayns”, Almaniya), Kristofer Martins (“Yanq Boyz”, İsveçrə), Matias Olesen (“Köln”, Almaniya), Danel Sinani (“Norviç”, İngiltərə), Aldin Skenderoviç (“Proqress”), Olivye Till (“Ufa”, Rusiya), Vinsen Till (“Mets”, Fransa);

    Hücumçular: Stefano Bensi (“Fola”), Alessio Kurçi (“Mayns”, Almaniya), Moris Devill (“Zaarbrüken”, Almaniya), Edvin Muratoviç (“Düdelanj”), Jerson Rodriqes (“Dinamo”, Ukrayna).

    Qeyd edək ki, sentyabrın 5-də Bakı Olimpiya Stadionunda millimizin qonağı olacaq Lüksemburq yığması üç gün sonra Monteneqronu qəbul edəcək.

  • İtalyan məşqçinin Azərbaycan yığması üçün ilk heyəti – ADLAR

    Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Lüksemburq (5 sentyabr) və Kiprlə (8 sentyabr) keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

    AFFA saytının xəbərinə görə, baş məşqçi Canni De Byazi avqustun 27-dən başlanacaq hazırlıq prosesinə 26 futbolçu cəlb edib. Daha səkkiz nəfər isə ehtiyat oyunçu qismində nəzərdə tutulub.

    Qapıçılar: Emil Balayev, Şahruddin Məhəmmədəliyev (hər ikisi “Qarabağ”), Mehti Cənnətov (“Sumqayıt”);

    Müdafiəçilər: Maksim Medvedev, Bədəvi Hüseynov, Abbas Hüseynov (hər üçü “Qarabağ”), Ömər Buludov, Anton Krivotsyuk (hər ikisi “Neftçi”), Təmkin Xəlilzadə, Bəhlul Mustafazadə, Amin Seydiyev (hər üçü “Sabah”), Adil Nağıyev (“Səbail”), Elvin Bədəlov (“Sumqayıt”), Şəhriyar Əliyev (“Keşlə”);

    Yarımmüdafiəçilər: Qara Qarayev, İsmayıl İbrahimli (hər ikisi “Qarabağ”), Eddi İsrafilov (“Albesete”, İspaniya), Emin Mahmudov (“Neftçi”), Rəhman Hacıyev (“Keşlə”), Rəhim Sadıqov (“Sumqayıt”), Elvin Camalov (“Zirə”), Əmir Ağayev (“Atromitos”, Yunanıstan);

    Hücumçular: Mahir Emreli (“Qarabağ”), Araz Abdullayev (klubsuz), Ramil Şeydayev (“Sabah”), Renat Dadaşov (“Qrashopers”, İsveçrə)

    Ehtiyat heyət: Rəşad Eyyubov (“Zirə”), Namiq Ələsgərov, Mirabdulla Abbasov, Səlahət Ağayev (hər üçü “Neftçi”), Çoşqun Diniyev, Ozan Kökçü (hər ikisi “Sabah”), Vüsal İsgəndərli, Azər Salahlı (hər ikisi “Keşlə”).

    Qeyd edək ki, bu, italiyalı baş məşqçinin Azərbaycan yığması üçün açıqladığı ilk heyətdir.

  • В Москве завершилась встреча глав МИД Азербайджана и России – ОБНОВЛЕНО + ФОТО/ВИДЕО

    В Москве завершилась встреча министров иностранных дел Азербайджана и России – Джейхуна Байрамова и Сергея Лаврова в формате один на один и в расширенном составе.

    Как сообщает АПА, стороны провели совместную пресс-конференцию по итогам переговоров.

    * * * * *

    В Москве встреча глав МИД Азербайджана и России – Джейхуна Байрамова и Сергея Лаврова продолжается с участием делегаций двух стран.

    Как сообщает АПА, по итогам переговоров министры проведут совместную пресс-конференцию.

    * * * * *

    В Москве, в Доме приемов Министерства иностранных дел России, проходит встреча глав МИД Азербайджана Джейхуна Байрамова и РФ Сергея Лаврова в формате один на один.

    Как передает АПА, затем в ней примут участие представители делегаций двух стран.

    Протокольная часть встречи была открытой для СМИ.

    По итогам переговоров главы МИД проведут совместную пресс-конференцию.

    Ранее Дж.Байрамов в рамках визита в Москву посетил могилу Неизвестного солдата и возложил к ней венок.

  • Ceyhun Bayramov və Sergey Lavrov danışıqlarda – YENİLƏNİB + FOTO/VİDEO

    Moskvada Azərbaycan və Rusiya Xarici İşlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş başa çatıb.

    APA-nın məlumata görə, Rusiya XİN-in Qəbullar Evində keçirilən görüş təkbətək formatda başlayıb, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib.

    * * * * *

    Moskvada Azərbaycan və Rusiya Xarici İşlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilir.

    APA-nın məlumatına görə, Rusiya XİN-in Qəbullar Evində keçirilən görüş təkbətək formatda başlayıb.

    Danışıqların yekunları ilə bağlı nazirlər birgə mətbuat konfransı keçirəcək.

    * * * * *

    Moskvada Azərbaycan və Rusiya Xarici İşlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş başlayıb.

    APA-nın verdiyi məlumata görə, Rusiya XİN-in Qəbullar Evində keçirilən görüş ilkin olaraq təkbətək formatda keçirilir.

    Görüş daha sonra nümayəndə heyətlərinin iştirakı ilə davam etdiriləcək.

    Görüşün yalnız protokol hissəsi mətbuat üçün açıq olub.

    Görüşün yekunları ilə bağlı nazirlər birgə mətbuat konfransı keçirəcəklər.

    Qeyd edək ki, görüşdən əvvəl Xarici İşlər naziri Ceyhun Bayramov Rusiyaya rəsmi səfəri çərçivəsində Moskvada Naməlum Əsgərin məzarını ziyarət edib və əklil qoyub.

  • Azərbaycanda yüksək vəzifəli şəxs işdən qovuldu – RƏSMİ

    Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi Həsənov Əsgər Novruz oğlunun prokurorluq işçisinin adına yaraşmayan hərəkətlərə yol verməsi ilə bağlı informasiyalar paylaşılıb.

    Bununla bağlı Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsi tərəfindən müvafiq yoxlama aparılıb.

    Baş Prokurorluğunun Mətbuat xidmətindən verilən məlumata görə, toplanmış materiallar Baş Prokurorluğun “İşin Təşkili Qaydaları” əsasında yeni yaradılmış İntizam Komissiyasına təqdim olunub.

    İntizam Komissiyasında xidməti yoxlama materiallarına baxılaraq, Əsgər Həsənovun “Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi”nin tələblərini pozaraq, prokurorluq orqanlarında formalaşdırılmış nizam-intizam qaydalarının tələblərinə riayət etməməsi, o cümlədən, eyni xarakterli pozuntularla əlaqədar Baş Prokurorluq üzrə əvvəllər verilmiş müvafiq əmrlərdən nəticə çıxarmaması müəyyən edildiyindən onun intizam məsuliyyətinə cəlb olunması ilə bağlı Baş prokurora təqdimatla müraciət olunub.

    Baş Prokuror Kamran Əliyevin 26 avqust 2020-ci il tarixli əmri ilə Əsgər Həsənov rütbədən məhrum edilməklə prokurorluq orqanlarından xaric edilib.

  • Ильхам Алиев и Мехрибан Алиева приняли участие в открытии Дома культуры имени Саттара Бахлулзаде – ФОТО/ВИДЕО

    Президент Азербайджана Ильхам Алиев и Первый вице-президент Мехрибан Алиева 26 августа приняли участие в открытии Дома культуры имени Саттара Бахлулзаде в Сураханском районе Баку, сообщает АЗЕРТАДЖ.











  • Səttar Bəhlulzadə adına Mədəniyyət Evinin açılışı oldu – YENİLƏNİB + FOTO/VİDEO

    Avqustun 26-da Bakının Suraxanı rayonundakı Səttar Bəhlulzadə adına Mədəniyyət Evinin açılışı olub.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva açılışda iştirak ediblər.

    Dövlətimizin başçısına və Birinci vitse-prezidentə məlumat verilib ki, bina Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunub. Burada rəqs ansamblı və vokal-instrumental qrup fəaliyyət göstərəcək.

    Bundan başqa, mədəniyyət evində konsert-tamaşa zalı, universal səhnə, səsyazma studiyası və digər zəruri infrastruktur yaradılıb.











  • В Азербайджане задержаны браконьеры – ВИДЕО

    В результате совместных мероприятий сотрудников Управления полиции на водном транспорте МВД и Министерства экологии и природных ресурсов по подозрению в незаконной охоте на птиц в Гызылагачском национальном парке задержаны жители Лянкярана – Наиль Джаббаров и его родственник Имамверди Оруджев.

    Как сообщает пресс-служба МВД, при обыске у них были обнаружены и изъяты в качестве вещественного доказательства 66 тушек диких птиц и охотничьи ружья.

    В ходе расследования установлено, что у задержанных не было разрешения на охоту, а некоторые из застреленных ими птиц занесены в “Красную книгу”.

  • Su Polisindən əməliyyat: “Qırmızı kitaba” düşən heyvanları ovlayanlar ələ keçdi – VİDEO

    Dövlət əhəmiyyətli qoruq və parklara qanunsuz yollarla daxil olaraq, ov etməyə çalışan şəxslərə qarşı Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə birgə tədbirlər davam etdirilir.

    Belə ki, həyata keçirilən sonuncu belə tədbir zamanı Lənkəran şəhərində Su Nəqliyyatında Polis İdarəsinin inzibati ərazisinə daxil olan “Qızılağac” Milli Parkında qanunsuz olaraq quş ovlayan Lənkəran şəhər sakinləri Nail Cabbarov və onun qohumu İmamverdi Orucov saxlanılıblar.

    Həmin şəxslərin üzərinə və əllərindəki bağlamalara baxış zamanı ümumilikdə 66 ədəd qanunsuz olaraq ovladıqları müxtəlif növ çöl quşu, ov silahları, ov alətləri və digər ləvazimatlar aşkar olunaraq maddi sübut kimi götürülüb.

    Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslərin ümmumiyyətlə ovçuluq etmək üçün sənədləri yoxdur və onların ovladıqları quşların bəzilərinin adı “Qırmızı kitaba” düşən növlərdəndir.

    Qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsi ovçuluq və balıqçılıqla məşğul olmaq istəyən şəxslərin diqqətinə bir daha çatdırır ki, “ASAN Xidmət” Mərkəzlərində dövlət rüsumu ödəməklə kvotalar əldə edərək, müəyyən edilən qaydalar çərçivəsində bu fəaliyyətlə məşğul ola bilərlər.

    Balıqçılar hansı növə aid balıqların tutulmasının qadağan olduğunu, ov etmək istəyən şəxslər isə vurulması qadağan edilən adı “Qırmızı kitaba” düşən quşlar barədə məlumatları Su Nəqliyyatında Polis İdarəsinə müraciət edərək əldə edə bilərlər.

    Həmin şəxslərə xəbərdarlıq edilir ki, qeyri-qanuni balıqçılıq və ovçuluq fəaliyyəti ilə məşğul olan, qanunsuz olaraq ov alətlərindən istifadə edən, adı “Qırmızı kitaba” düşən quşları ovlayan şəxslərə qarşı Cinayət və İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan qaydada ciddi tədbirlər görüləcək.