Month: August 2020

  • Nazirlikdən əlilliyin qiymətləndirilməsi ilə bağlı rədd cavabı verilməsinə dair AÇIQLAMA

    Ötən dəfə dəri xəstəliyindən əziyyət çəkən Bərdə rayon sakini Məmmədov Osman Qaryağdı oğlunun dəfələrlə əllilik dərəcəsinin qiymətləndirilməsi ilə bağlı müraciətinə rədd cavabı gəldiyi barədə məlumat verdik.

    Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin mətbuat katibi Gülnar Əzizova Oxu.Az-ın sorğusunu cavablandırıb.

    O bildirib ki, Məmmədov Osman Qaryağdı oğlu əlilliyin qiymətləndirilməsi ilə bağlı sonuncu dəfə 04.11.2019 tarixində Bərdə Rayon Mərkəzi Xəstəxanasından müraciət edib:

    “Şəxsin müraciətinə 27.11.2019-cu il tarixində imtina cavabı verilib. Belə ki, Osman Məmmədova məxsus forma 88-də dermatoveneroloqun rəyində sadəcə “pemfiqusun digər formaları” qeyd edilib, yəni, ixtisaslaşmış həkim rəyində xəstəliyin forması dəqiqləşdirilməyib, xəstənin hazırkı vəziyyəti barədə heç bir məlumat qeyd edilməyib.

    Nəzərinizə çatdırırıq ki, əlilliyin qiymətləndirilməsi forma 88-də qeyd edilən məlumatlar əsasında vətəndaş-ekspert ünsiyyəti olmadan həyata keçirilir. Yəni, Tibbi-Sosial Ekspert Komissiyalarının ekspertləri tərəfindən yalnız həmin forma 88-də qeyd edilən məlumatlar əsasında qərar verilir. Vətəndaş yaşayış yeri üzrə qeydiyyatda olduğu səhiyyə müəssisəsindən yenidən əlilliyin qiymətləndirilməsi üçün müraciət edə bilər”.

    Xatırladaq ki, O.Məmmədov dörd ildir ki, bu xəstəlikdən əziyyət çəkir. Dəfələrlə xəstəliyi ilə bağlı pensiya almaq üçün müraciət etsə də, natamam məlumatlar və sənədlərin çatışmazlığı səbəbindən rədd cavabı aldığını deyib.

  • “Gözəllik ondur, doqquzu virusdur”: Salonlarda bizi gözləyən qorxunc təhlükə – VİDEOREPORTAJ

    Türkiyədə 35 nəfərin eyni makiyaj vasitəsindən istifadə etməsi kütləvi yoluxmaya səbəb olub.

    Təkcə salonlar deyil, eyni zamanda, üzə qulluq, kosmetoloji prosedurlar zamanı da yoluxma təhlükəsi davam edir. Prosedur üzdə olduğu üçün məsafə saxlamaq, maska taxmaq da mürəkkəbləşir, çox vaxt mümkünsüz olur.

    Məsələ ilə bağlı İnfeksionist Vüsalə Yaşar Baku TV-yə müsahibəsində imkan daxilində pasiyentləri vizaj xidmətindən istifadə etməməyə çağırıb.

    Onun sözlərinə görə, ənlik-kirşandan birdəfəlik istifadə mümkün deyil:

    “Vizaj ustası bir müştəri üçün istifadə etdiyi kosmetikadan digər pasiyent üçün də istifadə edir. Ona görə virusa yoluxma riski artır”.

    Daha ətraflı Baku TV-nin videosüjetində:

  • Heydər Əliyev Fondu bu dəfə eşitmə əngəlli uşaqları sevindirdi – FOTO/VİDEO

    Heydər Əliyev Fondunun dəstəyi ilə bir qrup eşitmə əngəlli şəxs üzərində koxlear implantasiya əməliyyatının aparılmasına başlanılıb.

    Layihə ümumilikdə 90 nəfərədək şəxsi əhatə edəcək.

    Anadangəlmə və qazanılmış eşitmə əngəli olan həmin şəxslər müxtəlif yaş kateqoriyasındadırlar.

    Qeyd edək ki, koxlear implant mürəkkəb tibbi elektron qurğudur, anadangəlmə və qazanılmış eşitmə əngəli olan şəxslərə tətbiq edilir. İlkin olaraq eşitmə əngəlli şəxslər müayinədən keçirilir və onların koxlear implantasiya əməliyyatına uyğunluğu müəyyən edilir. Bundan sonrakı mərhələdə isə cərrahi əməliyyat və reabilitasiya dövrü başlayır.

    Əməliyyat zamanı daxili qulağa xüsusi elektrodları olan tibbi cihaz – koxlear implant yerləşdirilir. Əməliyyatdan sonra pasiyentlərdə eşitmə qabiliyyəti yaranır, tam eşitmə və danışma qüsurlu şəxslər normal həyat tərzinə qayıda bilirlər.

    Mütəxəssislər anadangəlmə eşitmə əngəlli şəxslərdə əməliyyatın erkən yaşlarda aparılmasının daha səmərəli olduğunu qeyd edirlər.

    Xatırladaq ki, 2015-ci ildə Heydər Əliyev Fondu “Koxlear implantasiya” proqramı həyata keçirib. Sonrakı dövrdə Fondun dəstəyi ilə koxlear implantasiya əməliyyatları davam etdirilib.






  • Завтра в Азербайджане местами будет дождливо

    Национальная служба гидрометеорологии Министерства экологии и природных ресурсов обнародовала прогноз погоды в Азербайджане на 27 августа.

    В Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами пасмурная погода, умеренный южный ветер, в первой половине дня – местами непродолжительные дожди.

    Температура воздуха на Абшероне составит ночью 20-23, днем – 26-28, в Баку ночью – 20-22, днем – 26-28 градусов тепла.

    Атмосферное давление – 759 мм ртутного столба, относительная влажность ночью – 65-75%, днем – 40-45%.

    На северных пляжах полуострова (Сумгайыт, Новханы, Пиршаги, Нардаран, Бильгя, Загульба) температура морской воды составит 22-23, на южных (Тюркан, Говсан, Сахиль, Ших) – 23-24 градуса тепла.

    В некоторых горных районах Азербайджана вечером прогнозируются грозы, непродолжительные дожди, град, на остальной территории страны ожидается погода без осадков, порывистый восточный ветер.

    Температура воздуха составит ночью 15-20, днем – 27-32, в горах ночью – 7-12, днем – 14-18 градусов тепла.

  • Sabahın havası: Şimşək, yağış, dolu

    Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.

    Gündüz mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 26-28, Bakıda gecə 20-22, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində – 759 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz təşkil edəcək.

    Abşeron çimərliklərində gündüz mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 14-18 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 27-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

  • Ölkədə elektron qaydada nəzarət edilən məhkumların sayı AÇIQLANDI

    Azərbaycanda bu günə kimi beş mindən artıq məhkuma elektron qaydada nəzarət tətbiq olunub.

    Bu barədə Ədliyyə Nazirliyinin canlı yayımında nazirliyin Probasiya Xidmətinin Elektron monitorinq idarəsinin baş məsləhətçisi Nəvai Əlizadə məlumat verib.

    O bildirib ki, azadlığın məhdudlaşdırılması cəzası və məhkumların elektron vasitələrlə izlənilərək daim nəzarətdə saxlanılmaları onların islah olunmaları və təkrar cinayət törətməkdən çəkinmələri üçün kifayət qədər effektiv vasitədir:

    “Elektron nəzarət vasitələri tətbiq edilən məhkumlar tərəfindən təkrar cinayətlərin törədilməsi hallarında azalmalar müşahidə olunur. Ötən dövr ərzində ümumilikdə 5000 nəfərdən artıq məhkuma elektron nəzarət vasitələri tətbiq edilib. Hazırda Monitorinq Mərkəzində elektron nəzarət vasitələrinin tətbiq edildiyi 3000-dən artıq şəxs izlənilməkdədir”.

    Azadlığın məhdudlaşdırılması cəzasının icrası zamanı həmin şəxslərə iki cür həvəsləndirmə tətbiq oluna bilir.

    Bu barədə Ədliyyə Nazirliyinin canlı yayımında nazirliyin Probasiya xidmətinin rəis müavini Musa Hümbətov məlumat verib.

    Onun sözlərinə görə, həmin şəxslər təyin olunan cəzanın yarısını çəkdikdən sonra onlara vaxtından əvvəl şərti azadolunma tətbiq edilə bilər:

    “Həmin şəxslərə həvəsləndirmə məqsədilə, qaydalara uyğun şəkildə həftənin şənbə və bazar günləri, eyni zamanda bayram günləri məhkəmə tərəfindən müəyyən olunan ərazini tərk etmək imkanı yaradılır. Ölkə ərazisində 40-dan çox məhkuma bu cür imkan yaradılıb”.

  • Yeni dərs ilinin əsas təhlükəsi açıqlandı: Bu, koronavirus deyil

    Yeni tədris ilində uşaqlar üçün koronavirusdan çox qrip böyük təhlükə yaradır.

    Lenta.ru-nun xəbərinə görə, bu barədə Rusiya Dövlət Duması Təhsil və Elm Komitəsi sədrinin birinci müavini, RF-nin keçmiş sanitar həkimi Gennadi Onişenko məlumat verib.

    O bildirib ki, hətta ən intensiv ocaqlarda belə məktəblilərin həyatını təhlükəyə atmadan yeni tədris ilinə başlamaq mümkündür, çünki uşaqlar koronavirusu nisbətən rahat keçirirlər.

    “Biz daha çox qripə yoluxma hallarının artmasından narahatıq, bu il onun üç yeni ştammı müəyyən olunub. Böyük ehtimalla, xəstəlik havaların soyuması və temperaturun düşməsi ilə dövriyyəyə başlayacaq”, – deyə parlamentari xəbərdarlıq edib.

    O, yeni dərs ilinin başlanğıcının normal həyata qayıtmaq üçün güclü təkan olacağını vurğulayıb. Bununla belə, infeksiyaya qarşı fərdi qorunma tədbirlərini unutmamağa, uşaqlara maska taxmağı, əllərini yumağı və məsafəni qorumağı öyrətməyə çağırıb.

  • Azərbaycanda karantin rejimi ləğv ediləcək? – VİDEO

    Artıq altı aydır ki, istəsək də, istəməsək də, koronavirusla birgə yaşamağa məcbur qalmışıq. Bir sıra dünya ölkələri sərt karantin rejimindən çıxıb və pandemiya ilə əlaqədar qoyulan bir sıra məhdudiyyətlər ləğv edilib.

    Azərbaycanda da karantin rejimi xeyli yumşaldılıb, amma bir çox məhdudiyyətlər avqustun 31-dək qüvvədədir. İndi çoxlarını düşündürən odur ki, sentyabrın 1-dən qadağalar aradan qaldırılacaqmı?

    Millət vəkili Aydın Mirzəzadə Baku TV-yə müsahibəsində bildirib ki, məqsəd karantin rejimini sərtləşdirmək və ya yumşaltmaq deyil. Əsas məqsəd koronavirus adlı bəlanı həyatımızdan silməkdir.

    Vətəndaşlar da artıq rejiminin yumşaldılmasının vacib olduğunu bildirirlər.

    Ətraflı süjeti təqdim edirik:

  • Musa Hümbətov: “75 məhkum cəza çəkməkdən azad edilib”

    Cəza siyasətinin humanistləşdirilməsi, Cinayət Məcəlləsinə edilən çoxsaylı dəyişikliklər nəticəsində bu istiqamətdə ciddi tədbirlər həyata keçirilib.

    Bununla bağlı Ədliyyə Nazirliyinin canlı yayımında nazirliyin Probasiya xidmətinin rəis müavini Musa Hümbətov məlumat verib.

    O bildirib ki, bu istiqamətdə ölkə prezidentinin 22 may 2020-ci il tarixli Fərmanında verilmiş tapşırıqların icrası məqsədilə Ədliyyə naziri tərəfindən əhatəli əmr imzalanıb və konkret tədbirlər müəyyən edilib:

    “Sözügedən əmrin icrası ilə bağlı müvafiq Qanunun düzgün və mütəşəkkil təşkili, zəruri metodiki köməkliyin göstərilməsi məqsədilə Probasiya Xidmətində İşçi Qrupu yaradılıb, yerlərə göstərişlər ünvanlanıb.

    Qısa müddətdə Qanunun təsiri altına düşən şəxslərin dairəsinin dəqiq müəyyən edilməsi məqsədilə yerli probasiya qurumlarının qeydiyyatında olan məhkumların şəxsi işləri, barələrində qəbul edilən hökmlər diqqətlə öyrənilib.

    Bu il avqustun 1-nə olan məlumata görə, yerli probasiya qurumları tərəfindən məhkəmələrə 230-dan çox təqdimat verilib, onlardan 84-nə baxılıb, 75 məhkum cəza çəkməkdən azad edilib”.

  • Подготовлен ролик ко дню рождения Мехрибан Алиевой – ВИДЕО

    Фонд Гейдара Алиева подготовил видеоролик по случаю дня рождения Первого вице-президента Азербайджана Мехрибан Алиевой.

    В нем представители различных профессий передают ей свои поздравления.