Month: August 2020

  • Mehriban Əliyevanın doğum gününə videoçarx həsr edildi – VİDEO

    Heydər Əliyev Fondu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ad gününə həsr olunmuş videoçarx hazırlayıb.

    Videoçarxda müxtəlif peşə sahiblərinin təbrikləri yer alıb:

  • Avtobusda “mehribanlaşın”: “Sıfır” sosial məsafə – VİDEOREPORTAJ

    Bakı metrosunun bağlı olması və sərtləşdirilmiş karantin rejiminin yumşaldılması yenidən avtobus və dayanacaqlarda sərnişin sıxlığına səbəb olub.

    Baku TV xəbər verir ki, xüsusən günün pik saatlarında avtobuslarda boş yer tapmaq müşkül məsələyə çevrilib.

    Sərnişinlər də vəziyyətin dözülməzliyindən şikayətlənir.

    Dayanacaqlarda və ümumən, şəhər ərazisində sosial məsafənin gözlənilməsinin vacibliyi vurğulansa da, bu tələb avtobusun qapısından içəri girdiyimiz andan etibarən qüvvədən düşür.

    Avtobuslarda sosial məsafənin ölçüsü iki metrdən sürətlə bir neçə santimetrə qədər azalır. Amma ictimai nəqliyyatdakı problem yalnız pandemiya dövrünə aid deyil. Çünki uzun illərdir, paytaxt sakinlərinin avtobuslarda ən çox eşitdiyi ifadə “Bir az mehriban olun”dur. Bu da problemin ən yumşaq formada izahıdır.

  • ВС Армении обстреляли село в Тертерском районе Азербайджана – ФОТО

    ВС Армении вновь нарушили режим прекращения огня.

    26 августа, около 05:00, с позиций на оккупированных территориях АР они обстреляли из пулеметов и снайперских винтовок село Гапанлы в Тертерском районе Азербайджана, сообщает АЗЕРТАДЖ.

    В результате был нанесен ущерб дому местного жителя Зульфугара Гулиева.


  • Düşmən mülki əhalini hədəfə aldı: Tərtərin kəndi atəşə tutuldu – FOTO

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhəboyu zonada atəşkəs rejimini yenidən pozaraq, mülki əhalini hədəfə alıb.

    AZƏRTAC xəbər verir ki, hər zaman olduğu kimi, xaincəsinə təxribatlara əl atan və yaşayış məntəqələrini atəşə tutan Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 26-da səhər saat 05:00 radələrində işğal olunmuş ərazilərimizdəki mövqelərindən Tərtər rayonunun Qapanlı kəndini pulemyot və snayper tüfənglərindən atəşə tutublar.

    Atılan güllələr kənd sakini Quliyev Zülfüqar Bəhmən oğlunun evinə dəyib, mənzilin pəncərə şüşələrini sındırıb.


  • Dövlət İmtahan Mərkəzi məlumat yaydı

    Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

    Mərkəzdən bildirilib ki, 27 avqust 2020-ci il tarixində Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə ikinci imtahan, Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinəAzərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul, Sabah qruplarına tələbə seçimi müsabiqəsinin ikinci mərhələsi üzrə test imtahanları keçiriləcək.

    İştirakçılar “İmtahana buraxılış vərəqəsi”ni DİM-in saytından çap etməlidirlər.

  • Милосердие и благотворительность – это философия жизни Мехрибан Алиевой – ВИДЕОРЕПОРТАЖ

    Непосредственное участие в развитии независимого Азербайджана, решении социальных вопросов, а также великодушие, приверженность высоким моральным ценностям, милосердие и благотворительность составляют основу философии жизни Первого вице-президента республики, президента Фонда Гейдара Алиева Мехрибан Алиевой.

    По случаю дня рождения Мехрибан Алиевой Baku TV подготовил видеорепортаж, посвященный основным моментам общественно-политической и благотворительной деятельности Первого вице-президента страны.

    Кроме того, в репортаже нашли отражение и благотворительные проекты, реализованные по ее инициативе, а также благодарность граждан, которым она протянула руку помощи.

  • İnsanlara daim kömək əli uzatmaq Mehriban Əliyevanın həyat fəlsəfəsidir – VİDEOREPORTAJ

    Müstəqil Azərbaycanın inkişafında, sosial məsələlərin həllində yaxından iştirak etmək, mərhəmət, əxlaqi dəyərlərə sadiqlik, insanlara daim kömək əli uzatmaq, xeyirxah işlər görmək Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın həyat fəlsəfəsinin əsas qayəsini təşkil edir.

    “Baku TV” Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günü ilə əlaqədar videoreportaj hazırlayıb.

    Reportajda Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyətinin əsas məqamlarına və xeyirxah əməllərinə nəzər salınıb, onun köməklik etdiyi insanların fikirləri yer alıb.

    Ətraflı süjeti təqdim edirik:

  • Bakıya gələn futbol klubunun kapitanında koronavirus aşkarlandı

    “Sumqayıt”ın Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Şimali Makedoniyanın “Şkendiya” klubunun bir futbolçusunda koronavirus aşkarlanıb.

    Tetovo klubunun rəsmi saytı xəbər verir ki, komandanın kapitanı Armend Alimi koronavirusa yoluxub.

    32 yaşlı yarımmüdafiəçinin testi pozitiv çıxdığından, o, Azərbaycana gələcək heyətdə yer almayacaq. Ancaq futbolçuda koronavirus simptomlarının olmadığı, özünü yaxşı hiss etdiyi bildirilib. Bununla belə, Alimi evdə karantin şəraitində qalacaq.

    Qeyd edək ki, “Şkendiya” günorta saatlarında Bakıda olacaq. Sabah “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt” – “Şkendiya” oyunu saat 20:00-da başlayacaq.

  • Житель Джалилабада арестован за езду в состоянии наркотического опьянения – ФОТО

    Сотрудники отдела дорожной полиции Джалилабадского РУП задержали местного жителя, оказывавшего на своем автомобиле услуги такси в состоянии наркотического опьянения.

    Как сообщает пресс-служба МВД, И.Юсифзаде, находившийся за рулем Opel, был остановлен за нарушение правил дорожного движения. Кроме того, правоохранители посчитали поведение нарушителя подозрительным.

    Было установлено, что мужчина находился под воздействием наркотического вещества. Несколько месяцев назад он уже был оштрафован за аналогичное правонарушение.

    Решением районного суда И.Юсифзаде был арестован в административном порядке.

  • Narkotik vasitənin təsiri altında maşın idarə edən sürücü saxlandı – FOTO

    Cəlilabadda narkotik vasitənin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, Cəlilabad şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olan “Opel” markalı avtomobilin sürücüsü manevretmə qaydasını pozduğu üçün Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

    Qeyd edilib ki, bu zaman avtomobilin sürücüsü, Cəlilabad şəhər sakini İ.Yusifzadənin hərəkətləri şübhə doğurduğu üçün o, tibbi müayinəyə dəvət edilib.

    Müayinə zamanı onun avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub. Sürücünün bir neçə ay bundan əvvəl də eyni əmələ görə cərimə olunduğu bildirilir.

    İ.Yusifazadə barəsində toplanan materiallar baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.

    Məhkəmənin qərarı ilə o, inzibati qaydada həbs edilib.