Month: August 2020

  • Ərdoğan Aralıq dənizindəki axtarış-kəşfiyyat işlərinə də ümidlə yanaşdığını bildirib

    “Aralıq dənizindəki axtarış-kəşfiyyat işlərinin də müsbət nəticələri olacağına, xalqımıza daha bir müjdəli xəbər verəcəyimizə inanıram”.

    APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hər həftənin əvvəli nazirlərlə keçirdiyi növbəti toplantıdan sonra verdiyi açıqlamada belə bildirib.

    Qara dənizdə kəşf edilən təbii qaz yatağında kəşfiyyat işlərinin davam etdirildiyini vurğulayan Prezident bildirib ki, görülən işlər faydalı mənbənin daha böyük olacağına ümid verir.

    R.T.Ərdoğan deyib ki, Qara dənizdə kəşf edilən təbii qaz yatağı Türkiyədə əhalinin istifadəsinə verilərkən təbii qazın ucuzlaşmasından həm evlərdə, həm də sənayedə qaz istehlakçıları faydalanacaq.

    Qeyd edək ki, 20 iyul 2020-ci il tarixindən Türkiyənin “Fatih” qazma gəmisi “Tuna 1” yatağında kəşfiyyat işləri aparır. “Tuna 1” yatağının ehtiyatları 320 milyard kubmetr həcmində dəyərləndirilir.

  • Раиль Меликов будет играть в футбол еще один год – Подписан новый контракт

    Бывший футболист национальной сборной Азербайджана Раиль Меликов сменил клуб.

    Как сообщил Oxu.Az сам Р.Меликов, опытный защитник перешел из “Сумгайыта”, который будет играть в Лиге Европы УЕФА, в “Кешлу”, которая сыграет еще в одном Кубке Европы.

    С ним подписан контракт до конца текущего сезона.

    Отметим, что ФК “Сумгайыт” хотел видеть Р.Меликова в качестве тренера. Но 34-летний футболист планировал спустя год завершить футбольную карьеру.

  • Türkiyədə koronavirusla bağlı son vəziyyət

    Türkiyədə son sutka ərzində koronavirusdan 18 nəfər dünyasını dəyişib, 1443 nəfər isə virusa yoluxub.

    Median.Az xəbər verir ki, bununla da ölkədə Covid-19-dan ölənlərin sayı 6139-a, yoluxanların sayı isə 259 692-yə yüksəlib. Son 24 saat ərzində 743 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

    Ümumilikdə sağalan xəstə sayı 237 908-ə çatıb.

  • В Сумгайыте выявлен игровой компьютерный зал, нарушивший правила карантина – ФОТО

    В Сумгайыте оштрафованы предприниматель и клиенты, нарушившие правила карантина.

    Как передает АПА, сотрудники Управления полиции города Сумгайыт выявили на территории 2-го микрорайона игровой зал, функционировавший в нарушение карантина.

    Внутри помещения в зале для игры в Play Station были обнаружены девять человек без масок, которые не соблюдали социальную дистанцию.

    Решением суда предприниматель Ибрагимов Нифтали Рахиль оглу был оштрафован на 3 000 манатов, остальные девять клиентов – на 200 манатов каждый в соответствии с Кодексом об административных проступках.

  • ABŞ da koronavirus peyvəndi hazırladığını açıqladı

    ABŞ-ın Sent-Luis şəhərinin Vaşinqton Universitetinin Təbabət Məktəbinin tədqiqatçıları koronavirusa qarşı yeni dərman hazırladıqlarını açıqlayıblar.

    Median.Az report-a istinadən xəbər verir ki, insan orqanizminə burun vasitəsilə yeridilən yeni dərman yuxarı və aşağı tənəffüs yollarında çoxlu sayda anticisimlərin yaranmasına dəstək olaraq bununla da xəstəliyin ötürmə ehtimalını xeyli azaldacaq.

    Hələlik yeni dərman siçanlar üzərində sınaqdan keçirilib.

  • Ağstafada avtomobil piyadanı vurub

    Ağstafada piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

    APA-nın yerli bürosunun məlumatına görə, qəza nəticəsində 1984-cü il təvəllüdlü Samir Cəlilov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

    Xəstəxanada yaralıya lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • В Азербайджане экс-чиновники арестованы за взяточничество в крупном размере

    Генеральная прокуратура Азербайджана распространила заявление об итогах операции, проведенной в структуре Исполнительной власти (ИВ) Гянджи с целью выявления коррупционных правонарушений.

    “На основании многочисленных обращений граждан на незаконные действия главы ИВ Низаминского района Гянджи и завотделом по вопросам архитектуры и строительства Махарата Мустафаева в Главном управлении по борьбе с коррупцией при генпрокуроре было возбуждено уголовное дело по соответствующим статьям Уголовного кодекса АР.

    В ходе предварительного следствия было установлено, что М.Мустафаев, занимая указанную должность во время сговор с сотрудником ИВ Гянджи Али Рустамли и другими должностными лицами, при их содействии в общей сложности присвоил у отдельных лиц взятки в размере 194 300 манатов в обмен на выдачу им разрешений на проектирование и проведение строительства частных домов и другие незаконные цели. Кроме того, М.Мустафаев подозревается в мошенничестве на сумму 175 500 манатов в отношении гражданина, которому он обещал создать условия для продолжения производственной деятельности.

    Кроме того, было установлено, что в бытность завотделом по вопросам архитектуры и строительства ИВ Гянджи М.Мустафаев при содействии занимавшегося документацией инженера его отдела незаконно присвоил у гражданина 9 000 манатов.

    24 августа М.Мустафаев, А.Рустамли, а также Разин Гахраманов, участвовавшие в качестве посредников в совершении вышеуказанных преступлений, были признаны виновными по статьям 308.2 (злоупотребление должностными полномочиями, повлекшее тяжкие последствия), 311.3 (получение группой лиц или организованной группой крупной взятки в крупном размере), 32.4,312.2 (подстрекательство должностным лицом к даче взятки или повторной взятки за совершение заведомо незаконных действий). 29,178.2 (покушение на совершение мошенничества с причинением значительного ущерба и использованием служебного положения) и другим статьям УК АР. Решением Бинагадинского районного суда в отношении Махарата Мустафаева и Али Рустамли была избрана мера пресечения в виде ареста, Р.Гахраманова – полицейского контроля.

    В настоящее время продолжаются оперативно-следственные мероприятия по установлению круга причастных к данному уголовному делу”, – говорится в сообщении Генпрокуратуры.

  • Vladimir Zelenski Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin müavinini medalla təltif etdi

    Ukrayna Prezidenti Vladimir Zelenski bir sıra şəxslərin orden və medallarla təltif edilməsi haqqında Fərman imzalayıb.

    AZƏRTAC xəbər verir ki, təltif edilənlər arasında Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev də var. Ukrayna Prezidentinin Fərmanı ilə İ.Babayev “Əmək və cəsarət” medalı ilə təltif edilib.

    Qeyd edək ki, İ.Babayev 1981-1986-cı illərdə Kiyev İnşaat və Memarlıq Milli Universitetinin (KİMMU) İnformasiya texnologiyaları fakültəsində təhsil alıb. 1986-1987-ci ildə KİMMU-nun İstehsal proseslərinin avtomatlaşdırılması kafedrasında müəllim işləyib.

    1987-1991-ci illərdə Dövlət İmtahan Attestasiya Komissiyasının qərarına əsasən KİMMU-da aspiranturaya qəbul olunub, eyni zamanda, pedaqoji fəaliyyətini davam etdirib.

    Elmi işlərinin nəticələrinin tətbiqinə və səmərəliyinə görə 1989-cu ildə Kiyevdə “İlin ən yaxşı ixtiraçısı” adına layiq görülüb.

  • Bir səhvə görə vəzifəsini itirən məmurlar – FOTO

    Yüksək vəzifə sahiblərinin heç də hamısı təqaüd yaşına qədər işləyə bilmir. Bəziləri elə səhvlərə yol verir ki, bu, ən yaxşı halda onların işdən çıxarılması və ya istefa verməsi ilə nəticələnir.

    Elə bu gün Yeni Azərbaycan Partiyası İcra katibinin müavini vəzifəsindən istefa verən Siyavuş Novruzov kimi. Beş dəfə millət vəkili seçilən 51 yaşlı politoloqun xüsusi karantin rejiminin tətbiq olunduğu, toy, nişan mərasimlərinin qadağan edildiyi bir vaxtda Ombudsman xanımı Səbinə Əlieyva ilə birgə AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirakı onun YAP-dakı vəzifəsindən istefa verməsi ilə nəticələndi.

    Təbii ki, bir müddət əvvəl xüsusi karantin rejimində toy, nişan mərasimi keçirənləri sərt şəkildə tənqid edən Novruzovun özünün qalmaqallı toyda iştirakı cəmiyyətdə etirazla qarşılandı. Bu səbəbdən YAP-ın Gənclər Birliyinin sədri vəzifəsindən İcra katibinin müavini vəzifəsinədək yüksələn hüquq elmləri üzrə fəlsəfə doktoru çıxış yolunu istefada gördü.


    Həmin toyda bir səhvinə görə vəzifəsini itirən başqa bir şəxs də var idi. Söhbət Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovdan gedir. Xatırladaq ki, toyda iştirak etməklə karantin rejimini pozduğu və bunun üçün 400 manat cərimələnən Məhərrəmov 2018-ci ildə qalmaqallı İspaniya səfəri ilə gündəmə gəlmişdi. O, Şeyxin təyyarəsində şərab dolu çəlləkləri daşımaqla yanaşı, Madriddəki restoranların birində millət vəkillərindən biri ilə dava etmişdi. Bu dava sabiq rektorun 19 illik vəzifəsini itirməsinə səbəb oldu.


    Düşdüyü çıxılmaz duruma görə öz səhvi ucbatından siyasi karyerasını bitirənlərdən biri də sabiq millət vəkili Rafael Cəbrayılovdur. 2015-ci ildə mandat vəsiqəsini girov qoyub 300 min dollar borc götürməklə gündəmə gələn eks deputatın sonradan başqa iş adamlarına da borcu olduğu üzə çıxdı. Məlum oldu ki, III çağırış millət vəkili seçilən R.Cəbrayılovun iş xanımı Məlahət Qurbanovaya da 370 min dollar borcu var. Daha sonra Cəbrayılovun 1,5 milyon manatlıq villasını satışa çıxardığına dair xəbərlər də yayıldı. Bu qalmaqal Cəbrayılovun mandatından imtina etməsilə nəticələndi.


    Sabiq Xarici İşlər naziri Elmar Məmmədyarovun da öz səhvinə görə işdən çıxarıldığını desək, yanılmarıq. 16 il ölkənin xarici siyasətindən sorumlu olan Məmmədyarovun ən vacib, ən önəmli məqamlarda səssiz rejimə keçməsi, Ermənistan ordusunun cəbhənin Tovuz istiqamətində təxribat törətdiyi bir anda dünyaya bununla bağlı çar çəkməməsi onun vəzifədən uzaqlaşdırılması ilə nəticələndi. Məlum oldu ki, ölkə rəhbərliyinin, o cümlədən hökumətdə təmsil olunanların gecə-gündüz çalışdığı bir vaxtda Məmmədyarov evdən işləyirmiş.


    Səhvə yol verənlərdən bəhs edərkən, “Azərenerji” ASC-nin sabiq rəhbəri Etibar Pirverdiyevin adını çəkməmək olmaz. Belə ki, 2018-ci ildə ölkənin energetika sistemində dalbadal baş vermiş və bütün ölkəni işıqsız qoyan qəza ilə bağlı keçirilən müşavirədə ölkə Prezidenti İlham Əliyev Pirverdiyevi sərt şəkildə tənqid etmişdi: “Siz sadəcə olaraq utanmalısız, xalq qarşısında, ölkə qarşısında utanmalısız. İnsanlara isti havada bu qədər əziyyət vermisiniz. Metroda qalanlar, qocalar, uşaqlar, qadınlar, xəstələr, liftlərdə qalanlar. İqtisadiyyata nə qədər böyük ziyan vurmusunuz. Elə SOCAR-ın burada deyilən ziyanını hesablasaq, ölkəyə nə qədər böyük ziyan dəydiyini görərik. Mən bu sahəyə bu qədər investisiya ayırmışam, dövlət investisiya proqramında hər il bu məqsədlə böyük vəsaitlər ayrılır, yeni elektrik stansiyaları tikilir. Elə sistem qurulmalıydı ki, bir qəzaya görə ölkənin enerji sistemi çökməsin. Nə üçün Bakıda, Sumqayıtda, digər yerlərdə yeni tikilmiş elektrik stansiyaları Mingəçevirdəki qəzadan sonra fəaliyyətini dayandırdı? Siz bunun izahatını verməlisiniz. Yoxsa başlamısız havalar isti keçir, istehlak artıb. Bu məni qane edə bilməz, əyləşin”.


    Pirverdiyevin səhlənkərlığı onun 17 illik vəzifəsindən göndərilməsi ilə nəticələndi.

    IV və V çağırış seçkilərdə millət vəkili seçilən Fərəc Quliyev də öz səhvinin qurbanı olanlardandır. Onun son parlament seçkilərində tanınmış bloqqer Mehman Hüseynovla səs yazısı yayılmışdı. Belə ki, səs yazısında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri M.Hüseynova “Mənə dəstək ver, qarşılığında isə sənə maddi kömək edim. Bu, 10-15 min manat da ola bilər”, – demişdi. Seçki ərəfəsində belə bir səs yazısının yayılması F.Quliyev üçün sarsıdıcı zərbə oldu və onun namizəd olduğu 31 saylı Suraxanı ikinci seçki dairəsindən Etibar Əliyev millət vəkili seçildi.


    1994-cü ildən 2001-ci ilədək Gənclər və İdman naziri, 2001-ci ildən 2006-cı ilədək Gənclər, İdman və Turizm naziri, həmin ildən 2018-ci ilədək Mədəniyyət və Turizm naziri və son iki ildə Mədəniyyət naziri olan Əbülfəs Qarayevin də vəzifədən gedəcəyi yaxın müddət üçün proqnozlaşdırılmırdı. Ta ki Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Mədəniyyət Nazirliyində əməliyyat keçirilməsi xəbəri yayılanadək. Həmin əməliyyat nəticəsində nazir müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov saxlanıldı. Onlar barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə, vəzifə saxtakarlığı faktlarına görə həbs qətimkan tədbiri seçildi. Beləcə, cəmiyyətdə “nazir müavini nazirdən xəbərsiz rüşvət almaz” fikri formalaşdı və bu, 26 il yüksək vəzifə sahibi olan Əbülfəs Qarayevin işdən çıxarılması ilə nəticələndi.


    Bəzi vəzifəli məmurlar var idi ki, etdikləri səhvlər onlara daha başa gəldi. Belə ki, hazırda həbsdə olan altı sabiq icra başçısı var. Külli miqdarda mənimsəmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev, onun birinci müavini Ramiz Tatarov, Yevlaxın sabiq icra başçısı Qoca Səmədov, Neftçalanın eks icra başçısı İsmayıl Vəliyev, birinci müavini Vurğun Əkbərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, Biləsuvarın icra başçısı Mahir Quliyev, İmişlinin məşhur icra başçısı Vilyam Hacıyev, Kürdəmirin sabiq icra başçısı Ceyhun Cəfərov, onun müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov həbsdədir.


    Ölkədə kadr islahatlarının davam etdiyini nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, səhvinə görə vəzifəsini itirənlərin siyahısı daha da genişlənəcək. Bu siyahıya xüsusi karantin rejimində nəvəsinə toy etdiyi üçün cəmiyyətdə haqlı narazılıq yaradan sabiq PA rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin də daxil ediləcəyi ehtimal olunur.

    Bundan başqa, həmin toya gedərək özünü qınaq obyektinə çevirən Ombudsman Səbinə Əliyevanın da vəzifədən gedəcəyi cəmiyyətdə müzakirə edilir. Hər halda, vəzifə ona verilən səlahiyyətləri doğru icra edə bilənlər üçün nəzərdə tutulur. Əks halda nəticəsi həm cəmiyyət, həm dövlət, həm də məmur üçün daha ağır olur.//qafqazinfo.az

  • Göyçayda nişanlı qızın cehizlərini oğurlayan şəxs tutulub

    Göyçay şəhərində mənzildən oğurluq edən şəxs saxlanılıb.

    APA-nın yerli bürosunun xəbərinə görə, Göyçay şəhər sakini Teyyub Nuriyev rayon polis şöbəsinə müraciət edərək məlumat verib ki, naməlum şəxs ona məxsus evə daxil olaraq, nişanlı qızı üçün aldığı və ümumi dəyəri 2 min manat olan cehizlik məişət və geyim əşyalarını oğurlayıb.

    Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı oğurluq etməkdə şübhəli bilinən Göyçay şəhər sakini Elxan Məlikov saxlanılaraq istintaqa təhvil verilib. Məlumata görə, koronavirus məhdudiyyətləri ilə bağlı elan edilən karantinə görə nişanlı qızın toy mərasimi təxirə salınıb, bir müddət sonra cehizləri oğurlanıb.

    Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.