Month: August 2020

  • Увековечена память июльских шехидов: Paşam hey! – ВИДЕО

    Культурный центр Службы государственной безопасности увековечил память военнослужащих, ставших шехидами в боях на государственной границе с Арменией в июле этого года.

    Подготовлена музыкальная композиция Paşam hey!, посвященная героям июльских боев.

    Исполнителем песни является бывший военный диктор, певец Шамистан Ализаманлы, композитором – Фаиг Суджаддинов, автором слов – поэт, политик Муса Уруд.

    Руководителем проекта является журналист Айгюн Мурадханлы.

  • İyul şəhidlərinin xatirəsi əbədiləşdirildi: “Paşam hey!” – VİDEO

    Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzi bu ilin iyul ayında Tovuz rayonu istqiamətində Ermənistanla dövlət sərhədində baş vermiş döyüşlərdə şəhid olmuş hərbçilərin xatirəsini əbədiləşdirib.

    Döyüşlərdə qəhrəmancasına şəhid olan hərbçiləri tərənnüm edən “Paşam hey!” adlı musiqili kompozisiya hazırlanıb.

    Kompozisiyanın ifaçısı keçmiş hərbi diktor, hərbi mahnıların mahir ifaçısı Şəmistan Əlizamanlı, bəstəkarı Xalq artisti Faiq Sücəddinov, sözlərin müəllifi isə şair, siyasətçi Musa Uruddur.

    Layihənin rəhbəri jurnalist Aygün Muradxanlıdır.

  • Elman Nəsirov da Ramiz Mehdiyevi tənqid etdi: “Özlərini qanundan üstün tuturlar”

    “Sərt karantin rejiminin tətbiq olunduğu bir vaxtda akademik Ramiz Mehdiyevin nəvəsinə toy etməsi çox təəssüf və təəccüb doğurur”.

    Bunu “Report”a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deyib.

    Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi altında koronavirus pandemiyasına qarşı olduqca ciddi tədbirlər həyata keçirilməkdədir:

    “Bu tədbirlərdə əsas məqsəd Azərbaycan vətəndaşının sağlamlığının qorunmasıdır. Eyni zamanda dövlətimiz tərəfindən vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılır, iqtisadiyyatın davamlılığı qorunur. Bu gün Azərbaycanda xalq birliyi var”.

    Deputat deyib ki, bəzi şəxslər özlərini qanundan üstün tuturlar:

    “Onlar özlərini imtiyazlı təbəqə kimi təqdim edirlər. Bu isə cəmiyyətdə haqlı narazılıqlara səbəb olur. Hər kəs bilməlidir ki, qanun qarşısında hamı bərabərdir. Heç kimin əlahiddə səlahiyyətləri yoxdur. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, heç kim toxunulmaz deyil və müstəsna hüquqları yoxdur. Hesab edirəm ki, Ramiz Mehdiyevin nəvəsinin toy mərasimini onun kürəkəni İlhаm Əliyevin həyata keçirməsi və orada müəyyən məmurların iştirakı cəmiyyətimizdə haqlı olaraq mənfi qarşılanıb. Azərbaycan hüquqi dövlət olduğundan istənilən qanun pozuntusuna da hüquqi qaydada qiymət veriləcək”.

  • Президент Ильхам Алиев поздравил Эрдогана

    Президент Ильхам Алиев поздравил президента Турецкой Республики Реджепа Тайипа Эрдогана по случаю обнаружения крупнейшего месторождения природного газа в истории этой страны.

    Об этом сообщает пресс-служба Президента Азербайджана.

  • İlham Əliyev Ərdoğana məktub göndərdi

    Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb.

    AZƏRTAC-ın dərc etdiyi məktubda deyilir:

    “Hörmətli cənab Prezident,

    Əziz Qardaşım,

    Türkiyə tarixinin ən böyük təbii qaz yatağının kəşf olunması münasibətilə Sizi və qardaş Türkiyə xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

    Türkiyə enerji təhlükəsizliyi sahəsində növbəti önəmli addımını atmışdır. Qaz yatağının işlənməsi qardaş Türkiyə xalqına faydalar gətirəcəkdir. Bu yatağın kəşfi həm də Türkiyənin sənaye potensialının və artan gücünün təzahürüdür.

    Azərbaycan və Türkiyə uzun illər ərzində nəhəng enerji və nəqliyyat layihələrini uğurla icra edirlər. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, Bakı-Tbilisi-Qars layihələri ölkələrimiz və xalqlarımız üçün yeni imkanlar açır və Azərbaycan-Türkiyə tərəfdaşlığını daha da möhkəmləndirir.

    Ümid edirəm ki, Türkiyənin hazırda apardığı digər kəşfiyyat layihələri də müvəffəqiyyətlə nəticələnəcəkdir. Qardaş Türkiyənin uğurlarına öz uğurlarımız qədər sevinirik. Əminəm ki, Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu bundan sonra da inkişaf edəcək və güclənəcəkdir.

    Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

  • AZTV Ramiz Mehdiyevi tənqid etdi, Abel Məhərrəmovun “şərabı” gündəmə gəldi – VİDEO

    Azərbaycan Televiziyası (AZTV) Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevlə bağlı süjet hazırlayıb.

    Süjetdə Ramiz Mehdiyevin nəvəsinin qalmaqallı toyundan sonra baş verənlərdən söhbət açılıb, akademik tənqid olunub.

    Daha ətraflı videosüjetdə:

  • Qənirə Paşayeva: “Heç kim qanundan üstün deyil, heç kim dövlətə meydan oxuya bilməz”

    “Bu günlərdə sosial mediada, bəzi KİV-də yayılmış, yüksək vəzifələr daşımış, hazırda da yüksək titul və vəzifə daşıyan şəxslərin iştirakı ilə keçirilmiş toy mərasimi ilə bağlı materiallarla tanış olduqda, doğrusu, öncə inanmağım gəlmədi. Düşündüm ki, yanlış informasiya olar, ayrı vaxt baş tutmuş toydan “montaj” olar və s. Lakin sonra toyun bəzi iştirakçıları faktı təsdiq etdikdə, bir vətəndaş, bir Millət vəkili olaraq, bundan çox təəssüf hissi keçirdim. İlk növbədə, ona görə ki, özü örnək göstərməli olan yaşı, daşıdığı vəzifə etibarı ilə mənəvi məsuliyyətdən heç cür kənarda tutula bilməyəcək şəxsin ailəsində toy olması, yüzlərlə təxirə salınmış toy yiyələrində ikili hisslər doğuracaq: qayda-qanun hamı üçün deyilmi?! Üstəlik, bu toyu edən, orada iştirak edən bir sıra yüksək titul və vəzifəli şəxslər, karantin qaydalarına əməl etməkdən, hətta, bu qaydaların sərtləşdirilməsindən dəfələrlə danışıb, yazıbsa, indi bu ikiləşməni necə izah etmək olar?”

    Bunu APA-ya açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib.

    Millət vəkili bildirib ki, burada işin ən bağışlanmaz tərəflərindən biri də, üzrxahlıq etməkdənsə, özünü haqlı çıxarmaq və yaxud susmaqdır: “Heç bir vəzifəli şəxs, cənab Prezidentin “Heç kəs qanundan üstün deyil”, “Qaydlar hamı üçündür” kimi fikirlərini, cənab Prezidentin şəxsi nümunəsini, özəliklə karantin dövründəki örnək addımlarını, çağırışlarını unutmamalıydı!

    Mən məsələnin hüquqi tərəfini gözardı etmədən, daha çox mənəvi məsuliyyətini qeyd etmək istərdim.

    Elə bilirəm, aktiv sosial media iştirakçılarının, ictimai fikri qidalandıran ziyalıların, sadə vətəndaşların verdiyi reaksiyalar da birmənalı şəkildə, toy sahibiləri və iştirakçılarını haqlı qınağa tutur, onları izahata, üzrxahlığa dəvət edir. Onlar bunu etməyə özlərində güc tapmalıdır. Məsələnin hüquqi tərəflərinə gəlincə, cənab Prezidentin də söylədiyi kimi, heç kəs qanundan üstün deyil, bütün vətəndaşlar statusundan, imkanlarından asılı olmayaraq qanun qarşısında bərabərdir və cəmiyyətimiz bir daha bunun şahidi olur”.

    Q. Paşayeva bildirib ki, vəzifəsindən və mövqeyindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir: “Heç kim qanunlardan üstün deyil, heç kim dövlətə meydan oxuya bilməz”.

  • В Азербайджане ужесточили правила беспошлинного ввоза товаров для личного пользования – Решение Кабмина

    В Азербайджане ужесточили правила беспошлинного ввоза товаров для личного пользования.

    Данное решение подписал премьер-министр страны Али Асадов.

    Согласно решению Кабмина, теперь гражданин с собой через границу может провезти без уплаты пошлин товаров всего на 800 долларов США. До сих пор лимит составлял 1500 долларов.

    То же самое касается заказов через интернет. Раньше в месяц гражданин мог заказать на свое имя товаров на сумму не более 1500 долларов без уплаты каких-либо таможенных сборов. Сейчас этот лимит понижается до 300 долларов США.

  • Вице-спикер Адиль Алиев о свадебных чиновниках на даче Рамиза Мехтиева

    «Глава государства в каждом выступлении в связи с пандемией коронавируса призывает каждого гражданина соблюдать правила строгого карантинного режима. Выступления и принятые меры направлены на предотвращение осложнений, вызванных коронавирусом», – написал на своей странице в Facebook вице-спикер Милли Меджлиса Адиль Алиев, сообщает haqqin.az.

    Адиль Алиев подчеркнул, что предпринятые меры также показывают, какое внимание оказывают власти страны состоянию здоровья граждан.

    «Суть в том, что чем раньше мы выберемся из этой беды, тем лучше. К сожалению, некоторые должностные лица не хотят соблюдать строгий режим карантина. Они выходят за рамки правил. Они преднамеренно нарушают эти правила. Они наводят тень на мероприятия по соблюдению карантинного режима. Таким образом они создают в обществе недоверие и неуверенность. Мы все должны соблюдать правила, чтобы ситуация не вышла из-под контроля», – заявил вице-спикер.

    Отметим, что 18 августа в загородном доме в поселке Новханы состоялась свадьба внучки экс-главы Администрации президента, президента Национальной академии наук Азербайджана (НАНА) Рамиза Мехтиева. 21 августа в социальных сетях появилось видео этой свадьбы. На видео запечатлен ряд госчиновников и депутатов, включая депутата Сиявуша Новрузова и его супругу – омбудсмена Сабину Алиеву.

  • İlham Əliyev Zelenskiyə məktub ünvanladı

    Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb.

    AZƏRTAC-ın yayımladığı məktubda deyilir:

    “Hörmətli cənab Prezident,

    Dost Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

    Bu gün Azərbaycan Respublikası ilə Ukrayna arasındakı münasibətlər dinamik inkişaf yolundadır. İnanıram ki, ənənəvi dostluq əlaqələrimiz, qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq uğurla inkişaf edəcək və genişlənəcəkdir.

    Dünyanın COVID-19 pandemiyası ilə üzləşdiyi bu çətin zamanda Azərbaycan xalqının dost Ukrayna xalqı ilə həmrəy olduğunu bildirmək istəyirəm.

    Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost Ukrayna xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.