Month: August 2020

  • Xəzərdə təhlükəli vəziyyət: Qurumlar hərəkətə keçdi – XƏBƏRDARLIQ

    Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə təhlükəli hidrometereoloji hadisə haqqında xəbərdarlıq daxil olub.

    Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Tural Müseyibov məlumat verib.

    Bildirilib ki, avqustun 21-i axşamdan avqustun 24-dək Xəzər dəniz akvatoriyasında şimal-qərb, şimal küləyinin sürəti 18-23m/s, arabir 25-30 m/s olacaq. Avqustun 22-si axşam, 23-ü gecə və səhər açıq dənizdə küləyin sürətinin arabir 32-35 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyü 2-4 metr, sonrakı inkişafda açıq dənizdə 6-8 metr olacaq:

    “Hava proqnozu Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan andan etibarən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb.

    Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib.

    Hava şəraitinə uyğun olaraq gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin edilib.

    Vurğulamaq istərdik ki, Milli Mərkəz təcrübəli kapitanlar vasitəsilə idarə olunur. Gəmilər müvafiq lövbər sığınacaqlarına yerləşdirildikdən sonra onların təhlükəsiz lövbərdə durma prosesi radarlar vasitəsilə fasiləsiz müşahidə olunur.

    Hava şəraitinə uyğun olaraq Milli Mərkəz tərəfindən gəmilərin hərəkətinə və limanlara giriş-çıxışına icazə verilməsi, hərəkətin məhdudlaşdırılması, limanların bağlanması barədə tədbirlər görülüb.

    Dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar təhlükəli hidrometereoloji hadisə ilə bağlı məlumatlandırılıb. Hər zaman olduğu kimi, hazırda Dövlət Dəniz Agentliyinin Azərbaycanın sahilboyu ərazilərində mövcud olan ən son naviqasiya və rabitə stansiyaları tam gücü ilə işləyir.

    Dövlət Dəniz Agentliyinin, gündəlik iş rejimində olduğu kimi, Azərbaycanın ərazi sularında istər Azərbaycan istərsə də xarici bayraq altında üzən gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi yüksək səviyyədə həyata keçirilir.

    Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi tərəfindən ərazisində mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir.

    Milli Mərkəz tərəfindən, eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi növbə xidmətləri, Xəzər Dəniz Gəmiçiliyinin müvafiq növbətçi xidməti, Dövlət Neft və BP Şirkətinin müvafiq qurumları ilə mütəmadi qarşılıqlı məlumat mübadiləsi həyata keçirilir”.

  • Elnur Allahverdiyev: “Vəzifəli şəxslər Prezidentin çağırışlarına zidd olaraq özləri qaydaları pozur”

    “Nazirlər Kabineti yanında operativ qərargahın tələb və təlimatları var. Vəzifəsindən asılı olmayaraq, hər bir vətəndaşın onlara riayət etməsi tələb edilir. Xüsusilə xalq qarşısında məsuliyyət daşıyan şəxslər. Heç kimin qanunları pozmağa haqqı yoxdur”.

    Bunu Qafqazinfo-ya açıqlamasında Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev deyib.

    Millət vəkilinin sözlərinə görə, qanunverici orqanın təmsilçiləri olaraq deputatlar altı aya yaxındır ki, seçicilərini karantin rejiminin tələblərinə riayət etməyə çağırırlar. Belə bir halda Milli Məclis üzvü və cəmiyyətdə tanınan şəxslər toy məclisində iştirak edir və bunu əsaslandırmağa çalışırlar.

    Onların bu hərəkətlərinə heç bir halda haqq qazandırmaq olmaz:

    “Sadə vətəndaşı karantinin şərtlərini qəbul etməyə, hərəkət məhdudiyyətlərinə uymağa, işsiz evdə oturmağa səsləyirik, digər tərəfdən bu qadağaları pozma hallarının şahidi oluruq. Bunu necə qiymətləndirmək olar?

    Cənab Prezident İlham Əliyev hər çıxışında və görüşlərində ehtiyatlı olmağa, qadağaları nəzərə almağa, yaranmış vəziyyətin tələblərini ciddiyə almağa çağırır və bildirir ki, vəzifə daşıyıcıları sadə insanlara nümunə olmalıdır.

    İndi isə üzücü mənzərənin şahidi oluruq, vətəndaşları nizam-intizama səsləyən vəzifəli şəxslər Prezidentin çağırışlarına zidd olaraq özləri qaydaları pozur və buna haqq qazandırmağa çalışırlar”.

  • Сиявуш Новрузов прокомментировал объявленный ему выговор – АУДИО

    Заместитель исполнительного секретаря Партии “Ени Азербайджан” (ПЕА), депутат Сиявуш Новрузов отказался прокомментировать свое участие на свадьбе внучки экс-главы Администрации Президента Рамиза Мехтиева.

    “Я не буду давать комментарии какому-то сайту. Распространилась новость об объявлении мне выговора? Ну и пусть. Что здесь такого?! Говорить об этом я не хочу, до свидания”,- сказал Redaktor.az Сиявуш Новрузов.

  • Siyavuş Novruzov töhmət almasından danışdı – AUDİO

    “Mən heç bir saytla danışmıram, töhmət almağımla bağlı xəbər yayılıb, qoy yayılsın, burda nə var ki?! Bu barədə danışmaq istəmirəm, sağ olun”.

    Bunu Redaktor.az-a Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibinin müavini Siyavuş Novruzov karantin qaydalarını pozduğuna görə hakim partiya tərəfindən töhmət alması ilə bağlı danışarkən deyib.

    Qeyd edək ki, koronavirus pandemiyasında kütləvi tədbirlərin qadağan edilməsinə baxmayaraq, AMEA prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsi (sabiq millət vəkili İlham Əliyevin qızı) üçün villada baş tutan təntənəli toy mərasimi və bu mərasimdə bir çox sabiq və hazırkı məmurların iştirakı ciddi müzakirə mövzusuna çevrilib.

  • AFFA Ağayev üçün FIFA-ya müraciət etdi

    AFFA hazırda Yunanıstanın “Atromitos” klubunda çıxış edən futbolçu Əmir Ağayevin Azərbaycan milli komandasında oynaması üçün müvafiq qaydada FIFA-ya müraciət ünvanlayıb.

    Bu barədə AFFA-nın saytı məlumat yayıb.

    Futbolçunun millimizin təlim-məşq toplanışına çağırılması ilə bağlı AFFA-dan “Atromitos” klubuna rəsmi dəvət göndərilib.

    FIFA-nın müvafiq komissiyasında Əmir Ağayevlə bağlı müraciətə növbəti həftə baxılacaq.

    Mövcud qaydalara əsasən, ölkə xaricində çıxış edən hər hansı futbolçunun milli komandaya dəvət olunması üçün müraciət kluba toplanışın başlanma tarixindən ən azı 10 gün əvvəl göndərilməlidir.

    Qeyd edək ki, Afina klubu İsrail doğumlu, ötən mövsüm “Sumqayıt” klubu ilə Azərbaycan Premyer Liqasında 26 oyun keçirib, altı qol vuran Əmir Ağayevin 31 avqust – 8 sentyabr tarixlərində millimizin düşərgəsinə çağırıldığını bildirib.

  • Xadimə iş adamının evində asılı halda tapıldı

    Türkiyənin Qaziantep vilayətində iş adamının evində xadimə işləyən qadının meyiti tapılıb.

    “HaberGlobal” məlumat verir ki, A.Ş.-ya aid villada Nepal vətəndaşı Monna Ray eyvanda kəndirlə asılan vəziyyətdə olub.

    Hadisə yerinə cəlb edilən tibb işçiləri onun öldüyünü bildiriblər.

    Cəsəd ekspertiza üçün morqa aparılıb.

    Qadının intihar etdiyi və ya cinayətin qurbanı olduğu araşdırılır.

  • ПЕА объявила выговор Сиявушу Новрузову

    Заместителю исполнительного секретаря партии “Ени Азербайджан” (ПЕА) Сиявушу Новрузову объявлен выговор за грубое нарушение правил карантинного режима, установленных оперативным штабом при Кабмине в целях предотвращения распространения пандемии COVID-19 и охраны здоровья населения.

    Как сообщили в пресс-службе партии, ПЕА призывает всех своих членов соблюдать требования карантинного режима и не совершать действий, которые могут создать угрозу для здоровья населения.

    Ранее сообщалось, что организация президентом Национальной академии наук Азербайджана (НАНА), академиком Рамизом Мехтиевым свадьбы для своей внучки на даче в поселке Новханы с участием большого количества гостей вызвала общественный резонанс. На торжестве присутствовали заместитель исполнительного секретаря партии “Ени Азербайджан” (ПЕА), депутат Сиявуш Новрузов и его супруга – омбудсмен Сабина Алиева.

    В связи с пандемией COVID-19 в Азербайджане объявлен особый карантинный режим: запрещено проведение массовых мероприятий, в том числе свадеб. В отношении граждан, организующих подобного рода массовые мероприятия, а также их участников применяются штрафные санкции.

  • YAP karantin qaydalarını pozan Siyavuş Novruzova töhmət verdi

    COVID-19 pandemiyasının yayılması və əhalinin sağlamlığının qorunması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ qərargahın tətbiq etdiyi karantin rejiminin tələblərini kobud surətdə pozduğuna görə Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzova töhmət elan edilib.

    Bu barədə Mətbuat xidmətindən məlumat verilib.

    Məlumatda bildirilib ki, Yeni Azərbaycan Partiyası partiyanın bütün üzvlərini tətbiq edilən zəruri karantin rejiminin tələblərinə əməl etməyə, əhalinin sağlamlığına təhlükə yaradan əməllərə yol verməməyə çağırır.

  • Karantini pozaraq, özünə dəbdəbəli ad günü keçirən müğənni cəzalandırıldı – RƏSMİ + VİDEO

    Ötən gün sosial şəbəkələrdə xüsusi karantin rejiminin tələblərini pozaraq Sumqayıt şəhərindəki “Amore” restoranında müğənni Nüşabə Musayevanın özünə ad günü şənliyi keçirməsi barədə məlumat yayılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aparılan araşdırmalarla qeyd olunan məlumat təsdiqini tapdığından İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq restoranın sahibi Oqtay Mirzəyev 3000 manat, müğənni Nüşabə Musayeva və onun ad günü şənliyində iştirak edənlərin hər biri isə 200 manat məbləğində cərimə ediliblər.

  • Завтра в Азербайджане местами будет дождливо

    Национальная служба гидрометеорологии Министерства экологии и природных ресурсов обнародовала прогноз погоды в Азербайджане на 23 августа.

    Завтра в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, местами кратковременные дожди, прогнозируется порывистый северо-западный ветер.

    Температура воздуха на Абшероне составит ночью 18-20, днем – 21-24, в Баку ночью – 18-20, днем – 21-23 градуса тепла.

    Атмосферное давление – 758 мм ртутного столба, относительная влажность – 70-80%.

    На северных пляжах полуострова (Сумгайыт, Новханы, Пиршаги, Нардаран, Бильгя, Загульба) температура морской воды составит 22-23, на южных (Тюркан, Говсан, Сахиль, Ших) – 23-24 градуса тепла.

    В некоторых горных районах Азербайджана завтра вечером ожидаются грозы, местами дожди, град, порывистый западный ветер.

    Температура воздуха составит ночью 17-20, днем – 22-26, в горах ночью – 4-7, днем – 7-11 градусов тепла.