Month: August 2020

  • Ölkəyə mal gətirilməsi qaydaları sərtləşdirildi – RƏSMİ

    Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edib.

    Qaydaya əsasən, “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda aşağıdakı dəyişikliklər edilib:

    1.1. 1.5-ci bəndin ikinci cümləsindən “ən azı” sözləri çıxarılsın və həmin bəndə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin: “Fiziki şəxs tərəfindən gömrük sərhədindən keçirilən eyni və (və ya) eynicinsli malların miqdarı 2-dən çox olduqda, güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçiriləcək malların 2-dən çox olan miqdarı bu bənddə göstərilən 2 xüsusiyyətlər əsasında gömrük orqanları tərəfindən müəyyən edilir və müəyyən edilmiş miqdardan artıq keçirilən eyni və (və ya) eynicinsli mallara görə bu Qaydaların 2.1.2-ci və 2.1.4-cü yarımbəndlərində nəzərdə tutulmuş hədlər nəzərə alınmadan gömrük ödənişləri ödənilir.”;

    1.2. 2.1.2-ci və 2.1.4-cü yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

    “2.1.2. bu Qaydaların 2.1.1-ci yarımbəndində göstərilən mallar istisna olmaqla, Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra – gömrük ərazisi) hər təqvim ayı ərzində bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar;” 2.1.4. beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən, ümumi gömrük dəyəri 300 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar;”;

    1.3. 2.3-cü bənd aşağıdakı redaksiyada verilsin: “2.3. İki ildən az olmayaraq Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət etmiş Azərbaycan Respublikasının diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən hərbi qulluqçular tərəfindən müvafiq olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən dövlət orqanı tərəfindən xarici ölkəyə ezam olunmuş əməkdaşın təyinat və geri çağırılma əmrlərinin təsdiq olunmuş surətləri gömrük orqanına təqdim edilməklə, onların xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın, o cümlədən ümumi gömrük dəyəri 40 000 ABŞ dollarının ekvivalenti məbləğindən və mühərrikin həcmi 3000 kubsantimetrdən artıq olmayan bir ədəd avtonəqliyyat vasitəsinin (avtonəqliyyat vasitəsinin dəyərinin ödənilməsi haqqında sənəd, avtonəqliyyat vasitəsinin bir il müddətində özgəninkiləşdirilməməklə sahibliyi, həmçinin avtonəqliyyat vasitəsini idarə etmək hüququ istisna olmaqla üzərində digər sərəncam verməmək barədə avtonəqliyyat vasitəsi sahibinin öhdəliyinə dair sənəd təqdim olunmaqla) gömrük ərazisinə gətirilməsinə görə gömrük ödənişləri tutulmur.

    Gömrük ödənişləri tutulmayan avtonəqliyyat vasitələrinin göstərilən müddətdə özgəninkiləşdirilməsinə həmin avtonəqliyyat vasitələri üçün qanunvericilikdə nəzərdə tutulmuş gömrük ödənişlərinin ödənilməsi şərtilə yol verilir;

    1.4. 3-cü hissənin adından “yazılı formada” sözləri çıxarılsın;

    1.5. 3.3-cü bənddə “yazılı” sözü “gömrük sərhədinə gətirilənədək əvvəlcədən elektron formada və ya gömrük sərhədinə gətirildikdən sonra yazılı (kağız üzərində və ya elektron)” sözləri ilə əvəz edilsin;

    1.6. 3.7-ci bənd aşağıdakı redaksiyada verilsin: “3.7. Fiziki şəxslər istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları gömrük sərhədindən əl yükündə və (və ya) müşayiət edilən baqajda keçirdikdə və həmin malın gömrük dəyəri bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş həddən artıq olduqda, alan və ya göndərən şəxs və ya onların səlahiyyətli nümayəndəsi tərəfindən sadələşdirilmiş bəyannamə həmin mal gömrük sərhədinə gətirilənədək əvvəlcədən elektron formada və ya mal gömrük sərhədinə gətirildikdən sonra yazılı (kağız üzərində və ya elektron) formada malların gömrük orqanına təqdim edilməsi ilə eyni vaxtda verilir. Həmin mallar üçün gömrük ödənişləri gömrük rəsmiləşdirilməsi aparılan günə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla hesablanır və yalnız bank, poçt və ya ödəniş kartı vasitəsilə fiziki şəxs tərəfindən elektron ödəmə sistemindən istifadə edilməklə gömrük orqanlarının hesabına köçürülür.”;

    1.7. 3.9-cu bənddə “və ya onun” sözləri “, daşıyıcı şirkət, poçt rabitəsi operatoru və ya onların” sözləri ilə əvəz edilsin;

    1.8. 3.10-cu, 3.11-ci və 3.18-ci bəndlər aşağıdakı redaksiyada verilsin: “3.10. Müşayiət olunmayan baqajda bu Qaydaların 3.11-3.14- cü bəndlərində nəzərdə tutulan qaydada gətirilən yetkinlik yaşına çatmayan şəxsə aid olan mallar üzrə gömrük rəsmiləşdirilməsi ilə bağlı münasibətlər həmin bəndlərin tələbinə uyğun olaraq, onun valideynləri, övladlığa götürənləri, qəyyumları, himayəçiləri, yaxud göstərilən şəxslərin etibarnamələri əsasında hərəkət edən başqa fiziki şəxslər tərəfindən həyata keçirilir. 3.11. İstehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, fiziki şəxsin adına daşıyıcı şirkət vasitəsilə göndərilən malların və ya Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunmayan beynəlxalq poçt 4 göndərişlərinin gömrük dəyəri bu Qaydaların 2.1.4-cü yarımbəndi ilə müəyyən edilmiş həddən çox olduqda, malların gömrük rəsmiləşdirilməsi alan və ya göndərən şəxs və ya onların səlahiyyətli nümayəndəsi tərəfindən gömrük orqanına sadələşdirilmiş elektron bəyannamə təqdim edilməklə həyata keçirilir. Həmin mallar üçün gömrük ödənişləri gömrük rəsmiləşdirilməsi aparılan günə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla hesablanır və yalnız bank, poçt və ya ödəniş kartı vasitəsilə fiziki şəxs tərəfindən elektron ödəmə sistemindən istifadə edilməklə gömrük orqanlarının hesabına köçürülür. 3.18. Təqdim olunan bəyannamə bəyannaməçi və ya bu Qaydalara əsasən səlahiyyəti olan digər şəxs tərəfindən imzalanmalı və gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının məsul şəxsi tərəfindən şəxsi nömrəli möhürlə və imzası ilə təsdiq edilməlidir.”;

    1.9. Qaydalara 1 nömrəli əlavə – “Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların Siyahısı” üzrə:

    1.9.1. 6-cı hissəyə “valyuta” sözündən əvvəl “xarici” sözü əlavə edilsin;

    1.9.2. aşağıdakı məzmunda 8-ci və 9-cu hissələr əlavə edilsin: “8. 20000 (iyirmi min) manat və ondan yuxarı məbləğdə olan nağd milli valyuta (kağız və metal pul nişanları) və milli valyutada ifadə olunan qiymətli kağızlar.

    9. Səfər zamanı fiziki şəxslər tərəfindən, həmçinin poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları.”.

    Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

  • Армяне обстреляли село Агдам

    ВС Армении обстреляли село Агдам Товузского района Азербайджана.

    Как передает АПА, в результате обстрела поврежден дом жительницы села Лачин Багировой.

  • Düşmən Ağdam kəndini atəşə tutdu


    Ermənilər Tovuzun Ağdam kəndini atəşə tutublar.

    APA-nın xəbərinə görə, güllələr kənd sakini Bağırova Laçın Zaman qızının evinə və həyətinə düşüb.

    Yaşayış evinə ziyan dəyib.

  • Bakıdan unikal yolla qaçış baha başa gəldi: Rayon qeydiyyatlı vətəndaşların…

    Karantin qaydalarını pozaraq postu keçmək istəyənlər saxlanılıb.

    Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən avqustun 21-də Qaradağ rayonu Ələt qəsəbəsinin ərazisində karantin rejimi ilə əlaqədar qurulmuş postda Astara rayon sakini R.İsgəndərovun idarə etdiyi “Mercedes” markalı mikroavtobus saxlanılıb.

    Yoxlama zamanı R.İsgəndərov və sərnişini Şabran rayon sakini A.İsayevin Bakı şəhər sakini olan yeddi nəfər sərnişinə pul müqabilində müxtəlif rayon qeydiyyatlı vətəndaşlara məxsus şəxsiyyət vəsiqəsi verərək, onları rayon istiqamətinə postdan keçirməyə cəhd etməsi müəyyən edilib.

    Qeyd edilən yeddi nəfər barəsində İXM-in 211.1-ci maddəsi ilə protokol tərtib edilib, R.İsgəndərov və A.İsayev isə araşdırmalar aparılması üçün Qaradağ Rayon Polis İdarəsi 11-ci Polis Bölməsinə təhvil verilib.

  • Лала Шовкет прооперирована

    Лидер Либеральной партии Азербайджана Лала Шовкет сегодня была прооперирована, операция прошла успешно.

    Об этом АПА сообщил ее сын Сидги Шовкет.

    По его словам, в настоящее время Лала Шовкет находится в реанимации: “Ее состояние соответствует протоколу”.

    Отметим, у Лалы Шовкет диагностировано наличие опухоли в толстой кишке.

  • Lalə Şövkət əməliyyat olundu

    Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət bu gün cərrahiyyə əməliyyatı olunub, əməliyyat uğurlu keçib.

    Bu barədə APA-ya açıqlamasında Lalə Şövkətin oğlu Sidqi Şövkət bildirib.

    S.Şövkətin sözlərinə görə, hazırda Lalə Şövkət reanimasiyadadır:

    “Vəziyyəti protokola uyğundur”.

    Qeyd edək ki, Lalə Şövkət yoğun bağırsağında olan şişdən əziyyət çəkirdi.

  • В Сальяне мужчина подозревается в убийстве жены

    В Сальяне мужчина задержан по подозрению в убийстве своей жены.

    Как сообщает АПА, инцидент произошел на почве семейного конфликта между жителем Сальяна Намигом Алиевым (1982 г.р.) и Бясти Сафаровой (1983 г.р.).

    Сотрудники полиции уже задержали Н.Алиева.

    По данному факту возбуждено уголовное дело, расследование продолжается.

  • Salyanda kişi arvadını amansızlıqla öldürdü – YENİLƏNİB

    Salyan sakini, 1982-ci il təvəllüdlü Əliyev Namiq Həmdulla oğlu həyat yoldaşı, 1983-cü il təvəllüdlü Səfərova Bəsti Yunis qızını ailə münaqişəsi zəminində iş yerində bıçaqla qətlə yetirib.

    APA-nın məlumatına görə, N.Əliyev polis tərəfindən saxlanılıb.

    Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

    * * * * *

    Salyanda ər arvadını qətlə yetirib.

    APA-nın məlumatına görə, Salyan sakini Əliyev Namiq Həmdulla oğlu həyat yoldaşı Səfərova Bəsti Yunis qızını ailə münaqişəsi zəminində öldürüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Ülvi Quliyev: “Abel Məhərrəmovun həmin məclisdə etdiyi çıxış da xeyir-dua sağlığı deyildi”

    “Dünən sosial şəbəkələrdəki paylaşımlar rekord qırırdı. Səbəbi isə o idi ki, yüksək vəzifəli və rəsmi statusu olan şəxslər toy məclislərinin qadağan edildiyi karantin dövründə təmtəraqlı toy məclisində iştirak ediblər. Tədbirdən çəkilən video-materiallar, təbii ki, insanların diqqətindən yayınmayıb. AMEA-nın prezidenti Ramiz Mehdiyevin nəvəsinin, sabiq deputat həmkarımız İlham Əliyevin övladının toy məclisindən yayılan videokadrlar xüsusi ictimai narazılıqla qarşılandı”.

    Bunu Unikal.org-a açıqlamasında deputat Ülvi Quliyev deyib.

    “Karantinlə bağlı Azərbaycan Hökumətinin müəyyən etdiyi qaydalar var və onlar qüvvədədir. Bu qaydalara görə toy və yas mərasimlərinin, kütləvi tədbirlərin keçirilməsi əhalinin sağlamlığı naminə müvəqqəti də olsa qadağan edilib. Bu qadağalara əməl etmək, kimliyindən asılı olmayaraq, hər kəsin vətəndaşlıq borcudur. Ola bilməz ki, sıravi vətəndaşdan bunu tələb edəsən, əməl etməyəni cəzalandırasan, vəzifəsi və imtiyazı olan şəxsə isə güzəştə gedəsən.

    Sosial ədalət, hamının qanun qarşısında bərabərliyi deyilən prinsiplər var. Əgər kimsə dünənki, bugünkü statusundan istifadə edib bu prinsiplərə kölgə salırsa, dövlətə və hakimiyyətə qarşı münasibətdə vətəndaşlara inamsızlıq və etibarsızlıq hissini aşılayırsa, belələri həm mənəvi, həm də hüquqi baxımdan məsuliyyət daşımalıdırlar. Klassiklərin bir deyimi var: cinayət var cəza yoxdur, cəza var cinayət yoxdursa, bu mizan-tərəzinin pozulması deməkdir. Belə ab-havanı cəmiyyətimizdə formalaşdırmağa çalışanlar mütləq sərt ictimai qınaqla üzləşirlər və üzləşəcəklər, qanun da öz yerində”.

    “Keçmiş deputat həmkarım, akademik Abel Məhərrəmovun həmin məclisdə etdiyi çıxış da xeyir-dua sağlığı deyildi, toy mərasimini siyasi tədbirə çevirmək təsirini bağışlayırdı.

    Azərbaycan dövləti qarşısında kimin nə kimi xidmətlərinin olduğunu cənab Prezident bilə bilər, qiyməti isə xalq verər. Abel müəllimin nə Prezidentin adından qiymət vermək, nə də xalqın adından danışmaq səlahiyyəti var.

    Həmkarım S.Novruzovun həmin toy məclisində iştirakına, bununla bağlı sonradan sosial mediada verdiyi açıqlamalara isə təəssüf edirəm.

    Azərbaycan dövlətinə, onun Qanunlarına, dövlətimizi təmsil edən Prezident cənab İlham Əliyevin yürütdüyü siyasətə bilərəkdən yaxud bilməyərəkdən kölgə salan, hakimiyyətə qarşı vətəndaşlarda etimadsızlıq yaradan hərəkətlər ictimai qınağa, hüquqi qiymətə məhkumdur. Başqa cür olmayacaq!”, – deyə millət vəkili bildirib.

  • Rasim Balayev: “Onlar cəmiyyəti, qanunları saymırlar, yoxsa nədir bunun adı?”

    “Qanun hamı üçün eyni olmalıdır”.

    Bunu APA-ya açıqlamasında Xalq artisti Rasim Balayev deyib.

    Xalq artisti bildirib ki, 5-10 nəfərlə məclis edənlər cərimələndiyi kimi, məmurlar, tanınmışlar da bunu edəndə cəzalandırılmalıdır:

    “Hər kəs qanuna əməl etməlidir. Dövlət adamları, rəsmi şəxslər cəmiyyətə nümunə olmalıdır. Amma bunu etmirlər. Onlar cəmiyyəti, qanunları saymırlar, yoxsa nədir bunun adı? Ona görə də baş verənlərə çox pis baxıram.

    Karantin qaydaları ya hamıya aid edilməlidir, ya da hər kəsə imkan verilməlidir ki, toyunu, yasını etsin. Ölkədə bu gün minlərlə adam övladının toyunu təxirə salıb. Toysuz gəlin gətirən minlərlə valideyn var. Bunlar adam deyil? Qanun hamı üçündür.

    Əgər vəzifəli şəxslər buna əməl etmirsə, sadə xalqdan da qanuna əməl etməyi tələb etmək olmaz. O şəxslər cəzalandırılmalıdır və cəzalandırılır”.