Month: August 2020

  • Siyavuş Novruzov toya getməsindən danışdı: “Mən kişiyəm”

    Deputat Siyavuş Novruzov AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etməsinə münasibət bildirib.

    S.Novruzov Unikal.org-a açıqlamasında dəvət edilən toya getməyin vacib olduğunu bildirib:

    “İnsan insandır. Dost dostdur, düşmən düşməndir. Bu ağsaqqal adamdır, akademiyanın prezidentidir, məni dəvət edib toyuna. Mən indi necə getməyim ora? Onda mən şərəfsizlik paltarını geyinməliyəm və camaatın arasına şərəfsiz kimi çıxmalıyam. Mən kişiyəm.”

  • Azərbaycan futbolunda kuryoz hadisə baş verdi

    Futbol üzrə Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində keçirilən “Sumqayıt” – “Keşlə” oyununda kuryoz hadisə baş verib.

    Futbolinfo.az xəbər verir ki, qonaqların heyətində Tərlan Quliyev 78-ci dəqiqədə Şəhriyar Əliyevin əvəzinə meydana daxil olub.

    Ancaq baş hakim Elçin Məsiyev matçın protokoluna əsasən müdafiəçini meydandan kənarlaşdırıb. Çünki Tərlan protokolda 3 nömrəli futbolkada qeyd edilsə də, oyuna 33 nömrəli forma ilə girib. Ehtiyat oyunçular skamyasında isə 3 nömrəli forma tapılmayıb. Əlacı kəsilən “Keşlə” tərəfi 33 nömrədəki üçlərdən birini ağ “skoç” ilə görünməz edib.

  • Завершился процесс перечисления единовременных выплат в размере 190 манатов

    Завершился процесс перечисления единовременных выплат по безработице в размере 190 манатов в 13 городах и районах Азербайджана, где действует жесткий карантинный режим.

    Как сообщили в Министерстве труда и социальной защиты, средства были перечислены на банковские карты, выданные в мае для получения гражданами единовременных выплат.

    “Единовременные выплаты охватили 272 000 безработных и малообеспеченных лиц, потерявших работу в период особого карантинного режима, которые при онлайн-обращении в апреле – мае указали в качестве фактического места проживания Баку, Джалилабад, Гянджа, Масаллы, Мингячевир, Сумгайыт, Евлах и Абшеронский, Бардинский, Геранбойский, Гейгельский, Хачмазский и Сальянский районы”, – отметил пресс-секретарь министерства Фазиль Талыбов.

    В целом перечислено 52 миллиона манатов. Ранее – в апреле и мае средства были выплачены 600 000 человек по всей стране, а в июле – 283 000 человек в 16 городах и районах.

  • Koronavirusa təkrar yoluxmanın səbəbi açıqlandı

    ABŞ-ın Massaçusets ştatında yerləşən ümumi profil üzrə xəstəxananın alimləri sübut ediblər ki, COVID-19 xəstəsi olan insanların orqanizmində sitokinlərin yüksək miqdarı SARS-CoV-2-yə qarşı davamlı immunitetin inkişafının qarşısını alır.

    Alimlərin yazdığı məqalə “Cell” jurnalında dərc edilib.

    Təhqiqatçılar COVID-19-dan vəfat edən şəxslərin dalağını və limfa düyünlərini araşdırarkən məlum olub ki, bu orqanlarda davamlı immun reaksiyasının ayrılmaz hissəsi olan hermenativ mərkəzlər mövcud deyil.

    Onlarda anticisim istehsal edən B-hüceyrələri yetişir. Bu hüceyrələr immun yaddaşının uzunömürlü hüceyrələrinə çevrilir. B-hüceyrələri sayəsində orqanizm yenidən yoluxduğu təqdirdə patogeni tez və effektiv şəkildə müəyyənləşdirərək ona hücum edir.

    COVID-19-un ağır mərhələsi zamanı köməkçi hüceyrələrin meydana gəlmədiyi məlum olub. Bu, immunitet reaksiyasında iştirak edən sitokinlərin- siqnal molekullarının çox olması ilə əlaqədardır. COVID-19-un ağır hallarında adətən herminativ mərkəzlərin meydana gəldiyi yerlərdə çox miqdarda sitokin TNF aşkar edilib.

    Bu o deməkdir ki, anticisimlər insanları nisbətən qısa müddət ərzində qoruya bilsələr də, bəzi sağalmış insanlar bir neçə aydan sonra yenidən və bir neçə dəfə SARS-CoV-2-yə yoluxa bilərlər.

  • Hafiz Hacıyev: “Ramiz Mehdiyev və orada çıxış edənlər həbs olunmalıdırlar”

    “Ramiz Mehdiyevin nəvəsinə karantin vaxtı toy etdiyini eşidəndə və məclisdən videonu görəndə bir daha əmin oldum ki, onun barəsində bu günə qədər dediklərimdə yanılmamışam”.

    Bu sözləri Reportyor.info-ya Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinə toy etməsi, həmin məclisdə vəzifəli şəxslərin iştirak etməsi barədə danışarkən bildirib.

    H.Hacıyev qeyd edib ki, R.Mehdiyev ölkədə dövlət içində “dərin hökumət” yaradır və prezidentə xəyanət edir:

    “Mən həmişə bunu deyirdim və bu gün baş verənlər sözlərimi növəbti dəfə təsdiqlədi.

    Üstəlik, keçmiş rektor Abel Məhərrəmovun ona yaltaqlanmasını, ucuz, yersiz sözlər deməsini, tost söyləməsini görəndə çox üzüldüm. Biz Qərbi azərbaycanlılar bu cür məddahlığı bəyənmirik. Bu məclisdə Ramiz Mehdiyev prezidentə hörmətsizlik göstərib, qanunları saymadığını nümayiş etdirib”.

    MMP sədri deyib ki, kimsə 5-10 nəfərlə nişan keçirəndə, yaxud ad günü təşkil edəndə dərhal həmin məclisin təşkilatçıları və iştirakçıları saxlanılır, inzibati qaydada məsuliyyətə cəlb olunur, cərimələnir:

    “Mən istərdim ki, bizim hüquq-mühafizə orqanlarımız bu məsələyə göz yummasınlar. Xahiş edərdim ki, hörmətli Baş prokuror Kamran Əliyev və Daxili İşlər naziri cənab Vilayət Eyvazov göstəriş versinlər, ciddi tədbir görülsün.

    Hesab edirəm ki, Ramiz Mehdiyev və orada çıxış edənlər həbs olunmalıdırlar. Həmin toy mərasimində bütün karantin qaydaları pozulub, heç bir sosial məsafə gözlənməyib, üstəlik, toy keçirilməsi Nazirlər Kabinetinin qərarı ilə qadağan edilib. Həmin məclisin təşkilatçıları və iştirakçıları demək istəyirlər ki, biz dövlət rəhbərini, Azərbaycanın qanunlarını saymırıq”.

    H.Hacıyev əlavə edib ki, bu hadisə xalqı prezidentin üstünə qaldırmağa hesablanmış təxribatdır:

    “Cənab prezident həmin şəxslər barəsində tədbir görməlidir. Məclisdə olanlardan vəzifədə olanı işdən azad edilməlidir. Vəzifədə olmayanlar isə prezidentə qarşı oyunda yer alanlardır.

    Bu, Ramiz Mehdiyevin dövlət başçısını saymamasıdır, mənəm-mənəmlikdir, heç kəslə hesablaşmıram, “mafiya babasıyam” deməkdir, “Eldar Həsənov da mənimlədir” mesajıdır. Mən bundan qabaq da müsahibəmdə bildirmişdim ki, Ramiz Mehdiyevin çöldə qalması cinayətdir. Yəni, onu dindirsələr, nə oyun qurduğu üzə çıxacaq.

    Əks halda belə fikir formalaşacaq ki, ölkədə qarışıqlıq yaratmağa hazırlaşır. Belə çıxır ki, qanun kasıb üçündür. Necə olur ki, prezident bütün qaydalara əməl edir, amma bu adamlar qanunları saymırlar. Bu gedişlə biz partiya olaraq Ramiz Mehdiyevin təxribatçı hərəkətlərinə etiraz olaraq icazəli aksiyalara başlamalı olacağıq”.

  • Названы сроки завершения пандемии COVID-19

    Всемирная организация здравоохранения рассчитывает, что пандемия COVID-19 завершится менее чем за два года.

    Как передает Report, об этом заявил на брифинге генеральный директор организации Тедрос Адханом Гебрейесус.

    “В нашей ситуации есть большее количество технологий. При больших связях вирус быстрее распространяется, но у нас есть технологии, чтобы его остановить. Так что у нас есть недостаток в виде глобализации и большей взаимосвязи, но есть и преимущество в технологиях. Так что мы надеемся завершить данную пандемию менее чем за два года”, – заявил он, оценивая ситуацию с COVID-19 и эпидемией “испанского” гриппа в 1918 году.

  • ÜST COVID-19-un nə zaman bitəcəyini açıqladı

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirus (COVID-19) pandemiyasının iki ildən az müddətdə bitəcəyini gözləyir.

    “Report” xəbər verir ki, bu barədə ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

    “Hazırki dönəmdə daha çox texnologiyalar mövcuddur. Virus sürətli yayılır, ancaq onu dayandırmaq üçün texnologiyamız var. Buna görə iki ildən az müddətdə bu pandemiyanı bitəcəyinə ümid edirik”-deyə, o bildirib.

    Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirusu pandemiya elan edib.

  • Ağstafada avtomobil qəzası olub, xəsarət alanlar var

    Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, Ağstafa rayon ərazisində baş verən yol qəzası nəticəsində biri az yaşlı olmaqla iki nəfər xəsarət alıb.

    Onlar Ağstafa rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

    Hadisənin təfərrüatları araşdırılır.

  • Biləsuvarda üç avtomobil toqquşub

    Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar şəhərində, Mərkəzi Poçtun qarşısında qeydə alınıb.

    Qəza zamanı iki “VAZ – 2107” və “Mercedes” markalı minik avtomobilləri toqquşub.

    Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

    Faktla bağlı araşdırma aparılır.

  • Уголовное дело по факту убийства Нармин Гулиевой находится на особом контроле генпрокурора – ОФИЦИАЛЬНО

    Уголовное дело по факту умышленного убийства жительницы села Дондар Гушчу Товузского района Нармин Гулиевой, расследуемое в Следственном управлении Генеральной прокуратуры, находится на особом контроле генпрокурора.

    Как передает Median.Az, на странице надзорного ведомства в Instagram отмечается, что оперативно-следственные мероприятия по делу продолжаются.

    Общественность будет подробно проинформирована о результатах расследования.//oxu.az