Sosial şəbəkələrdə 18 yaşlı qızın məktəblilər tərəfindən növbə ilə döyülməsinin görüntüləri yayılıb. Kadrlar Rusiyada çəkilib.
“Lenta dna” “Telegram” kanalının məlumatına görə, gənc qızda uşaq serebral iflici xəstəliyinin əlamətləri müşahidə olunub.
Month: August 2020
-
Gəlin toyundan əvvəl bəyi qarət edib tualetin pəncərəsindən qaçdı
Türkiyənin Çorum vilayətində gəlin bəyi qarət edərək qaçıb.
Sondakika.com xəbər verir ki, 22 yaşlı S.Ç. 27 yaşlı A.K.-nın 55 min lirə (12,820 AZN) pulunu mənimsəyib.Belə ki, evlənməyə qərar verən cütlüyün ailələri toydan bir gün əvvəl “başlıq pulu” üçün qıza 20 min lirə (4,662 AZN) verib və 35 min lirə (8,158 AZN) məbləğində bilərzik alıblar.
Qızıl mağazasından qayıdandan sonra qız özünü pis hiss etdiyini və xəstəxanaya getmək istədiyini deyib. Xəstəxanaya aparılan gəlin tualetin pəncərəsindən qaçıb.
Gələcək arvadının onu qarət etdiyini anlayan kişi polisə xəbər verib.
Hadisə ilə bağlı araşdırma başlayıb.
-
İran məscidlərdə Məhərrəmlik mərasimlərini qadağan etdi
İranın Koronavirusla Milli Mübarizə Komitəsi Tehran vilayətinin məscidlərində Məhərrəmlik mərasimlərini qadağan edib.
Tehran vilayəti Məscidlərinin Məsələlərin Araşdırılması üzrə Mərkəzinin Məlumatına görə, bu qadağa İranın Koronavirusla Milli Mübarizə Komitəsinin qərarlarının yerinə yetirilməsi ilə əlaqədar məscidlərin qapalı məkan olduğu üçün qəbul olunub.Bundan başqa, açıq məkanları olan məscidlərdə matəm mərasimlərinin keçirilməsi səhiyyə protokolları əsasında keçirilə bilər.
-
Зять Рамиза Мехтиева и сват экс-депутата арестованы на 15 суток – ОБНОВЛЕНО + ФОТО/ВИДЕО
Решением суда Абшеронского района сват экс-депутата Ильхама Алиева Ровшан Мустафаев арестован в административном порядке на 15 суток, передает корреспондент Oxu.Az из зала суда.
* * * * *
В настоящее время проходит суд над сватом экс-депутата Ильхама Алиева (зять президента НАНА Рамиза Мехтиева) Ровшаном Мустафаевым, передает корреспондент Oxu.Az из зала суда.
В своих показания сотрудник МВД сообщил, что в тот день, примерно в 23:00, он, находясь в служебном автомобиле патрульно-постовой службы на улице Гейдара Алиева в селе Новханы Абшеронского района, услышал звуки салюта.
По словам полицейского, перед дачей Ильхама Алиева было много машин. Сотрудников МВД внутрь не пустили. Они, в свою очередь, предупредили одного человека и уехали.
Сам Р.Мустафаев сказал, что никаких правил нарушено не было.
“На мероприятии я был с четырьмя членам своей семьи. Я был приглашен в качестве свата. Это была маленькая церемония обручения”, – сказал он.
* * * * *Решением суда Абшеронского района зять президента Национальной академии наук Азербайджана (НАНА), академика Рамиза Мехтиева – экс-депутат Ильхам Алиев арестован в административном порядке на 15 суток, передает Oxu.Az.


* * * * *Организовавший 18 августа свадьбу своей дочери экс-депутат Милли Меджлиса (парламента) Ильхам Алиев и его сват Ровшан Мустафаев доставлены в суд Абшеронского района, сообщает Oxu.Az.
Они предстали перед судом за нарушение правил карантинного режима.
Им предъявлено обвинение по статье 211.1 Кодекса об административных проступках.
Заседание проходит под председательством судьи Шовкет Наджафовой.
* * * * *
Проведение 18 августа свадьбы внучки экс-главы Администрации Президента Азербайджана, а ныне – президента Национальной академии наук, академика Рамиза Мехтиева Фидан Алиевой в период карантинного режима вызвало серьезный резонанс, сообщает Oxu.Az.
После того как в соцсетях и СМИ было размещено видео с этого торжества, в обществе начал обсуждаться вопрос о наказании нарушителей карантинного режима.
Зять Рамиза Мехтиева – бывший депутат Ильхам Алиев и его сват Ровшан Мустафаев будут доставлены в суд Абшеронского района. В их отношении примут меры в соответствии с законом.
Дополнительная информация будет предоставлена позже.
-
Ramiz Mehdiyevin kürəkəni və onun qudası 15 sutka həbs edildi – YENİLƏNİB + VİDEO
Abşeron Rayon Məhkəməsində Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevin qudası Rövşən Mustafayevə hökm oxunub.
Oxu.Az-ın müxbiri xəbər verir ki, o, 15 sutka inzibati həbs cəzası alıb.
* * * * *
Hazırda Rövşən Mustafayevin işi ilə bağlı məhkəmə prosesi keçirilir.
Oxu.Az-ın prosesdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, o, ifadəsində karantin qaydalarının pozulmadığını, kiçik ailə məclisi təşkil etdiklərini deyib:“Məclisdə dörd nəfər ailə üzvüm və onların qohumları olub. Mən məclisə quda kimi qonaq qismində dəvət olunmuşdum. Nişan məclisi idi”.
* * * ** *
Hazırda Rövşən Mustafayevin işi ilə bağlı məhkəmə prosesi keçirilir.
Oxu.Az-ın prosesdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, məhkəmədə DİN əməkdaşı ifadə verərək bildirib ki, həmin gün saat 23 radələrində Abşeron rayonu, Novxanı kəndində Heydər Əliyev küçəsində post patrul xidməti ilə hərəkətdə olarkən atəşfəşanlıq səsləri eşidilib.
Polis əməkdaşları tərəfindən atəşfəşanlıq dayandırılıb.
Onun sözlərinə görə, İlham Əliyevin bağ evinin qarşısında çoxlu maşınlar olub. Həyətə daxil olmağa polisə icazə verilməyib. Polislər bir nəfərə xəbərdarlıq edərək, həmin ərazidən uzaqlaşıblar.
Polislərin içəri daxil olmasına mane yaradılıb.
* * * * *
Abşeron Rayon Məhkəməsində Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevə hökm oxunub.
Oxu.Az-ın müxbiri xəbər verir ki, o, 15 sutka inzibati həbs cəzası alıb.



* * * * *Avqustun 18-də qız övladına toy mərasimi keçirən keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev Abşeron rayon məhkəməsinə gətirilib.
Oxu.Az-ın məlumatına görə, karantin rejiminin tələblərini pozduqları üçün məhkəmə qarşısına çıxarılıblar.
Onlar İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.1-ci maddəsi ilə ittiham olunurlar.
Prosesə hakim Şövkət Nəcəfovanın icraatında baxılır.
* * ** *
Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev və qudası Rövşən Mustafayev Abşeron Rayon Məhkəməsinə gətirilir.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu, avqustun 18-də sabiq deputatın öz bağ evində qızı Fidan Əliyeva üçün keçirdiyi toy mərasimi ilə bağlıdır.
Karantin qaydalarını pozduqları üçün cəmiyyətdə geniş müzakirələrə səbəb olan toy sahibləri barədə qanunamüvafiq formada ölçü götürüləcək.
Əlavə məlumat verəcəyik.
-
İctimai Televiziya Ramiz Mehdiyevin nəvəsinin toyundan sujet hazırladı – VİDEO

AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyundan yayılmış videogörüntülərlə bağlı müzakirələr səngimək bilmir.
Median.Az xəbər verir ki, İctimai Televiziya karantin günlərində baş tutmuş sözügedən qalmaqallı toyla bağlı tənqidi süjet hazırlayıb.Həmin süjeti təqdim edirik.//sfera.az
-
Karantin cəriməsini ödəməyən vətəndaşların nəzərinə – DYP məlumat yaydı
Son günlər sosial şəbəkələrdə pandemiya dövründə qaydaları pozanların cərimələrinin ləğv olunacağı ilə bağlı məlumatlar paylaşılır.
Median.Az parla.az-a istinadla xəbər verir ki, bu məsələyə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev münasibət bildirib. O qeyd edib ki, cərimələri qeyd edilən vaxtlarda ödəməyən şəxsləri məhkəmələr ictimai işlərə cəlb edə bilər:“Heç kim düşünməsin ki, bir müddət keçdikdən sonra onlar barəsində tətbiq edilən cərimələr silinə bilər”.
Kamran Əliyevin sözlərinə görə, pandemiya dövründə istər sürücülər, istər sərnişinlər, istərsə də piyadalar arasında qaydaları pozan kifayət qədər şəxslər olub. Onlar polis əməkdaşları tərəfindən aşkar edilərək barələrində cərimə tətbiq edilib. Cərimələnənlər arasında inzibati xətalar məcəlləsinin 211.2-ci maddəsinə uyğun, yəni “tənəffüs yollarını qoruyan xüsusi vasitələrdən müvafiq yerlərdə istifadə etməyənlər üstünlük təşkil edir. Kamran Əliyev bildirdi ki, heç kəs məsuliyyətdən azad oluna bilməyəcək.
Qurum rəsmisi onu da qeyd etdi ki, əgər həmin şəxslər 3 ay müddətində də cəriməni ödəmədikləri halda məhkəmələr tərəfindən onların 160 saatdan240 saatadək ictimai işlərə cəlb olunması haqda müvafiq qərar qəbul edilə bilər.
Xüsusi karantin rejimi qaydalarını pozub cərimə olunan şəxslərə tövsiyə olunur ki, həmin cərimə məbləğini vaxtında ödəsinlər.
-
Lotu Qulinin sifarişçisi kimdir və nə qədər ödəyib? – Şok təfərrüat

Bu gecə – 20 avqust saat 02 radələrində qanuni oğru Lotu Quli Türkiyənin Antalya şəhərinin Serik bölgəsində yerləşən otellərin birində qətlə yetirilib.
Axar.az xəbər verir ki, qətli “Xan Bakinski” qələbli Xaqan Dəyanət oğlu Zeynalov həyata keçirib.Əldə etdiyimiz məlumata görə, Xan Bakinskiyə sifarişi Rövşən Lənkəranskinin qohumu Zaur Əliağa oğlu Əhmədov verib. Qətlin icrası üçün Bakinskiyə 4 milyon dollar ödənilib.
İddiaya görə, qətl Rövşən Lənkəranskinin öldürüldüyü gün icra edilməli imiş. Belə ki, 18 avqust 2016-cı ildə İstanbulda qətlə yetirilmişdi. Onun avtomobili gülləbaran edilmişdi. Onun qətlinin sifarişçiləri sırasında Lotu Qulinin də adı çəkilirdi.
Qatil isə Qulini 18 avqustda öldürə bilməyib və sifarişi 19 avqust gecəsi yerinə yetirib.
Lotu Quli arxadan, boyun nahiyəsindən 4 güllə yarası alıb və xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.
16 may 1995-ci il təvəllüdlü, qubalı Xan Bakinski – Xaqan Zeynalov – kriminal aləmdə tanınmır. O, yalnız “Jora” ləqəbli Samir Fəqan oğlu İsmayılovun təqdimatı ilə Lotu Quli ilə tanış olub. Daha sonra isə Lotu Quli Xaqanı özünə mühafizəçi götürüb.
Hadisə baş verəndə Lotu Quli tanışları ilə qumar oynayırmış. Qumar masası arxasında “Odessa Nazir” kimi tanınan Nazir Bayram oğlu Əliyev olub. Həmçinin Qulinin yaxınları Samir İsmayılov, Polad Omarov, Tarzan Nazarov, Maqamed Kurbanov da hadisə yerində imiş, əsas şahidlərdir.
Lotu Qulinin mühafizəçisi olan Xaqan Zeynalov “şefini” güllələyəndən sonra qaçarkən onun arxasınca Tarzan Nazarov düşüb və dərhal atəş açaraq, Xaqanı yaralayıb.
Digər bir dəhşətli məqam isə odur ki, qətldən dərhal sonra Polad Omarovun mobil telefonuna naməlum nömrədən mesaj gəlib. Mesajda bildirilib:
“Böyük qardaşınızın axırı budur, sizi də bu aqibət gözləyir”.
-
Türk nazir Qara dənizdə tapılan qazın dəyərini açıqladı

Bu qazın (320 milyard kubmetrlik təbii qaz yatağı) iqtisadi dəyəri 65 milyard dollar dəyərində ola bilər.
Median.Az xəbər verir ki, bu sözləri Türkiyə Energetika və Təbii Sərvətlər naziri Fateh Dönməz deyib.O bildirib ki, tapılan rezerv 7-8 illik ehtiyacı qarşılaya bilər.
-
Lotu Quli dəfn edildi – Foto/Video
Ötən gün Türkiyənin Antalya şəhərində otellərdən birində qətlə yetirilən Lotu Qulinin dəfn mərasimi keçirilib.
Axar.az xəbər verir ki, N.Səlifovun nəşi İstanbulun Böyükçəkməcə hissəsində yerləşən “Kuba” məscidinə gətirilib və onun üçün cənazə namazı qılınıb.Bundan sonra onun nəşi Böyükçəkməcədə yerləşən qəbiristanlığa gətirilərək, torpağa tapşırılıb.