Month: August 2020

  • Millət vəkili: “Ramiz Mehdiyev istefa verməlidir”

    “Ramiz Mehdiyev istefa verməlidir”.

    Median.Az xəbər verir ki, bu fikri millət vəkili Etibar Əliyev sosial media hesabında bildirib.

    O, ötən günlərdə nəvəsinə toy məclisi təşkil etmiş AMEA-nın prezidenti Ramiz Mehdiyevə status həsr edib. Statusda deyilir:

    “Ramiz Mehdiyev pandemiya dövründə ölkənin karantin rejimi qaydalarını kobud surətdə pozduğuna görə AMEA-nın prezidenti vəzifəsindən dərhal istefa verməlidir. Bu hərəkət bütün AMEA əməkdaşları və digər vətəndaşlar üçün çox pis örnək və dövlətin qanunlarına birbaşa sayğısızlıqdır”.//oxu.az

  • В Азербайджане увеличилось число разводов

    В настоящее время в Азербайджане насчитывается более 2 100 000 семей.

    Об этом говорится в аналитическом отчете Государственного комитета по проблемам семьи, женщин и детей, посвященном ситуации, возникшей в семьях в связи с мерами социальной изоляции и в результате введения особого карантинного режима в стране в связи с пандемией COVID-19.

    Отмечено, что в Азербайджане, как и во всем мире, наблюдается уменьшение числа браков и рост числа разводов:

    “Если в 2011 году было заключено 88 145 браков, то в 2019 году этот показатель составил 63 869. Количество браков на каждые 1000 человек снизилось с 9,7 до 6,4. В 2011 году разводов было 10 747, а в 2019 году – 17 148. Количество разводов на каждые 1000 человек увеличилось с 1,2 до 1,7. Сегодня необходимо приложить все усилия для сохранения и дальнейшего укрепления института семьи”, – говорится в отчете.

  • Bakıda qapalı məkanda müştərilərə qəlyan təklif edən çay evi aşkar edilib – FOTO

    Qaradağ rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq qapalı məkanda müştərilərə qəlyan təklif edən çay evi aşkar edilib.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Qaradağ Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsi və 10-cu Polis Bölməsi əməkdaşları tərəfindən Lökbatan qəsəbəsində keçirilən tədbir zamanı “Park kafe” çay evində müştərilərə qapalı məkanda xidmət göstərildiyi və qəlyan verildiyi məlum olub. Obyektə baxış zamanı oranın sahibi və daha 13 nəfər müştəri xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılaraq Polis Bölməsinə gətiriliblər.

    Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib edilib və onlar məsuliyyətə cəlb ediliblər.

  • Новый посол Ирана прибыл в Азербайджан

    Новоназначенный посол Ирана в Азербайджане Сеид Аббас Мусави сегодня прибыл в нашу страну через Астаринский пограничный контрольно-пропускной пункт.

    Как сообщает АПА, в Баку А.Мусави встретили дипломаты посольства Ирана и представитель Верховного лидера в Баку Али Акбар Оджагнеджад.

    А.Мусави сменит бывшего посла Джавада Джахагирзаде.

  • İranın yeni səfiri Azərbaycana gəlib

    İranın Azərbaycana yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi Azərbaycana gəlib.

    Trend-in məlumatına görə, A.Musəvini Bakıda İran səfirliyinin əməkdaşları və Ali Liderin Bakıdakı nümayəndəsi qarşılayıb.

    Qeyd edək ki, A.Musəvi bundan əvvəl İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü işləyib.

  • В России произошел взрыв в жилом здании – ВИДЕО

    Взрыв газа произошел в жилом доме в городе Ярославле (РФ).

    Как сообщает ТАСС, в результате взрыва обрушились перекрытия между третьим и пятым этажами. Под завалами могут быть пострадавшие.

    Другие подробности и обстоятельства произошедшего уточняются. На месте работают экстренные службы и медики.

  • Rusiyada yaşayış binasında partlayış baş verib – VİDEO

    Rusiya Federasiyasının Yaroslavl şəhərində yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib.

    TASS-ın verdiyi məlumata görə, partlayış nəticəsində üçüncü və beşinci mərtəbələr arasındakı arakəsmə dağılıb. Dağıntılar altında insanların qaldığı ehtimal olunur.

    Hadisənin təfərrüatları dəqiqləşdirilir. Hadisə yerində fövqəladə hallar xidməti və təcili yardım nümayəndələri işləyir.

  • 190 manat birdəfəlik ödənişin verilməsi yekunlaşdırıldı

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon (Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax , Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan) üzrə 190 manat birdəfəlik ödənişlərin verilməsini başa çatdırıb.

    Nazirlikdən verilən məlumata görə, birdəfəlik ödəmə vəsaitləri həmin rayonar üzrə işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlı şəxsləri əhatə edib.

    Ödəniş aprel-may aylarında birdəfəlik ödəmə almaq üçün elektron qaydada müraciət edərkən qeyd etdiyi faktiki yaşayış ünvanı həmin 13 şəhər və rayona aid olan şəxslərə təyin edilib. Vəsait may ayında birdəfəlik ödəməni almaq üçün banklar tərəfindən onlara verilmiş kartlar üzrə hesablara köçürülüb.

    Ödəmə 272 min şəxsi əhatə edib və bunun üçün 52 milyon manat vəsait yönəldilib.

    Bu, artıq pandemiya dövründə dördüncü ödənişdir və bundan əvvəl isə aprel və may aylarında hər ay ölkə üzrə 600 min şəxsə, iyul ayında 16 şəhər və rayon üzrə 283 min şəxsə bu ödəmə edilib.

    Beləliklə, COVİD-19 dövründə yalnız bir dəstək istiqaməti – 190 manat birdəfəlik ödəmə proqramı üzrə yönəldilmiş vəsaitin ümumi həcmi 333 milyon manat təşkil edib.

  • В Огузе перевернулся автомобиль, трое пострадали

    В Огузском районе произошло дорожно-транспортное происшествие.

    Как сообщает северо-западное бюро Report, инцидент произошел на части дороги Исмаиллы-Гарамарьям-Шеки, проходящей через село Буджаг.

    Водитель не справился с управлением и автомобиль перевернулся. В результате трое находившихся в транспортном средстве лиц получили травмы различной степени тяжести. Пострадавшие доставлены в Центральную больницу Шекинского района.

    По факту ведется расследование.

  • Oğuzda avtomobil aşıb, 3 nəfər xəsarət alıb

    Oğuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonunun Bucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Artıq onlardan ikisinin ər-arvad olduğu müəyyənləşib. Bunlar 61 yaşlı Şamil Əsədov və onun həyat yoldaşı, 59 yaşlı Məlahət Əsədovadır.

    Faktla bağlı araşdırma aparılır.