Month: August 2020

  • 190 manat birdəfəlik ödəmənin verilməsinə başlanılıb – RƏSMİ

    Birdəfəlik ödəmənin (190 manat) verilməsinə başlanılıb.

    Bu barədə Əmək və Əhalinin Soisal Müdafəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov məlumat verib. O bildirib ki, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon üzrə birdəfəlik ödəmə (190 manat) almaq hüququ yaranan şəxslərə bu gündən etibarən vəsaitlərin verilməsinə başlanılıb:

    “Vəsait vətəndaşların may ayında birdəfəlik ödəməni almaq üçün banklar tərəfindən verilən kartlara köçürülür. Ödəmənin verilməsinin sabah gün ərzində tam olaraq yekunlaşdırılması planlaşdırılır.

    Qeyd edim ki, birdəfəlik ödəmə aprel-may ayları üzrə 190 manat almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi faktiki yaşayış ünvanı Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərinə və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarından olan 278 min işsiz və xüsusi karantin rejimində işini itirən qeyri-formal çalışan aztəminatlı şəxsləri əhatə edir”.

  • Su polisindən qeyri-qanuni balıqçılıq fəaliyyəti ilə məşğul olanlara XƏBƏRDARLIQ – VİDEO

    Müvafiq icazələri olmadan qanunsuz olaraq ov etməyə çalışan şəxslərə qarşı Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

    Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Belə ki, həyata keçirilən sonuncu tədbir zamanı Lənkəran şəhərində idarənin inzibati ərazisinə daxil olan “Qızılağac” Milli parkında qanunsuz olaraq quş ovlanmasının qarşısı polis əməkdaşları tərəfindən alınıb.

    Həmin şəxslərə məxsus motosikletlərə baxış zamanı müxtəlif ov alətləri və digər ləvazimatlar aşkar olunaraq, maddi sübut kimi götürülüb. Araşdırma zamanı aşkar edilən motosikletlərin heç bir sənədinin və qeydiyyat nişanlarının olmadığı üzə çıxıb.

    Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, brokonyerliklə məşğul olan şəxslərə qarşı da mütəmadi olaraq tədbirlər həyata keçirilir.

    Sonuncu belə tədbir zamanı Xəzər dənizinin Hövsan-Türkan istiqamətində qanunsuz balıq ovu ilə məşğul olan Suraxanı rayon sakinləri Həmid Aslanov və Bəhruz Hüseynov saxlanılıblar.

    Baxış zamanı həmin şəxslərdən qanunsuz balıq ovu ilə məşğul olan zaman istifadə etdikləri qayıq, tor, balıqovlama alətləri və qanunsuz olaraq tutduqları müxtəlif növ balıq aşkarlanaraq götürülüb.

    Qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən balıqçılıqla məşğul olan şəxslərlə mütəmadi olaraq profilaktik söhbətlər aparılır. Onlara müvafiq qərara əsasən sentyabr ayının 1-dək, ümumiyyətlə, balıq ovlanmasının qadağan olduğu barədə məlumatlar verilir.

    Həmçinin, balıqçılıqla məşğul olan şəxslərin diqqətinə çatdırılır ki, “ASAN Xidmət” Mərkəzlərində dövlət rüsumu ödəməklə kvotalar əldə edərək, müəyyənləşdirilən çəkidə və qaydalarda balıq tutmaqla məşğul olmaq mümkündür.

    Balıqçılar hansı növə aid balıqların tutulmasına icazə verildiyi barədə məlumatları isə Su Nəqliyyatında Polis İdarəsinə müraciət edərək, əldə edə bilərlər. Həmin şəxslərə xəbərdarlıq edilir ki, qeyri-qanuni balıqçılıq fəaliyyəti ilə məşğul olan, qanunsuz ov alətlərindən istifadə edən şəxslərə qarşı Cinayət və İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan qaydada cəza və cərimələr tətbiq ediləcək.

    Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən, həmçinin, qanun pozuntusuna yol verərək, Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da mübarizə, eləcə də, əməliyyat tədbirləri mütəmadi olaraq qətiyyətlə davam etdirilir.

  • COVID-19 peyvəndi vurulan könüllülərin səhhəti barədə məlumat verildi

    Rusiyanın “Rospotrebnadzor” Federal Xidməti koronavirus infeksiyasına qarşı sınaqdan keçirilən peyvənd barədə yeni məlumat yayıb.

    Alimlər vaksinin klinik tədqiqatını sentyabr ayında tam başa çatdırmağı planlaşdırırlar.

    Xatırladaq ki, sınaqlar 27 iyulda başlayıb.

    Birinci mərhələdə 14, ikinci mərhələdə isə 43 könüllüyə peyvənd vurulub.

    “Ridus” agentliyi rəsmi qurumlara istinadən xəbər verir ki, bütün könüllülər özlərini yaxşı hiss edirlər, əks təsirlər qeydə alınmayıb.

    Onlarda narahatlıq yaradan yeganə məqam ertəsi gün tamamilə yox olan iynə yerinin ağrısıdır.

    Qeyd edək ki, Rusiya avqustun 11-də dünyada ilk dəfə olaraq koronavirus vaksinini qeydiyyatdan keçirib. O, “Sputnik V” adını alıb.

  • Ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatdı

    I və IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatıb.

    Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, imtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın iki həftə ərzində elan olunması nəzərdə tutulur.

    İlkin məlumatlara əsasən bir nəfərin bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb. Üç nəfərdə isə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunublar.

    Avqustun 22-dən etibarən DİM-də imtahan protokollarının, cavab vərəqləri və kartlarının emalı aparılacaq.

  • Liseylərə elektron qeydiyyat başa çatdı

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki liseylərin V siniflərinə qəbul üçün elektron qeydiyyat başa çatıb.

    Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

    Qeyd edək ki, qeydiyyatdan keçirilən şagirdlər müvafiq liseylərə qəbul olunmaq üçün müsabiqədə iştirak edəcəklər. BŞTİ tərəfindən mərkəzləşdirilmiş qaydada təşkil olunacaq müsabiqədə şagirdlər ana dili, riyaziyyat və məntiqə aid test tapşırıqlarını yerinə yetirəcəklər.

    Müsabiqənin 25 avqustda təşkil olunması nəzərdə tutulur.

  • Реаниматологи пытаются вывести Навального из комы – ОБНОВЛЕНО + ВИДЕО

    Реаниматологи из столичных центров Бурденко и Пирогова делают все возможное, чтобы вывести Алексея Навального из комы, сообщил главный врач омской Больницы скорой медицинской помощи (БСМП-1) Александр Мураховский.

    “Реаниматологи совместно с коллегами из Бурденко и Пирогова делают все возможное для того, чтобы Навальный Алексей Анатольевич был выведен из комы”, – сказал А.Мураховский.

    Соответствующую видеозапись распространил минздрав Омской области.

    * * * * *

    Основной рабочий диагноз Алексея Навального – нарушение обмена веществ, которое спровоцировало резкое понижение уровня сахара в крови, сообщил главврач омской Больницы скорой медицинской помощи №1 Александр Мураховский.

    По его словам, омские и московские специалисты продолжают проводить исследования. Уже установлено, что у пациента не было инсульта, инфаркта или инфекционных поражений, в том числе коронавируса.

    * * * * *

    Исследования не выявили следов ядов в организме Алексея Навального, который находится в реанимации в омской больнице. Врачи не считают, что он был отравлен, сообщил 21 августа журналистам заместитель главного врача больницы скорой медицинской помощи (БСМП-1) Анатолий Калиниченко.

    “Ядов или следов их пребывания в организме не выявлено. Наверное, диагноз “отравление” остается где-то на подкорке нашего сознания. Но мы не считаем, что пациент перенес отравление”, – сказал А.Калиниченко.

    Он добавил, что диагноз медики уже поставили, но не будут разглашать его СМИ. “Мы имеем осложнения, мы имеем те состояния, которые у него есть – они полностью укладываются в ту структуру того диагноза, который мы поставили. Он был доведен до сведения жены и брата нашего пациента”, – сказал главврач.

  • Aleksey Navalnının bədənində zəhər aşkarlanmayıb – VİDEO

    Dünən təyyarədə halı pisləşən və təcili olaraq xəstəxanaya yerləşdirilən Rusiyanın müxalifət lideri Aleksey Navalnının bədənində zəhər aşkarlanmayıb.

    Bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadla xəbər yayıb.

    “İlkin versiya dəyişməyib, söhbət psixodisleptik zəhərlənmədən gedir. Daha dəqiq məlumatı həkimlərin diaqnozu və yekun rəyindən sonra vermək mümkün olacaq”, – deyə məlumatda bildirilib.

    Agentliyin həmsöhbətinin sözlərinə görə, Navalnının qəsdən zəhərlənməsi barədə məlumat olmadığı üçün hələlik cinayət işi açılmayıb. Səhhəti imkan verdiyi vaxt yoxlamanın bir hissəsi olaraq onun ifadəsi alınacaq.

    Xatırladaq ki, avqustun 20-də Moskvadan Tomska yollanan Navalnının halı təyyarədə kəskin pisləşib. Nəticədə, hava gəmisi Omsk şəhərində təcili eniş etmək məcburiyyətində qalıb.

    Həkimlərin ilkin ehtimalına görə, A.Navalnı güclü psixodisleptik olan və hallusinasiya yaradan oksibutirat natriumdan zəhərlənə bilərdi.

    Lakin bloqerin yerləşdirildiyi Omsk xəstəxanasının baş həkiminin müavini Anatoli Kaliniçenko onun orqanizmində zəhər, yaxud zəhərlənmənin əlamətlərinin aşkarlanmadığını bildirib.

    “Biz pasiyentin zəhərlənmə keçirdiyini hesab etmirik”, – deyə o vurğulayıb.

  • “Karantin qaydalarının pozulması ilə bağlı sosial şəbəkələrdə yayılan bütün toy görüntüləri araşdırılır”

    “Sosial şəbəkələrdə karantin qaydalarının pozulması ilə bağlı sosial şəbəkələrdə yayılan bütün görüntülər araşdırılır. Bu faktlar təsdiqini tapacağı təqdirdə həm restoran sahibi, həmçinin də o şənliyi keçirənlər barədə tədbir görüləcək”

    Nazirlər Kabinetinin (NK) qərarı ilə ölkəmizdə koronavirus pandemiyası dövründə toy, nişan mərasimlərinin keçirilməsi, eləcə də kütləvi toplaşmaq qadağan edilsə də, son günlər NK-nın bu qərarı kobud şəkildə pozulur. Mətbuatın yaydığı məlumata görə, hətta məmurlar arasında da övladına xeyir iş edənlər az deyil. Bu siyahıya şou-biznes əhli də daxildir. Bu gün isə daha bir müğənni, Nüşabə Musayeva məşhur restoranların birində özünə təmtərtaqlı ad günü şənliyi təşkil edib. Şənliyə müğənninin yaxınları dəvət edilib. Öz instaram hesabında ad gününü əks etdirən şəkil və videolar paylaşan müğənninin fotolarına baxdıqda məlum olur ki, həmin gün istirahət məkanında toy mərasimi də baş tutub.

    Şəkillərdə arxa fonda rəqs edən gəlinlik libasında olan gəlinin rəqsi buna sübutdur. Bir sözlə yayılan video və şəkillər ölkəmizdə koronavirus pandemiyası dövründə toy, nişan mərasimlərinin keçirilməsi qadağan olsa da, bu qadağalara məhəl qoyulmadığını təsdiqləyir. Sözsüz ki, bu hallar cəmiyyətdə ikrah hissi doğurur. Öz övladının toyunu karantinə görə təxirə salan sadə insanlar haqlı olaraq bu məsələyə irad bildirirlər. Sosial şəbəkə istifadəçiləri paylaşılan görüntülərin şərh bölümündə karantin qaydalarına nəzarətdə sosial bərabərsizliyin olduğunu qeyd edərək , polisin hansısa kənddə kiçik mərasim düzənləyən zaman müdaxilə edərək onları cərimələdiyini, məmurların, müğənnilərin və imkanlı şəxslərin keçirdiyi şənliklərə “gözün üstə qaşın var” deyənin olmadığını yazırlar. Sputnik Azərbaycan karantin dövründə toy və nişan, eləcə də ad günü mərasimlərinin təşkilinə nəzarət, eləcə də, bunun virusun yayılmasına təsirini araşdırıb.

    Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, karantin dövrü ilə bağlı verilən qərarların icrasına Operativ Qərərgah nəzarət etmir: “Nazirlər Kabinetinin karantinlə bağlı verdiyi qərarların icrasına nəzarət Daxili İşlər Nazirliyinin səlahiyyətindədir. Toy, nişan və ad günü mərasimləri ilə bağlı qərar saytımızdadır. Bu məsələ ilə bağlı siz Daxili İşlər Nazirliyinə müraciət edin”.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə karantin qaydalarının polzulması ilə bağlı sosial şəbəkələrdə yayılan bütün görüntülər araşdırılır. Bu faktlar təsdiqini tapacağı təqdirdə həm restoran sahibi, həmçinin də o şənliyi keçirənlər barədə tədbir görüləcək: “Polis əməkdaşları restoranın içərisinə keçə bilmir. Amma bu faktlar təsdiqini taparsa, mütləq tədbir görüləcək”. Qeyd edək ki, karantin qaydalarının məmurlar və cəmiyyətdə tanınmış şəxslər tərəfindən pozulması ictimaiyyət tərəfindən də birmənalı qarşılanmır.

    Millət vəkili Fəzail Ağamallı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, şəxsi həyat və ailə işlərinə müdaxilənin əleyhinə olsa da, karantin qaydalarının pozulmasını düzgün saymır: “Allah ailə quran gənclərimizi xöşbəxt etsin. Bu mənim dəyişilməz yanaşmam, prinsipal mövqeyimdir. Amma karantin qaydalarının pozulması halları varsa, araşdırılma aparılmalıdır. Azərbaycan qanunları, mövqeyindən, sosial durumundan asıl olmayaraq hər kəs üçün keçərlidir. Vəzifəli şəxslər, yaxud da vaxtıilə vəzifədə olan şəxslər hansıki Azərbaycanda kifayət qədər tanınmış insanlardır, onlar qanuna hörmət etmək və riayət etmək nümunəsini daşımalıdırlar, bunu hər kəsə göstərməlidirlər. Onlar bu məsələdə istisna ola bilməz. Əksinə cəmiyyətdə tanınan şəxslər bu məsələdə nümunə olmalı, insanlarda qıcıq yaratmamalı, hər bir vətəndaşla bərabər olmalıdırlar. Mənim bu məsələdə mövqeyim belədir”.

    Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, karantin dövründə toy və nişan mərasimlərinin, eləcə də təmtəraqlı ad günlərinin keçirilməsi koronavirusa yoluxma sayını artıracaq: “Yoluxma hadisələri arta bilər. Hər şeyi polis gücünə həll etmək olmaz. İnsanlar bu xəstəliyin ağırlığını, ölüm hallarını görüblər. Virusa yoluxma sayı da 500-dən aşağı düşüb. Aşağı düşməkdə də davam edir. Elə etmək lazımdır ki, bu say yenidən artmasın”.

    C. İsayev deyir ki, toy və nişan mərasimlərinin keçirilməsi insanların virusun varlığına inanmadığının nəticəsi deyil: “Əhalimiz virusa inanırlar. Sadəcə virusa yoluxma sayının azalması insanlarda arxayınlıq yaradıb. Amma insanlar fikirləşməlidir ki kimsə bu virusa yoluxmasın. Biz insanlara ziyan veririksə heç olmasa bura az adam dəvət etmək olar. Biz fikirləşməliyik ki, toya, ad gününə gələn insanlar arasında yanaşı xəstəlikləri olanlar ola bilər. Belə insanlar virusa da yoluxduqda xəstəliyi çox ağır keçirdirlər. Bu hətta ölümə belə gətirib çıxardır. Biz bunu polis gücünə buna nəzarət etməməliyik. İnsanlar özləri virusun olduğunu dərk edib bu cür yığıncaqlardan könüllü çəkinməlidirlər”. Qeyd edək ki, hazırda Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə ölkədə xüsusi karantin rejimi tətbiq edilir. /// sputnik.az

  • В Азербайджане началась выплата единовременного пособия в 190 манатов

    В Азербайджане началась выплата единовременного пособия в 190 манатов.

    Об этом сказал пресс-секретарь Министерства труда и социальной защиты населения (МТСЗН) Фазиль Талыбов.

    Он отметил, что с сегодняшнего дня начато осуществление единовременной выплаты (190 манатов) лицам, имеющим право на ее получение в 13 городах и районах, в которых введен ужесточенный особый карантинный режим: “Средства перечисляются на банковские карты, предоставленные в мае банками для получения гражданами единовременных выплат. В течение завтрашнего дня планируется полностью завершить процесс перечисления выплат.

    Отмечу, что единовременные выплаты охватывают 278 тысяч безработных и малообеспеченных лиц с неформальной занятостью, потерявших работу в период особого карантинного режима, которые при онлайн-обращении для получения единовременных выплат (190 манатов) в апреле-мае указали в качестве фактического места проживания города Баку, Джалилабад, Гянджа, Масаллы, Мингячевир, Сумгайыт, Евлах и Абшеронский, Бардинский, Геранбойский, Гёйгёльский, Хачмазский и Сальянский районы”.

  • Даже членам одной семьи нельзя сидеть близко друг к другу. МВД объясняет, как правильно сидеть в ресторанах

    Пользователи социальных сетей жалуются на то, что членам одной семьи, посещая рестораны под открытым небом, запрещается сидеть на расстоянии менее одного метра друг от друга. Однако, поделать с этим ничего нельзя. Закон в данном случае действительно запрещает сидеть рядом ближе, чем на расстоянии одного метра.

    «Ограничения распространяются на всех, включая членов одной семьи», – заявил Media.Az руководитель пресс-службы Министерства внутренних дел Азербайджана, полковник полиции Эхсан Захидов.

    Напомним, что Оперативный штаб при Кабинете министров Азербайджанской Республики снял с 18 августа ограничения на деятельность кафе и ресторанов под открытым небом. Согласно новым требованиям, объектом общественного питания на открытом воздухе считается территория, полностью открытая для воздушного потока не менее чем с трех сторон (без каких-либо конструкций и других конструктивных препятствий выше одного метра) или полностью открытая площадка (под открытым небом). При этом, расстояние между гражданами, которые сидят за одним столом, не должно быть меньше одного метра, а расстояние между столами должна составлять не менее двух метров.

    Эхсан Захидов добавил, что владельцы ресторанов проинформированы относительно введенных ограничений. «Сотрудники полиции контролируют ситуацию, ведут просветительскую работу с владельцами объектов общепита. Нарушители принятых правил будут нести административную ответственность», – сказал Э.Захидов.

    Отметим, что штрафы за отсутствие масок, несоблюдение социальной дистанции и других мер предосторожности для физических лиц составляют 100 манатов, должностных – 200 манатов, юридических – 400 манатов. Если данное нарушение повторится в течение года, то штрафы будут удвоены.