Month: August 2020

  • “Lotu Quli”ni öldürən “Xan” danışdı: “Onu heç vaxt sevməmişəm” – VİDEO

    “Lotu Quli”ni qətlə yetirən “Xan Əhmədlinski”nin görüntüləri yayılıb.

    Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nadir Səlifovu öldürən 25 yaşlı Xaqan Zeynalov və 26 yaşlı Əmir Əhmədli saxlanılıb.

    Lotu Qulini öldürməkdə şübhəli bilinən Xaqan Zeynalovun istintaqa ilkin ifadəsi məlum olub.

    O deyib: “Lotu Quli”ni heç sevmirdim. Onunla birlikdə böyümüşük. Onun mühafizəçisi idim. Ancaq heç vaxt onu sevməmişəm. Bu işi də sevməyə sevməyə görürdüm. Onu sevmədiyimə görə də öldürdüm”.

    Qeyd edək ki, hər iki şəxs Antalyada saxlanılıb.

  • Оглашаются последние данные по COVID-19 в Азербайджане – ПРЯМОЙ ЭФИР

    Оперативный штаб при Кабинете министров проводит 21 августа очередной брифинг для представителей СМИ.

    В пресс-конференции принимают участие завотделом Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB) Ягут Гараева, врач – инфекционист Центральной больницы нефтяников Фаррух Садиров, директор Джалилабадской центральной районной больницы Эльнур Азадханов и заведующий отделением реанимации Учебно-терапевтической клиники Азербайджанского медицинского университета Эмиль Гасымов.

  • Azərbaycanda koronavirus və karantin rejimi ilə bağlı son vəziyyət açıqlanır – CANLI YAYIM

    Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir.

    Brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva, Mərkəzi Neftçilər Xəstəxanasının hıəkim-infeksionisti Fərrux Sədirov, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanov və Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının reanimasiya şöbəsinin müdiri Emil Qasımov iştirak edir.

  • DİN-dən Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı AÇIQLAMA: “O toy deyil…” – VİDEO

    “Ona açıqlama verdilər, dedilər ki, toy deyil, mən haradasa oxudum. Kimsə çıxıb dedi ki, o toy deyil, bir neçə nəfərin iştirakı ilə olan toplantı olub”.

    Bunu Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi ilə bağlı yayılan görüntülər barədə “yeniavaz.com”a açıqlama verən Daxili İşlər Nazirliyinin mətbuat katibi Ehsan Zahidov deyib.

    Qeyd edək ki, avqustun 18-də Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib.

    Mərasim Novxanıda bağ evində baş tutub.

    Görüntülərdə Ramiz Mehdiyev də yer alıb.

    Mərasimdə Bakı Dövlət Universitetinin sabiq rektoru, akademik Abel Məhərrəmov Ramiz Mehdiyevin şərəfinə “tost” deyib.

  • “İştirak eləmişəm, düz eləmişəm…” – Siyavuş Novruzov Mehdiyevin nəvəsinin toyundan danışdı

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin toyu gündəmin əsas müzakirə mövzularından biridir. Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejimi tətbiq edilib, kütləvi tədbirlər, o cümlədən toylar qadağan olunub. Buna cəhd edənlər isə cəzalandırılıb.

    Bu baxımdan, Ramiz Mehdiyevin nəvəsinə toy etməsi ictimai müzakirələrə səbəb olub və akademik, eyni zamanda toya qatılanlar tənqid atəşinə tutulub.

    Həmin toyda Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov və həyat yoldaşı Ombudsman Səbinə Əliyeva da iştirak edib. Halbuki Siyavuş Novruzov xüsusi karantin rejiminin qaydalarının pozulması ilə bağlı cəzaların sərtləşdirilməsinin tələb edirdi.

    Yenisabah.az YAP-çı deputatla əlaqə saxlayaraq məsələyə aydınlıq gətirməyə çalışıb.

    – Siyavuş müəllim, Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyinizə görə tənqid hədəfinə gəlmisiniz…

    – O toy bütün qayda-qanunlara uyğun olaraq keçirilib. Yəni, Azərbaycan hökumətinin açıq havada oturmaqla bağlı qərarı var. O qərara əməl olunub.

    – Amma sosial şəbəkələrdə yayılan videodan görünür ki, mərasim açıq havada keçirilməyib və sosial məsafə gözlənilməyib.

    – Hamısı gözlənilib. Hər bir masanın arasında 3-4 metr məsafə var idi.

    – Videoda belə görünmür axı…

    -Ola bilər sizin videoda belə veriblər.

    – Bizim video deyil, toydan çəkilmiş videodur…

    – Bilirsiniz, iştirak eləmişəm, düz eləmişəm.

    – Siz demişdiniz ki, karantin qaydalarını pozmaqla bağlı cəzalar sərtləşdirilsin.

    – Bəli, bəli. Biz hamımız məsafəni gözləmişik. O videonu kim necə çəkib özü bilər. Mən boyda kişinin sözünü qoymusan, videoya inanırsan.

    – Video başqa yerdən çəkilməyib. İndi gözümüzlə gördüyümüzə inanmayaq?

    – Yox, yox. Mən çəkən kimdi onu da bilirəm. Əfqanıstanda “naçalnik razvetka”nın sədri işləmişəm. Onu da bilirəm, bunu da bilirəm. Hər şey orada gözlənilib, qayda-qanuna da əməl olunub.

    – Toy neçə saat çəkib?

    – Mən onu deyə bilmərəm.

    – Yaxşı, siz neçə saat iştirak eləmisiniz?

    – Mən onu necə deyim?! Qəzetlikdir bəyəm?! Neçə saat iştirak etməyim mənim işimdir.

  • Los-Ancelesdə ermənilərin azərbaycanlılara qarşı zorakılığına dair hesabat hazırlandı

    ABŞ-ın Los-Anceles şəhərində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən cinayətin araşdırılması məqsədi ilə Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin, “MG Consulting” şirkətinin və Şəffaflıq Azərbaycan təşkilatının təşəbbüsü ilə yaradılan beynəlxalq işçi qrupunun hesabatı hazırlanıb.

    APA-nın məlumatına görə, hesabatda 11 şahidin ifadələri yer alıb.

    Bildirilib ki, hesabatın hazırlanmasında şahid ifadələri, yüzlərlə foto və video görüntülər təhlil edilib: “Aksiyada 3000-5000 arası erməni iştirak etdiyi halda azərbaycanlıların sayı 60 nəfərdən çox olmayıb. Mitinq sakit başlasa da, sonradan təhlükəli hal alıb və azərbaycanlılar mitinq olan meydanı tərk etmək istəyərkən, ermənilər onları binaların arasında, dar keçidlərdə yaxalayaraq, təzyiq göstəriblər. Hücum zamanı müxtəlif alətlərdən istifadə edilib”.

    Hesabatda qeyd olunub ki, hadisə zamanı ümumilikdə 20-yə yaxın azərbaycanlı döyülüb, onlardan 7-nin aldığı xəsarət daha ağırdır: “Hücum zamanı bir neçə azərbaycanlının əmlakına zərər dəyib. Ermənilər Azərbaycan bayrağına qarşı təhqiramiz hərəkətlər ediblər, azərbaycanlılara qarşı qeyri-etik ifadələr işlədiblər. Eyni zamanda, mitinqdə ASALA terror təşkilatının emblemi həkk edilən köynək geyinmiş şəxslər da olub”.

    Hesabatın məqsədi ABŞ məhkəməsinin mövcud cinayətə hüquqi qiymət verməsini təmin etməkdən ibarətdir.

    Gələcəkdə də bu cür nifrət cinayətlərinin qarşısının alınması məqsədi ilə dünyanın bütün dövlətlərinə və onların Xarici İşlər nazirliklərinə hesabat göndəriləcək.

  • Nazirlikdə işdən çıxarılan vəzifəli şəxs haqqında yazılanlardan danışdı

    Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi – baş icra məmuru, baş ədliyyə müşaviri (ədliyyə general-mayoru) Nurəddin Mustafayev işdən çıxarılmasının səbəbi ilə bağlı yazılanlara münasibət bildirib.

    Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən N.Mustafayev yazılanların həqiqətə uyğun olmadığını bildirib:

    “Ədliyyə Nazirliyinə də müraciət edə bilərsiniz. Yazılanlar doğru deyil. Hər kəsdən xahiş edirəm ki, dedi-qoduya uymasınlar. Əgər məsələ deyildiyi kimi olsaydı, rəsmi münasibət bildirilərdi”.

  • 500 illik məscid məhv olmaq üzrədir: “Pulumuz yoxdur…” – FOTO

    Xaçmaz rayonunun Qaraqurdlu kəndindəki XV-XVI əsrlərə aid Şah Abbas məscid-mədrəsəsi baxımsızlıq ucbatından tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb. Kompleksə kənardan baxdıqda, ətrafının çəpərlə əhatəli olduğu və mühafizə altında saxlandığı görünür. Əslində isə daxili hissəsi ikimərtəbəli olan məscid-mədrəsənin tavanı çöküb. Bu isə onu göstərir ki, yaz və payız yağışları, həmçinin qışın qarı bu tarixi abidənin içərisinə tökülür. Sözsüz ki, belə təbii proseslər abidənin günü-gündən məhvinə aparır.

    Lent.az -ın əməkdaşı məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Xaçmaz rayonu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə əlaqə saxlayıb.

    Qurumdan verilən cavabda bildirilir ki, abidə xidmətin mühafizəsindədir:

    “Bilirik ki, abidə qəzalı vəziyyətdədir. Bu barədə lazımı qurumlara yazılı və şifahi məlumatlar verdik və büdcədən həmin abidə üçün yardım ayrılacağı deyilib”.

    Amma kompleksi təmir edib Xaçmaza gələn turistlərin diqqətinə təqdim etmək olar.

    Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyir ki, əslində Azərbaycanda bu tipli yüzlərlə abidə var. Əlbəttə ki, onların hamısı turizm potensiallı ola bilər:

    “Biz istəyərdik ki, onlar bərpa edilsin, qorunsun ki, turistlər də ora cəlb edilə bilsin. İndi siz dəqiq bir obyektin adını çəkirsiniz. Təbii ki, bu işlə bağlı məşğul olan konkret dövlət strukturları var.

    Biz özümüz də Dövlət Turizm agentliyi olaraq strukturumuza daxil olan səkkiz mədəni tarixi qoruğu daim diqqətdə saxlayırıq. Bunlar Yuxarı Baş, Kiş, Lahıc, Basqal, Xınalıq, Yanardağ, Atəşgah və sonuncu yaradılan Beşbarmaq qoruqlarıdır. Bizim bu qoruqlarda əsas iş prinsipimiz ondan ibarətdir ki, ilk növbədə, turist gəldi, ya da gəlmədi fərqi yoxdur, onları qoruyaq. Daha sonra həmin məkanların turizm potensialını inkişaf etdirək. Biz sistemli olaraq, tabeliyimizdə olan qoruqlarda bu işləri aparırıq. Hər bir qoruğumuzda konsepsiya hazırlanır və ona uyğun olaraq da işlər həyata keçirilir”.

    Şah Abbas məscid-mədrəsəsi Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülən daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında da qarşımıza çıxmadı. Amma həmin siyahıda Xaçmazın Piritəpə və Çobantəpə kurqanları, Şəhərgah, Təpəyatağı, Molla Burxan, Çileyir yaşayış yerləri, Dəyirmantəpə, Şiştəpə daxil olmaqla ümumilikdə 24 abidənin adı yer alıb.






  • Doğum haqqında şəhadətnamə, yoxsa şəxsiyyət vəsiqəsi? – VİDEO

    Artıq məktəbəhazırlıq qrupları üçün qeydiyyatdan keçən valideynlər məktəb seçiminə başladılar. Bu proses sentyabrın 14-dək davam edəcək. Qeydiyyatın başladığı cəmi üç gündür, amma valideynlər müəyyən çətinliklə üzləşiblər.

    ARB TV-nin efirində məsələ ilə bağlı maraqlı süjet yayımlanıb.

    Kimi “uşaq hələ balacadır, böyüyəndə alaram” deyib, kimi də “doğum haqqında şəhadətnaməsi var, uşaq üçün şəxsiyyət vəsiqəsi nə vacibdir?” fikrinə əsaslanaraq övladı üçün vəsiqə almağa tələsməyib. Amma uşağı beşyaşlıların məktəbəhazırlıq qrupuna yazdırmaq məqamı yetişəndə şəxsiyyət vəsiqəsinin tələb olunduğunu görüb çətin vəziyyətdə qalıblar.

    Ətraflı süjeti təqdim edirik:

  • Завтра в Азербайджане будет ветрено и дождливо

    Национальная служба гидрометеорологии Министерства экологии и природных ресурсов обнародовала прогноз погоды в Азербайджане на 22 августа.

    В Баку и на Абшеронском полуострове ожидается переменная облачность, порывистый северо-западный ветер.

    Температура воздуха на Абшероне составит ночью 21-24, днем – 26-28, в Баку ночью – 21-23, днем – 26-28 градусов тепла.

    Атмосферное давление – 755 мм ртутного столба, относительная влажность ночью – 60-70%, днем – 33-35%.

    На северных пляжах полуострова (Сумгайыт, Новханы, Пиршаги, Нардаран, Бильгя, Загульба) температура морской воды составит 22-23, на южных (Тюркан, Говсан, Сахиль, Ших) – 23-24 градусов тепла.

    В некоторых горных районах Азербайджана завтра вечером ожидаются грозы, местами дожди, град, порывистый западный ветер.

    Температура воздуха составит ночью 18-23, днем – 29-34, в горах ночью – 8-13, днем – 13-16 градусов тепла.