Month: August 2020

  • Sabahın havası: Leysan, dolu, külək

    Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

    Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 26-28, Bakıda gecə 21-23, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı – 752 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz olacaq.

    Abşeron çimərliklərində güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti təşkil edəcək.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə arabir güclü qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 18-23, gündüz 29-34, dağlarda gecə 8-13, gündüz 13-16 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 22-də Abşeron yarımadasında güclü şimal-qərb küləyi fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

  • Səyyar notariat xidməti ilə bağlı AÇIQLAMA

    Əgər vətəndaşlar səhhəti ilə bağlı yaranan problem səbəbindən notariat ofislərinə yaxınlaşa bilmirlərsə, onlara yerində səyyar xidmət göstərilməsi mümkündür.

    Bu barədə Ədliyyə Nazirliyi tərəfindən notariatın fəaliyyəti üzrə keçirilən canlı yayımda Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin məsləhətçisi Zaur Həsənov məlumat verib.

    Onun sözlərinə görə, bu kimi hallar nəzərə alınaraq notariat ofisləri bütün zəruri avadanlıqlarla təchiz olunub:

    “Əgər vətəndaşın səhhətində problem yaranarsa, notariat ofisinə getmək mümkün olmasa, bu halda notariat çantasının onun evinə gətirilərək, səyyar xidmət göstərilməsi təşkil oluna bilir. Səyyar “notariat çantaları” dedikdə isə elektron informasiya sisteminə birbaşa çıxış imkanı nəzərdə tutulur. Belə ki, əvvəlcədən bildiriş verən şəxslərə notariat evində səyyar xidmət göstərilir”.

  • Bağışlanan əmlak hansı hallarda geri alına bilər?- AÇIQLAMA

    Əmlakın bağışlanması əvəzsiz əqd olan bağışlama müqaviləsi ilə tənzimlənir.

    Bu barədə Azərbaycan Notariat Palatası İdarə Heyətinin sədri Hüseyn Məmmədov Ədliyyə Nazirliyi tərəfindən notariatın fəaliyyəti üzrə keçirilən canlı yayımda çıxışı zamanı deyib.

    Onun sözlərinə görə, bu məsələdə bir neçə istisna hallar mövcuddur.

    “Bağışlama üçün vacib olan hüquqi amillər var. Əgər bu amillərdən biri etibarsız olarsa, müqavilə ləğv edilə bilər. Burada iradə faktoru, mülkiyyətin qanuniliyi kimi məsələlər nəzərdə tutulur. Bağışlayan şəxs şüurlu şəkildə öz iradəsini düzgün ifadə edirsə, fəaliyyət qabiliyyətində hər hansı bir məhdudlaşma yoxdursa, həmin şəxs öz əmlakını əvəzsiz əqd olaraq qeyri şəxsə bağışlaya bilər.

    Lakin, həmin müqavilənin etibarsızlığına əsas verən səbəblər varsa, eləcə də mövcud faktlar məhkəmə qaydasında öz təsdiqini taparsa, bu halda həmin müqavilənin ləğvi tələb oluna bilər.

    Eyni zamanda hər iki tərəf könüllü şəkildə bağışlamanı ləğv etmək mövzusunda razılığa gələrsə, onlar arasında ləğv barədə saziş imzalanır. Və məhkəmə mübahisəsi olmadan mülkiyyət əvvəlki sahibinə qaytarılır”-, deyə H.Məmmədov qeyd edib.

  • Bakıda köhnə bina çəkiliş zamanı uçdu – VİDEO

    Paytaxtımızda gündən-günə ucalan çoxmərtəbəli, modern binalarla yanaşı, qəzalı vəziyyətdə olan tikililər də az deyil.

    Baku TV xəbər verir ki, NZS qəsəbəsində yerləşən, təxminən bir əsrə qədər yaşı olan, uçub-tökülən bina barəsində heç bir aidiyyəti qurum müvafiq tədbir görmür.

    Xətai Rayon İcra Hakimiyyətindən Baku TV-yə bildirilib ki, binanın qəzalı olmasından məlumatları var və bu barədə Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər.

  • Баку этого не заслужил: замусоренные парки столицы – ВИДЕО

    Пользователь социальных сетей Ругия Ашрафли возмущена засильем грязи и мусора в бакинских парках. Она разместила в Facebook видео, снятое ею в Нагорном парке столицы.

    “Знаете, в каком виде сейчас наши парки? В последние дни по утрам я вижу столько мусора, сколько не было за весь период карантина”, – пишет автор видео.

    Р.Ашрафли отмечает, что люди, оставившие в парке банки, бутылки и прочее, проигнорировали мусорный бак буквально в метре от себя.

  • Paytaxtın zibilli parkından VİDEO

    Sosial media istifadəçisi Ruqiə Əşrəfli Bakı parklarında olan çirkab və zibildən qəzəblənir.

    O, “Facebook” hesabında paytaxtın Dağüstu Parkında çəkdiyi videonu paylaşıb.

    “Bilirsiniz, indi parklarımız hansı vəziyyətdədir? Son günlər səhərlər parklarda bütün karantin dövründə olmadığı qədər zibil görürəm”, – deyə videonun müəllif yazıb.

    R.Əşrəfli qeyd edir ki, parkda yerə banka, şüşə və s. atanlar bir metr məsafələrində olan zibil qutusunu görmək istəmir.

  • На крупном проспекте в Баку ликвидировали круговую развязку – ФОТО

    В рамках ремонтных работ на улице Алияра Алиева в Наримановском районе Баку изменена схема движения транспорта.

    Как сообщили в Бакинском транспортном агентстве (БТА), учитывая многочисленные жалобы граждан и в соответствии с новым проектом, ликвидирована круговая развязка на пересечении указанной улицы с проспектом Зии Буниятова (под так называемым черметовским мостом).

    “Движение транспортных средств здесь регулируется посредством островков безопасности. Под мостом организовано одностороннее движение, установлены соответствующие дорожные знаки”, – сказали в БТА.


  • Bakıda yol dairəsi ləğv edildi – FOTO

    Bakının Nərimanov rayonu Əliyar Əliyev küçəsində aparılan təmir işləri çərçivəsində yol hərəkətinin təşkilində müəyyən dəyişikliklər edilib.

    Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, vətəndaşların çoxsaylı şikayətləri nəzərə alınaraq Əliyar Əliyev küçəsinin Ziya Bünyadov prospekti ilə kəsişməsi (Çermet körpüsünün alt hissəsi) Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən təhlil edilərək yenidən layihələndirilib:

    “Layihəyə əsasən, kəsişmədə yerləşən dairə ləğv edilib, nəqliyyat vasitələrinin hərəkəti adacıqlar vasitəsilə tənzimləndirilib, körpünün alt hissəsində hərəkət birtərəfli təşkil edilib və ərazidə müvafiq yol nişanları quraşdırılıb”.


  • Lotu Qulinin qətlinə görə saxlanılanların – Fotoları + Video

    Türkiyədə Lotu Qulini qətlə yetirməkdə ittiham olunan kriminal avtoritetlər – 25 yaşlı Xan Əhmədlinski (Xəqan Zeynalov) ilə 26 yaşlı Əmir Əhmədli polis şöbəsində ifadə verdikdən sonra Serik Ədliyyəsinə aparılıb.

    “Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, Xan Əhmədlinskinin ilk ifadəsi də yayılıb. Nadir Səlifovla birlikdə böyüdüklərini bildirən Zeynalov “Onu ümumiyyətlə sevmirdim. Birlikdə yaşayıb, birlikdə böyümüşük. Onun cangüdənliyini etmişəm, illər boyu dözmüşəm. Ondan xoşum gəlməyə-gəlməyə bu işi görürdüm. Buna görə də öldürdüm”- deyə bildirib.

    Xan cinayəti törətdiyi zaman Əmir Əhmədlinin onu çöldə maşında gözlədiyini sözlərinə əlavə edib.

    Qeyd edək ki, fotolarda hər iki şübhəlinin “branjilet” geyindiyi görünür.


  • Abel Məhərrəmov Ramiz Mehdiyevin nəvəsinin toyundan danışmaq istəmədi

    Mətbuatda Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasiminin keçirilməsi ilə bağlı video yayılıb. Görüntülərdə Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov Ramiz Mehdiyevin şərəfinə “tost” dediyi eşidilir:

    “Ramiz müəllim, biz sizin xidmətlərinizi çox böyük qiymətləndiririk. Çox böyük! Nəinki biz. Biz kimik ki? Xırda adamlarıq. Xalqımız çox böyük qiymətləndirir. Bu uğurlarımızın həyata keçirilməsində taktiki addımlara siz rəhbərlik etmisiniz”.

    Məsələ ilə bağlı “Report”un əməkdaşı A.Məhərrəmovdan münasibət öyrənmək üçün ona zəng edib.

    A.Məhərrəmov söhbət zamanı Ramiz Mehdiyevin nəvəsinin toy mərasimindən danışmaq istəmədiyini deyib:

    “Mən bu məsələ ilə bağlı danışmaq istəmirəm. Niyə məni narahat edirsiniz? Görüntülər yayılıb, yaxud yayılmayıb… Mən evdə istirahət edirəm. Sağ olun!”