Month: September 2020

  • Döyüşlər Füzulinin işğal edilmiş rayon mərkəzinə aparan yollarında gedir

    Dağlıq Qarabağda gərgin döyüşlər gün boyu davam edib.

    Səhər tezdən erməni işğalçı qüvvələrinin topçuları Azərbaycanın Tərtər şəhərinin mərkəzini vurub.

    Şəhər Hərbi Komissarlığına düşən mərmi nəticəsində bir neçə nəfər yaralanıb.

    Həmçinin Ermənistan silahlı qüvvələri vətəndaşlarımızın sıx məskunlaşdığı əraziləri ağır artilleriya atəşinə tutub, Füzuli rayonunun Horadiz kəndindəki yanacaqdoldurma məntəqəsinin yaxınlığına düşən mərmi qəlpələri nəticəsində 1990-cı il təvəllüdlü Rüstəmov Murad Tahir oğlu həlak olub. Daha üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

    Bu cinayət, dünən cəbhəyə yollanan erməni könüllülərini daşıyan avtobusun məhv edilməsinin intiqamına cəhd kimi də qiymətləndirilə bilər.

    Ümumilikdə isə, Tərtər şəhərinin mərkəzi, eləcə də Qapanlı, Şıxarx, Əskipara və Səhlabad kəndləri 30 sentyabr gününün birinci yarısı boyunca güclü atəşə məruz qalıb.

    Eyni zamanda, bu gün səhər saatlarında erməni işğalçı qüvvələri Ağdərədə mühasirənin qarşısını almaq məqsədi ilə Matagis istiqamətində əks-hücuma cəhd etdilər.

    Hücum Azərbaycan Silahlı Qüvvələrinin kütləvi artilleriya zərbələri nəticəsində dayandırılıb.

    Nəticədə döyüş əməliyyatlarını davam etdirən Azərbaycan silahlı qüvvələrinin bölmələri sentyabrın 30-u, günün sonunda daha da irəliləyərək əhəmiyyətli müşahidə nöqtəsi hesab olunan Tonaşen kəndinə yaxınlaşıb.

    Azərbaycan ordusunun birləşmələri işğal olunmuş Birinci ümum qoşun ordusunun Onuncu Dağ Atıcı diviziyasının Beşinci dağ atıcı alayının Ağdərə rayonun mərkəzində yerləşən qərargahına zərbələr endirib.

    Təxminən saat 16:00-da Ermənistan Silahlı Qüvvələri cəbhənin Tərtər istiqamətində bütün aktivliyini tamamilə dayandırıb.

    Füzuli və Cəbrayıl istiqamətində də ermənilərin əks hücum cəhdləri oxşar şəkildə uğursuz olub.

    Döyüşlər Füzulinin işğal edilmiş rayon mərkəzinə aparan yollarda gedir.

    Bu arada qeyd etmək lazımdır ki, təkcə bu gün saat 17:30-a qədər Azərbaycan Ordusunun bölmələri saat 17:30-dək düşmənin 2 ədəd “OSA-AKM” zenit-raket kompleksinin döyüş maşını, 1 ədəd BM-21 “Uraqan” yaylım atəşli reaktiv sistemi, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 4 ədəd “D-20” haubitsa-topu məhv edilib.

    Ümumilikdə 2 500 nəfərə yaxın əsgər və zabit, 130-dan çox tank və zirehli avtomobil, 200-dən çox top, minaatan və “Qrad” qurğusu, 25-dən çox hava hücumundan müdafiə sistemi, altı komanda qərargah mərkəzi və silah anbarı, 50-dən çox tank əleyhinə qurğu, 55 ədəd avtomobil və bir ədəd “S-300” Zenit Raket kompleksi məhv edilib.

  • “TRT Haber” cəbhə bölgəsindən süjet hazırlayıb – VİDEO

    Sentyabrın 27-si Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində döyüş əməliyyatları başlayandan Türkiyə kütləvi informasiya vasitələri bu mövzunu diqqətdə saxlayırlar.

    Bu gün “TRT Haber” Qarabağdan süjet hazırlayıb. Televiziyanın müxbiri cəbhə xəttində olub, orada baş verənləri obyektiv şəkildə işıqlandırıb.

    Həmin süjeti təqdim edirik:

  • Düşmənlə təmas xəttində raket qalıqları aşkarlandı

    Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Goranboy və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 17 (on yeddi) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən müraciətlər daxil olub.

    Bu barədə “Report”a ANAMA-dan bildirilir.

    Məlumata görə, daxil olmuş 18 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupu tərəfindən Ağdam rayonunun Üçoğlan və Sarıcalı kəndləri, Ağcabədi rayonunun Ağgöl, Minəxorlu, Arazbar və Köyük kəndləri, Füzuli rayonunun Bala Bəhmənli, Goranboy rayonunun Meşəli və Yenikənd kəndləri, Tərtər rayonunun N.Nərimanov küçəsi və Pambıqçılıq zavodunun ərazisinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 18 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 7 ədəd raket və 8 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

  • В турецких мечетях читают молитвы за азербайджанскую армию – ВИДЕО

    Граждане братской Турции, которые всегда были рядом с Азербайджаном с самого начала боев на передовой, демонстрируют свою поддержку нашему народу.

    Сегодня верующие в турецких мечетях молились за нашу армию и упокоение душ наших шехидов.

  • XİN: Ermənistan muzdluları gətirməklə terrorçuluğu nümayiş etdirir

    “Rusiya XİN-in Informasiya və Mətbuat Departamentinin münaqişə zonasına xarici muzdluların gətirilməsi ilə əlaqədar verdiyi açıqlamaya münasibətdə bildirmək istərdik ki, Ermənistanın bu kimi vasitələrdən geniş istifadə etməsi ilə bağlı narahatlığımız tərəfimizdən dəfələrlə ifadə olunub”.

    “Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin mətbuat açıqlamasında deyilir.

    “Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrinin işğalı zamanı, eləcə də ölkəmizə qarşı törətdiyi növbəti təcavüz aktlarında xarici ölkələrdən, xüsusilə də Yaxın Şərq bölgəsindən terrorçu və muzdluları cəlb edib.

    Ermənistanın son aylar ərzində ölkəmizin işğal olunmuş ərazilərində həyata keçirdiyi qanunsuz məskunlaşdırma siyasəti çərçivəsində xarici muzdluları bu əraziyə gətirməsi və “könüllü döyüşçü dəstələri” adı altında öz ordusuna cəlb edərək Azərbaycana qarşı hücum əməliyyatlarında istifadə etməsi terrorçuluğun Ermənistanın dövlət siyasətinin tərkib hissəsi olduğunu növbəti dəfə nümayiş etdirir”, – deyə açıqlamada qeyd edilir.

  • Hulusi Akar: “Türkiyə Azərbaycanı dəstəkləməyə davam edəcək”

    “Ermənistanın Azərbaycana son hücumları Yerevanın regionda sülh və sabitliyə bir daha ən böyük əngəl olduğunu göstərdi”.

    APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Müdafiə Naziri Hulusi Akar bu gün “Türk-İngilis Anlaşma Mərkəzi (CBTU)” tərəfindən internet üzərindən təşkil edilən “Türkiyədə Qlobal və Regional Təhlükəsizlik Mühitinin Dəyişməsi” adlı proqramda sualları cavablandırarkən deyib.

    Nazir bildirib ki, bu hücumlar açıq şəkildə beynəlxalq hüquqa ziddir və Türkiyə bunu qətiyyətlə pisləyir: “Qarabağ və ətraf bölgələrin qanunsuz işğalı Azərbaycanda bir milyondan çox insanın daxili köçkünə çevrilməsinə səbəb oldu. Türkiyə, xalqını və ərazi bütövlüyünü qoruyan Azərbaycanla həmrəy olaraq dost ölkəni dəstəkləməyə davam edəcək”.

  • Ликвидирован еще один армянский генерал – ФОТО

    Азербайджанская армия продолжает успешное контрнаступление по всему фронту.

    Сегодня ВС Азербайджана уничтожили еще одного генерал-майора вражеской армии.

    Согласно информации, распространенной в армянском сегменте соцсетей, ликвидирован генерал-майор Аршавир Гарамян.

  • Daha bir erməni generalı məhv edildi – FOTO

    Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində döyüş əməliyyatları ordumuzun üstünlüyü ilə davam edir. Bu gün daha bir erməni generalı silahlı qüvvələrimiz tərəfindən məhv edilib.

    Sosial şəbəkələrin erməni seqmentində yayılan xəbərə görə, Ermənistan silahlı qüvvələrinin generalı Arshavir Gharamyan məhv olub.

  • Hikmət Hacıyev: “Beynəlxalq ictimaiyyət Ermənistanın terrorçu qüvvələri Azərbaycana qarşı istifadə etməsinə adekvat reaksiya verməlidir”

    “Azərbaycan Prezidenti İlham Əliyevin “Rossiya-1” telekanalına müsahibəsində və BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlar seqmentində çıxışı zamanı da qeyd etdiyi kimi, Ermənistan tərəfindən Yaxın Şərq ölkələrindən Azərbaycanın işğal olunmuş ərazilərinə terrorçuların və muzdluların gətirilməsi prosesi var ”.

    Bunu APA-ya açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

    H.Hacıyev deyib ki, uzun müddət ərzində Ermənistan tərəfindən bu siyasət həyata keçirilir: “Həmçinin bu terrorçular Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə ailələri ilə birlikdə gətirilərək onların məskunlaşdırılması həyata keçirilir. Həmin şəxslər Azərbaycana qarşı hərbi əməliyyatlarda da iştirak edirlər. Bu da Azərbaycanın ciddi narahatlığına səbəb olan məsələdir. Bununla bərabər, 1990-cı illərdə Ermənistan-Azərbaycan münaqişəsinin aktiv fazasında da muzdlulardan, terrorçulardan geniş şəkildə istifadə edilib. Burada ASALA terror təşkilatını, ARABO, ARAMO kimi terror qruplaşmalarını qeyd etmək lazımdır. Elə bu günlərdə Yaxın Şərq ölkələrindən erməni əsilli bir şəxs ASALA terror təşkilatının təmsilçisi olaraq Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycana qarşı vuruşduğunu özü etiraf edir. Azərbaycanın da narahatlıqları var və beynəlxalq ictimaiyyət tərəfindən də Ermənistanın bu kimi terrorçu qüvvələri Azərbaycana qarşı istifadə etməsinə adekvat reaksiya verməlidir”.

  • Türkiyə məscidlərində Azərbaycan Ordusu üçün dualar edilir – VİDEO

    Cəbhə xəttində döyüşlər başlayandan hər zaman Azərbaycanın yanında olduğunu deyən qardaş Türkiyədə sadə insanlar da xalqımıza dəstəyini nümayiş etdirirlər.

    Bu gün Türkiyə məscidlərində inanclı insanlar ordumuz üçün dualar ediblər.

    Həmçinin şəhidlərimizin ruhu üçün də dualar oxunur.