Month: September 2020

  • Küveytin yeni əmiri taxta çıxdı

    Küveytin yeni əmiri Nəvaf Əl-Əhməd Əl-Cabir Əs-Sabah taxta çıxıb.

    Bu barədə “RİA Novosti” xəbər yayıb.

    Onun əmir təyin olunması, Küveyt hökumətinin keçmiş əmiri IV Sabahın ölüm xəbəri ilə bağlı fövqəladə iclasdan sonra elan edilib.

    Yerli telefiziya kanallarında vəliəhd şahzadə 83 yaşlı Nəvaf Əs-Sabahın yeni əmir kimi Parlamentdə and içməsi göstərilib.

    Küveyt konstitusiyasına görə, taxtın varisi, hökmdarın ölümündən sonra avtomatik olaraq əmir təyin edilir, lakin Milli Məclis (bir palatalı parlament) qarşısında and içdikdən sonra tam səlahiyyətə malik olur.

    Xatırladaq ki, bir gün əvvəl keçmiş əmir IV Sabah ABŞ-da müalicə aldığı ABŞ xəstəxanasında ölüb.

  • İlham Əliyev: “Bizim əsgərlərimiz xilaskar əsgərlərdir” – FOTO

    Prezident İlham Əliyev hazırda cəbhədə gedən döyüşlər və əsgərimiz haqqında paylaşım edib.

    Dövlət başçısının paylaşımı onun rəsmi “Facebook” hesabında yayımlanıb.

    Həmin paylaşımı təqdim edirik:

  • “South Trading” İstixana Kompleksi cəbhə xəttindəki əsgərlərə meyvə-tərəvəz göndərib

    Azərbaycan ərazi bütövlüyü uğrunda mübarizədə peşəsinden asılı olmayaraq hər bir vətəndaş və qurumun üzərinə böyük məsuliyyət düşür.

    Azərbaycan Torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə ordumuza, cəbhə bölgəsindəki əsgərlərimizə dəstək olmaq naminə “South Trading” İstixana Kompleksi tərəfindən Milli Ordu üçün meyvə-tərəvəz məhsulları göndərilib.

    Meyvə-tərəvəz məhsulları Müdafiə Nazirliyinin laboratoriyası tərəfindən laborator yoxlanışdan keçirildikdən sonra Milli Ordunun ön cəbhədə yerləşən hərbi hissələrinə çatdırılıb.

  • Oktyabrın 1-də manatın dollara qarşı məzənnəsi

    Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məlumat açıqlayıb.

    Mərkəzi Bankdan verilən məlumata görə, 01.10.2020-ci il tarixindən etibarən Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.

  • Олимпийский чемпион прокомментировал карабахский конфликт

    Как известно, 27 сентября начались активные боевые действия в зоне армяно-азербайджанского конфликта после провокации ВС Армении.

    В результате успешной контратаки азербайджанской армии была освобождена часть оккупированных территорий.

    Но вооруженные силы врага продолжают обстреливать гражданское население, проживающее в прифронтовой зоне.

    В связи с этим олимпийский чемпион по вольной борьбе, чемпион мира и Европы Шариф Шарифов выразил протест неадекватным атакам врага посредством сайта Федерации борьбы Азербайджана:

    “Как вы знаете, Армения в течение 30 лет оккупирует территории Азербайджана. В результате более миллиона азербайджанцев стали беженцами и вынужденными переселенцами. Мирные переговоры не дали результатов. Армения, проводящая захватническую политику, в очередной раз нарушила режим прекращения огня 27 сентября.

    Самое ужасное то, что они берут на прицел мирных людей. В результате есть убитые и раненые среди гражданского населения.

    Среди погибших есть дети. Как олимпийский чемпион, я призываю мировое сообщество отвратить Армению от таких варварских действий. Я верю, что в скором времени азербайджанская армия освободит все оккупированные территории”.

  • Gürcüstanda hakim və müxalif tərəfdarlar arasında dava: yaralılar var

    Gürcüstanda hakim partiya və müxalifət tərəfdarları arasında dava düşüb.

    “Rustavi 2 TV” xəbər verir ki, Gürcüstanın Marneuli şəhərində hakim “Gürcüstan Arzusu” partiyası ilə müxalif “Vahid Milli Hərəkat” partiyası tərəfdarları arasında dava baş verib, nəticədə jurnalistlər də daxil olmaqla bir neçə nəfər xəsarət alıb.

    Zərərçəkənlərin xəstəxanaya aparıldığı bildirilir.

    Gürcüstanın Daxili İşlər Nazirliyi hadisə nəticəsində heç kimin tutulmadığını, lakin şöbənin araşdırmaya başladığını açıqlayıb.

    Qeyd edək ki, Gürcüstanda oktyabrın 31-də parlament seçkiləri keçiriləcək.

    Sosial sorğuların nəticələrinə görə, “Gürcüstan Arzusu” siyasi partiyalar siyahısında ən yüksək sırada qərar tutur, onun ardınca “Vahid Milli Hərəkat” gəlir.

  • Около 70 сотрудников Минтруда отправлены на военную службу

    Распоряжение Президента Азербайджана, Верховного главнокомандующего Вооруженными силами Ильхама Алиева “Об объявлении частичной мобилизации в Азербайджанской Республике” от 28 сентября 2020 года было с большим энтузиазмом встречено военнослужащими запаса, работающими в Министерстве труда и социальной защиты.

    Как заявили в ведомстве, в соответствии с распоряжением, 66 сотрудников министерства направлены в воинские части на основе призыва Государственной службы по мобилизации и призыву.

    Они подчеркнули, что для них большая честь и гордость вступить в ряды ВС Азербайджана, которые проводят успешные военные операции по освобождению наших оккупированных территорий.

  • Gənclər və İdman Nazirliyi ordumuza hərbi maşın hədiyyə etdi – FOTO

    Gənclər və İdman Nazirliyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə hərbi maşın hədiyyə edib.

    Bu barədə Oxu.Az-a Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova məlumat verib .

    “Bu gün Gənclər və İdman Nazirliyinin əməkdaşları, gənclər təşkilatlarının üzvləri, idmançılar bir araya gələrək cəbhəyə maşın hədiyyə edib. Təbii ki, daha böyük hədiyyənin verilməsini istərdik. Əsgərlərimiz daha böyük hədiyyələrə layiqdirlər. Bu kiçik hədiyyəni gənclər və idmançılar adından qəbul etmələrini istərdik. Fərid Mansurov maşının açarını Hərbi Komissarlığa təhvil verib”, deyə S.Məmmədova bildirib.

  • Успешные удары нашей армии засняли с территории Ирана – ВИДЕО

    Распространились новые кадры ударов азербайджанской армии по вражеской армии.

    Отмечается, что видеокадры, опубликованные в социальных сетях, были засняты с территории Ирана.

    Автор поддерживал успешные удары нашей армии.

  • Naxçıvanda ön xətdə yerləşən bölmələrdə uğurlu döyüş növbətçiliyi aparılır

    Bu gün Azərbaycan Ordusu döyüş meydanında öz sözünü deyir, xalqımıza qələbə sevinci yaşadır. Ordumuz uğurlu əks-hücum əməliyyatını davam etdirərkən Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən bölmələrində döyüş növbətçiliyi aparan hərbi qulluqçularımızın Vətən sevgisi, peşəkarlığı və ruh yüksəkliyi hər birimizi daha da qürurlandırır.

    “Report” xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitdə yerləşən bölmələrində əsgərlərimiz dövlət qayğısından və xalq-ordu birliyindən güc alaraq müdafiə mövqelərində nümunəvi xidmət aparırlar.

    Mürəkkəb dağlıq şəraitdə yerləşən bölmədə şəxsi heyət böyük ruh yüksəkliyinə və döyüş əzminə malikdir. Keçirilən məşğələlərdə ona təhkim edilmiş silahdan bacarıqla istifadə etməyi və düşmənin istənilən təxribatına layiqli cavab verməyi mənimsəyən hər bir əsgər peşəkar hərbçi kimi Vətənin müdafiəsində dayanır. Bir daha şahid oluruq ki, ayıq-sayıq döyüş növbətçiliyi aparan igid əsgərlərimiz düşmənin istənilən təxribatının qarşısını almağa daim hazırdırlar və buna qadirdirlər.