Month: September 2020

  • “Ermənistan qoşunları işğal etdiyi əraziləri tərk etmədən regionda sülhün bərqərar olması mümkünsüzdür”

    “Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar 2020-ci il sentyabrın 29-da BMT Təhlükəsizlik Şurasında qapalı məsləhətləşmələrin keçirilməsini ümumən təqdir edirik”.

    Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

    H.Hacıyev bildirib ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib:

    “Ermənistan bu günə qədər həmin qətnamələri icra etməyib. Bu ilk növbədə Təhlükəsizlik Şurasının özünə qarşı hörmətsizlikdir.

    Təhlükəsizlik Şurasının üzvləri bütün müvafiq müzakirələr zamanı həmin qətnamələrin icrasının vacibliyi məsələsini qabartmalıdırlar. Təhlükəsizlik Şurasının qətnamələri icra edilmədən, Ermənistan qoşunları Azərbaycanın işğal etdiyi ərazilərini tərk etmədən regionda sülhün bərqərar olması mümkünsüzdür”.

  • Lerik könüllülərini cəbhəyə yola salır – VİDEO

    Ölkədə elan edilən qismən səfərbərliyə uyğun olaraq, Lerikdə də çağırışçılar çağırış xidmətinin qarşısında toplaşır. Onlarla yanaşı, könüllü döyüşmək istəyənlərin müraciətləri böyük ruh yüksəkliyindən xəbər verir.

    Lerikdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinə könüllü olaraq cəbhə bölgəsinə gedərək, döyüşmək və lazımi kömək göstərmək istəyən vətəndaşlarımız tərəfindən çoxsaylı müraciətlər daxil olur.

    Ermənistan Silahlı Qüvvələrinin dinc sakinləri məqsədyönlü şəkildə atəşə tutmaları, mülki insanlara qarşı terror vasitələrindən istifadə etmələri gənclərimiz tərəfindən ciddi narazılıqla qarşılanıb və onları yenidən ordu sıralarında vuruşmağa sövq edib. Gənclərin könüllü olaraq orduda xidmət etmək üçün müraciətləri davam edir.

    Daha ətraflı Baku TV-nin videosüjetində:

  • Parlamentin Hesablayıcı komissiyasına yeni üzv seçildi

    Milli Məclisin Hesablayıcı komissiyasına yeni üzv seçilib.

    “Report” xəbər verir ki, bununla bağlı məsələ parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb

    Belə ki, deputat Eldar Quliyevin komissiyaya üzv seçilməsi təklif edilib.

    Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

    Qeyd edək ki, həmin komissiyanın sədri mərhum deputat Fəttah Heydərov idi.

  • “Sosial şəbəkələr hərbçilərimizin həyatını təhlükəyə atır” – VİDEO

    30 ilə yaxındır bu günün xəyalını qururuq. Bu müddətdə neçə igid əsgərimizi, zabitimizi hətta generalımızı da qurban vermişik. Amma indi zaman bizim zamanımızdır.

    Hər şeyə “Dur!” deməyin vaxtıdır. Hər kəsin böyüklü-kiçikli ürəyi qəhrəman əsgərlərimizlə bir döyünür. Ancaq bəzən hisslərimizə, emosiyalarımıza yenilib unuduruq ki, müharibə təkcə səngərlərdə deyil, elə sosial şəbəkələrdə yayılan informasiyalar, xəbərlər arasında da gedir. Ona görə üzərimizə düşən məsuliyyətin fərqində olmalıyıq.

    Media eksperti Tural Müseyibov deyir ki, birmənalı şəkildə sosial şəbəkələrə girişə məhdudiyyət təqtbiq olunmalıdır:

    “Çətindir, amma sərhəddə ölümlə üz-üzə qalacaq qədər deyil. Ona görə də ancaq və ancaq Müdafiə Nazirliyi tərəfindən yayılan rəsmi xəbərləri paylaşmaq və inanmaq lazımdır. Əmin olun, səbirlə, təmkinlə davransaq, əsgərlərimiz cəbhədə biz isə burada düşməni məhv edəcəyik”.

    Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

  • В Шамахы произошло ДТП с участием автомобиля скорой помощи, есть пострадавшие

    На дороге Шамахы – Гейляр произошло ДТП, передает АПА.

    Водитель автомобиля скорой медицинской помощи Рауф Мирзоев наехал на внезапно выскочившее на трассу стадо буйволов.

    В результате он и находившиеся в машине медработники Кямран Гусейнов и Назим Бабаев с травмами различной степени тяжести были госпитализированы в центральную больницу Шамахинского района.

    По данному факту проводится расследование.

  • Şamaxıda təcili tibbi yardım maşını qəzaya düşdü: Tibb işçiləri yaralandı

    Şamaxı rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın xəbərinə görə, hadisə Şamaxı-Göylər yolunda qeydə alınıb.

    Şamaxı rayon təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının sürücüsü Rauf Mirzəyev idarə etdiyi “Fiat” markalı ambulans avtomobili ilə hərəkətdə olarkən qəflətən yola çıxan camış naxırına çırpılıb.

    Nəticədə, sürücü və avtomobildəki tibb işçiləri – Kamran Hüseynov və Nazim Babayev müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

    Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

  • Подразделения азербайджанской армии наносят артиллерийские удары по позициям противника – ВИДЕО

    Подразделения азербайджанской армии наносят артиллерийские удары по позициям противника, сообщает пресс-служба Минобороны АР.

  • Azərbaycan Ordusu düşmən mövqelərinə artilleriya zərbələri endirir – VİDEO

    Azərbaycan Ordusunun bölmələri düşmən mövqelərinə artilleriya zərbələri endirir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

  • Израильский телеканал i24news подготовил сюжет о провокациях армянских ВС – ВИДЕО

    Израильский телеканал i24news подготовил сюжет о провокациях армянских вооруженных сил в Нагорном Карабахе и контрнаступлении азербайджанской армии и представил мнение экс-посла Израиля в Баку Артура Ленка.

    В сюжете отмечается, что Турция оказывает поддержку Азербайджану, в то время как Россия, имеющая военную базу в Армении, но также дружелюбно относящаяся к АР, призывает стороны немедленно прекратить огонь.

    А.Ленк заявил, что Армения оккупировала Нагорно-Карабахский регион Азербайджана в начале 1990-х годов. В последние два месяца происходили многочисленные стычки, но азербайджанская артиллерия подвергла обстрелу военные позиции Армении лишь в конце прошлой недели в ответ на армянские провокации.

    “По-моему мнению, главное, что действительно необходимо сделать, – это провести серьезные переговоры и найти способ решения разногласий в отношении оккупированной территории Нагорного Карабаха, являющегося частью Азербайджана. Я искренне надеюсь, что США, ООН и Россия, являющиеся посредниками в данном конфликте на протяжении многих лет, найдут пути для прекращения огня и начала переговоров.

    Я говорил сегодня с проживающими в данном регионе, и азербайджанцы считают, что переговоры должны продолжаться. Но армянская тактика, на их взгляд, заключается лишь в выдвижении требований, а не в ведении переговоров, при этом армяне действуют, как и 25 лет назад. Эта территория АР по-прежнему остается оккупированной, и азербайджанцы хотят вернуть ее”, – сказал А.Ленк.

    Он отметил, что Азербайджан является для Израиля важным партнером в вопросах обеспечения региональной безопасности, энергетики, толерантности, два государства связывают исторические узы. В то же время у Израиля с Арменией нет никакой истории отношений.

    “И, конечно же, вы правы, говоря о том, что данный регион требует пристального внимания мирового сообщества для того, чтобы усадить обе стороны за стол переговоров, чтобы они, наконец, в ходе диалога смогли решить конфликт мирным путем”, – сказал экс-посол.

  • İsrailin “i24news” telekanalı Ermənistanın təxribatları barədə süjet hazırlayıb – VİDEO

    İsrailin “i24news” telekanalı Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdakı təxribatları və Azərbaycan ordusunun əks-hücumu barədə süjet hazırlayıb, həmçinin İsrailin Bakıdakı keçmiş səfiri Artur Lenkin fikrini təqdim edib.

    Süjetdə Türkiyənin Azərbaycanı dəstəklədiyi, Ermənistanda hərbi bazası olan, eyni zamanda Azərbaycana dost olan Rusiyanın tərəfləri atəşi dərhal dayandırmağa çağırdığı qeyd olunur.

    A.Lenk Ermənistanın 1990-cı illərin əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal etdiyini bildirib. Son iki ayda çoxsaylı qarşıdurmalar olub, lakin Azərbaycan artilleriyası yalnız keçən həftənin sonunda Ermənistanın təxribatlarına cavab olaraq onların hərbi mövqelərini atəşə tutub.

    “Düşünürəm ki, həqiqətən edilməsi lazım olan əsas məsələ ciddi danışıqlar aparmaq və Azərbaycanın bir hissəsi olan işğal olunmuş Dağlıq Qarabağ ilə bağlı fikirayrılıqlarını həll etmək üçün yol tapmaqdır. Uzun illər ərzində bu münaqişədə vasitəçi olan ABŞ, BMT və Rusiyanın atəşin dayandırılması, həmçinin danışıqların başlanılması üçün yollar tapacağına səmimi qəlbdən ümid edirəm.

    Bu gün bölgədə yaşayanlarla danışdım və azərbaycanlılar hesab edir ki, danışıqlar davam etməlidir. Ancaq erməni taktikası, onların fikrincə, danışıqlar aparmaq deyil, yalnız tələb irəli sürməkdən ibarətdir, ermənilər 25 il əvvəlki kimi davranırlar. Azərbaycanın bu ərazisi hələ də işğal altındadır və azərbaycanlılar onu qaytarmaq istəyirlər”, – deyə A.Lenk bildirib.

    O, Azərbaycanın İsrail üçün regional təhlükəsizlik, enerji, tolerantlığın təmin edilməsində mühüm tərəfdaş olduğunu, iki dövləti tarixi əlaqələrin birləşdirdiyini qeyd etdi. Eyni zamanda İsrail və Ermənistanın tarixi münasibətləri yoxdur.

    “Əlbəttə ki, hər iki tərəfin danışıqlar masasına oturması və onların nəhayət dialoq zamanı münaqişəni sülh yolu ilə həll edə bilməsi üçün bu bölgənin dünya ictimaiyyətinin diqqətini tələb etdiyini söyləyərkən haqlısınız”, – deyə sabiq səfir bildirib.