Month: September 2020

  • Tərtərdə daha bir mülki obyekt top atəşinə tutuldu – VİDEO

    Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir.

    Bu gün səhər saatlarında ermənilərin atdığı top mərmilərindən biri Tərtər rayonun Düyərli kəndi ərazisində yerləşən geyim mağazasına düşüb.

    Emin Əhmədova məxsus geyim mağazasına ciddi ziyan dəyib.

    Daha ətraflı Baku TV-nin videosüjetində:

  • Опубликованы кадры уничтожения утром 30 сентября военной техники противника – ВИДЕО

    Министерство обороны Азербайджана опубликовало видео уничтожения утром 30 сентября военной техники противника.

  • Məhv edilən düşmən hərbi texnikalarının görüntüləri – VİDEO

    Müdafiə Nazirliyi səhər saatlarında məhv edilən düşmən hərbi texnikalarının videogörüntülərini yayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Paşinyan oğlunu Qarabağa döyüşə göndərməkdən qorxdu

    Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Qarabağa döyüşmək üçün yollanmaq istəyib, ancaq ona “hələ ehtiyac yoxdur” deyilərək döyüşlərdə iştirak etməsinə ailəsi tərəfindən icazə verilməyib.

    Bu barədə “Sputnik” xəbər yayıb.

    Maraqlıdır ki, Ermənistanda 55 yaşa qədər olan zabitlərin, gizirlərin və ehtiyatda olan hərbi qulluqçuların səfərbərliyi elan edilib, yaşlılar belə döyüş bölgəsinə göndərilir, ancaq hökumət başçısının həyat yoldaşı Anna Akopyan ordudan cəmi bir neçə ay öncə tərxis olunan oğluna cəbhə bölgəsində hələ “ehtiyac olmadığını” bildirib.

    Yeri gəlmişkən bir gün əvvəl Paşinyanın arvadı Anna Akopyan Xankəndində olub. Görünür, orada şahidi olduğu dəhşətli mənzərə də oğluna hələ orduda “ehtiyac olmadığı” hissini yaradıb.

    Ümumiyyətlə, dünən Ermənistanda bir sıra nazir oğullarının Qarabağa döyüşmək üçün yollandığı barədə xəbər yayılmışdı, ancaq maraqlıdır ki, bu gedənlərdən bir nəfərinin də adı açıqlanmayıb.

  • Publik hüquqi şəxsin dövlət qeydiyyatına alınması qaydası dəyişir

    Publik hüquqi şəxsin dövlət qeydiyyatına alınması qaydası dəyişir.

    APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

    Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan publik hüquqi şəxsin dövlət qeydiyyatı onun idarəetmə orqanlarının üzvləri tam tərkibdə təyin edilmədiyi halda da həyata keçiriləcək.

    Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

  • Deputat: “Azərbaycanın İsraildə səfirliyinin açılmasının tərəfdarıyam”

    “Xarici ölkələrdə nə qədər çox səfirlik açsaq, bizim üçün o qədər yaxşıdır”.

    APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib. O bildirib ki, İsraildə də bizim səfirliyimizin açılması çox vacibdir.

    Deputat Fəzail Ağamalı deputat həmkarını dəstəkləyib:

    “İsrail bizim ən yaxşı tərəfdaşlarımızdan biridir. İsraildə də səfirliyimizin açılmasının tərəfdarıyam”.

  • Məktəblərdə koronavirusla bağlı bugünkü vəziyyət açıqlandı – CƏDVƏL

    Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində bu günə COVID-19-la bağlı məlumat yayıb.

    Məlumata görə, sentyabrın 28-də 11 şagirddə hərarət 37 dərəcədən yüksək olub.

    Bu gün işçi heyətdə hərarəti 37 dərəcədən yüksək olan şəxslərin sayı iki olub.

    Yeddi şagirddə, bir işçi heyətdə isə koronavirus aşkarlanıb.

    Distant təhsilə keçən siniflərin sayı 19-dur.

  • Минобороны: Личный состав армянского батальона в Тонашене бежит, оставив позиции

    Личный состав армянского батальона в Тонашене бежит, оставляя оборонительные позиции. Об этом сообщает Министерство обороны Азербайджана.

    “Личный состав 2-го батальона 7-го горнострелкового полка 10-й горнострелковой дивизии 1-й общевойсковой армии Армении, дислоцированный в Тонашене, понес тяжелые потери и бежит, самовольно покинув оборонительные позиции”, – говорится в информации.

  • Erməni taborunun şəxsi heyəti müdafiə mövqelərini tərk edərək qaçır – RƏSMİ

    Ermənistanın 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının Tonaşendə yerləşən 7-ci dağatıcı alayının 2-ci taborunun şəxsi heyəti ağır itkilərə məruz qalaraq, müdafiə mövqelərini özbaşına tərk edərək qaçır.

    Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

  • Bakı üzrə 28 direktor vəzifəsi vakansiyaya çıxarıldı

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinə 28 vakant yer çıxarılıb.

    İdarədən bildirilib ki, 7, 52, 80, 93, 105, 110, 122, 130, 170, 196, 201, 205, 209, 223, 230, 231, 232, 241, 243, 256, 262, 270, 302, 312, 317, 319, 322 nömrəli tam orta məktəblər və 16 nömrəli Texniki-Humanitar liseyi üzrə direktor vəzifəsi müsabiqəyə çıxarılıb.

    Həmin məktəblərdə direktor vəzifəsi üzrə əmək funksiyaları hazırda digər ixtisaslı kadrlar tərəfindən müvəqqəti icra edilir.

    Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi davam edir. Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az/direktorlar linkinə daxil olaraq qeydiyyatdan keçməlidirlər. Elektron sənəd qəbulu oktyabrın 2-si saat 23:59-da başa çatacaq.

    Müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir. Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, beş ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda üç il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.