Month: September 2020

  • Düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edildi: S-300 vuruldu – RƏSMİ

    İşğal olunmuş torpaqlarımızın azad olunması uğrunda Azərbaycan Ordusunun apardığı gərgin döyüşlər davam edir.

    Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

    Sentyabrın 27-dən bu gün səhər saatlarınadək düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri, altı komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, 5 silah-sursat anbarı, 50-dək tankəleyhinə vasitələr, 55 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

    Dünən gedən döyüşlər ərzində Xocavənd rayonunun Şuşakənd ərazisində düşmənin bir S-300 zenit-raket qurğusu sıradan çıxarılıb.

    İtirilmiş mövqeləri geri qaytarmaq üçün Madagiz istiqamətinə əlavə qüvvələr cəmləşdirən düşmən sentyabrın 30-u səhər saatlarından başlayaraq hücuma cəhd göstərib. Düşmənin bu fəaliyyətinin qarşısı alınır və onun müqavimətinin qırılması məqsədilə qoşunlarımız tərəfindən əks-həmlə əməliyyatı keçirilir.

    Hazırda bütün cəbhə boyu hərbi əməliyyatlar davam edir.

  • Противник подвергает артобстрелу город Тертер, есть раненые

    Вооруженные силы Армении с 08:00 30 сентября обстреливают азербайджанский город Тертер из артиллерии.

    Об этом сообщает пресс-служба Минобороны Азербайджана.

    По предварительным данным, нанесен ущерб гражданской инфраструктуре, сообщается о пострадавших.

  • Düşmən Tərtəri atəşə tutdu: Yaralılar var – RƏSMİ

    Sentyabrın 30-da, səhər saat 08:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutur.

    Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    İlkin məlumata görə, mülki infrastruktura ziyan dəyib və yaralılar var.

  • Türkiyədə qəribə oğurluq kameraya düşdü – VİDEO

    Türkiyənin Antalya şəhərində iki kişi günorta vaxtı yeni inşa edilməkdə olan binadan oğurluq ediblər.

    “İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, ətraf binada yaşayan sakinlərdən biri oğurluq hadisəsini mobil telefonuna çəkib.

    Görüntülərdə iki kişinin eyvanın dəmirlərini və şüşələrini binadan çıxardığı görünür.

  • Gürcüstandan Azərbaycana Qarabağla bağlı DƏSTƏK – FOTO

    Gürcüstanın paytaxtı Tbilisidə Kür çayının üzərindəki “Sülh” körpüsü və televiziya qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb.

    Bununla Gürcüstan tərəfi son günlər Dağlıq Qarabağda baş verən döyüşlərdə Azərbaycana dəstəyini nümayiş etdirib.

    Qeyd edək ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri növbəti dəfə Dağlıq Qarabağda hərbi təxribatlara cəhd edib. Bundan sonra Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayıb.

  • Уничтожена боевая техника врага в направлении Джабраила – ВИДЕО

    Сегодня подразделения азербайджанской армии уничтожили боевую технику врага в направлении Джабраильского района.

    Об этом говорится в заявлении пресс-службы Минобороны.

  • Cəbrayıl istiqamətində düşmənin döyüş texnikaları məhv edildi – VİDEO

    Bu gün cəbhənin Cəbrayıl rayonunu istiqamətində düşmənin döyüş texnikaları bölmələrimiz tərəfindən məhv edilib.

    Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

  • Известные достопримечательности Стамбула и Анкары подсвечены цветами азербайджанского флага – ФОТО

    Историческая Галатская башня в Стамбуле и здания TOBB towers в Анкаре подсвечены цветами азербайджанского флага.

    Как передает Demirören Haber Ajansı (DHA), акция, целью которой является проявление солидарности с дружественным и братским государством Азербайджан, инициирована Министерством культуры и туризма Турции.

    В информации также отмечается, что военные действия, начавшиеся после провокаций армянской армии против азербайджанских военных объектов и мирного населения, продолжаются и в настоящее время.






  • İstanbulda və Ankarada məşhur məkanlar Azərbaycan bayrağı ilə işıqlandırıb – FOTO

    İstanbulun tarixi Qalata qülləsi və Ankara şəhərindəki “TOBB towers” binaları Azərbaycan Respublikasının bayrağının rəngləri ilə işıqlandırılıb.

    “Demirören Haber Ajansı” (DHA) xəbər verir ki, Ermənistan ordusunun Azərbaycanın hərbi obyektlərinə və mülki vətəndaşalarına qarşı təxribatlarından sonra başlayan hərbi əməliyyatlar hazırda da davam edir.

    Qeyd olunur ki, aksiya Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilir.

    Məqsəd dost və qardaş Azərbaycan dövləti ilə həmrəylik nümayiş etdirməkdir.






  • Ermənilər Ağdamda əhalini atəşə tutdu – VİDEOREPORTAJ

    Sentyabrın 27-dən etibarən Ermənistan ordusunun cəbhə boyunca törətdiyi təxribatlar davam edir.

    Bu gecə Ağdamın məcburi köçkünlər məskunlaşan yaşayan Birinci Baharlı qəsəbəsi düşmən toplarından atəşə tutulub.

    Hadisə nəticəsində mülki sakinlərin evlərində ciddi ziyan dəyib.

    Daha ətraflı Baku TV-nin videosüjetində: