Month: September 2020

  • İran ərazisindən Ermənistana aparılan silah yüklü maşınlar yandırıldı – VİDEO

    Sentyabrın 27-dən Ermənistan ordusunun cəbhədə törətdiyi təxribatlardan sonra Azərbaycan ordusunun əks-hücuma keçməsi, Silahlı Qüvvələrimizin əldə etdiyi əhəmiyyətli uğurlar, işğal altındakı bəzi ərazilərimizin düşmən tapdağından azad olunması, ölkədə hərbi vəziyyət və qismən səfərbərlik elan edilməsi nəinki bizim, bütün regionun əsas hadisəsinə çevrilib.

    Elə bu günlərdə sosial şəbəkələrdə İran ərazisindən Ermənistana aparılan silah-sursat, hərbi texnika yüklü maşınların yandırılmasına aid görüntülər yayılır.

    Videolarda iddia olunur ki, Cənubi azərbaycanlılar Azərbaycana dəstək məqsədilə bu nəqliyyat vasitələrini yandırıblar və görüntülərini paylaşıblar.

    Ermənistana İran ərazisindən silah daşınmasının İslam həmrəyliyinə zidd olduğunu, qonşuluq, həmrəylik münasibətlərinə xələl gətirdiyini qeyd edilir.

  • Azərbaycan bayrağını qaldırmış idmançılar hərbi xidmətə çağırıldılar – FOTO

    MMA üzrə “Rizin” Qran Pri turnirinin qalibi Tofiq Musayev hərbi xidmətə çağırılıb.

    Bu barədə onun şəxsi məşqçisi Ruslan Əfəndiyev paylaşım edib.

    Həmçinin güləş üzrə gənclər arasında dünya və Avropa çempionu Əfqan Xaşalov da qismən səfərbərliklə bağlı hərbi xidmətə çağırılan idmançılarımızdandır.

    Qeyd edək ki, bundan əvvəl taekvondoçu Ayxan Tağızadənin hərbi xidmətə çağırıldığını xəbər vermişdik.

  • Министерство Обороны: «Позиции армянской армии разгромлены»

    В результате артиллерийских ударов Азербайджанской Армии были уничтожены позиции 1-го батальона 5-го мотострелкового полка, дислоцированного вблизи населенного пункта Гасангая Тертерского района и 1-го батальона 6-го мотострелкового полка вооруженных сил Армении, дислоцированного в Талышском направлении.

    Об этом Report сообщили в Министерстве обороны Азербайджана.

    “Противник, понесший большие потери, испытывает трудности с поиском техники для организации эвакуации погибших и раненых”, – отметили в министерстве.

  • Müdafiə Nazirliyi: “Ermənistan ordusunun mövqeləri darmadağın edilib”

    Azərbayan Ordusunun artilleriya zərbələri nəticəsində Tərtər rayonunun Həsənqaya yaşayış məntəqəsi yaxınlığında yerləşən Ermənistan silahlı qüvvələrinin 5-ci motoatıcı alayının 1-ci taboru və Talış istiqamətində yerləşən 6-cı motoatıcı alayının 1-ci taborunun mövqeləri dağıdılıb.

    Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

    “Ağır itkilərə məruz qalan düşmən ölən və yaralıların evakuasiyasını təşkil etmək üçün nəqliyyat vasitələri tapmaqda çətinlik çəkir”, – Nazirlikdən bildirilib.

  • Düşmən yenidən Tərtərdə mülki əhalini atəşə tutdu, ölən var

    Ermənistan silahlı qüvvələri dinc əhali və mülki obyektləri intensiv şəkildə atəşə tutmaqda davam edir.

    Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşına rayon sakinləri məlumat verib.

    Düşmənin növbəti dəfə atdığı top mərmiləri Tərtər rayonunun mərkəzində bir neçə evə düşüb, nəticədə rayon sakini, 1959-cu il təvəllüdlü Ayna Mehdiyeva həlak olub.

    Top mərmilərindən biri isə Tərtər Rayon Mərkəzi Xəstəxanasının yaxınlığına düşüb, yaşayış evlərinə ciddi ziyan dəyib.

    Bu gün ərzində rayonun mərkəzinə və kəndlərinə ümumilikdə Ermənistan silahlı qüvvələri tərəfindən 10-dan çox top mərmiləri atılıb.

    Bu hərbi təcavüz nəticəsində yaralanan və qətlə yetirilən mülki əhali arasında xüsusilə qadın və uşaqların məqsədyönlü şəkildə hədəfə alınması erməni vandalizmini bir daha dünya ictimaiyyətinə nümayiş etdirməkdədir.

    Qeyd edək ki, sentyabrın 27-si saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

    Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib.

  • Müdafiə Nazirliyi xarici hərbi attaşelərə cəbhədəki vəziyyət haqqında məlumat verib – FOTO

    Sentyabrın 29-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələrinə cəbhədəki vəziyyət barədə məlumat verilib.

    Tədbir iştirakçılarına Azərbaycanın haqlı mövqeyi bir daha çatdırılıb və erməni tərəfindən fərqli olaraq, qoşunlarımızın düşmənin sadəcə hərbi qüvvəsini və obyektlərini hədəf aldığı bir daha vurğulanıb.

    Əlavə olaraq, Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatların beynəlxalq hüququn prinsipləri və müharibə qanunları çərçivəsində aparıldığı xüsusi ilə qeyd edilmiş və qonaqları maraqlandıran suallara cavab verilib.

  • İlham Əliyev: “Ermənistan bir neçə aydır Azərbaycana qarşı təcavüzə hazırlaşır”

    Ermənistan artıq bir neçə aydır ki, Azərbaycana qarşı hərbi təxribata hazırlaşır.

    Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında sualları cavablandırarkən bildirib.

    “Bu yaxınlarda, BMT Baş Assambleyasının tribunasından çıxış edərkən mən açıq demişəm ki, Ermənistan müharibəyə hazırlaşır və onu dayandırmaq lazımdır. İyul ayında onlar bizim dövlət sərhədindəki yaşayış məntəqələrimizə silahlı hücum etdilər. Bu, münaqişə zonasından uzaq bir yerdir. O vaxt bir dinc sakin və bir neçə hərbi qulluqçu həlak oldu. Döyüşlər dörd gün davam etdi və Ermənistan ərazisində bizim heç bir hərbi hədəfimiz olmayıb və yoxdur. Buna görə də Ermənistan silahlı qüvvələri bizim ərazidən çıxarılandan dərhal sonra qarşılıqlı razılaşmaya əsasən atəş dayandırıldı.

    Daha sonra mənim dediyim kimi, təxribat qrupu bizim ərazimizə soxuldu, həmin qrup neytrallaşdırıldı. Sonra erməni tərəfi açıq-aşkar, nümayişkəranə şəkildə əslən Livandan olan ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində və qədim Şuşa şəhərində məskunlaşdırılmasını elan edir, bu da hərbi cinayətidir”, – deyə İ.Əliyev qeyd edib.

    Prezident həmçinin Şuşada – Azərbaycan mədəniyyətinin qədim incisində cinayətkar Dağlıq Qarabağ rejiminin qondarma başçısının qondarma inauqurasiyasını keçirilməsini Azərbaycana qarşı şüurlu provokasiya kimi qiymətləndirilib.

    “Biz təmkin, konstruktivlik və sağlam düşüncə nümayiş etdirdik, lakin onların niyyətləri baş tutmayanda bu cür cəhd göstərdilər. Üstəlik, daha bir səbəb Ermənistanda mövcud olan daxili siyasi böhrandır. Axı bu gün Ermənistanda Soros rejimi mövcuddur. Belarusda baş tutmayan çevriliş iki il bundan əvvəl Yerevanda baş tutdu. Bu gün Paşinyanın şəxsində Ermənistanın rəhbəri Sorosun əlaltısıdır. Bu adam çoxlu vədlər verib və bu vədləri yerinə yetirə bilmir, əslində ölkə böhran içindədir.

    Beləliklə, ona bir xarici amil, necə deyərlər, qarışıqlıq lazım idi ki, əhalinin diqqətini yayındırsın, o da bunu edə bildi. Onlar növbəti dəfə bizə hücum etməzdən düz iki gün əvvəl Ermənistanın əsas müxalifət partiyasının lideri həbs edildi. Yəni, Paşinyanın diktator, despotik rejimi öz ölkəsindəki bütün müxalifəti məhv edirdi və indi Azərbaycan xalqına qarşı yenidən təcavüz nümayiş etdirir”, deyə İ.Əliyev bildirib.

    Azərbaycan tərəfində Suriyadan olan muzdluların döyüşməsi barədə şaiələri növbəti feyk-nyus adlandıran İ.Əliyev bu barədə heç bir fakt, heç bir sübut olmadığını bildirib.

    “Bunu erməni təbliğatı ortaya atıb və müxtəlif saytlarda, müxtəlif kütləvi informasiya vasitələrində dövr edir. Buna heç bir ehtiyac yoxdur. Azərbaycanın hazırlıqlı ordusu var, çox böyük səfərbərlik ehtiyatı var. Dünən mən qismən səfərbərlik elan etmişəm. Biz 2 milyon əhalisi olan Ermənistana qarşı 10 milyon əhalidən 10 minlərlə ehtiyatda olanları orduya çağırırıq, bizim insan ehtiyatlarına ehtiyacımız yoxdur. Buna görə də biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin”, – deyə prezident vurğulayıb.

  • XİN rəhbəri: “Bölgədə yaşanan gərginliyə görə məsuliyyət Ermənistanın üzərindədir”

    Bu gün Xarici İşlər naziri Ceyhun Bayramovun Latviya Respublikasının Xarici İşlər naziri Edqars Rinkeviç ilə telefon danışığı baş tutub.

    Bununla bağlı Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, nazir Edqars Rinkeviç son günlər cəbhə bölgəsində yaşanan son dərəcə gərgin vəziyyət ilə bağlı narahat olduğunu bildirdi və hazırkı durum ilə maraqlanıb.

    Nazir Ceyhun Bayramov Ermənistan rəhbərliyinin son aylar ərzində həyata keçirdiyi təxribatçı fəaliyyəti, o cümlədən, Tovuz istiqamətində hücum cəhdi, diversiya-kəşfiyyat qrupunun təxribatı Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırma siyasəti, eləcə də, digər təxribatçı addımlar barədə həmkarına məlumat verərək, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın bu qanunsuz fəaliyyətinə lazımi reaksiyanın göstərilməməsinin işğalçı ölkənin 27 sentyabr tarixində yeni təcavüz aktına imkan yaratdığını bildirib.

    Diqqəti xüsusilə Ermənistan silahlı qüvvələrinin azərbaycanlı mülki əhalini hədəfə aldığına yönəldən nazir bu halın beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması və müharibə cinayəti olduğunu vurğulayıb. Bölgədə yaşanan gərginliyə görə məsuliyyətin tam şəkildə Ermənistan üzərində olduğu bildirilib.

  • Mixail Qusman: “İnanıram ki, Ermənistan işğal etdiyi ərazilərdən çıxmağın vacibliyini dərk edəcək” – VİDEO

    TASS agentliyinin direktorunun birinci müavini Mixail Qusman Tərtər rayonunda CBC telekanalına müsahibə verib.

    Cəbhədəki erməni təxribatı haqqında fikirlərini bölüşən tanınmış jurnalist Azərbaycanın öz mübarizəsində haqlı olduğunu qeyd edib.

    Qusman bildirib ki, Ermənistan nəhayət işğal etdiyi ərazilərdən çıxmağın vacibliyini dərk edəcək.

  • Prezident: “Erməni tərəfinin yaydığı şayiələr feyk-nyusdur”

    Türkiyənin rolu regionda sabitləşdirici xarakter daşıyır. Türkiyə bizə qardaş ölkə və bizim müttəfiqimizdir. Ermənistanın Azərbaycana hücum etməsini dünya ictimaiyyətinin bildiyi ilk saatdan etibarən Türkiyə dövlət başçısı və digər rəhbərlər səviyyəsində birmənalı olaraq Azərbaycanı dəstəklədiyini, beynəlxalq hüququ dəstəklədiyini bildirib. Ona görə ki, Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycan ərazisini işğalda saxlamaqla beynəlxalq hüququ kobud şəkildə pozur.

    “Report” xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya 1” telekanalının “60 dəqiqə” proqramında aparıcının sualına cavabında səsləndirib.

    Türkiyənin rolundan danışan dövlətimizin başçısı deyib: “Türkiyənin rolu əslində məhz bundan ibarətdir, başqa heç bir rolu yoxdur. Türkiyə bizə mənəvi dəstək göstərir və biz Türkiyə rəhbərliyinə, Türkiyə Prezidentinə və türk xalqına bizimlə həmrəy olduğuna və bizi dəstəklədiklərinə görə təşəkkür edirik. Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır, indiki dildə desək bu, feyk-nyusdur. Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur və buna zərurət yoxdur. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır”.