Month: September 2020

  • İmtahanlara buraxılanların sayı ötən illə müqayisədə artıb – AÇIQLAMA

    Bu il birinci qrup üzrə imtahanlarda iştirak üçün müraciət edən 28 min 242 nəfərdən 58,9 faizi yəni, 16 min 627 nəfəri müsabiqəyə buraxılıb. Ötən il müraciət edənlərin sayı 27 min 927 nəfər olub ki, onların da 57 faizi, yəni 15 min 943 nəfəri imtahana buraxılmışdı.

    Bunu onlayn mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

    O bildirib ki, 2020-ci və 2019-cu illərdə qruplar üzrə imtahan iştirakçıları sırasından müsabiqə şərtini ödəyən abituriyentlər (150-700 bal toplayanlar) haqqında məlumatlar qurumun rəsmi saytında yerləşdirilib:

    “Bu il imtahana buraxılanların sayının az olduğu vurğulansa da, statistika bunu demir. Hətta ötən il ilə müqayisədə iştirakçıların sayı 1000 nəfərə qədər artıb.

    Belə ki, bu il ikinci qrup üzrə imtahanda iştirak üçün müraciət edən 13 min 023 nəfərdən 8 min 256 nəfəri (63,4%), üçüncü qrup üzrə müraciət edən 21 min 410 nəfərdən 18 min 047 nəfəri (84,3%), dördüncü qrup üzrə müraciət edən 4 min 787 nəfərdən 3 min 945 nəfəri (82,4 %) müsabiqəyə buraxılıblar”.

    M.Abbaszadə onu da əlavə edib ki, ayrılan plan yerlərinin müsabiqəsində abituriyentlərlə yanaşı subbakalavrların da iştirakı nəzərə alınmalıdır:

    “Beləliklə, birinci ixtisas qrupu üzrə 5 min 179, ikinci ixtisas qrupu üzrə 5 min 240, üçüncü ixtisas qrupu üzrə 2 min 853, dördüncü ixtisas qrupu üzrə 1 609 subbakalavr imtahanlarda iştirak edib”.

  • Sumqayıt sakinlərinin bitməyən problemləri: Telefon və internet xətləri, yol, zibil qutuları… – VIDEO

    Sumqayıtda 250 ailə telefon və internet xəttindən məhrum qalıb.

    Baku TV xəbər verir ki, Sumqayıt şəhərinin 76-cı məhəlləsində 250 ailənin yaşadığı evlərə telefon və internet xətti çəkilmir. Sakinlər deyirlər ki, məsul şəxslər buna səbəb kimi xətti çəkmək üçün materiallarının olmamasını göstərirlər.

    Məsələ ilə bağlı Sumqayıt şəhər Telekommunikasiya qovşağı ilə əlaqə saxlamağa çalışsaq da, bu işə məsul olan şəxsləri iş başında tapa bilmədik.

    Məhəllə sakinlərinin sosial problemləri bununla bitmir. Ərazidə nə yol var, nə də tullantıların atılacağı zibil qutuları…

    Ümidvarıq, Sumqayıt şəhər 76-cı məhəllənin sakinlərinin problemləri qısa zamanda öz həllini tapacaq.

  • Universitetlərə müsabiqə şərtləri necə müəyyən olunur? – AÇIQLAMA

    “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na əsasən müsabiqə şərtləri Dövlət İmtahan Mərkəzi tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir.

    Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

    Belə ki, müsabiqə şərtləri bu il də Təhsil Nazirliyi ilə birgə müzakirə olunub və imtahanlardan öncə ictimaiyyətə təqdim olunub və hüquqi cəhətdən bu şərtlərin dəyişdirilməsi DİM-in səlahiyyətlərində deyil:

    “Müsabiqə vəziyyəti bir neçə amilə əsasən formalaşır: Nazirlər Kabineti tərəfindən ali təhsil müəssisələrinə qəbul üçün ayrılan plan yerləri, müsabiqədə iştirak edəcək abituriyentlərin sayı və onların topladıqları ballar. Plan yerlərinin sayı ötən illə müqayisədə demək olar ki, dəyişməyib (1% artıb).

    Pandemiya şəraitinin təlim-tədris prosesinə mənfi təsiri ilə əlaqədar qeyd edə bilərik ki, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən bu təsirin minimuma endirilməsi üçün bir sıra tədbirlər həyata keçirilib. Belə ki, bu il həm qəbul proqramı, həm də imtahanın məzmunu, imtahan suallarının təqdim edilmə forması daha da sadələşdirildi.

    Respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarına əsasən, tədrisi 2020-ci ilin mart-iyun aylarında nəzərdə tutulan mövzular ənənəvi qaydada keçirilmədiyi üçün qəbul imtahanı proqramından qeyd edilən dövrə aid mövzular çıxarıldı və imtahanlarda o mövzulara aid test tapşırıqları istifadə olunmadı. Bundan əlavə, imtahanın birinci mərhələsində istifadə olunan və yazılı cavab vermək tələb edən açıq tipli tapşırıqların sayı 50 faiz azaldıldı.

    Şübhəsiz, qeyd olunanlar abituriyentlərin imtahan nəticələrinə öz müsbət təsirini göstərmiş oldu və statistik rəqəmlər də bunu sübut edir”.

  • ГЭЦ: На экзаменах не было зафиксировано случаев инфицирования COVID-19

    С 1 июня Государственный экзаменационный центр (ГЭЦ) Азербайджана организовал 13 различных массовых мероприятий, на которых было проведено оценивание знаний 288 637 человек.

    Об этом 8 сентября на пресс-конференции посредством программы Zoom сказала председатель Совета директоров ГЭЦ Азербайджана Малейка Аббасзаде.

    По ее словам, экзамены были проведены при участии 150 представителей ГЭЦ с соблюдением всех правил карантинного режима.

    “Ни на одном из них не было зафиксировано случаев инфицирования. Для обеспечения порядка большую помощь оказали представители МВД, были также врачи скорой помощи”, – сказала М.Аббасзаде.

    Она отметила, что на сентябрь запланированы еще три экзамена.

  • İmtahanlarda koronavirusa yoluxma qeydə alınıb? – AÇIQLAMA

    İyunun 1-dən etibarən Dövlət İmtahan Mərkəzi 13 növ müxtəlif tədbirlər, imtahanlar keçirib.

    Bunu onlayn mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

    O bildirib ki, bu tədbirlər zamanı 288 min 637 nəfərə biliyin qiymətləndirilməsi üzrə xidmət göstərilib:

    “Bu proseslər zamanı bütün karantin qaydalarına əməl olunub və heç bir yoluxma halı baş verməyib. Bütün bu xidmətlər DİM-in 150 nəfərə yaxın əməkdaşı tərəfindən həyata keçirilib. Bu yaxınlarda keçiriləcək növbəti imtahanlarla DİM 400 minə yaxın insana biliyin qiymətləndirilməsi üzrə xidmət göstərmiş olacaq”.

  • В Азербайджане музыканта случайно застрелил сын – ОБНОВЛЕНО + ВИДЕО

    По предварительным данным, в известного гитариста Нофеля Сулейманова из охотничьего ружья по неосторожности выстрелил его 17-летний сын, в результате чего музыкант погиб.

    Как передаёт Median.Az, об этом oxu.az  сообщили в правоохранительных органах.

    Инцидент произошел 8 сентября днем на территории Низаминского района Баку в доме № 116/118 на улице Бахруза Нуриева. Музыкант был убит выстрелом в спину.

    По данному факту возбуждено уголовное дело по статье 124 (Убийство по неосторожности) УК АР. В настоящее время расследование продолжается.

    * * * * *

    Популярный гитарист Нофель Сулейманов погиб от выстрела из охотничьего ружья.

    В него выстрелил родной сын.

    Об этом АПА сообщил ашуг Мубариз Джамалоглу.

    По предварительным данным, инцидент произошел по неосторожности.

  • Azərbaycanda tanınmış musiqiçi oğlu tərəfindən qətlə yetirildi – YENİLƏNİB + VİDEO

    İlkin ehtimala görə, tanınmış gitara ifaçısı Nofəl Süleymanov 17 yaşlı oğlu tərəfindən ehtiyatsızlıqdan ov tüfəngindən açılan atəş nəticəsində ölüb.

    Bununla bağlı Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Hadisə Bakının Nizami rayonu Bəhruz Nuriyev küçəsi ev 116/118-də bu gün günorta saatlarında baş verib.

    Açılan atəş nəticəsində N.Süleymanov kürəyindən xəsarət alıb və hadisə yerində ölüb.

    Hadisə yerinə istintaq-əməliyyat qrupunun üzvləri cəlb olunub.

    * * * * *

    Tanınmış gitara ifaçısı Nofəl Süleymanov yaşadığı mənzildə oğlu tərəfindən ov tüfəngi ilə vurularaq qətlə yetirilib.

    Bu barədə APA-ya aşıq Mübariz Camaloğlu məlumat verib.

    İlkin məlumata görə, hadisə ehtiyatsızlıq səbəbindən baş verib.

  • Посол Азербайджана в РФ и замглавы МИД России обсудили нагорно-карабахское урегулирование

    Заместитель министра иностранных дел России Андрей Руденко и посол Азербайджана в РФ Полад Бюльбюльоглы обсудили вопросы региональной безопасности, в частности, нагорно-карабахский конфликт.

    Об этом говорится в сообщении МИД РФ по итогам встречи.

    “Обсуждены актуальные вопросы двусторонних отношений, взаимодействия на международных площадках, а также региональной безопасности, включая проблематику нагорно-карабахского урегулирования”, – указали в дипведомстве.

  • Polad Bülbüloğlu Rusiya XİN başçısının müavini ilə görüşüb

    Bu gün Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko ilə görüşüb.

    Bu barədə Rusiya XİN-i məlumat yayıb.

    Görüşdə regional təhlükəsizlik, xüsusən də Dağlıq Qarabağ məsələsi müzakirə edilib.

  • Uşaqlarını məktəbə göndərmək istəməyənlər nə etməlidir? – VİDEO

    Epidemioloji vəziyyət nəzərə alınaraq həftə ərzində dərs günlərinin qrafiki müəyyənləşdirilib.

    Baku Tv xəbər verir ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani formada həftədə iki dəfə, digər şəhər və rayonların ümumi təhsil müəssisələrinin fəaliyyəti isə əyani formada həftədə üç dəfə tətbiq ediləcək.

    Məktəblərdə şagird sıxlığını tənzimləmək məsələsinə gəlincə isə Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublunun sözlərinə görə siniflərin yarısı həftənin üç günü, digər yarısı isə o biri üç günü gələ bilərlər. Bununla da, əyani dərslər üçün dərs miqdarı iki yarımqrup arasında bölünərək müəllimin dərs yükünü də tənzimləmiş olacaq.

    Virus təhlükəsi səbəbilə övladlarını məktəbə göndərmək istəməyən valideynlər də var. Bu valideynlər isə məktəbə yaxınlaşıb, xüsusi hazırlanmış iltizam formasını imzalamalıdırlar.

    Bununla da valideyn övladının virtual dərslərdə iştirakına, teledərsləri izləməsinə, müəllim tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsinə, müstəqil öyrənilməsinə və onun məktəbdə mütəmadi şəkildə keçiriləcək kiçik və böyük summativlərdə mütləq qaydada iştirak etməsinə təminat verir.

    Bütün bu məsuliyyəti öz üzərinə götürməklə valideyn övladının əyani dərslərdə iştirakından imtina etdiyini bildirmiş olur. Əgər buna rəğmən şagird virtual dərslərdə aktiv iştirak etməzsə və summativlərə qatılmazsa, bu şagirdlər biliyi qiymətləndirilməyənlər kateqoriyasına aid ediləcək və sinifdə qalmaq təhlükəsi ilə üzləşəcəklər.

    Qeyd edək ki, sentyabrın 15-də Azərbaycanda 600 mindən çox şagird təhsil müəssisəsinə gedəcək.