Month: September 2020

  • Azərbaycanda abituriyentlərin ən çox seçdiyi ixtisaslar bəlli oldu

    Azərbaycanda hər ixtisas qrupu üzrə abituriyentlərin istəyinə daha çox uyğun olan, ərizələrdə daha çox birinci yerdə göstərilən ən nüfuzlu ixtisaslar müəyyən edilib.

    Bu barədə məlumatlar Dövlət İmtahan Mərkəzinin (DİM) 2019/2020-ci tədris ili üçün Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik təhlilində qeyd olunub.

    Hər bir ixtisas üzrə müsabiqə vəziyyəti təkcə həmin ixtisası seçən abituriyentlərin sayından deyil, həm də həmin ixtisas üçün ayrılmış plan yerlərinin miqdarından asılı olur.

    Bir qayda olaraq, abituriyentlərin sayının artması müsabiqə vəziyyətinin yüksəlməsinə, plan yerlərinin artması isə müsabiqə vəziyyətinin düşməsinə səbəb olur. Bu baxımdan müsabiqə vəziyyəti ixtisasın nüfuz səviyyəsini tam ifadə edə bilməz.

    Belə ki, ötən il abituriyentlər Azərbaycan bölməsində I qrupda ən çox Bakı Dövlət Universitetinin “Riyaziyyat müəllimliyi”, II qrupda Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə”, III qrupda Azərbaycan Dillər Universitetinin “Xarici dil müəllimliyi (ingilis dili üzrə)”, IV qrupda Azərbaycan Tibb Universitetinin “Müalicə işi”, V qrupda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Bədən tərbiyəsi və idman” ixtisaslarına üstünlük veriblər.

    I ixtisas qrupundan başqa, digər ixtisas qruplarında rus bölməsi abituriyentlərinin seçimi Azərbaycan bölməsi ilə eyni olub. I ixtisas qrupunda rus bölməsinin abituriyentləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “İnformasiya texnologiyaları” ixtisasına üstünlük veriblər. Azərbaycan bölməsində I ixtisas qrupunda “Riyaziyyat müəllimliyi” ixtisasına marağın artmasını Təhsil Nazirliyinin pedaqoji ixtisaslara göstərdiyi qayğı ilə əlaqələndirmək olar.

  • Xaçmaz-Xudatda fəaliyyət göstərən avtobuslarda qiymət artıb? – RƏSMİ AÇIQLAMA

    Xaçmazla Xudat arasında fəaliyyət göstərən avtobuslarda gediş haqqı 50 qəpikdən 80 qəpiyə artırılıb. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

    Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəhbəri Nuridə Allahyarova bildirdi ki, Xaçmaz-Xudat yolunda qanunsuz işləyən mikroavtobuslarda belə hallar ola bilər:

    “Bizim rəsmi fərqlənmə nişanı verdiyimiz şəhərlərarası, rayonlararası avtobuslar rəsmi qaydada fəaliyyət göstərmir. Pandemiya ilə əlaqədar onların işi məhdudlaşdırılıb. Daxildə – kəndlərə, qəsəbələrə işləyən və bizim tərəfdən fərqlənmə nişanı alan avtobuslarda qiymət artımı baş verməyib. Buna ciddi nəzarət olunur”.

  • Президент Азербайджана утвердил новый состав Комиссии по вопросам помилования

    Президент Азербайджана Ильхам Алиев 8 сентября утвердил новый состав Комиссии по вопросам помилования при Президенте.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению, председателем комиссии стал глава Администрации Президента (АП) Самир Нуриев.

    В состав комиссии входят: помощник Президента – завотделом по работе с правоохранительными органами АП Фуад Алескеров, завотделом законодательства и правовой политики АП Гюндуз Керимов, министр юстиции Фикрет Мамедов, министр внутренних дел Вилаят Эйвазов, председатель Управления мусульман Кавказа, шейхульислам Аллахшукюр Пашазаде, депутаты Милли Меджлиса (парламента) Ахлиман Амирасланов, Захид Орудж, Фазиль Мустафа, Азай Гулиев и Садагат Велиева, зампред Госкомитета по проблемам семьи, женщин и детей Айнур Софиева, секретарь Союза писателей, член правления Совета прессы Рашад Маджидов, руководитель исследовательского фонда “Конституция” Алимамед Нуриев, руководитель фонда “Хан Шушинский” Бейимханым Вердиева, директор лицея имени академика Зарифы Алиевой Мехрибан Велиева.

    Секретарь комиссии – завсектором по вопросам помилования отдела по работе с правоохранительными органами АП Кямаля Исмаилова.

    Распоряжение вступает в силу со дня подписания.

  • İlham Əliyev Əfv Məsələləri Komissiyasının yeni tərkibini təsdiq etdi – SƏRƏNCAM

    “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 fevral tarixli 1792 nömrəli sərəncamında dəyişiklik edilib.

    AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Sərəncama əsasən, Əfv Məsələləri Komissiyasının sədri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev olub.

    Bundan başqa, Komissiyanın üzvləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov, Ədliyyə naziri Fikrət Məmmədov, Daxili İşlər naziri Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Milli Məclisin deputatları Əhliman Əmiraslanov, Zahid Oruc, Fazil Mustafa, Azay Quliyev və Sədaqət Vəliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcidov, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, “Xan Şuşinski” Fondunun rəhbəri Bəyimxanım Verdiyeva, Akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyeva, Komissiyanın katibi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun müdiri Kəmalə İsmayılova olub.

    Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

  • Ukrayna Rusiyanın COVID-19 peyvəndindən imtina edəcək

    Ukrayna Rusiyada COVID-19-a qarşı hazırlanan peyvənddən Avropa İttifaqı və ABŞ istehsalçılarının xeyrinə imtina edəcək.

    Bu barədə “RİA Novosti” Ukraynanın Xarici İşlər naziri Dmitri Kulebaya istinadən məlumat yayıb.

    “Biz Avropa İttifaqı, Birləşmiş Ştatlar və digər ölkələrlə bu sahədə effektli əməkdaşlıq edirik”, – deyə D.Kuleba bildirib.

  • Президент Ильхам Алиев наградил генерал-майора орденом

    Президент Азербайджана Ильхам Алиев 8 сентября подписал распоряжение о награждении Яшара Адильхан оглу Алиева орденом “За службу отечеству” II степени.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Я.Алиев награжден за особые заслуги в работе национального государственного строительства в Азербайджане.

    Отметим, что генерал-майор полиции Я.Алиев является начальником Главного управления охраны МВД АР.

  • Prezident general-leytenantı təltif etdi – SƏRƏNCAM

    Prezident İlham Əliyev Yaşar Ədilxan oğlu Əliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, Y.Əliyev Azərbaycan Respublikasında milli dövlət quruculuğu işində xüsusi xidmətlərinə görə təltif edilib.

    Qeyd edək ki, Yaşar Əliyev Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini, general-leytenantdır.

  • “İmtahanın vaxtının uzadılması nəticələrə mənfi təsir göstərdi” – VİDEO

    Bu il öz uğurları ilə yüksək nəticə əldə edən şagirdlərin adları bəlli olub.

    Pandemiya səbəbindən ölkəmizdə mart ayının 3-dən ümumtəhsil məktəblərində dərslərin dayandırılmasına baxmayaraq, müəllimlərin fədakar əməyi nəticəsində onlayn dərslər aparılıb və məzunlar gözlənilən nəticəni verə biliblər. Onlar imtahan vaxtının uzadılmasının nəticələrə mənfi təsir etdiyini bildiriblər.

    ARB Şəki eyni sinifdən yüksək bal toplayaraq ali məktəbə qəbul olan şagirdlərlə bağlı maraqlı süjet hazırlayıb.

  • В Азербайджане выявлены 139 новых случаев инфицирования COVID-19, скончался еще один человек – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 139 новых случаев инфицирования коронавирусом, еще 128 человек вылечились и были выписаны домой.

    Об этом 8 сентября сообщает Оперативный штаб при Кабинете министров.

    За минувшие сутки от COVID-19 скончался еще один пациент.

    В целом в Азербайджане заразились 37 557 человек, 552 – скончались, 34 965 – излечились, 2 040 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 973 838 тестов (за последние 24 часа – 6 798) на COVID-19.

  • Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 139 yeni yoluxma – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 139 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

    COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 37 557 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 965 nəfər müalicə olunaraq sağalıb, 552 nəfər vəfat edib, aktiv xəstə sayı 2 040 nəfərdir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 798, ötən müddət ərzində isə ümumilikdə 973 838 test aparılıb.