Month: September 2020

  • Azərbaycanda dua oxumaq adı ilə dələduzluq edən qayınana və gəlin tutuldu – VİDEO

    Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq yolu ilə ayrı-ayrı vətəndaşların pul və zinət əşyalarını ələ keçirən şəxslər saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu xəbər verib.

    Bildirilib ki, Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Ağayrı kənd sakini A.Mahmudovanı dələduzluq yolu ilə aldadaraq onun 2000 manat dəyərində üç ədəd qızıl üzüyünü ələ keçirən Bərdə şəhər sakinləri B.Əliyeva və onun gəlini A.Abdullayeva saxlanılıblar.

    Onlar zərərçəkmiş şəxsi aldadaraq bildiriblər ki, onun ailəsində baş verəcək bədbəxt hadisənin qarşısını almaq məqsədilə zinət əşyalarını aparıb dua oxuduqdan sonra geri qaytaracaqlar. Aparılan araşdırmalarla həmin şəxslərin bu kimi müxtəlif üsullarla daha üç şəxsi aldadaraq ümumilikdə 850 manat pulunu və 2300 manat dəyərində zinət əşyalarını ələ keçirdikləri müəyyən edilib.

    Faktlarla bağlı Biləsuvar Rayon Polis Şöbəsində başlanan cinayət işinin istintaqı davam edir.

  • Ордухан Бабиров, Гурбан Мамедов и Турал Садыглы объявлены в международный розыск

    Пресс-служба Генеральной прокуратуры АР распространила сообщение о лицах, обвиняемых в призыве к госперевороту и массовым беспорядкам.

    “Гражданин Азербайджана Эльвин Исаев (1980 г.р.), экстрадированный 12 декабря 2019 года в страну за нарушение требований миграционного законодательства Украины, 14 декабря был помещен в следственный изолятор №1 Пенитенциарной службы в соответствии с решением Насиминского районного суда, вынесенным заочно 22 августа того же года по уголовному делу, расследование которого проводится в Следственном управлении Генпрокуратуры.

    По фактам антигосударственных призывов к массовым беспорядкам на территории АР 15 августа 2019 года в Генпрокуратуре в отношении Э.Исаева было возбуждено уголовное дело.

    Следствием было установлено, что Э.Исаев в начале 2018 года выехал из республики в Санкт-Петербург. Он и временно проживающие в ряде европейских стран граждане Азербайджана Ордухан Бабиров, Гурбан Мамедов, Орхан Агаев, Рафаэль Пириев, Али Гасаналиев, Турал Садыглы, Сулейман Сулейманлы и другие неустановленные лица, с которыми Исаев предварительно вошел в сговор, на своих страницах в YouTube и Facebook размещали видеообращения и публикации, в которых на азербайджанском языке призывали своих соотечественников к насильственному захвату власти, изменению конституционного строя и нарушению территориальной целостности страны, а также открыто призывали к активному неповиновению и сопротивлению законным требованиям представителей власти, массовым беспорядкам и насилию.

    На основании этого Эльвину Исаеву были предъявлены обвинения по статьям 12.1, 34.2, 220.2 (призывы группы лиц по предварительному сговору к активному неподчинению законным требованиям представителей власти и к массовым беспорядкам, а равно призывы к насилию над гражданами), 12.1, 34.2, 281.2 (публичные призывы группы лиц по предварительному сговору, направленные против государства) Уголовного кодекса АР. По завершении следствия материалы дела были направлены на рассмотрение в Бакинский суд по тяжким преступлениям.

    В то же время по уголовному делу, выделенному в отдельное производство, Ордухан Бабиров, Гурбан Мамедов, Орхан Агаев, Рафаэль Пириев, Али Гасаналиев, Турал Садыглы и Сулейман Сулейманлы также были признаны виновными по указанным выше статьям. На основе представления Генпрокуратуры Насиминский райсуд избрал в отношении этих лиц меру пресечения в виде ареста.

    Обвиняемые были объявлены в международный розыск, принятые в отношении них судебных решения для исполнения были направлены в МВД и Службу государственной безопасности АР, а также в национальное центральное бюро Интерпола.

    Органы прокуратуры предпримут все необходимые меры для экстрадиции и привлечения к уголовной ответственности указанных лиц в соответствии с требованиями законодательства и соответствующих международных конвенций.

    В настоящее время ведется интенсивное следствие по уголовному делу”, – говорится в сообщении Генпрокуратуры.

  • Orduxan Bəbirov, Qurban Məmmədov, Tural Sadıqlı beynəlxalq axtarışa verildi – RƏSMİ

    Azərbaycan Respublikasının vətəndaşı 1980-ci il təvəllüdlü İsayev Elvin İltixam oğlu Ukrayna miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə 12 dekabr 2019-cu il tarixdə Azərbaycana deportasiya olunub və Baş Prokurorluğun İstintaq idarəsində istintaq edilən cinayət işi üzrə barəsində Nəsimi rayon məhkəməsinin 22 avqust 2019-cu il tarixli qərarı əsasında seçilmiş həbs qətimkan tədbirinin icrası ilə əlaqədar 2019-cu il dekabrın 14-də Penitensiar xidmətin 1 saylı istintaq təcridxanasına yerləşdirilib.

    Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, Azərbaycan Respublikası ərazisində kütləvi iğtişaşlara və dövlət əleyhinə yönələn açıq çağırışlar etməsi faktları üzrə 15 avqust 2019-cu il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs Elvin İsayevin müdafiə hüququ cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq qaydada tam təmin edilib.

    İstintaqla müəyyən edilib ki, Elvin İsayev 2018-ci ilin əvvəllərində Azərbaycan Respublikasının vətəndaşları olmaqla hazırda Avropanın müxtəlif ölkələrində müvəqqəti məskunlaşmış Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı, Süleyman Süleymanlı və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycan Respublikasını tərk etdikdən sonra, müvəqqəti məskunlaşdığı Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində özünə məxsus hesablar vasitəsilə “YouTube” və “Facebook” sosial şəbəkələrində Azərbaycan dilində yerləşdirdiyi video müraciətlərində, yayımladığı video görüntülərdə və paylaşımlarda hakimiyyətin zorla ələ keçirilməsi və zorla saxlanılmasına, habelə ölkəmizin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ərazi bütövlüyünün parçalanmasına yönələn ifadələr işlətməklə Azərbaycan Respublikası vətəndaşlarına müraciət edərək hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal itaətsizlik və müqavimət göstərilməklə kütləvi iğtişaşlar və zorakılıqlar etməyə açıq çağırışlar edib.

    Qeyd olunanlara əsasən, Elvin İsayev Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 12.1, 34.2, 281.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar dövlət əleyhinə yönələn açıq çağırışlar etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılmaqla baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Eyni zamanda, Elvin İsayevin qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əməllərində iştirak etmiş Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı və Süleyman Süleymanlı barəsində Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə ayrıca icraata ayrılmış cinayət işi üzrə həmin şəxslər təqsirləndirilən şəxs qismində cəlb ediliblər, Baş Prokurorluğun təqdimatı əsasında Nəsimi rayon məhkəməsinin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

    İstintaq idarəsi tərəfindən qeyd edilən şəxslər barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə, icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, həmçinin “İnterpol”un Milli Mərkəzi Bürosuna göndərilib.

    Prokurorluq orqanları tərəfindən qeyd edilən şəxslərin konkret olaraq olduğu yerlər müəyyən edilməklə qanunvericiliyin və müvafiq beynəlxalq Konvensiyaların tələblərinə uyğun olaraq Azərbaycan Respublikasına ekstradisiya edilmələri və məhkəmə məsuliyyətinə verilmələri üçün mümkün olan bütün tədbirlərin həyata keçirilməsi təmin ediləcək.

    Hazırda həmin cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir.

  • Azərbaycanda 2020-2021-ci tədris ili üçün tətil günləri açıqlandı

    2020-2021-ci tədris ili üçün tətil günləri açıqlanıb.

    APA-nın məlumatına görə, Təhsil naziri Emin Əmrullayevin 2020-2021-ci tədris ili üçün əsas tədris planlarına dair əmrində bildirilib ki, ümumi təhsil müəssisələrinin dərs məşğələləri sentyabrın 15-də başlayacaq, iyunun 14-də başa çatacaq.

    Tədris iki yarımilə bölünür. Birinci yarımil: 15 sentyabr-26 yanvar; ikinci yarımil: 1 fevral-14 iyun.

    Tədris ili ərzində müəyyən edilən tətillər isə belədir: payız tətili – 16-20 noyabr (5 gün); qış tətili – 27-31 yanvar (5 gün); məktəbəhazırlıq qrupları və ibtidai siniflər üçün əlavə tətil – 1-5 may (5 gün).

  • Замдиректора Центральной научной библиотеки НАНА уволился – ФОТО

    Замдиректора Центральной научной библиотеки Национальной академии наук Азербайджана (НАНА) Эльнур Эльтюрк освобожден от занимаемой должности, сообщает Unikal.org.

    Причины, побудившие его написать заявление об увольнении, пока неизвестны.

    Отметим, что Э.Эльтюрк работал в библиотеке с 2016 года.

  • AMEA-da vəzifəli şəxs işdən çıxdı – FOTO

    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının direktor müavini Elnur Eltürk işdən çıxıb.

    Unikal.org-un əldə etdiyi məlumata görə, onun hansı səbəblərdən ərizəsini yazdığı hələlik bəlli deyil. Məlumat verən mənbə onu da bildirib ki, bir neçə aydır Elnur Eltürklə akademiyanın rəhbərliyi arasında soyuqluq yaranmışdı.

    Xatırladaq ki, Elnur Eltürkün fəaliyyəti nəticəsində Azərbaycan vikipediya sahəsində ciddi irəliləyişlər əldə edib. Onun formalaşdırdığı komanda uğurlara imza atıb. Belə bir uğurlu kadrın işdən ayrılması paradoksdur və günümüzlə ayaqlaşmır. AMEA-nın bunu necə əsaslandıracağı maraq doğurur.

    Qeyd edək ki, Elnur Eltürk 2016-ci ilin may ayından Mərkəzi Elmi Kitabxanada çalışmağa başlayıb. Onun ölkədə “Vikipediya” sisteminin qurulmasında xüsusi xidmətləri olub. Ölkədə “Vikipediya” hərəkatı onun fəaliyyəti dövründə inkişaf etməyə başlayıb. Çoxsaylı və uğurlu təlimlər keçirilib. “Vikipediya”nın reytinq cədvəlində Azərbaycan irəliləyib.

    Həmçinin, onun Azərbaycanın diaspor hərəkatında da ciddi fəaliyyəti var. On ildən çoxdur ki, bu istiqamətdə fəaliyyət göstərir

  • “Neftçi” 500 min avroluq futbolçunu transfer edə bilər

    “Neftçi” Yunanıstanın məşhur “Panatinaikos” klubundan Dimitris Kolovosla heyətini gücləndirə bilər.

    Yunanıstanın newspao.gr saytı xəbər verir ki, 27 yaşlı sol cinah hücumçusu “Neftçi”yə keçməkdə maraqlıdır. Çünki “Neftçi” sentyabrın 17-də Türkiyənin məşhur “Qalatasaray” klubu ilə UEFA Avropa Liqasının II təsnifat mərhələsində qarşılaşacaq.

    Qeyd edək ki, Dimitris Kolovosun 2022-ci ilin yayınadək “Panatinaikos”la müqaviləsi var. “Transfermarkt”a görə, onun keçid qiyməti 500 min avrodur. Bu səbəbdən transferin icarə əsasında gerçəkləşməsi gözlənilir.

    Dimitris Kolovos 2014-cü ildən Yunanıstan millisində doqquz oyun keçirib və bir qol vurub. O, həmin qolu ötən il millisinin AVRO-2020-nin seçmə mərhələsində səfərdə Bosniya və Herseqovina ilə matçda vurub. Kolovos həmin qolla komandasını məğlubiyyətdən xilas edib (2:2).

  • В Баку по факту попытки суицида школьницы возбуждено уголовное дело

    Генеральная прокуратура распространила сообщение о попытке самоубийства учащейся девятого класса средней школы в бакинском поселке Сулутепе.

    “По факту попытки самоубийства ученицы 9б класса школы №313 Бинагадинского района Солмаз Гаджиевой, которая 7 сентября в 09:00 выбросилась из окна третьего этажа учебного заведения, в районной прокуратуре возбуждено уголовное дело по статье 125 (доведение до самоубийства) УК АР.

    Проведены необходимые экспертизы, свидетели допрошены, выполнены другие процессуальные действия.

    В настоящее время С.Гаджиева госпитализирована в стационарное отделение, принимаются необходимые меры по ее лечению.

    В целях обеспечения всестороннего, полного и объективного расследования следственные мероприятия проводятся совместно с Министерством образования.

    О результатах общественность будет проинформирована позже”, – говорится в сообщении.

  • Bakıda şagirdin məktəbdə intihara cəhd etməsi ilə bağlı cinayət işi başlandı

    Baş Prokurorluq Binəqədi rayonundakı orta məktəbdə 9-cu sinif şagirdinin intihara cəhdi ilə bağlı məlumat yayıb.

    Baş Prokurorluqdan verilən məlumatda bildirilir ki, sentyabrın 7-də saat 9 radələrində Bakı şəhəri Binəqədi rayonu 313 nömrəli tam orta məktəbin 9-cu (b) sinif şagirdi Solmaz Hacıyevanın məktəbin üçüncü mərtəbəsində yerləşən otaqlardan birinin pəncərəsindən özünü yerə ataraq intihara cəhd etməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

    İş üzrə müvafiq ekspertizalar təyin edilib, şahidlərin dairəsi müəyyənləşdirilərək dindirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

    Hazırda Solmaz Hacıyeva stasionara yerləşdirilməklə onun səmərəli müalicəsi üçün zəruri tədbirlərin görülməsi təmin edilir.

    Təhsil Nazirliyi ilə əlaqəli şəkildə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədi ilə peşəkar mütəxəssislər cəlb edilməklə intensiv istintaq tədbirləri həyata keçirilir.

    Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcəkdir.

  • Еще раз о транспортных проблемах в Баку – ВИДЕО

    На автобусных остановках около станции бакинского метро “28 Мая” даже днем наблюдается много пассажиров. Люди сталкиваются с большими трудностями при пользовании общественным транспортом.

    Учитывая, что с 8 сентября отменены ограничения на выезд из столицы в регионы, а на следующей неделе начнут работать учебные заведения, ожидается увеличение плотности пассажиропотока не только в экспресс-автобусах, которые запущены после закрытия метрополитена, но и в автобусах, курсирующих по регулярным маршрутам.

    Подробнее – в репортаже ARB Xəbər.