Month: September 2020

  • Yenə sıxlıq, yenə çoxsaylı sərnişin növbəsi: Bakının nəqliyyat dərdi – VİDEO

    Günorta saatları olmasına baxmayaraq, “28 may” metrostansiyasının yaxınlığında sərnişin sıxlığı müşahidə edilir. İnsanlar ictimai nəqliyyata minmək üçün böyük çətinliklərlə qarşılaşırlar.

    Tədris ocaqlarının açılacağını və rayonlara gediş-gəlişin bərpa edildiyini düşünsək, nəinki metroları əvəz edən ekspress avtobuslarda, eləcə də digər müntəzəm xətt üzrə marşrut avtobuslarında da sıxlığın, yollarda isə tıxacın daha da artması gözlənilir.

    “ARB Xəbər”də məsələ ilə bağlı ətraflı süjet yayımlanıb.

  • Azərbaycan kəndində “manyak” peyda olub? – AÇIQLAMA

    Son günlər Salyan rayonunda manyak peyda olduğuna dair məlumatlar yayılıb.

    İddia edilir ki, bir həftədir rayonun Xıdırlı kəndində yayılan söz-söhbətlər kənd camaatını narahat edir. Sosial şəbəkələrdə paylaşım edən şəxslər günlərlədir əhalini qorxu içində saxlayan “manyakların” hələ də tutulmadığını yazırlar.

    Məsələni aydınlaşdırmaq üçün Xıdırlı kənd ərazi nümayəndəsi Elçin Nəzirov ilə əlaqə saxladıq. Kənd camaatının iddialarına cavab olaraq Oxu.Az-a açıqlama verən E.Nəzirov bu söhbətlərin əsassız olduğunu deyib:

    “Bir həftədir hamı deyir ki, “manyak” peyda olub. Bu qədər camaatdan bir nəfər belə görən olmayıb. Heç kimə xəsarət yetirən yox, toyuğunu oğurlayan, evinə girib oğurluq edən yox. Bu söhbətlər necə yaranır başa düşmürük. Əraziyə polis çağırılıb. Kənddə heç bir qeyri-adi hal yoxdur. Yenə də məsələ araşdırılır, amma xahiş edirik “manyak” gördüm deyən adamlar onun şəklini çəksin, biz də görək. Hər kəsin əlində telefon var”.

  • Спикер Сахиба Гафарова встретится с Эрдоганом – ОФИЦИАЛЬНО

    Парламентская делегация во главе со спикером Милли Меджлиса Азербайджана Сахибой Гафаровой 10 сентября совершит первый официальный визит в Турцию.

    Информацию об этом распространил отдел прессы и связей с общественностью Милли Меджлиса.

    В состав делегации вошли руководитель рабочей группы по межпарламентским связям с Турцией Ахлиман Амирасланов, председатель комитета Зияфет Аскеров, депутаты Севиль Микаилова, Фазиль Мустафа, Эльшан Мусаев, Турал Гянджалиев, руководитель Аппарата парламента Сафа Мирзоев и другие.

    В ходе визита члены делегации ознакомятся с деятельностью Великого национального собрания Турции (ВНСТ), с процессом законотворчества, состоится обмен мнениями с турецкими коллегами.

    Сахиба Гафарова встретится с председателем ВНСТ Мустафой Шентопом.

    В ходе встречи будут обсуждены текущее положение и перспективы развития межпарламентских отношений, расширение двустороннего сотрудничества, реализация совместных проектов, а также пути решения региональных конфликтов.

    Также запланирована встреча Сахибы Гафаровой с Президентом Турции Реджепом Тайипом Эрдоганом и другими официальными лицами.

    Визит завершится 12 сентября.

  • Spiker Sahibə Qafarova Ərdoğanla görüşəcək – RƏSMİ

    Sentyabrın 10-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti ilk rəsmi səfərini Türkiyə Respublikasına edəcək.

    Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

    Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, komitə sədri Ziyafət Əsgərov, deputatlardan Sevil Mikayılova, Fazil Mustafa, Elşən Musayev, Tural Gəncəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

    Səfər zamanı nümayəndə heyətinin üzvləri Türkiyə Böyük Millət Məclisində parlamentin fəaliyyəti, qanun yaradıcılığı prosesi ilə yaxından tanış olacaq, Türkiyəli həmkarları ilə fikir mübadiləsi aparacaqlar.

    Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşəcək. Görüşdə parlamentlərarası əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri, ikitərəfli əməkdaşlığımızın daha da genişləndirilməsi, hər iki ölkənin birgə həyata keçirdiyi qlobal layihələrin reallaşması, regional münaqişələrin həlli yolları parlament müstəvisində müzakirə ediləcək.

    Sahibə Qafarovanın Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.

    Səfər sentyabrın 12-də başa çatacaq.

  • Azərbaycanda onkoloji xəstələrin sayı artıb

    Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan onkoloji xəstələrin sayı artıb.

    Trend-in məlumatına görə, Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan onkoloji xəstələrin (bədxassəli şişlərlə) ötənilki sayı 2018-ci ildəki (48 685) göstəricidən 52 718-ə yüksəlib. 2017-ci ildə bu say 45 756, 2015-ci ildə 40 653, 2010-cu ildə 28 052, 2005-ci ildə 23 088 olub.

    2019-cu ildə ölkədə 12 107 nəfərə ilk dәfә onkoloji diaqnoz qoyulub ki, bu say 2018-ci ildə 11 123, 2005-ci ildə 6 277 olub.

    2005-ci ildə əhalinin hәr 100 000 nәfәrinin 74,9 nəfərinə ilk dәfә onkoloji diaqnoz qoyulduğu halda, 2018-ci ildə bu say artaraq 113,3-ə, 2019-cu ildə 122,2-ə yüksəlib.

    Ötən il ilk dəfə onkoloji diaqnoz qoyulanların 5 807-i (2018-ci ildə 5 468) kişi, 6 300-ü (2018-ci ildə 5 655) qadın olub.

    Keçən il ilk dəfə onkoloji diaqnoz qoyulanların 129-u (2018-ci ildə 103) yaşı 13-dək olan uşaqlar, 38-i (2018-ci ildə 21) 14-17 yaşlı uşaqlar, 237-i (2018-ci ildə 243) 18-29 yaşlı gənclər, 296-sı (2018-ci ildə 254) 30-34 yaşlı, 414-ü (2018-ci ildə 366) 35-39 yaşlı insanlardır.

    Onkoloji diaqnoz qoyulan insanların böyük hissəsi yaşı 40-dan çox olanlardır.

    Keçən il 5 361 nəfər (2018-ci ildə 44 836) 40-59 yaşlı, 5 632 nəfər (2018-ci ildə 5 300) 60 vә yuxarı yaşlı insana ilk dəfə onkoloji diaqnoz qoyulub. Ötən il onkoloji diaqnoz qoyulanların çoxuna – 2 122 nəfərə (2018-ci ildə 1 799) süd vəzisinin bədxassəli şişi diaqnozu təyin edilib.

    Ötən il 1 359 (2018-ci ildə 1 341) nəfərə traxeya, bronx, ağciyərin, 1 277 (2018-ci ildə 1 211) nəfərə mədənin, 446 (2018-ci ildə 426) nəfərə qida borusunun, 205 (2018-ci ildə 201) nəfərə ağız boşluğunun və udlaq vəzinin bədxassəli şişi diaqnozu qoyulub.

  • Ölmək üçün nə qədər pul lazımdır? – VİDEOREPORTAJ

    Zaman-zaman insanlar qəbir yerlərinin və daşlarının qiymətlərindən narazılıqlarını ifadə ediblər.

    Baku TV əməkdaşları məsələni yerində araşdırmaq qərarına gəliblər.

    Yerləşdiyi ərazidən asılı olaraq qəbiristanlıqdakı yerlərin qiyməti 300-7000 manat arası dəyişir. Bu qiymətlər stabil olaraq qalmır, ildən-ilə şərtlərə uyğun dəyişir.

    Son mənzil dediyimiz qəbiristanlıqlardakı vəziyyət sözün əsl mənasında vəziyyətin sonudur.

    Budəfəki xüsusi reportajda qəbiristanlıqdakı ümumi mənzərə, özbaşınalıq, mollaların birbiriləri ilə yola getməməsi ön plana çəkilib. Baku TV əməkdaşları mollalara yaxınlaşıb sual vermək istəsə də, hər biri kameradan qaçmağı üstün tutub. Əməkdaşların rastlaşdığı xanım isə oradakı özbaşınalıqlardan söz açıb.

    Onun dediyinə görə qəbiristanlıqda qəbirlərə sahiblik edən mollalar var və həmin molla adlanan şəxsdən başqa kimsə qəbirə yaxınlaşa, orada təmizlik işləri apara, eyni zamanda yasin oxuya bilməz. Elə bu səbəbdəndir ki, mollalar arasında tez-tez qarşıdurma baş verir. Xanım onu da qeyd edib ki, qəbiristanlıqda oğurluqların ardı-arası kəsilmir və daha çox ora gətirilən güllər oğurlanaraq satılır.

    Suallardan qaçan məsul şəxslər isə yalnız “bizə əmr belə verilib, kiməsə məlumat verə bilmərik” deməsi ilə söhbətə nöqtə qoyub.

    Ətraflı reportajı təqdim edirik:

  • Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 57 dəfə pozub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Novruzlu, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

  • Обнародована последняя мировая статистика по коронавирусу

    По данным на утро 8 сентября, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 27 489 371.

    Суточный прирост составил 196 710 человек.

    За весь период пандемии скончались 896 867 человек, выздоровел 19 590 501 заразившийся.

    Больше всего инфицированных в США (6 485 575). На втором месте – Индия (4 280 422), третьем – Бразилия (4 147 794). В первую пятерку также входят Россия (1 030 690) и Перу (691 575).

    По числу жертв инфекции лидируют Соединенные Штаты – 193 534, вылечились – 3 758 629 человек.

    Иран с 388 810 заболевшими занимает 12-е место, Турция (281 509) – 18-е.

    В Армении коронавирусом заразились 44 845 человек, в Грузии – 1 684.

    Среди соседних стран наиболее высокая смертность от COVID-19 зафиксирована в Иране – 22 410 летальных исхода.

    На сегодня в Азербайджане подтверждены 37 418 случаев инфицирования коронавирусом, 34 837 человек вылечились, 551 – скончался.

  • Koronavirusla bağlı SON STATİSTİKA

    Dünyada 27 489 371 nəfərdə koronavirus aşkarlanıb.

    Virusdan 896 867 nəfər ölüb, 19 590 501 nəfər sağalıb.

    Yoluxma sayına görə ilk sıralarda 6 485 575 yoluxma ilə ABŞ, 4 280 422 yoluxma ilə Hindistan, 4 147 794 yoluxma ilə Braziliya, 1 030 690 yoluxma ilə Rusiya, 691 575 yoluxma ilə Peru yer tutur.

    İranda 388 810, Türkiyədə 281 509, Ermənistanda 44 845, Gürcüstanda 1 684 nəfərdə koronavirus qeydə alınıb.

    Azərbaycanda indiyə qədər koronavirusa yoluxan 37 418 nəfərin 551-i ölüb, 34 837 nəfər sağalıb.

  • В Азербайджане завершаются экзамены по приему на работу учителей

    Сегодня, 8 сентября, в Азербайджане проводятся экзамены по приему на работу желающих стать учителями истории и географии, сообщает Министерство образования.

    В тестировании участвуют 1 952 кандидата.

    Это последний экзамен в рамках конкурса по приему на работу учителей.