Month: September 2020

  • Azərbaycanda qanunsuz hərəkətlər edən vəzifəli şəxslə bağlı cinayət işi başlandı

    İsmayıllı rayon Tircan bələdiyyəsinin sədri Əhməd Çələbiyevin bələdiyyə sədri işlədiyi dövrdə qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında İsmayıllı rayon prokurorluğunda araşdırma aparılıb.

    İsmayıllı rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla Əhməd Çələbiyevin 2016-2020-ci illər ərzində bələdiyyə sədri vəzifəsində işləyən zaman bələdiyyəyə məxsus 65 hektar torpaq sahəsini yalan məlumatlar daxil etməklə tərtib etdiyi icarə müqaviləsi əsasında üç il müddətinə Əflatun Həsənova verməsinə dair əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı İsmayıllı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanıb.

    Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Azərbaycanda daha bir ailə münaqişəsi faciə ilə nəticələndi: Qızı boşanmaq istəyən ana özünə od vurdu

    Göyçay rayonunda intihar hadisəsi baş verib.

    APA-nın xəbərinə görə, hadisə rayonun Çərəkə kəndində qeydə alınıb.

    Kənd sakini, 1964-cü il təvəllüdlü Qədirova Raya Zülfüqar qızı ailə münaqişəsi zəminində qızı, 1992-ci il təvəllüdlü Elgül Qədirova ilə aralarında baş verən dava zamanı öz üzərinə benzin tökərək bədəninə od vurub. Qadın ağır yanıq xəsarətləri aldığı üçün Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    Məlumata görə, iki uşaq anası Elgül Qədirova rayonun Xəlitli kəndinə gəlin köçüb və bu günlərdə həyat yoldaşından boşanacağı barədə anası Raya Qədirovaya məlumat verib. Raya Qədirova qızına boşanmamağı tövsiyə edib və boşanarsa, özünü yandıracağını bildirib. Buna inanmayan Elgül həyat yoldaşından ayrılaraq uşaqları ilə birgə anasının evinə gəldiyi üçün qadın özünə qəsd edib.

    Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

  • Bakı polisi əməliyyat keçirdi, heroin alverçiləri yaxalandı

    Bakıda narkotik vasitələrin alverçiləri yaxalanıb.

    Trend-in məlumatına görə, Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsilə məhkum olunmuş, 1963-cü il təvəllüdlü Famil Mehdiyev saxlanılıb. Üzərinə baxış zamanı ondan 1,040 qram heroin və 0,525 qram narkotik maddə olan metanfetamin aşkar edilərək götürülüb.

    Həmin gün Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşları isə keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakinləri Eyvaz Aslanovdan 0,046 qram, Mirsəftər Aslanovdan isə 0,027 qram narkotik maddə olan heroin aşkar edərək götürüb.

    Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

  • Мировые цены на нефть снижаются

    Мировые цены на нефть снижаются в ходе торгов в пятницу, 4 сентября, передает RT.

    Октябрьские фьючерсы на нефть WTI снизились на 0,89%, составив 41 доллар за баррель.

    Фьючерсы на нефть марки Brent с поставкой в ноябре упали на 0,77% – до 43,73 доллара за баррель.

  • Neft ucuzlaşdı

    Dünya bazarında neftin qiymətində azalma müşahidə edilib.

    Bu barədə RT xəbər yayıb.

    WTI markalı neftin oktyabr fyuçersləri 0,89 faiz azalaraq bir bareli 41 dollara (71 manat) düşüb.

    “Brent” markalı neftin noyabr tədarükü üçün fyuçersləri 0,77 faiz azalaraq bir barreli 43,73 dollara (74,341 manat) qədər azalıb.

  • Şamaxıda doqquz yaşlı uşaq göldə batdı

    Şamaxı rayonunda uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

    APA-nın xəbərinə görə, hadisə rayonun Mirikənd kəndi ərazisində qeydə alınıb. Rayonun Məlcək kənd sakini, 2011-ci il təvəllüdlü Mehdiyev Əlizadə Zaur oğlu başqa uşaqlarla birgə kənddəki göldə çimərkən ehtiyatsızlıq edib və suda boğularaq ölüb. Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.

    Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

  • Şəki sakini sirkə turşusundan zəhərlənib

    Şəkidə 61 yaşlı kişi sirkə turşusundan zəhərlənib.

    APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün günorta saatlarında Şəki şəhər sakini, 1959-cu il təvəllüdlü Novruz Nurəddin oğlu Mustafayev zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

    Müayinə zamanı N.Mustafayevin yaşadığı ünvanda bilməyərəkdən araq əvəzinə sirkə turşusu içərək zəhərləndiyi məlum olub. N.Mustafayevin müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Nazir müavini təyin olunan Fariz Rzayev kimdir? – DOSYE

    Xəbər verdiyimiz kimi, bu gün Xarici işlər nazirinin müavini Nadir Hüseynov vəzifəsindən azad olunub. Prezident İlham Əliyevin Sərəncamı ilə Fariz Rzayev XİN rəhbərinin müavini təyin edilib.

    AZXEBER.COM xəbər verir ki, bu təyinadək Fariz Rzayev Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəis müavini vəzifəsində çalışıb.

    Fariz Rzayev 1977-ci ildə Bakı şəhərində anadan olub. Bakı Sosial İdarətemə və Politologiya İnstitutunda beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında eyni ixtisas üzrə magistr təhsili alıb.

    2000-2013-cü illərdə Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən 2002-2005-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı, 2007-2012-ci illərdə Belçikadakı səfirliklərində çalışıb. 2-ci dərəcəli 1-ci katib diplomatik rütbəsinə malikdir.

    F.Rzayev 3 iyun 2013-cü ildə Təhsil Nazirliyinin Tələbə mübadiləsi və təhsilin inkişafı proqramları şöbəsinə müdir təyin edilib. 2017-ci ilin yanvar ayında Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat alıb. Həmin il Birinci vitse-prezidentin Katibliyinin rəis müavini təyin olunub.

  • Lerikdə meşələri vəzifəli şəxslər qırır? – VİDEO

    Lerik rayonunun meşələri sürətlə qırılmaqdadır.

    YURD TV xəbər verir ki, meşələri qıran bu insanlar elə məhz meşələrin qorunması üçün vəzifələndirilən şəxslərdir.

    Ötən gün meşədə çəkiliş edən sakinlər iki yüzdən çox ağac qırıntısı aşkar ediblər.

    Ətraflı videoda:

  • Фариз Рзаев назначен заместителем министра иностранных дел Азербайджана

    Распоряжением Президента Азербайджана Ильхама Алиева Надир Гусейнов освобожден от должности заместителя министра иностранных дел.

    Как передает Report, об этом сообщила руководитель пресс-службы МИД Азербайджана Лейла Абдуллаева.

    Н.Гусейнов назначен послом по особым поручениям приказом министра иностранных дел.

    Другим распоряжением Президента Ильхама Алиева Фариз Рзаев назначен заместителем министра иностранных дел.