Month: September 2020

  • Болельщики “Трактора”: Карабах наш и всегда будет нашим! – ВИДЕО

    Вчера состоялся финал кубка Ирана по футболу.

    В решающей встрече представитель Тебриза “Трактор” победил “Истиглал” со счетом 3:2.

    После игры болельщики клуба Южного Азербайджана вышли на улицы, чтобы отпраздновать победу.

    Они скандировали лозунги “Карабах наш и всегда будет нашим!”, “Живи, Азербайджан!” и др.

  • “Traktor” azərkeşlərindən Azərbaycana dəstək şüarları: “Qarabağ bizimdir, bizim olacaq!” – VİDEO

    Xəbər verdiyimiz kimi ötən gün futbol üzrə İran kubokunun final oyunu keçirilib.

    Həlledici görüşdə Təbriz təmsilçisi “Traktor”la Tehran klubu “İstiqlal” üz-üzə gəlib.

    Beş qolun qeydə alındığı matçda Cənubi Azərbaycan klubu 3:2 hesablı qələbəyə sevinib.

    Böyük qələbəni küçələrdə qeyd edən azarkeşlər “Qarabağ bizimdir, bizim olacaq!”, “Yaşasın Azərbaycan”, “Azərbaycan var olsun, istəməyən kor olsun” şüarları səsləndiriblər.

  • Обнародована последняя мировая статистика по коронавирусу

    По данным на утро 4 сентября, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 26 471 733.

    За весь период пандемии скончались 873 223 человека, выздоровел 18 664 301 заразившийся.

    Больше всего инфицированных в США (6 335 244). На втором месте – Бразилия (4 046 150), третьем – Индия (3 936 747). В первую пятерку также входят Россия (1 009 995) и Перу (670 145).

    По числу жертв инфекции лидируют Соединенные Штаты – 191 058, вылечились – 3 575 096 человек.

    Иран с 380 746 заболевшими занимает 12-е место, Турция (274 943) – 18-е.

    В Армении коронавирусом заразился 44 271 человек, в Грузии – 1 568.

    Среди соседних стран наиболее высокая смертность от COVID-19 зафиксирована в Иране – 21 926 летальных исходов.

    На сегодня в Азербайджане подтверждены 36 899 случаев инфицирования коронавирусом, 34 264 человека вылечились, 541 – скончался.

  • Koronavirusla bağlı SON STATİSTİKA

    Dünyada 26 471 733 nəfərdə koronavirus aşkarlanıb.

    Virusa yoluxan 873 223 xəstə ölüb, 18 664 301 nəfər sağalıb.

    Yoluxma sayına görə ilk üçlüyə 6 335 244 yoluxma ilə ABŞ, 4 046 150 yoluxma ilə Braziliya, 3 936 747 yoluxma ilə Hindistan daxildir.

    Azərbaycanın sərhəd qonşusu Rusiya 1 009 995 yoluxma ilə dördüncü sıradadır.

    Qonşularımızdan ən çox ölüm hadisəsi İranda qeydə alınıb (21 926 nəfər). Bu ölkədə virus 380 746 nəfərdə müşahidə edilib.

    Türkiyədə 274 943, Ermənistanda 44 271, Gürcüstanda 1 568 nəfərdə koronavirus aşkarlanıb.

    Azərbaycanda koronavirusa yoluxan 36 899 nəfərin 541-i ölüb, 34 264-ü sağalıb.

  • Создатели “Игры престолов” снимут новый сериал

    Шоураннеры “Игры престолов” Дэвид Бениофф и Д.Б. Уайсс снимут сериал для Netflix на основе китайской фантастической трилогии “Задача трех тел”, сообщает Fox News.

    Автор произведения – Лю Цысинь. В нем рассказывается о первом контакте человечества с инопланетной цивилизацией, пишет РИА Новости.

    Сами сценаристы в пресс-релизе назвали эту книгу самой амбициозной научной фантастикой, которую им доводилось читать.

    “Начинается все с жизни на маленькой голубой планете и заканчивается отдаленными частями Вселенной. Нам не терпится провести следующие несколько лет жизни, адаптируя эту историю для экрана”, – заявили Бениофф и Уайсс.

    Еще одним сценаристом проекта станет Александр Ву (“Террор”).

    Автор книги также будет следить за производством ленты как консультант.

    “Я с большим уважением отношусь к креативной команде, которая займется адаптацией “Задачи трех тел” для телеэкрана”, – заявил Цысинь.

    В августе 2019 сценаристы “Игры престолов” заключили с Netflix контракт якобы на сумму в 200 млн долларов, согласно которому будут производить контент исключительно для стримингового сервиса.

  • “Taxt oyunları”nın yaradıcıları yeni seriala hazırlaşır

    “Taxt oyunları” icraçı prodüsserləri Devid Benioff və D.B.Uays Çinin fantastik “Üç Bədən Problemi” trilogiyası əsasında “Netflix” üçün serial çəkilişlərinə başlayacaqlarını bildiriblər.

    Müəllifi Lyu Tsısin olan əsərdə bəşəriyyətin yad planetli sivilizasiya ilə ilk təmasından bəhs edilir.

    Senaristlər bu kitabı indiyə qədər oxuduqları ən iddialı elmi fantastika adlandırıblar:

    “Hər şey kiçik mavi planetdəki həyatdan başlayır və kainatın uzaq hissələri ilə sona çatır. Həyatımızın növbəti bir neçə ilini bu hekayəni ekrana uyğunlaşdırmaq üçün keçirə bilməyi səbirsizliklə gözləyirik”.

    Layihənin digər ssenari müəllifi Alkesandr Vudur.

  • İki aylıq uşağı bağlı çantada aparan qadın saxlanıldı – VİDEO

    Ukraynanın Kiyev şəhərində bağlı çantada uşaq aparan qadını saxlayıblar.

    “Kiev Operativnıy” “Facebook” səhifəsində bununla bağlı video yayımlanıb.

    Kadrlardan aydın olur ki, qadın iki aylıq uşağı gödəkcəyə bükərək çantaya qoyub. O, bunda qorxulu heç bir şey olmadığını deyib.

    Polis qadını əlindən çantanı alır və uşağı oradan götürərək xidməti maşınına qoyur.

    Məlum olub ki, həmin qadın Odessadan gəlib və bundan başqa altı uşağı da var.

  • Sabirabadda 20 yaşlı qız dərmandan zəhərlənib

    Sabirabad rayonunda zəhərlənmə hadisəsi baş verib.

    ”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, talassemiya xəstəsi olan rayon sakini 20 yaşlı Ağalarova Mirada Seyidbala qızı bir neçə dərmanı ard-arda içərək zəhərlənib.

    Yaxınları xəstəni dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparıblar. Xəstənin vəziyyəti ağır olduğundan həkimlər onu dərhal reanimasiya şöbəsinə yerləşdiriblər.

    Hazırda onun vəziyyəti ağırdır və müalicəsi davam etdirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • İri şəhərlərdə məhkəmə icraçılarının iş yükü daha artıqdır

    Azərbaycanda 600-ə yaxın icra məmuru fəaliyyət göstərir.

    Bu barədə Ədliyyə Nazirliyinin “Məhkəmə qərarlarının icrasının təşkili” mövzusunda keçirilən mətbuat konfransında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev məlumat verib.

    Onun sözlərinə görə, icra məmurlarının hamısı dövlət qulluqçusudur:

    “Onların hamısı ali təhsilli, hüquqşünas zabitlərdir. İcra xidməti artıq 20 ildir ki, fəaliyyət göstərir və bu illər ərzində işə götürülən icra məmurlarının hər biri Ədliyyə orqanlarının müvafiq qanunları çərçivəsində fəaliyyət göstərirlər. Bu sahədə 30-a yaxın icra haqqında qanuna dəyişiklik olunub.

    Onu da qeyd edim ki, cari ilin altı aylıq hesabatına görə, 600-ə yaxın icra məmurunun icraatında 700 mindən artıq iş olub. Bu istiqamətdə universal bölgü olmadığı üçün regionlarda hər icra məmurunun icraatında təxminən 400-500-ə qədər iş olur. Amma iri şəhərlərdə- Sumqayıtda, Gəncədə, Bakıda iş yükü daha artıq olur”.

  • Yaponiyada güclü zəlzələ: Yaralıların sayı artdı

    Yaponiyanın mərkəzindəki Fukui prefekturasında 5 bal gücündə baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı artıb.

    “Kyodo” agentliyi xəbər verir ki, təbii fəlakət nəticəsində ikisi uşaq olmaqla azı 11 nəfər yaralanıb.

    Yerli səlahiyyətlilər bir həftə ərzində Fukuidə yenidən zəlzələ baş verə biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.

    Daha əvvəl zəlzələnin iki nəfərin ölümünə səbəb olduğu barədə xəbər yayılmışdı.