Month: September 2020

  • Başına torba keçirilən çılpaq afroamerikalı boğularaq öldü – FOTO/VİDEO

    Polis tərəfindən saxlanıldıqdan sonra başına torba keçirilən afroamerikalı Deniel Pruz boğularaq ölüb.

    Bu barədə “Daily Mail” xəbər yayıb.

    Ölən şəxsin qardaşı Co Prudun sözlərinə görə, o, hadisə günü psixi pozğunluğu olan Denielin itkin düşdüyü barədə polisə xəbər verib. Hüquq mühafizəçiləri bir müddət axtarışdan sonra onu Nyu-York küçələrində çılpaq halda qaçarkən saxlayıblar və əlinə qandal vuraraq üzü üstə yerə yıxıblar. Sonra saxlanılan kişi koronavirus olduğunu deyərək onlara tərəf tüpürüb. Buna görə polislərdən biri onun başına torba keçirib.

    Prudun torbanı çıxarmaları barədə xahişi heç bir nəticə verməyib. Kadrlarda gəncin “Mən nəfəs ala bilmirəm”, – deməyi açıq eşidilir.

    Bundan sonra Denielin halı pisləşib və qusmağa başlayıb. Bunu görən polislər təcili yardım xidmətinə xəbər veriblər. Xəstəxanada kişi süni tənəffüs aparatına qoşulub, ancaq onun həyatını xilas etmək mümkün olmayıb. O, bir həftə sonra beyin ölümü keçirib. Ekspertizanın rəyinə görə o, fiziki zorakılıq nəticəsində yaranan boğulmanın fəsadından ölüb.

    Gənci saxlayan polislər istintaq altındadır.

    Qeyd edək ki, hadisə mart ayında baş versə də, görüntülər mediada indi yayılıb. Bununla bağlı şəhərdə iğtişaşlar başlayıb.




  • Рост ВВП Азербайджана в 2021 году может составить 3%-3,8%

    Министерство экономики Азербайджана подготовило три прогнозных сценария по экономическому развитию на 2021 год, рост ВВП составит от 3% до 3,8% в зависимости от цен на нефть на мировых рынках.

    В частности, по прогнозам Минэкономики, при средней цене на нефть в 2021 году на уровне 35 долларов США за баррель, рост ВВП Азербайджана составит 3%.

    При цене на нефть в 40 долларов за баррель темпы экономического роста в следующем году составят 3,4%, 45 долларов за баррель – 3,8%.

    Согласно средней цене на нефть в 35 долларов за баррель, по итогам 2020 года спад ВВП Азербайджана из-за COVID-19 составит 4,3%.

    При цене на нефть в 40 долларов за баррель по итогам текущего года рецессия составит 3,7%, 45 долларов за баррель – 2,9%.

  • Azərbaycanda ÜDM-in artımı gözlənilir

    Azərbaycanda 2021-ci ildə Ümumi Daxili Məhsul (ÜDM) artım tempinə qayıdacaq.

    Bu barədə Maliyyə Nazirliyinin 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair rəyində bildirilir.

    Sənədə əsasən, əgər dünya bazarında Azərbaycan neftinin qiyməti büdcədə nəzərdə tutulduğu kimi il üzrə ortalama 35 dollar qalarsa, bu zaman 2021-ci ildə ÜDM 3 faiz artacaq. 2020-ci ilin yenilənmiş proqnozuna görə, ÜDM 3,7 faiz aşağı düşəcək.

    2021-ci ildə sənayenin qeyri-neft sektorunda məhsul istehsalının 8,1 faiz artacağı, neft sektorunda isə 3,0 faiz artımın proqnozlaşdırıldığı qeyd edilir.

    ÜDM-in artım tempinin 2022-ci ildə 4,8 faiz, 2023-cü ildə 3,7 faiz, 2024-cü ildə isə 3,1% olacağı gözlənilir.

  • Azərbaycanda vətəndaşın xəbəri olmadan adına torpaq sahəsi rəsmiləşdirilib?

    Azərbaycanda vətəndaşın xəbəri olmadan onun adına torpaq sahəsi rəsmiləşdirilib.

    Bu barədə Unikal.org-a şikayətçi Əliyev Vüsal Yaşar oğlu məlumat verib.

    O qeyd edib ki, dövlət qurumlarının səhvini təsadüf nəticəsində öyrənib:

    “Elektron hökumət portalında şəxsi kabinetimi nəzərdən keçirdiyim zaman adıma olan əmlakların siyahısında Tovuz rayonunun Dönük Qırıqlı kəndi ərazisində 0.588 hektar torpaq olduğunu gördüm. Amma təbii ki, buna inana bilmədim. Çünki mənim adıçəkilən rayonla heç bir əlaqəm olmadığı üçün orada adıma pay torpağı ola bilməzdi. Məlumatı dəqiqləşdirmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdim.

    Həmin qurumun mənə verdiyi arayışda adıçəkilən kənddə 0.588 ha təsərrüfat təyinatlı torpağın 1/5 hissəsinin mənim olduğu qeyd edilib. Bundan sonra kiminsə mənim adımdan dələduzluq əməli törətdiyini ehtimal etdiyim üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz ərazi şöbəsinə getdim. Orada mənim adımla əməliyyat edildiyini və həmin torpağın satıldığını qeyd etdilər. Qeyd olunan məlumatlarda mənim ünvanım, təvəllüdüm yazılmışdı. Şöbənin rəisinin də yanında oldum. Mənə dedilər ki, bu yanlışlıq Notariat xidmətinin səhvidir. Ona görə də Tovuz Regional “ASAN Xidmət”in Notariat Xidmətinə müraciət etdim. Orada da bildirdilər ki, alqı-satqı əməliyyatı mənim adımla olub. Bunun texniki yanlışlıq olduğunu qeyd etdilər. Orada da səhvin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətiinin 15 saylı Tovuz ərazi şöbəsində olduğunu dedilər.

    Mənə məhkəməyə müraciət etməyimi məsləhət bildilər. İndi mən adıçəkilən qurumların tabe olduqları nazirliklərdən kömək istəyirəm ki, bu məsələ araşdırılsın. Bəlkə də kimsə mənim adımla hansısa dələduzluq əməli törədib. Bir neçə quruma müraciət etmişəm, elə idarələr var ki, ora dövlət rüsumu ödəmişəm. Heç nədən xəbərim olmadığı halda niyə vəkilə müraciət etməliyəm? Niyə dövlət rüsumu ödəyib məhkəməyə müraciət etməliyəm? Xahiş edirəm, bu məsələnin tam və şəffaf araşdırılması təmin olunsun”.

    Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən bildirilib ki, Bakı şəhər sakini Əliyev Vüsal Yaşar oğlunun Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən 0.588 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun adından alqı-satqı olunması barədə müraciəti araşdırılıb.

    Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemində mövcud məlumatların dəqiqləşdirilməsi zamanı müəyyən edilib ki, 0.588 ha torpaq sahəsinə dair əməliyyatın aparılması zamanı ad, soyad və ata adının eyniliyi səbəbindən Tovuz rayonu, Dönük Qırıqlı kənd sakini olan Əliyev Vüsal Yaşar oğlunun məlumatlarının əvəzinə Bakı şəhər sakini Əliyev Vüsal Yaşar oğlunun məlumatları sistemə daxil edilib. Göstərilənlərlə əlaqədar artıq müvafiq dəqiqləşdirmə aparılıb və məsələ həllini tapıb.

  • Baş prokurorun həbsdə olan keçmiş müavinindən xəbər var

    Ali Məhkəmədə Bakıda dələduzluqda təqsirləndirilən Məmmədvəli Cəfərovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Report-un xəbərinə görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə M.Cəfərovun kassasiya şikayətini geri götürdüyü məlum olub.

    Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Cəfərov altı il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə iclası zalında həbs olunub. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

    İttihama görə, Vəkillər Kollegiyasının üzvü olmuş M.Cəfərov zərərçəkmiş Rəşad Yusifovun etibarından sui-istifadə edərək ona qarşı külli miqdarda dələduzluq edib.

    Belə ki, o, R.Yusifovun həbsdə olan atası Rəhman Yusifovu Ali Məhkəmədən azadlığa buraxdıracağını vəd verib və ondan 150 min manat pul alıb. Lakin sonradan M.Cəfərov verdiyi vədə əməl etməyib.

    Zərərçəkmişin hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan M.Cəfərov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməmişdi.

    Xatırladaq ki, M.Cəfərov həbs edilənə qədər Bakı şəhəri 13 saylı Vəkil Bürosunda fəaliyyət göstərib. Həmçinin o, Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin 4 avqust 1992-ci ildə imzaladığı sərəncama əsasən, Baş prokurorun müavini təyin edilib. M.Cəfərov bir neçə ay bu vəzifədə çalışıb.

  • Студенты, по которым стреляли в Украине, депортированы в Азербайджан

    Из Украины депортированы граждане Азербайджана Ниджат Керимов и Азер Аббасов, ранее подвергшиеся вооруженному нападению в Киеве.

    Как сообщили Report в киевской полиции Печерского района, после задержания обоих лиц на основании заключения следствия суд принял решение об их депортации в Азербайджан.

    В качестве причины было указано хулиганство и дача различных показаний правоохранительным органам с тем, чтобы запутать следствие.

    Напомним, в ночь на 24 июля в Киеве двое азербайджанских студентов получили ранения в результате стрельбы из огнестрельного оружия неизвестными лицами.

    По сведениям очевидцев, огонь открыли из автомобиля с армянскими номерами.

  • Ukraynada güllələnən azərbaycanlı tələbələr ölkədən deportasiya olundu

    Ukraynanın paytaxtı Kiyevdə bir müddət əvvəl silahlı hücuma məruz qalan Azərbaycan vətəndaşları Nicat Kərimov və Azər Abbasov ölkədən deportasiya olunublar.

    Kiyev şəhər Peçerskiy rayon polisindən Report-a verilən məlumata görə, polis tərəfindən saxlanıldıqdan sonra istintaqın rəyi əsasında hər iki şəxs barəsində məhkəmə tərəfindən Azərbaycana deportasiya olunma qərarı verilib.

    Deportasiyaya səbəb kimi xuliqanlıq və hüquq-mühafizə orqanlarına fərqli ifadələr verməklə istintaqın gedişini yayındırmaq göstərilib.

    Xatırladaq ki, iyulun 24-də gecə Kiyev şəhərində iki azərbaycanlı tələbə naməlum şəxslər tərəfindən odlu silahdan açılan atəş nəticəsində yaralanmışdı. Şahidlərin ilkin ifadəsinə görə, hadisəni törədən Ermənistan nömrəsi olan avtomobildə olan şəxslər olmuşdu.

  • Sürücü ilə piyadanı üz-üzə qoyan silinmiş piyada xətləri – VİDEO

    Magistral yollara, küçələrə, prospektlərə çəkilən nişanlanma xətləri tez-tez pozulur.

    Bu problem də hər bir hərəkət iştirakçısı üçün ciddi təhlükədir.

    Buna səbəb nədir? Real təhlükə mənbəyi olan bu xətlərin tez pozulmasına səbəb nədir?

    ARB TV-də mövzu ilə bağlı maraqlı süjet yayımlanıb.

  • Микаил Джаббаров провел онлайн-встречу с региональным директором ВБ

    Состоялась встреча министра экономики Азербайджана Микаила Джаббарова с делегацией Всемирного банка во главе с региональным директором по Южному Кавказу Себастьяном Молинеусом в формате видеоконференции.

    Об этом сообщили в пресс-службе ведомства.

    Министр поздравил с новым назначением менеджера ВБ по Южному Кавказу Сару Майкл, выразив уверенность в успешном взаимном сотрудничестве.

    Было отмечено, что страна придает большое значение связям со Всемирным банком. В настоящее время в Азербайджане реализуются четыре кредитных и 18 проектов технической помощи ВБ.

    Себастьян Молинеус отметил, что банк поддерживает проводимые в Азербайджане реформы и готов поделиться своим опытом в ряде областей.

    На встрече были обсуждены направления сотрудничества со Всемирным банком и поддержка реформ.

  • Mikayıl Cabbarov Dünya Bankının regional direktoru ilə görüşdü

    İqtisadiyyat naziri Mikayıl Cabbarovun Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə videokonfrans formatında görüşü keçirilib.

    Nazirlikdən verilən məlumata görə, görüşdə Dünya Bankının Cənubi Qafqaz üzrə meneceri xanım Sara Mayklı yeni təyinatı münasibətilə təbrik edən İqtisadiyyat naziri qarşılıqlı əməkdaşlığın uğurlu olacağına əminliyini vurğulayıb.

    Qeyd edilib ki, ölkəmiz Dünya Bankı ilə əlaqələrə böyük önəm verir. Hazırda Azərbaycanda Dünya Bankının 4 kredit və 18 texniki yardım layihəsi icra olunur. Koronavirus (COVID-19) pandemiyasından irəli gələn çətinliklər və pandemiyanın sosial-iqtisadi təsirlərini minimallaşdırmaq üçün Dünya Bankı tərəfindən göstərilən dəstək tədbirləri yüksək qiymətləndirilir. Bu ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Anna Bjerde arasında keçirilən görüş zamanı bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

    Qısa və orta müddətli dövr üçün ölkəmizin inkişaf prioritetlərinə dair fikirlərini bölüşən Mikayıl Cabbarov iqtisadi islahatlar və struktur dəyişiklikləri, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı və rəqabət qabiliyyətliyinin artırılması tədbirləri barədə məlumat verib.
    Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus Azərbaycanda aparılan islahatların Bank tərəfindən dəstəkləndiyini, bir sıra sahələrdə təcrübəsini bölüşməyə hazır olduğunu diqqətə çatdırıb.

    Görüşdə Dünya Bankı ilə əməkdaşlığın inkişaf istiqamətləri və islahatlara dəstək barədə müzakirələr aparılıb.