Month: September 2020

  • Azərbaycanda müdafiə və təhlükəsizlik xərcləri artırılır – RƏQƏM

    Azərbaycanda müdafiə və təhlükəsizlik sahəsinə ayrılan vəsaitin həcmi artırılır.

    Bu barədə Oxu.Az 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair müvafiq cədvəllərə istinadən xəbər verir.

    Qeyd edək ki, ilkin göstəricilərə dair açıqlamanı Maliyyə Nazirliyi yayıb.

    Rəsmi proqnoza əsasən, 2021-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 327 milyon, xərcləri isə 25 milyard 847 milyon 500 min manat olacaq.

    Müdafiə və təhlükəsizlik üzrə xərclər isə ümumi xərclərin 15,3 faizini təşkil edəcək.

    Bu isə təxminən 3 milyard 954 milyon manatdan çoxdur.

    Xatırladaq ki, 2020-ci ilin dövlət büdcəsinə edilən dəyişikliklərdə müdafiə və təhlükəsizlik üzrə xərclər 3 milyard 804 milyon 168 min manat məbləğində müəyyən edilib.

  • Ильхам Алиев и Мехрибан Алиева на открытии заново отстроенного корпуса UNEC – ОБНОВЛЕНО + ФОТО/ВИДЕО

    Сдан в эксплуатацию заново отстроенный учебный корпус номер 3 Азербайджанского государственного экономического университета (UNEC) в Ясамальском районе Баку.

    Как сообщает АЗЕРТАДЖ, 3 сентября Президент Азербайджанской Республики Ильхам Алиев и Первый вице-президент Мехрибан Алиева приняли участие в открытии нового учебного корпуса.

    Глава государства и Первый вице-президент ознакомились с созданными в учебном корпусе условиями.

    Министр образования Эмин Амруллаев и ректор UNEC Адалят Мурадов проинформировали главу государства и Первого вице-президента о проделанной работе.

    Было отмечено, что отвечающий современным стандартам новый учебный корпус, строительство которого началось в 2018 году, был построен с сохранением фасада старого здания.

    В отвечающем передовым кампусным стандартам новом здании, богатом архитектурными элементами, будут обучаться 3 тысячи студентов по техническим и технологическим специальностям. В здании имеются аудитории, лекционные залы, лингафонные кабинеты, оснащенные новейшими технологиями лаборатории, спортивный зал, библиотека, большой и малый конференц-залы. Здесь созданы все условия для проведения воспитания и обучения на высоком уровне.

    * * * * *

    3 сентября в Ясамальском районе Баку сдан в эксплуатацию заново отстроенный учебный корпус №3 Азербайджанского государственного экономического университета (UNEC).

    Как сообщает АЗЕРТАДЖ, Президент Азербайджана Ильхам Алиев и Первый вице-президент Мехрибан Алиева приняли участие в мероприятии.





  • İlham Əliyev və Mehriban Əliyeva UNEC-in yenidən inşa olunan korpusunun açılışında – YENİLƏNİB + FOTO/VİDEO

    Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Bakının Yasamal rayonundakı 3 saylı tədris korpusu yenidən inşa olunaraq istifadəyə verilib.

    AZƏRTAC xəbər verir ki, sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva yeni tədris korpusunun açılışında iştirak ediblər.

    Dövlətimizin başçısı və Birinci vitse-prezident tədris korpusunda yaradılan şəraitlə tanış olublar.

    Təhsil naziri Emin Əmrullayev və UNEC-in rektoru Ədalət Muradov Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya görülən işlər barədə məlumat veriblər.

    Bildirilib ki, tikintisinə 2018-ci ildən başlanılan və müasir standartlara cavab verən yeni tədris korpusu köhnə binanın fasadı saxlanılmaqla inşa edilib. Müasir kampus standartlarına cavab verən, modern memarlıq elementləri ilə zəngin olan yeni binada texniki və texnoloji ixtisaslar üzrə 3 min tələbə təhsil ala biləcək. Binada auditoriya, mühazirə, linqafon otaqları, ən müasir texnologiya ilə təchiz olunan laboratoriyalar, idman zalı, kitabxana, böyük və kiçik konfrans zalları var. Burada təlim-tədrisi yüksək səviyyədə aparmaq üçün hərtərəfli şərait yaradılıb.

    * * * * *

    Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Bakının Yasamal rayonundakı 3 saylı tədris korpusu yenidən inşa olunaraq istifadəyə verilib.

    AZƏRTAC xəbər verir ki, sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tədbirdə iştirak ediblər.





  • Bir qrup azərbaycanlının Almaniyadan deportasiyası təxirə salındı

    Ötən gecə Almaniyanın Düsseldorf şəhərindən Azərbaycan vətəndaşlarının xüsusi təyyarə reysi ilə deportasiya edilməsi baş tutmayıb.

    Report-un məlumatına görə, gecə saat 02:00 radələrində 20-yə yaxın Azərbaycan vətəndaşı Düsseldorf hava limanına gətirilsə də, planlaşdırılan xüsusi reys təxirə salınıb.

    Nəticədə onlar yenidən miqrasiya polisinin müşayiəti ilə müvəqqəti olaraq Düsseldorf şəhər Miqrasiya İdarəsinin sığınacaq axtaranlar üçün nəzərdə tutulan yataqxanalarından birinə yerləşdiriliblər.

    “Deportasiya prosesinin hansı səbəblərə görə təxirə salınmasının səbəbi açıqlanmayıb. Ancaq Azərbaycan vətəndaşlarının Düsseldorf şəhər hava limanına yaxın yataqxanaya yerləşdirilməsi onu deməyə əsas verir ki, növbəti həftə deportasiya üçün nəzərdə tutulan xüsusi Düsseldorf – Bakı reysi həyata keçirilə bilər”, – deyə bildirilib.

    Qeyd edək ki, koronavirus pandemiyası dövründə beş azərbaycanlı Almaniyadan deportasiya olunub.

  • AzTV-dən departament müdirinin işdən çıxarılması ilə bağlı AÇIQLAMA – YENİLƏNİB

    Azərbaycan Televiziyasının (AzTV) reklam departamentinin müdiri Süleyman Məmmədov işdən çıxarılmayıb.

    Bu barədə Oxu.Az-a AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva açıqlama verib.

    Onun sözlərinə görə, yayılan məlumatlar həqiqəti əks etdirmir:

    “Bəzi saytlarda S.Məmmədovun guya reklam pullarını mənimsəməsi səbəbindən vəzifəsindən azad olunduğuna dair məlumatlar dərc edilib. Bu doğru deyil. S.Məmmədov işdən ayrılmaq istədiyi ilə bağlı fikirlərini bildirib, amma rəsmi olaraq bu barədə heç bir qərar verilməyib. Bu şəkildə qeyri-dəqiq informasiyaların yazılması təəssüf doğurur”.

    * * * * * *

    Azərbaycan Televiziyasının (AzTV) reklam departamentinin müdiri Süleyman Məmmədov işdən çıxarılıb.

    BakuPost xəbər verir ki, onun işdən çıxarılmasına səbəb kimi reklam pullarını mənimsəməsi göstərilir.

    Qeyd edək ki, beş ay əvvəl bu vəzifəyə təyin edilən S.Məmmədov AzTV sədri Rövşən Məmmədovun ən yaxın kadrlarından biri hesab olunurdu.

    Bizimlə əlaqə saxlayın

  • Salyan sakinini Bakıda avtomobil vuraraq öldürdü

    Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayıb.

    Bildirilib ki, sentyabrın 2-də saat 20 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Yardımlı rayon sakini O.Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Salyan rayon sakini Tamaşa Məlikovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

  • Ильхам Алиев и Мехрибан Алиева на открытии Детской школы искусств в Баку – ОБНОВЛЕНО + ФОТО/ВИДЕО

    3 сентября Президент Азербайджанской Республики Ильхам Алиев и Первый вице-президент Мехрибан Алиева приняли участие в открытии после капитального ремонта Детской школы искусств номер 2 имени Вагифа Мустафазаде в Ясамальском районе Баку.

    Как сообщает АЗЕРТАДЖ, глава государства и Первый вице-президент ознакомились с условиями, созданными в здании после капитального ремонта.

    Было сообщено, что здание Детской школы искусств номер 2 имени Вагифа Мустафазаде было построено в 1904 году. Здание было капитально отремонтировано Фондом Гейдара Алиева в 2020 году.

    В настоящее время в школе обучаются 385 учеников по специальностям фортепиано, скрипка, гитара, кларнет, саксофон, вокал, ханенде, тар, кяманча, гармонь, нагара, живопись, хореография, теория и вспомогательным учебным дисциплинам.

    Их воспитанием и обучением занимаются 78 учителей. Все классы школы оснащены наглядными пособиями. В двухэтажном здании школы искусств действуют 15 кабинетов для индивидуального обучения, кабинеты теории, библиотека, ателье, конференц-зал, кабинеты рисования, хореографический зал, столовая и студия звукозаписи. В школе создан уголок Вагифа Мустафазаде.

    Отметим, что всемирно известный джазмен Вагиф Мустафазаде учился здесь по специальности фортепиано в 1949–1956 годах. Воспитанниками этой школы является ряд выдающихся азербайджанских композиторов и деятелей искусств.

    * * * * *

    3 сентября Президент Азербайджанской Республики Ильхам Алиев и Первый вице-президент Мехрибан Алиева приняли участие в открытии после капитального ремонта Детской школы искусств номер 2 имени Вагифа Мустафазаде в Ясамальском районе Баку.

    Как сообщает АЗЕРТАДЖ, Детская школа искусств капитально отремонтирована Фондом Гейдара Алиева.








  • İlham Əliyev və Mehriban Əliyeva Bakıda açılışda – YENİLƏNİB + FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva sentyabrın 3-də Bakının Yasamal rayonundakı Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin əsaslı təmirdən sonra açılışında iştirak ediblər.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və Birinci vitse-prezident əsaslı təmirdən sonra binada yaradılan şəraitlə tanış olublar.

    Məlumat verilib ki, Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin yerləşdiyi bina 1904-cü ildə inşa edilib. Bina 2020-ci ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunub.

    Hazırda məktəbdə fortepiano, skripka, gitara, klarnet, saksofon, vokal, xanəndə, tar, kamança, qarmon, nağara, rəssamlıq, xoreoqrafiya, nəzəriyyə və tədris köməkçi fənləri ixtisasları üzrə 385 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 78 müəllim məşğul olur. Məktəbin bütün tədris otaqları əyani vəsaitlərlə təmin olunub. İncəsənət məktəbinin ikimərtəbəli binasında 15 fərdi tədris otağı, nəzəriyyə otaqları, kitabxana, dərzi otağı, konfrans zalı, rəssamlıq otaqları, xoreoqrafiya zalı, yeməkxana və səsyazma studiyası fəaliyyət göstərir. Məktəbdə Vaqif Mustafazadə guşəsi yaradılıb.

    Qeyd edək ki, dünya şöhrətli caz ustası Vaqif Mustafazadə 1949-1956-cı illərdə burada fortepiano ixtisası üzrə təhsil alıb. Azərbaycanın bir sıra görkəmli bəstəkarları və incəsənət xadimləri bu məktəbin yetirmələri olublar.

    * * * * *

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva sentyabrın 3-də Bakının Yasamal rayonundakı Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin əsaslı təmirdən sonra açılışında iştirak ediblər.

    AZƏRTAC xəbər verir ki, Uşaq İncəsənət Məktəbi Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunub.








  • Bakıda mağazadan oğurluq edən ələ keçdi

    Bakıda mağazadan oğurluq edilib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 26-da rayon ərazisindəki mağazaların birindən 4200 manat pul və iki ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Z.Əzizov saxlanılıb.

    Araşdırma aparılır.

  • Вилаят Эйвазов произвел новое назначение

    Приказом министра внутренних дел генерал-полковника Вилаята Эйвазова майор полиции Гошгар Кязымов назначен на должность замначальника Билясуварского РУП по служебной работе, сообщает Report.

    Ранее он являлся старшим инспектором отдела общественной безопасности Бинагадинского РУП.