Month: September 2020

  • Символ Анкары окрасился в цвета азербайджанского флага – ВИДЕО

    Вышка “Атакуле”, являющаяся одним из символов Анкары (Турция) окрасился в цвета азербайджанского флага.

    Как сообщает “Haber Global”, этим турецкий народ продемонстрировал, что поддерживает Азербайджан и солидарен с ним на фоне агрессии Армении.

    На верхней части вышки можно увидеть слова “İki dövlət, bir millət, Can Azərbaycan” (Два государства, одна нация, родной Азербайджан).

  • Ankaranın simvolu Azərbaycan bayrağının rənglərinə büründü – VİDEO

    Türkiyənin paytaxtı Ankaranın simvollarından biri olan “Atakule” qülləsinin Azərbaycan bayrağının rənglərinə boyanıb.

    Bununla bağlı “Haber Global” məlumat yayıb.

    Bildirilib ki, bununla Türkiyə xalqı Ermənistan hücumları qarşısında Azərbaycan xalqına birlik, bərabərlik və həmrəylik mesajı verib.

    Qüllənin yuxarı hissəsində “İki dövlət, bir millət, Can Azərbaycan” mesajı yer alıb.

  • Армянская армия обнародовала новые потери

    Армянская сторона объявила об очередных жертвах среди военнослужащих.

    Об этом сообщает Sputnik Армения.

    В информации отмечается, что армянская сторона подтвердила гибель еще 26 военнослужащих.

    Таким образом, до этого момента противник был вынужден признать потерю 84 военнных.

  • Ermənistan ordusu yeni itkilərini açıqladı

    Ermənistan tərəfi canlı itkilərinin yeni sayını açıqlayıb.

    Bu barədə “Sputnik” Ermənistan xəbər yayıb.

    Xəbərdə qeyd olunur ki, Ermənistan tərəfi daha 26 erməni hərbçisinin öldüyünü təsdiq edib.

    Beləliklə, bu saata qədər düşmən tərəfi 84 hərbçi itirdiyini etiraf etmək məcburiyyətində qalıb.

  • В Армении ограничили выезд мужчин из страны

    Ограничения на выезд мужчин в возрасте с 18 до 55 лет из страны введены в Армении из-за действующего военного положения, передает Sputnik Армения.

    “В Армении мужчины в возрасте от 18 до 55 лет могут покинуть пределы страны только с письменного разрешения территориальных военных комиссариатов”, – говорится в информации.

  • Ermənistanda kişilərin ölkəni tərk etməsi qadağan edildi

    Ermənistanda 18-55 yaş arası kişilərin ölkəni tərk etməsinə məhdudiyyətlər tətbiq edilib.

    “Sputnik” agentliyi bu barədə Ermənistan Mülki Aviasiya Komitəsinin yaydığı məlumata əsasən xəbər verib.

    “Ermənistanda 18 – 55 yaş arası kişilər ölkəni yalnız ərazi hərbi komissarlığının yazılı icazəsi ilə tərk edə bilərlər”, – komitənin yaydığı bəyanatda qeyd olunur.

  • Paytaxt bayrağa bürünüb

    Prezident İlham Əliyevin sentyabrın 28-də imzaladığı sərəncamla ölkədə qismən səfərbərlik elan edilib. Azərbaycanda qələbəyə inam və ruh yüksəkliyi duyulur, paytaxt Bakı dövlət bayraqları ilə bəzədilib.

    “Report” gənclərə “cəbhəyə getməyə hazırsınızmı” sualı ilə müraciət edib:

  • Prezident İlham Əliyev Ərdoğana təşəkkür edib

    “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyə Respublikasının Prezidenti, əziz qardaşı cənab Rəcəb Tayyib Ərdoğana “Tarix, Siyasət ve Ölkələrarası Münasibətlər baxımından Beynəlxalq Dəniz Hüququ və Şərqi Aralıq Dənizi Simpoziumu”nda Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı söylədiyi fikirlərə görə öz təşəkkürünü bildirir. Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatının ilk saatlarından etibarən hörmətli cənab Prezident başda olmaqla qardaş Türkiyə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü qətiyyətlə pisləmiş və özünün birmənalı dəstəyini göstərmişdir. Azərbaycan xalqı bu dəstəyi yüksək qiymətləndirir”.

    APA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.

    Onun sözlərinə görə, Tovuz hadisələri zamanı da Ermənistanın Azərbaycana qarşı hərbi təxribatını ilk dəqiqələrdən ən qəti şəkildə pisləyən ölkə Türkiyə Respublikası olub: “Prezident İlham Əliyev Azərbaycanın da hər zaman Türkiyənin yanında olduğunu qeyd edib. Azərbaycan və Türkiyə “Bir millət iki dövlət” prinsipinə uyğun olaraq bütün məsələlərdə həmrəylik nümayiş etdirir və daim bir-birini tərəddüdsüz dəstəkləyir”.

  • М.Шевченко: Азербайджан возвращает свои земли. “Мирный процесс” не дал ничего, кроме неверия в справедливость

    Армия Азербайджана ведет боевые действия на территории семи оккупированных районов Азербайджана, признанных таковыми резолюциями ООН и ПАСЕ.

    Об этом сказал известный российский журналист и общественный деятель Максим Шевченко на своем YouTube-канале.

    По словам эксперта, для азербайджанского народа – это освободительная и отечественная война.

    “Никто не имеет права захватывать чужую землю и устраивать этническую чистку, изгоняя коренное население. Около миллиона азербайджанцев лишились своей родины”, – говорит журналист.

  • Maksim Şevçenko: “Azərbaycan torpaqlarını qaytarır”- VİDEO

    Azərbaycan ordusu işğal olunmuş yeddi rayonunun ərazisində döyüşür, hansı ki, BMT və AŞPA qətnamələri ilə Azərbaycanın işğal altındakı ərazisi kimi tanınır.

    Bu barədə tanınmış rusiyalı ictimai xadim, jurnalist və teleaparıcı Maksim Şevçenko “Youtube”dakı videobloqunda bildirib.

    Ekspertin fikrincə, bu, Azərbaycan xalqı üçün xilasetmə və vətənpərvərlik müharibəsidir.

    “Heç kimin başqasının torpağını ələ keçirtməyə və yerli əhalini qovaraq etnik təmizləmə həyata keçirməyə haqqı yoxdur. Təxminən bir milyon azərbaycanlı vətənini itirib”, – deyə jurnalist bildirib.