Month: September 2020

  • В Армении больницы прекращают плановый прием из-за введенного военного положения

    Больницы на территории Армении приостановили плановый прием пациентов из-за введенного в стране режима военного положения. Об этом сообщается на сайте армянского минздрава, пишет Gazeta.Ru.

    Соответствующий приказ был подписан главой ведомства Арсеном Торосяном.

    Так, в медучреждениях будет вестись прием тех, кто нуждается в реанимации или неотложной медпомощи. Остальные больные будут отпущены домой и взяты под амбулаторный контроль.

  • Ermənistanda bütün xəstəxanalar yaralılara görə boşaldılıb

    Ermənistan ərazisindəki xəstəxanalar Dağlıq Qarabağda münaqişənin daha da kəskinləşməsinə görə xəstələrin planlı qəbulunu dayandırdı.

    Qazeta.ru-nun məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəsmi saytında məlumat verilib.

    Müvafiq əmr qurumun rəhbəri Arsen Torosyan tərəfindən imzalanıb.

    Beləliklə, tibb müəssisələrində ancaq reanimasiya və təcili tibbi yardıma ehtiyacı olanlar qəbul ediləcək. Qalan xəstələr evə buraxılacaq və ambulator nəzarət altına alınacaq.

  • Несколько высот вокруг села Талыш очищены от врага – ВИДЕО

    Подразделения азербайджанской армии, продвигаясь с высот и позиций, освобожденных от вооруженных сил Армении, продолжают контрнаступление, чтобы закрепить достигнутый успех.

    Об этом сообщает пресс-служба Минобороны Азербайджана.

    После нанесения ракетно – артиллерийских и авиационных ударов по позициям противника он был вынужден отступить с рубежей, которые пытался удержать.

    Несколько высот вокруг села Талыш было очищено от оккупационных сил, противник понес большие потери.

  • Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizləndi: Düşmən xeyli itki verdi – RƏSMİ + VİDEO

    Ermənistan silahlı qüvvələrindən azad edilən yüksəkliklərdən və əlverişli mövqelərdən hərəkətə keçən Azərbaycan Ordusunun bölmələri əldə olunmuş müvəffəqiyyəti artırmaq məqsədilə əks-hücum əməliyyatını davam etdirir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilməklə, o sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilir.

    Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənib, düşmən xeyli itki verib.

  • Dünyada koronavirusdan ölənlərin sayı bir milyonu keçdi – STATİSTİKA

    Dünyada 33 307 363 nəfərdə koronavirus aşkarlanıb.

    Virusdan 1 002 401 nəfər ölüb, 24 638 480 nəfər sağalıb.

    Koronavirusun ən çox müşahidə olunduğu dövlətlər ABŞ (7 321 343 nəfər), Hindistan (6 074 702 nəfər), Braziliya (4 732 309 nəfər) və Rusiyadır (1 151 438 nəfər).

    İranda 446 448, Türkiyədə 314 433, Ermənistanda 49 400, Gürcüstanda 5 254 nəfərdə koronavirus qeydə alınıb.

    Azərbaycanın sərhəd qonşuları arasında virusdan ən çox ölüm İranda müşahidə olunur (25 589 nəfər).

    Azərbaycanda koronavirusun aşkar edildiyi 40 023 nəfərin 586-sı ölüb, 37 655 nəfər sağalıb.

  • Bu gündən şəhərlərarası ictimai nəqliyyat saat 20:00-a qədər işləyəcək

    Azərbaycan ərazisində hərbi vəziyyət elan olunması ilə əlaqədar bu gündən şəhərlərarası ictimai nəqliyyat saat 06:00-dan 20:00-a qədər fəaliyyət göstərəcək.

    “Report” xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidməti (DANX) məlumat yayıb.

    “Məqsəd odur ki, ictimai nəqliyyat vasitələrinin sürücüləri idarə etdiyi nəqliyat vasitələrini qarajlara qoyduqdan sonra evlərinə çata bilsinlər”- deyə açıqlamada qeyd olunub.

    Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, ölkəmizə qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, bu gecədən ölkənin bütün ərazisində hərbi vəziyyət elan edilib. Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-a qədər komendant saatı tətbiq edilib.

  • Erməni Ordusu Azərbaycanda məhkəmə binasını hədəf aldı – Ölən və yaralılar var

    Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

    Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən dərin kədər hissi ilə qeyd edirik ki, düşmənin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində 28.09.2020-ci il tarixdə saat 11 radələrində Tərtər şəhəri Heydər Əliyev prospektində yerləşən rayon Məhkəməsinin inzibati binasının yanına düşmüş mərmi qəlpələrindən 1975-ci il təvəllüdlü Əliyev Mehman Sovet oğlu həlak olmuş, həmin vaxt ərazidən keçən təcili tibbi yardım maşının sürücüsü 1968-ci il təvəllüdlü Əsədov Qənbər Əsgər oğlu və maşında olan hərbi polisin əməkdaşı 1994-cü il təvəllüdlü Hüseynov Fəxrəddin Fərman oğlu, həmçinin ərazidə olan digər Tərtər şəhər sakini 1991-ci il təvəllüdlü İbrahimov Tural Firdovsi oğlu yaralanmışdır.

    Faktla bağlı Tərtər rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 29, 120.2.7-ci (qəsdən iki və ya daha çox şəxsi öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanmışdır.

    Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerində döyüş şəraiti nəzərə alınmaqla mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

    Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri sənədləşdirilmə aparılır və müvafiq qaydada sübutlar toplanılır.

    İctimaiyyətə mütəmadi olaraq məlumatların verilməsi təmin ediləcəkdir.

  • Тебриз выражает Азербайджану свою поддержку – ВИДЕО

    В городе Тебризе (Южный Азербайджан) прошло шествие в поддержку азербайджанских военнослужащих.

    Его участники, в частности молодежь, выражали свою радость и желали скорейшего освобождения оккупированных земель Азербайджана.

  • Təbrizdən Azərbaycana dəstək – VİDEO

    Cənubi Azərbaycanın Təbriz şəhərində Azərbaycan əsgərlərinə dəstək yürüşü keçirilib.

    Yürüş iştirakçıları torpaqlarımızın tezliklə azad olunmasını arzulayıblar.

    Əsasən gənclərdən ibarət olan dəstəkçilər coşqu ilə sevinc şüarları səsləndiriblər.

  • Армения сообщила о 31 погибшем военнослужащем

    Cепаратистский режим в Нагорном Карабахе опубликовал имена еще 15 погибших военнослужащих в результате боев с азербайджанской армией, начавшихся в воскресенье, 27 сентября, сообщает “Интерфакс”.

    Накануне были обнародованы имена 16 погибших военных.

    По данным Минобороны Азербайджана, потери Армении превысили 500 человек.